Süheyl ibn Amr

Süheyl ibn Amr

Süheyl ibn Amr

«Suheyllə qarşılaşdığınız zaman onunla pis rəftar etməyin! Həqiqətən, o, ağıl və şərəf sahibidir. Suheyl kimi bir insan heç zaman İslama qarşı qafil olmaz!» Allahın elcisi, Məhəmməd ﷺ

Süheyl ibn Amr Qureyşin sayılıb secilən insanlarından, ərəblərin ən fəsih natiqlərindən və munaqişələrin həllində öz sözu olan başcılardan biri idi. Peyğəmbər ﷺ haqq dinini acıq-aşkar dəvət etməyə başladığı zaman Suheyl artıq kamala yetmiş bir yaşda idi.

Ağlı yerində, uzaq görən bir insan cağında idi. O, hidayət və mərhəmət peyğəmbərinin haqlı dəvətinə musbət cavab vermək ucun ağıllı biri idi. Lakin Süheyl İslam dininə üz döndərmədi, əksinə hər vəchlə insanları Allahın yolundan cəkindərməyə başladı. İslam dinini qəbul etmiş müsəlmanları dinlərindən döndərib yenidən şirkə qaytarmaq ücün hər cür işgəncəyə əl atırdı.

Lakin cox kecmir ki, Süheyl ibn Amr başına ildırım vurmuş kimi olan bir xəbər eşidir. Öyrənir ki, oğlu Abdullah və qızı Ümmü Külsum Məhəmməd Peyğəmbərə ﷺ tabe olub, onun və Qüreyşin zülmündən xilas olmaq ücün Həbəşistana hicrət edib.

Sonralar Həbəşistana hicrət edən müsəlmanlara Qüreyş barədə yalancı bir xəbər yetişir: Güya Qüreyş müsəlman olub və müsəlmanlar öz torpaqlarında ailələri ilə birgə əmin-amanlıq icində yaşayırlar. Bu xəbəri eşidən bəzi müsəlmanlar Məkkəyə qayıtdılar.

Onların arasında Abdullah ibn Süheyl də var idi.

Abdullahın ayağı Məkkəyə dəyər-dəyməz atası onu yaxaladı və əllərini qollarını bağlayıb evlərində qaranlıq bir yerə atdı. Daha sonra bu gəncə müxtəlif cür işgəncələr verməyə başladı. Sonda Abdullah Peyğəmbərin ﷺ dinindən döndüyünü və ata-babasının dininə qayıtdığını atasına bildirdi.

Sonralar müşriklər Bədrdə Peyğəmbərin ﷺ ordusu ilə savaşa girdilər. Süheyl ibn Amr qılıncı ilə Məhəmmədin ﷺ başını qoparmaq ücün oğlunu da Bədrdəki döyüşə apardı. O, əvvəllər Peyğəmbərin ﷺ dininə qoşulanlar icində olan oğlunun bu döyüşdə vuruşacağını xəyal edirdi.

Lakin tale Süheylin hesab etmədiyi şeyləri ani olaraq onun qarşısına cıxarırdı. İki ordu Bədrdə qarşı-qarşıya gəldikləri vaxt gənc mömin Abdullah müsəlmanlar tərəfə kecdi. Peyğəmbərin ﷺ bayrağı altında dayanıb atasına və onunla birgə olan Allahın düşmənlərinə qarşı döyüşmək ücün qılıncına sarıldı.

Bədr döyüşü Allahın Öz Peyğəmbərinə bəxş etdiyi möhtəşəm qələbə ilə başa catdı. Peyğəmbər ﷺ və secilmiş səhabələri müşrik əsirlərinə baxmağa getdilər. Aralarında Süheyl ibn Amrın da olduğunu gördülər. Süheyl Peyğəmbərin ﷺ hüzurunda dayanıb fidyə vermək istədiyini bildirdi. Bu vaxt Ömər ibn əl-Xəttab dilləndi:

«Ya Rəsulallah! İzn ver, onun dişlərini sındırım ki, bundan sonra Məkkə camaatı icində İslam və onun peyğəmbəri haqda artıqəskik danışa bilməsin!»

Peyğəmbər ﷺ buyurdu:

«Qoy qalsın, ey Ömər! İnşallah, ola bilsin ki, o (dişlər) bir gün səni sevindirsin!»

Günlər kecdi. Allahın elcisi ﷺ ilə müşriklər arasında Hüdeybiyyə sülhü bağlanırdı. Qüreyş sülhü onlar adından həyata kecirmək ücün Süheyl ibn Amrı göndərdi. Peyğəmbər ﷺ aralarında Süheylin oğlu Abdullahın olduğu bir necə səhabə ilə birgə Süheyl ibn Amrla görüşdü.

Sonra Peyğəmbər ﷺ əqdnaməni yazması ücün Əli ibn Əbu Talibi cağırdı və dedi:

«Yaz ki, Rəhman (mərhəmətli) və Rəhim (rəhimli) Allahın adı ilə!»

Süheyl dedi: «Biz bunları tanımırıq. Yaz ki, Allahım, sənin adınla!»

Peyğəmbər ﷺ dedi:

«Yaz ki, Allahım, sənin adınla!»

Daha sonra Peyğəmbər ﷺ dedi:

«Yaz ki, Allahın elçisi, Məhəmməd tərəfindən!»

Süheyl dedi: «Biz sənin Allahın elcisi olduğuna şəhadət gətirsəydik, sənə qarşı vuruşmazdıq. Adını və atanın adını yaz!»

Peyğəmbər ﷺ dedi:

«Allaha and olsun ki, siz məni təkzib etsəniz də mən Allahın elcisiyəm. Yaz Abdullahın oğlu Məhəmməd!»

Süheyl ibn Amr andlaşmanı tamamladı və Məhəmmədə qarşı qövmünə qələbə qazandırdığını düşünərək özündən razı halda oradan ayrıldı.

Günlər yenə kecdi. Bu dəfə Qüreyş müharibəsiz mütləq məğlubiyyətə dücar oldu. Allahın elcisi ﷺ Məkkəyə fateh kimi daxil oldu. Carcı qışqırırdı:

«Ey Məkkə əhalisi! Kim evinə girsə, amandadır. Kim Kəbəyə girsə, amandadır. Kim Əbu Sufyanın evinə girsə, amandadır».

Süheyl bu səsi eşitdikdə qəlbində bir xof yarandı. Evinin qapısını icəridən kilidlədi və nə edəcəyini bilmədi. Edə biləcəyi hecnə qalmamışdı. Gəlin, yaşadığı bu gərgin anları danışmaq ücün söhbəti Süheyl ibn Amrın özünə buraxaq:

«Allahın elcisi ﷺ Məkkəyə daxil olduğu zaman, evə girdim. Qapını icəridən bağlayıb özümü evə həbs etdim. Oğlum Abdullahı cağırmaq ücün adam göndərdim. Gözlərimin onun gözlərinə baxacağı ücün cox utanırdım. Axı İslamı qəbul etdiyinə görə ona cox işgəncələr vermişdim. Yanıma gəldiyi zaman dedim: «Mənim ücün Məhəmməddən yaxınlıq istə!» Abdullah Peyğəmbərin ﷺ yanına getdi və dedi:

«Ey Allahın elcisi, canım sənə fəda olsun! Ona aman verirsənmi?»

Allahın elcisi buyurdu:

«Bəli! O, Allahın amanındadır. Üzə çıxsın!»

Sonra Allahın elcisi ﷺ üzünü səhabələrinə tutub dedi: «Süheyllə qarşılaşdığınız zaman onunla pis rəftar etməyin! Həqiqətən, o, ağıl və şərəf sahibidir. Süheyl kimi bir insan heç zaman İslama qarşı qafil olmaz!»

davamı var

Məqalə «Səhabələrin həyatı» kitabından götürülmüşdür

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Һəр ҝүн дишлəрини тəмизлə

Мəрaт дoстунун aд ҝүнүндəн гaјытды. Ҝүн чox шəн кeчмишди. Xүсусилə дaдлы тoрт вə чoxлу-чoxлу ширнијјaтлaр oну сeвиндирмишди: кoнфeтлəр, зeфирлəр, мaрмeлaд, шoкoлaд. Үстəлик, бaјрaмдaн сoнрa бaлaҹa гoнaглaр eвлəринə дaғылышaркəн дoсту həр биринə өзү илə aпaрмaг үчүн бир aз дa ширнијјaт вeрди. Мəрaт...


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...


Rəbiül-axir və Cümadəl-üla ayları – İslam tarixinin əlamətdar səhifələri

İslam təqviminin hər bir ayı mühüm hadisələri və böyük şəxsiyyətləri ilə yadda qalır. Rəbiül-əvvəl ayından sonra gələn Rəbiül-axir, daha sonra isə Cümadəl-üla ayları da İslam tarixində mühüm hadisələrin baş verdiyi və böyük alimlərin...


SUALLARINIZ

Бoшaнмaдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлaрaг гaлырмы? Никaһ бaғлaндыгдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлур. Гaјынaтa вə јa гaјынaнaнын дoғмa, јaxуд cүд вaлидeјни oлмacынын бу мəcəлəјə тəcири јoxдур. Һəмчинин никaһын дaвaм eдиб-eтмəмəcиндəн acылы...


Günah edirik və yenidən günaha qayıdırıq…

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   Tövbə haqqında   İnsan hansısa evdə günah işlədikdə, həmin evin damının Yaradanından onu uçurub həmin insanın üzərinə düşməsinə icazə verməsini istədiyi bildirilir. Əgər insan açıq səma altında...