Qonşuya yaxşılıq etmək

Qonşuya yaxşılıq etmək 

Qonşuya yaxşılıq etmək

Qonşunun qonşu üzərində böyük haqqı vardır. İslam isə qonşuya yaxşılıq etməyi əmr etmiş, iman ilə qonşuya hörmət və yaxşılıq etməyi bir-birinə bağlamışdır. Çünki Peyğəmbərimiz ﷺ buyurmuşdur:

 

“Kim Allaha və Axirət gününə iman edirsə, qonşusuna ikram etsin.”

Qonşu – insanla yanaşı yaşayan, işləyən və ya oxuyan kəsdir. O, müsəlman da ola bilər, qeyri-müsəlman da. Şəriət qonşuya xeyir arzulamağı imanın əlaməti etmişdir. Abdullah ibn Amrdan rəvayət olunur ki, Rəsulullah ﷺ buyurdu: “Allah yanında ən xeyirli dost, dostuna xeyirli olanıdır; Allah yanında ən xeyirli qonşu isə, qonşusuna xeyirli olanıdır.”

 

Qonşuya yaxşılığın bir çox şəkli vardır:

İstəsə, ona borc vermək, kömək əlini uzatmaq. Xəstələnsə, onu ziyarət etmək, halını soruşmaq. Sevincli və kədərli günlərində yanında olmaq.

Ev tikərkən onun haqqına girməmək. Ona nəsihət və məsləhət vermək.

Vəfat etsə, cənazəsində iştirak etmək. Yemək bişirəndə qoxusu ilə onu incitməmək, əksinə ondan ona da vermək. Peyğəmbər ﷺ Əbu Zərə buyurdu:

“Ey Əbu Zər! Əgər şorba bişirsən, suyunu çoxalt və qonşularına da pay ver.” Qonşu üçün dua etmək, ayıblarını örtmək. Ona təhqir, zərər və ya əşyalarına ziyan verməmək, qapısının önünə zibil atmaqdan çəkinmək. Ona salam vermək, mehriban və ədəbli danışmaq, təkəbbür və lovğalıq etməmək. Səs-küylə onu narahat etməmək. Əgər incitsə, səbr etmək, əsəbi boğmaq, sonra isə yumşaq dillə məsələni həll etmək. Allah-Təala buyurur:

“Yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl davranışla dəf et! O zaman aranda düşmənçilik olan kimsə sanki yaxın dost olar.” (Fussilət, 34)

Səhabələr soruşdular:

– “Ya Rəsulullah, qonşunun haqqı nədir?”

O ﷺ buyurdu:

“Əgər səndən borc istəsə, ver. Kömək istəsə, kömək et. ehtiyacı olsa, təmin et. Xəstələnsə, ziyarət et. Ölsə, cənazəsini müşayiət et. Ona bir xeyir gəlsə, sevin və təbrik et. Müsibət gəlsə, təsəlli ver. Yeməyinin qoxusu ilə onu incitmə, ancaq bir hissəsini ona da ver. Evinlə onun evinin arasına maneə qoyma, küləyini kəsmə, yalnız icazə ilə.”

 

Qonşunu ziyarət və dəvətinə cavab vermək

Qonşunun haqqındandır ki, onu ziyarət edəsən, şad və kədərli günlərində yanında olasan, dəvətinə cavab verəsən. Peyğəmbərimiz ﷺ buyurdu:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: Onunla qarşılaşanda salam ver, dəvət etsə qəbul et, nəsihət istəsə nəsihət et, asqırıb “Əlhəmdulillah” desə, ona cavab ver, xəstələnsə, ziyarət et, vəfat etsə, cənazəsini müşayiət et.”

 

Qonşunu incidməmək

İslam qonşuya hər cür zərəri – sözlə və ya əməllə – haram etmiş, bunu böyük günahlardan saymışdır. Peyğəmbər ﷺ buyurdu: “Allaha and olsun ki, iman etməmişdir! Allaha and olsun ki, iman etməmişdir! Allaha and olsun ki, iman etməmişdir!”

– “Kimdir o, ya Rəsulullah?” – deyə soruşdular.

– “O kəsdir ki, qonşusu onun şərindən amanda deyil.”

Hətta çox ibadət edən, amma qonşusuna dil ilə əziyyət verən qadın haqqında Peyğəmbərimiz ﷺ buyurdu:

“O, Cəhənnəmdədir.”

Lakin ibadəti az, lakin qonşusuna əziyyət verməyən qadın haqqında isə buyurdu:

“O, Cənnətdədir.”

 

Qonşunu nəzarətdə saxla-mamaq və ayıblarını açmamaq

Qonşunun evinə baxmaq, gizli işlərini izləmək, sirrlərini yaymaq böyük günahdır. Peyğəmbər ﷺ xəbərdarlıq etmişdir: “Müsəlmanların ayıblarını axtarmayın! Kim qardaşının ayıbını axtararsa, Allah da onun ayıbını axtarar, Allah ayıbını axtardıqda isə evində olsa belə onu rüsvay edər.”

 

Qonşunun əziyyətinə dözmək

İnsanların çoxu əziyyət verməməyə qadirdir, amma başqasının əziyyətinə səbr etmək yalnız kəramət əhlində olar. Allah-Təala buyurur:

Kim səbr edib bağışlasa, bu əlbəttə, əzmli işlərdəndir.” (Şura, 43)

Qonşu pislik etsə belə, səbirli olub ona yaxşılıqla cavab vermək imanın kamalındandır. Çünki Quran buyurur:

“Pisliyi ən gözəl davranışla dəf et. O zaman düşmənin sanki yaxın dost olar.”

 

Xülasə

Qonşunun qonşu üzərində haqları Allah tərəfindən vacib edilmişdir. Qonşuya yaxşılıq – müsəlman cəmiyyətini qoruyan, mərhəməti və həmrəyliyi davam etdirən əsas səbəblərdəndir. Qonşunu incitmək isə böyük günahlardandır və imanın naqisliyinə səbəb olur. İslam qonşuya kömək etməyi, halını soruşmağı, əziyyətinə səbr etməyi və ayıblarını örtməyi tövsiyə etmişdir. Qonşusuna yaxşılıq edənlər üçün isə Cənnət müjdələnmişdir.

 

2026-11-01 (Джумадул авваль 1448 г) №11.


Əҝəр һəдис сəһиһдирсə, дeмəли, мəним мəзһəбим будур

Бəзи мүaсирлəримиз иддиa eдирлəр ки, мəзһəблəрин фoрмaлaшдығы дөврлəрдə инсaнлaр һaнсы һəдислəрин сəһиһ, һaнсылaрынын зəиф вə јa ујдурмa oлдуғуну билмирдилəр.   Бу ҝүн исə мүaсир тexнoлoҝијaлaр сaјəсиндə мүсəлмaнлaр бир-бири илə o гəдəр сыx əлaгə сaxлaјырлaр ки, сaнки һaмысы eјни кəнддə...


Ислaмдa гoншулaрын һүгуг вə вəзифəлəри: Ҝөзəл гoншулуг вə əxлaг

Ислaмдa гoншулaрлa ҝөзəл мүнaсибəт сaxлaмaг мүһүм əxлaги вə дини вəзифəлəрдəндир. Гoншујa һөрмəт eтмəк, eһтијaҹындa көмəк ҝөстəрмəк, oнун һүгуглaрыны гoрумaг мүсəлмaнын ҝөзəл əxлaгынын ҝөстəриҹисидир. Гoншулугдa лaгeјдлик, пaxыллыг вə мүбaһисəлəр исə ҹəмијјəтин əмин-aмaнлығыны пoзур.   1....


İslam, yoxsa neoliberalizm?

Müasir dünyada ictimai rəyin formalaşmasında aparıcı rol oynayan Qərb — xüsusilə Avropa və ABŞ — insan hüquqlarını, şəxsi azadlığı və demokratiyanı sivilizasiyanın ən yüksək nailiyyətləri kimi təqdim edir. Fərqli düşünən, öz yolu ilə getmək...


Axырзaмaнын сынaглaры: зaмaнын сүрəти, имaнын имтaһaны вə мəнəви интибaһ јoлу

Бəшəријјəт тexнoлoжи, eлми вə мaдди бaxымдaн тaриxин əн пaрлaг инкишaф мəрһəлəсини јaшaјыр. Лaкин диҝəр тəрəфдəн, руһи вə мəнəви бaxымдaн ҝөрүнмəмиш бир бөһрaнын, дəрин бир мəнəви бoшлуғун ичиндəдир. Ислaми мaaрифлəндирмə плaтфoрмaлaрынын мaтe-риaллaрындa тeз-тeз диггəт чəкилдији кими, ҝүнүмүздə...


Кулинaријaнын сирлəри

Јaј јaғышлы кeчирди. Бу дəфə дə Мaрaт бaбaсы илə ҝəзинтијə чыxa билмəди.   Oјундaн сoнрa бүтүн oјунҹaглaр aртыг өз јeрлəринə јығылмышды. Мaрaт бaбaсы илə бирликдə мaрaглы һeкaјəлəр oxумуш, eвин һəр күнҹүнү aрaшдырмышды. Aртыг дaрыxмaғa бaшлaмышды. Бунa ҝөрə дə мəтбəxə, aнaсынын јaнынa ҝeтди....