Gözəl əxlaq

Gözəl əxlaq

GÖZƏL ƏXLAQIN FƏZİLƏTİ

Gözəl xasiyyət – insanda olan yaxşı cəhətlərin ən fəzilətlisidir. Bu keyfiyyətlərlə kamil insan aşkarlanır. Allahu – Təalə Peyğəmbəri ﷺ bir çox fəzilətlərlə üstün etmişdir. Ancaq bu fəzilətlər arasından gözəl xasiyyətinə görə tərif etdiyi kimi başqa fəzilətinə görə tərif etmədi. Qüdrətli Allah ﷻ Qurani – kərimdə belə dedi: “Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən” (surə “ƏlQələm”, ayə 4).

Alimlər qeyd edirlər ki, “Böyük xasiyyətin sahibi, Allahı ﷻ üstün dərəcədə tanıması səbəbindən heç kimlə düşmənçilik etməz və kimsə də onunla düşmənçilik etməz”. Alimlərin bəziləri deyirlər: ”Böyük xasiyyət – Allahın mərifət nurlarını gördükdən və şahidi olduqdan sonra insanların kobudluğunun sənə təsir etməməsidir”. Bəzi alimlər də deyirlər: “Böyük xasiyyət – himmətin və niyyətin Allahdan başqası olmamasıdır”. Hətta alimlər bu ayənin ətraflı təfsirini edərək deyiblər: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən deyilən bu böyük əxlaqın şanına insanlardan heç kim yüksəlməmişdir. Ona görədir ki, sən insanlardan gələn əzab – əziyyətə tab gətirirsən, hansı ki, buna heç bir bəşər övladı tab gətirə bilməz”. Alimlərdən biri bu ayəni təfsir edərkən belə deyir: “Çünki sən Allahın əxlaqı ilə əxlaqlanmısan, buna görədə sənə onların iftiraları mənfi təsir göstərmir və etdikləri pisliklər də səni incitmir. Ona görə ki, sən öz gücünlə yox, Allahın köməyi ilə buna sinə gəlirsən.

Allahın ﷻ dediyinə bənzər “(Ya Rəsulum! Allah yolunda olan bütün əzab – əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir” (surə “Ən-Nəhl”, ayə 127). Axı Allahdan daha səbirlisi yoxdur. Ayədə olan “böyük bir əxlaq sahibisən” kəliməsi Allah Rəsulunun ﷺ ucalığına işarə edir. Bu Onun özündə layiqli əxlaqi sifərləri ehtiva etdiyini, Allahın rizasını qazanacaq əməlləri əldə etdiyinə və bu mənəvi keyfiyyətlərin onda təbii keyfiyyətlərə çevrildiyini göstərir. Elə buna görə Uca Allah ﷻ deyib: “(Ya Peyğəmbər!) De: Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdə olmayan xasiyyəti yalandan sizə göstərməyə çalışmıram!” (surə “ƏsSad”, ayə 86). Başqa sözlə desək yaxşı əməl etmək üçün saxtalığa əl atmıram çünki saxtalıq uzun sürməz və geci tezi öz əvvəlki halına qayıdar. İslam alimləri xasiyyətin dəyişkən olduğunu söyləyirlər. Bir – biriləri ilə dostluq və yaxın münasibət quran insanların halına görə gözəl çirkinə çevrilə bilər və əksinə. Hədisdə deyildiyi kimi: “İnsan dostunun dinində olur. Elə isə kiminlə dostluq etdiyinizə diqqət yetirin”. Bir başqa hədisdə belə deyilir: “Siz zəlalətə uğramış və şəriətə zidd olan bidət əməl edən birisi ilə oturub – durmayın, onlarda qotura bənzər yoluxuculuq var”.

Allah ﷻ yalnızca Peyğəmbərin ﷺ xasiyyətini qeyd edərək, onu Qurani – kərimi vəsf etdiyi kimi “böyük” deyərək ona görə vəsf etdi, cünki, Onun sahib olduğu bu xasiyyətdə əvvəlki peyğəmbərlərin bütün gözəl xasiyyətlərindən olan Nuh peyğəmbərin u şükrü (təşəkkürü), İbrahim peyğəmbərin u dostluğu, Musa peyğəmbərin u səmimiyyəti (ixlası), İsmayıl peyğəmbərin u vədinə sadıq çıxması, Yəqub və Əyyub peyğəmbərlərin u səbri, Davud peyğəmbərin u üzr istəməsi, Süleyman və İsa peyğəmbərlərin u təvazökarlığı və digər peyğəmbərlərin gözəl xasiyyətləri cəmləşib. Bu haqda Allahu – təalənin Quranda dediyi kimi: “Ya Muhəmməd, sən də onların haqq yolunu tutub get”. “Haqq yolu” dedikdə burada Allahı tanımaq (mərufatullah) nəzərdə tutulmur. Çünki, Allahı tanımaq üçün O, başqasının arxasınca getməlidir, bu da Peyğəmbərimizin şanına yaraşmır. Burada söhbət şəriətdən getmir, Peyğəmbərimizin təbliğ etdiyi şəriət özündən öncə olan bütün dinləri – şəriətləri nəsx edib.

Lakin burada “yolunu tutub get” sözündən məqsəd Allahın onları ayırd etdiyi (onlara xas etdiyi) hər bir gözəl xasiyyətin yolunu tutub getməsidir. Çünki hər peyğəmbərin özünə aid başqa xasiyyətlərdən artıq dərəcədə fərqlənən gözəl xasiyyəti var. Allahu – Təalə Peyğəmbərə ﷺ düzgün yolla getməyi buyurduğu zaman O, həmçinin onların hər birində olan gözəl xasiyyətləri özündə cəmləşdirməsini buyurdu. Bu da peyğəmbərlərin heç birinin nail olmadığı ən üstün dərəcədir. Bu səbəbdəndir ki, Allahu Təala Peyğəmbərın böyük bir əxlaq sahibi olduğunu söyləmişdir. Ariflərdən birinin dediyi kimi kainatda bütün peyğəmbərlərin özlərinə xas bir fəziləti var bunların hamısı da Muhəmməddə ﷺ cəmləşmişdirir. Burada yazılanlar Aişənin peyğəmbərin xasiyyəti haqqında özündən soruşularkən verdiyi cavabında qeyd olunur: “Onun xasiyyəti Qurandır”. Bununla o, demək istəyirdi ki, Peyğəmbər ﷺ Quranda zikr olunan bütün gözəl sifətlərlə və fəzilətli mənəvi keyfiyyətlərlə bəzədilmiş, bununla birgə özündən çəkindirən haram və alçaq əməllərdən təmizdir. Başqa rəvayətdə isə bu haqda sual edənə: “Məyər sən Quran ayələrini oxumursan? Həqiqətən, möminlər nicat tapmışlar!

O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər, O kəslər ki, zəkat verərlər, O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar, Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama adlayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar, (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər), Namazlarına riayət edərlər (həmişə vaxtlı – vaxtında namaz qılarlar), Onlardır (bilin) varis olanlar –Firdövs cənnətinə varis olanlar, orada əbədi qalanlar! (surə “Əl-Müminun”, ayə 1-11) bu söylənilənlərin hamısı Peyğəmbərin ﷺ xasiyyəti idi”. Bu ayələrin məzmunu Peyğəmbərin ﷺ mənəvi əxlaqlarından sayılan iman qəlbin xüsusiyyətlərinin əsli, namaz bədən əməllərinin dirəyi, zəkat maliyyə işlərində ən başlıcası, əcnəbi qadınlara qarşı iffətli olması, əmanəti qorumaq və bağlanan müqaviləyə sadiq olmaq, Uca Allah ﷻ möminlərin “Onlar namazlarına riayət edərlər” vəsfini bir neçə dəfə təkrar etməsi, namazın nə dərcədə əhəmiyyətli, böyük iş olmasını qulaq asanlara çatdırması üçündür. Cüneyd əl-Bağdadi deyib: “Peyğəmbər böyük əxlaq sahibi idi O, özü üçün bu iki cihanın nemətlərindən heç nə istəmədən ümməti üçün arzulayardı”.

Əməlisaleh Hüseyn ən-Nuri demiş: “Peyğəmbərin əxlaqı necə də böyük olmasın, axı Allah onun qəlbini, batini aləmini Özünün əxlaqının nuru ilə işıqlandırmışdır?!”. Böyük Şeyx Muhyiddin əl-Ərəbinin “Təlqihul əzhən” adlı kitabında deyilir: “Peyğəmbər dərin və müdrik mənalı qısa sözlər demək qabiliyyətinə malik idi, çünki o, insanlarda olan gözəl əxlaqı mükəmməl zirvəyə yüksəltmək üçün göndərilmişdir. Buna görədir ki, Uca Allah ﷻ deyir: “Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən”. Bu da onu göstərir ki, Peyğəmbərin getdiyi yol ən doğru yoldur. Allah Rəsulu ﷺ deyir: “Həqiqətən Allahın gözəl gördüyü üç yüz altmış əxlaq var, kim Allaha iman gətirmiş halda bu əxlaqi – keyfiyyətlərin birisi ilə Allahla qarşılaşarsa Cənnət qismət olar. Bu zaman Əbu Bəkr Peyğəmbərimizdən ﷺ soruşur: “Bunlardan hər hansı biri məndə varmı Ey Allahın Rəsulu?”.

Peyğəmbər ﷺ cavab edər: “Bunların hamısı səndə mövcuddur və bunlardan Allahın ən xoşuna gələni də səxavətlikdir”. İnsanın Allahla münasibətdə olduğu zaman göstərdiyi ən gözəl xasiyyət itaətkar və razı olmaqdır. İnsanın insanlarla münasibətdə olduğu zaman isə göstərdiyi ən gözəl xasiyyət bağışlamaq və səxavətli olmaqdır. Hədisdə “Allaha iman gətirmiş halda” deyilməsində əsas məqsəd: bəzən gözəl xasiyyət sahibi iman gətirməyən biri də ola bilər, necəki iman sahibi gözəl xasiyyətsiz də ola bilıər. Əgər gözəl xasiyyət sahibi olmaq üçün yalnız iman gətirmək (müsəlman olmaq) yetərli olsaydı, möminə hər hansı bir əməli tərgitməsi və yaxud etməsi buyurulmazdı.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN

“SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


ÜÇ ӘN QОRХULU GÜNАH

İnsаnın bu dünyаdаkı әsаs mәqsәdi - həyatını Rəbbinin razılığını qazanacaq şəkildə yaşamaqdır. Bunа nаil оlmаq üçün günаhlаrdаn çәkinәrәk, yахşı işlәr vә düşüncәlәr üçün sәy göstәrmәk lаzımdır. Günаhlı әmәllәr аrаsındа isə çох аğır оlаnlаrı vаr. Bu mаtеriаldа biz оnlаrdаn üçü hаqqındа məlumat...


УШAГЛAР НƏ ВAXТ ГƏДДAРЛAШЫР: ҜҮНAҺКAР КИМДИР?

Әбу Һүрејрәдән рәвајәт олунур ки, Аллаһ Рәсулу ﷺ демишдир:«Һəр бир ушaг мүсəлмaн (фитрəтəн Ислaм үзрə) дoғулур, дaһa сoнрa вaлидeјнлəри oну јəһуди, xристиaн вə јa aтəшпəрəст eдир». (Имaм Əһмəд, 7712; Буxaри, 1375; Мүслим, 2658)   Бу ҝүнләрдә мән сосиал шәбәкәдә хәбәр...


SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).   2. Mərhəmət və şəfqət. Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli...


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...