Gözəl əxlaq nümunələrı

Sələfi salehlərdən bizlərə çatmış çoxlu hekayələr var. Bəziləri üçün bu hekayələr xəyal görünə bilər, ancaq bu həqiqətdir. Bu hekayələrin qəhrəmanları əvvəla Allahı ﷻ tanıdılar, sonra da bunun sayəsində həqiqi gözəl əxlaq sahibi oldular.
1. Deyirlər ki, İbn Ömər kölələrindən birini namazını gözəl qıldığını görən zaman onu köləlikdən azad etdi. Onun bu gözəl xasiyyətindən xəbər tutan başqa kölələri də başladılar namazlarını gözəl qılmağa. İbn Ömər onları da azad etdi. Ona “kölələr yalandan, azad olunmaları üçün belə qılırlar” deyildikdə O, dedi: “Allahın dinindən sayılan əməl edərək məni aldadırsa, mən aldanmağa hazıram”.
2. Əhnəf ibn Qeysdən soruşdular: “Sən gözəl xasiyyətli olmağı kimdən öyrəndin?”. O: “Qeys ibn Asim ƏnNəqridən öyrəndim” – deyir. Onun nə dərəcədə gözəl əxlaq sahibi olduğunu soruşanda o dedi ki: “Bir gün Qeys bin Asimin qulluqçusu üzərində qızardılmış ət tikələri olan dəmir şişlə gəldiyi zaman dəmir şiş əlindən düşərək onun oğlunun ölümünə səbəb olur. Bu zaman qulluqçu qorxudan dəhşətə gəlib nə edəcəyini bilmir. Qeys bin Asim isə ona: ”Qorxma, səni Allah rızası üçün azad etdim” dedi.
3. Deyirlər ki, uşaqlar ÜveysƏl-Qaranini görəndə ona daşlar atarlarmış. O da uşaqlara deyərdi ki: “Əgər daş atmamaq mümkün deyilsə, heç olmazsa balacalarını atın ki, ayaqlarım yaralanmasın.Yoxsa mən ayaqüstə namaz qıla bilmərəm”.
4. Bir nəfər Əhnaf ibn Qeysə nalayiq sözlər deyərək onu təqib edirmiş. O isə, özünün yaşadığı məhəllənin yaxınlığına çatanda ona: “Ey Cavan! Əgər sənin hələ mənə deyib qurtarmadığın sözlərin varsa burada de ki, bizim məhəllənin axmaqları eşitməsinlər, yoxsa onlar sənə xətər yetirərlər” deyir.
5. Rəvayət edilir ki, bir dəfə möminlərin əmiri Əli ibn Əbu Talib qulluqçusunu yanına çağırar. O isə cavab verməz. İkinci və üçüncü dəfə də çağırar o yenə də cavab verməz. Durub gedər yanına və görərki, qulluqçusu çarpayıda uzanıb. Deyər ki: “Mən səni çağırırdım, eşitmədinmi?”. Qulluqçu eşitdiyini söyləyəndə möminlərin əmiri ona: “Bəs mənim çağırışıma cavab verməməyə səni nə vadar etdi?” dedi. Qulluqçu cavabında: “Mən əmin idim ki, sən məni bu əməlimə görə cəzalandırmayacaqsan vəmən də bu səbəbdən tənbəllik etdim”deyir. Möminlərin əmiri də ona: “Get, səni Allah rızası üçün qulluqdan azad etdim” deyər.
6. Deyilir ki, bir gün Məruf əl-Kurxi dəstəmaz almaq üçün Dəclə çayına enər, Quran kitabını və əbasını kənara qoyar. Bu vaxt oradan keçən bir qadın onun Quran kitabını və əbasını götürüb oradan uzaqlaşar. Bunu görən Məruf tez özünü ona yetirər və deyər ki: “Ey bacım! Mən Mərufam qorxma, sənin Quran oxumağı bacaran oğlun varmı?” Qadın: “yoxdur” deyər. Bu dəfə Məruf: “Bəs ərin Quran oxuya bilirmi?” Bu dəfə də mənfi cavab alanda Məruf ona sadəcə bu sözləri deyir: “Onda Quranı geri mənə ver, əbam isə sənə qalsın”.
7. Günlərin birində Şeyx Əbu Əbdurrahmanın evinə oğru girir və evdə olan hər şeyi aparır. Söyləyirlər ki, O, dostuna deyibmiş: “Aliş – veriş üçün bazara gedəndə mən cübbəmi auksiona (müzayidə ilə satış) qoyulduğunu gördüm. Mən arxamı çevirdim və daha o tərəfə baxmadım”.
8. Malik bin Dinarın zövcəsi ona: “Ey riyakar!” dedi. O da ona: “Sən mənə ən münasib olan, Bəsrə əhalisinin də bilmədyi ad tapdın” dedi. 9. Yəhya ibn Ziyad əl-Harisinin yaramaz xidmətçisi olur. Ona sual ediləndə ki: “Bəs niyə sən onu yanında saxlayırsan (tutursan)?”. O da: “Mən onun yaramazlığına səbr edərək, dözərək həlim, yumşaq olmağı öyrənirəm” deyir.
10. Rəvayətə görə günlərin bir günü İbrahim ibn Ədhəm səhra ilə gedərkən bir əsgərlə qarşılaşır. Əsgər yaxınlıqdakı yaşayış yerini – insanların olduğu yeri xəbər almaq məqsədilə onların harda olduqları haqda sual verir. İbrahim ibn Ədhəm işarə edərək qəbiristanlığı göstərir. Əsgər də bir anlığa masqaraya qoyulduğunu düşünüb onun başını vurub qanadır. İbrahim ibn Ədhəm uzaqlaşdıqdan sonra qarşılaşdığı bir nəfər əsgərə onun Xorasanın zahidi İbrahim ibn Ədhəm olduğunu söyləyir. Əsgər etdiyi əməldən peşman olub üzr istəməyə gedəndə İbrahim ibn Ədhəm ona deyir: “Sən mənə vurandan sonra mən sənə Allahdan Cənnət nəsib etməsini istədim”. Əsgər bu cür qarşılığın səbəbini soruşduqda İbrahim ibn Ədhəm bu sözləri deyir: “Mən əmin idim ki, sənin bu zərbənə qarşılıq mən Allahdan mükafat alacam, istəmədim mənə yaxşılıq çatmasına vəsilə olan birinə məndən pislik dəysin”.
11. Əbu Osman əl – Hurini bir gün bir nəfər qonaq çağırır. Qonaq evin qapısına çatan zaman ev sahibi ona deyir: ”Ey qonaq, indi içəri daxil olmağın münasib deyil və hətta mən səni bu gün dəvət etdiyimə peşman oldum, sən geri qayıt”. Əbu Osman əlHuri də geri qayıdır. Evinə çatmamışdı ki,həmin adam gəlir: “Ey Ustad! Mən söylədiklərimdən çox peşmanam” deyir – və üzr istəyir. İkinci dəfə də qonaq gəlməsini xahiş edir. Əbu Osman ikinci dəfə də onlara gedir, qapısının yanına çatdığında yenə həmin sözləri eşidib geri qayıdır. Üçüncü dəfə də o, gəlir üzr istəyir, Əbu Osman yenə gedir yenə o sözləri eşidir və bu dördüncü dəfə də təkrarlanır. Yalnız beçinci dəfə məsələyə aydınlıq gətirərək deyir:“Ey Ustad! Mən sənin səbrini, xasiyyətini sınayırdım” və başlayır ondan həqiqi üzr istəyib onu öyməyə. Əbu Osman ona deyir ki: “Hətta itlərdə belə tapa biləcəyin xasiyyətə görə məni öymə, lazım deyil. İt də çağıranda gəlir, qovanda gedir”.
12. Başqa bir rəvayətə görə yayın isti günlərindən birində Əbu Osman küçə ilə gedərkən bir nəfər evin damından onun üstünə ləyən dolu kül atır. Bunu görən yanında olan dost – tanışaları hislənərək kül atana söyməyə başlayırlar. Bu Zaman Əbu Osman onlara: “Söyməyin! Odla cəzalandırılmasına layiq olan birinin başına odun yerinə külün atılması heç də qəzəblənəsi bir iş deyi”.
13. Deyirlər ki, bir mürid Cəfər ibn Hənzalatın evinə qonaq gəlir. Ev sahibi qonağa əlindən gələn xidməti etsə də qonaq ona: “Əgər sən yəhudi olmasaydın, çox yaxşı insan sayılardın” – deyir (ola bilsin ki, qonaq onun yəhudi olduğunu düşünüb, Cəfər də onatəvazökarlığından özünün həqiqi dinini söyləməmiş olub). Cəfər ibn Hənzalat da ona cavabında:”Mənim əqidəm sənə olan xidmətimi zədələməz. Yaxşı olar ki, sən özün üçün Allahdan şəfa istə (böyük ehtimal qonaq xəstə olub), mənim üçün də hidayət olmamı istə”.
14. Abdullah adında Allah dostlarından bir dərzinin məcusi (oda sitayiş edən) müştərisi var idi. Abdullah ona paltar tikər, əvəzində o da saxta dirhəmlər verərdi. Abdullah bir söz demədən qəlp pulları götürərdi. Bir gün Abdullah çox məşğul olduğundan dükana gecikir. Həmin məcusi yenə saxta dirhəmlərlə gəlir paltar almağa. Dirhəmlərin qəlp olduğunu görən Abdullahın şagirdi pulları götürmür. Məcbur qalan məcusi həqiqi dirhəmləri verir. Bir müddətdən dükana gələn Abdullah şagirdindən məcusinin köynəyinin hara olduğunu soruşur. Şagird də baş vermiş əhvalatı əvvəlindən sonuna qədər danışır. Bu vaxt Abdullah şagirdinə: “Heç yaxşı iş görmədin! Bu adam uzun müddətdir ki, mənimlə haqq – hesabı bu saxta dirhəmlərlə edir. Mən də onun etdiyinə səbr edərək ondan qəlp dirhəmləri götürüb quyuya atırdım ki, o bu saxta dirhəmlərlə başqalarını aldatmasın”.
Tərkı – dünya (zühd, zahıdlık) Zühdün mənası
Sən bil ki, zühdün əsl mənası, mahiyyəti qəlbin Allahdan qeyrisi ilə məşğul olmamasıdır. Dünya ilə bağlı hər hansı bir şeyə insanı çatdıran səbəbləri (vəsilələri) unutmaqdır və ümumiyyətlə dünya malından əl çəkməkdir. Bu da arzu – diləklərin (ümidin) qısa olması və sahibi olmayan dünya malına qəlbin meyl etməməsidir. Sevgi necəki, insanı özünü fəda etməyə gətirib çıxarır, zahidlik də insanda səxavətliliyi doğurur. İnsanda bu üç keyfiyyət olmazsa, zöhdün həqiqətini, mahiyyətini anlamaz.
Birinci – edilən əmələ qəlbən güvənib bel bağlamadan Allaha ﷻ təvəkkül etməsi – çünki insan öz əməllərini yaratmır, o sadəcə özünə Allah ﷻ tərəfindən əmr olunanı edir.
İkinci – tamahsız danışmaq, yəni özündə olmayıb başqalarında olan hər hansı bir nemətə tamah salaraq əldə etməsi üçün cəhd göstərməməsi.
Üçüncü – başçılıq etmə həvəsi olmayan şan – şöhrət – bu o deməkdir ki, nə vaxt Allah insanı şan – şöhrət, əzəmət sahibi etsə, o özünü hamıdan həqir görər, insanlara başçılıq etməyə meyl etməz və özünü onlardan üstün görməz. Sən bil ki, dünyaya vurulmaq, dünya malını sevmək bütün səmavi kitablardakı şəriətlərdə məzəmmət edilir. Bu hər bir xətanın başlanğıcı və hər bir fitnənin səbəbidir.
Buna görə də Allah bəndəsi gərək tərki – dünya ola və qəlbini nüfuz, məqam sevgisindən azad edə. Həqiqətən nüfuz, məqam sevgisi sahibi üçün var – dövlət sevgisindən daha zərərlidir. Bu ikisi insanı dünya sevgisinə yönəldir, bu da insanın düşmənidir.
DR MÜFTİSİ ŞEYX ƏHMƏD
ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI