SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).

 

2. Mərhəmət və şəfqət.

Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli və mərhəmətli) adlarını ona bəxş etmişdir. Peyğəmbər ﷺ özü də hər zaman deyərdi: "Mərhəmətli olun ki, sizə də mərhəmət olunsun". Həmçinin buyurmuşdur: "Mərhəmət etməyənə Allah da rəhm etməz". Səhabəsi Ənəs qeyd edirdi: "Mən ailəsində Peyğəmbər Məhəmməd ﷺ qədər xoşrəftar və şən olan ikinci bir insan görmədim".

O, ev işlərində ailəsinə kömək edərdi. Əgər Peyğəmbər ﷺ imam durub namaz qılarkən kiçik bir uşağın ağlamasını eşidərdisə, uşağa və anasına olan şəfqətindən namazı sürətləndirərdi. Bir səhabə Allah Rəsulunun ﷺ qızı Fatimənin oğulları Həsən və Hüseyni öpdüyünü gördükdə: "Mən hələ bir dəfə də olsun uşaqlarımı öpməmişəm" — dedi. Allahın Sevgilisi ﷺ buyurdu ki, mərhəmətsiz insana Allah da mərhəmət etməz. O, xəstələri ziyarət edər, yoxsullara kömək edər, yetimlərin qayğısına qalmağı tapşırardı. Peyğəmbər ﷺ ağır xəstə olan səhabələrini gördükdə çox kədərlənər, onlara duyduğu yazığın gəlməsi və şəfqət səbəbindən gözlərindən yaş axardı.

O, bütün canlılara qarşı mərhəmətli olmağı əmr edərdi. Heyvanları bir-biri ilə vuruşdurmağı, xoruz və qoç döyüşləri təşkil etməyi qadağan edərdi. Heyvanları kəsərkən bıçağı yaxşı itiləməyi və heyvanın bunu görməsinə yol verməməyi, yəni mərhəmətlə kəsməyi nəsihət edərdi. O, hətta ona dəfələrlə zərər və əziyyət verən kafirlərin belə cəzalandırılmasını Allahdan istəməzdi. Peyğəmbərimizin ﷺ şəfqət və mərhəməti haqqında hər şeyi danışıb bitirmək qeyri-mümkündür.

 

3. Vicdanlılıq və həya.

O buyurardı ki, həya imandandır, ona görə də həya gözəldir. O öyrədərdi: "Allahdan həqiqi mənada həya edin (əllərinizi, gözlərinizi, qulaqlarınızı, dilinizi, mədənizi və cinsiyyət üzvlərinizi günahdan qoruyaraq)!". O, başqasının xoşuna gəlməyən bir şeyi onun üzünə deməzdi. Həzrəti Ayşə (Allah ondan razı olsun) demişdir: "O, mənim övrət yerimi görmədi, mən də onun övrət yerini görmədim". O, nitqində heç vaxt utanılacaq kobud sözlər işlətməz, fikirlərini daha gözəl və münasib sözlərlə ifadə edərdi. Ehtiyacını (ayaqyolu) yalnız heç kimin onu görmədiyi yerlərdə ödəyərdi.

 

4. Xoşrəftarlıq və səxavət.

Sevimli Peyğəmbərimiz ﷺ ömründə bir dəfə də olsun ona müraciət edən birinin xahişini geri çevirməmişdi. O ﷺ buyurardı: "Səxavətli insan Allaha, insanlara və Cənnətə yaxın, Cəhənnəmdən isə uzaqdır" (Tirmizi).

O, simicliyi və tamahkarlığı pisləyərdi: "Paxıl (simic) insan Allahdan, insanlardan və Cənnətdən uzaq, Cəhənnəmə isə yaxındır". Bir dəfə o, Səfvan bin Ümeyyəyə iki təpə arasındakı dərəni dolduracaq qədər qoyun sürüsü bağışlamışdı. Başqa bir vaxt bir nəfər ondan bir şey istədikdə və Peyğəmbər ﷺ özündə istənilən şeyi tapmadıqda demişdi: "Filankəsin yanına get və ondan götür, mən onun əvəzini ödəyərəm". Ömər əshab ona dedi: "Ey Allahın Rəsulu! Uca Allah səni çətin vəziyyətə salmayıb. Bu istəyən şəxs bunu necə edə bilər (səni çətinə sala bilər)?!" Peyğəmbərin ﷺ bu sözlərdən xoşu gəlmədi. O zaman ənsardan biri dedi: "Payla, ey Allahın Rəsulu, və qorxma ki, Allahın xəzinəsi azalar!". Bunu eşitdikdə Peyğəmbərin ﷺ üzü nur saçdı və dedi: "Mən Allah tərəfindən bunun üçün göndərilmişəm".

Əli əshab deyirdi: "Allahın Rəsulu müjdəçi küləkdən (yəni yağış buludlarını gətirən sərin küləkdən) daha səxavətli idi və xeyir iş görməyə tələsərdi".

Cabir bin Mutim danışmışdır: "Hüneyn döyüşündən qayıdarkən Allah Rəsulunun ﷺ ətrafını yoxsul bədəvilər sardılar və istəməyə başladılar. Onlar Peyğəmbəri ﷺ sıxışdıraraq bir ağaca tərəf apardılar və onun əbası bir budaqdan asılı qaldı. Yoxsullar əbanı götürdülər. O zaman Peyğəmbər ﷺ dedi: "Əbamı mənə qaytarın. Allaha and olsun ki, əgər mənim bu meşədəki ağacların sayı qədər dəvəm olsaydı, onların hamısını sizə paylayardım. O zaman siz məni paxıl, qorxaq və ya yalançı hesab etməzdiniz" (Müslim). Onun sonsuz səxavətini və alicənablığını tam təsvir etmək mümkün deyil.

 

5. Əhdə vəfalı olmaq.

Müqəddəs Peyğəmbərimiz ﷺ buyurardı: "Vədə xilaf çıxmaq münafiqlik əlamətidir". Abdullah bin Əbilhəmsə demişdir: "Mən Peyğəmbərlə, hələ ona peyğəmbərlik missiyası verilməmişdən əvvəl bir yerdə görüşmək üçün razılaşmışdım. Bunu unutdum və yalnız üç gündən sonra xatırladım. Xatırlayan kimi razılaşdığımız yerə getdim və Peyğəmbəri ﷺ orada məni gözləyən gördüm. O dedi: "Ey gənc, sən məni çətin vəziyyətə saldın, mən artıq üç gündür ki, burada səni gözləyirəm".

Xədicənin vəfatından sonra Peyğəmbər ﷺ hər gün onu xatırlayırdı. Yəni vəfatından sonra belə Peyğəmbər ﷺ ilk xanımına olan vəfasını və sədaqətini qorumuşdu. Uşaqlıqda ona süd vermiş Həlimə binti Sədiyyə Peyğəmbəri ﷺ ziyarət etdikdə, o, əbasını çıxarıb yerə sərmişdi ki, süd anası onun üstündə əyləşsin. O, uşaqlıqda ona edilən yaxşılığı unutmamışdı.

 

6. Səbrinin kamilliyi.

Peyğəmbərin ﷺ insanları Allahın dininə — İslama dəvət edərkən göstərdiyi səbri düşünəndə insan heyran qalır. Məkkəli qüreyşlilər, Məkkə ətrafında yaşayan bəzi ərəb qəbilələri, bədəvilər, Məkkədəki yəhudilər, xristianlar, münafiqlər — hamı Peyğəmbərə ﷺ bacardıqları qədər əziyyət verir, onu ələ salırdılar. Peyğəmbərə ﷺ hücum edir, onu boğmağa çalışırdılar; evini mühasirəyə alıb öldürmək istəyirdilər; üstünə dəliləri salırdılar ki, onu ayaqları qana bulaşana qədər daşqalaq etsinlər; onu ölümlə hədələyirdilər. Bir dəfə o, Kəbənin yanında namaz qılarkən səcdə vəziyyətində idi, üzərinə kəsilmiş dəvənin murdar içalatını atdılar. Üzünə tüpürürdülər, ona böhtan ataraq "kahin", "şair", "sehrbaz", "divanə" deyirdilər. Bəziləri sadəcə ona gülümsəyir və onu gördükdə bir-birlərinə qaş-göz işarəsi edirdilər. Digərləri Qurana böhtan ataraq bunun "əvvəlki xalqların uydurmaları" olduğunu deyirdilər. Elə insanlar da var idi ki, onu "cəmiyyəti dağıdan", "ailələrə nifaq salan", "övladla valideyni bir-birinə düşmən edən", "dostları ayıran bir sehrbaz" adlandırırdılar.

Bəziləri onun nəslinə rüsvayçı ləqəblər qoşurdular, digərləri səhabələrini incidirdilər, onun nəslinin üzvlərini açıq şəkildə "insanların düşməni" elan edir və aralarında onlarla ticarət etməmək barədə müqavilə bağlayırdılar (boykot). Göylər və yer bizim Peyğəmbərimizin ﷺ çəkdiyi əziyyətlərə dözməzdi.

İyirmi üç il ərzində sevimli Peyğəmbərimiz ﷺ gecə-gündüz, bir addım belə geri çəkilmədən səbirlə insanları Allahın dininə dəvət etdi. Bir düşünün: Allahın Rəsulu ﷺ iyirmi üç il boyu xalqı hər iki dünyanın sonsuz xoşbəxtliyinə səsləyirdi, insanlar isə ona müxtəlif əzablar və təqiblərlə cavab verirdilər! Məgər bu dünyada kiminsə belə böyük səbri ola bilərmi? Bizim Peyğəmbərimizin ﷺ səbrinin isə həddi-hüdudu yox idi.

Bir dəfə Peyğəmbərin əmisi Əbu Talibin yanına bəzi kafir başçıları gəlib dedilər: "Ya sən qardaşoğluna bütləri və atalarımızın dinini pisləməyi qadağan edəcəksən, ya da biz səninlə düşmən olub sənə müharibə elan edəcəyik". Əbu Talibin qəlbi ağırlaşdı və Allah Rəsuluna ﷺ dedi: "Məşğul olduğun bu işdən əl çək!". O zaman Peyğəmbər ﷺ Əbu Talibin artıq onu dəstəkləmədiyini düşünərək çox kədərləndi, lakin sonra göyləri və yeri sarsıdan qətiyyətli bir cavab verdi. O dedi: "Allaha and olsun ki, əgər bu kafirlərin başçıları günəşi sağ əlimə, ayı isə sol əlimə qoysalar ki, mən bu dini yaymaqdan vaz keçim, Allah bu dini hakim qılana qədər və ya mən bu yolda öləni qədər əsla geri çəkilməyəcəyəm".

 

Davamı var

 

 

 

“Günəşin yeddi şüası” kitabından götürülüb tərcümə olunub

Kuramuhəmməd Hacı Ramazanov

2026-04-01 (Шаввал 1447 г.) №4.


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


ÜÇ ӘN QОRХULU GÜNАH

İnsаnın bu dünyаdаkı әsаs mәqsәdi - həyatını Rəbbinin razılığını qazanacaq şəkildə yaşamaqdır. Bunа nаil оlmаq üçün günаhlаrdаn çәkinәrәk, yахşı işlәr vә düşüncәlәr üçün sәy göstәrmәk lаzımdır. Günаhlı әmәllәr аrаsındа isə çох аğır оlаnlаrı vаr. Bu mаtеriаldа biz оnlаrdаn üçü hаqqındа məlumat...


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


СИЗ БИР-БИРИНИЗӘ АРХАСЫНЫЗ

Евлилик (әрәбҹә “никаһ”) Исламда илк нөвбәдә сәдагәт вә мәсулијјәт акты, руһу вә гәлби сакитләшдирмәк васитәси кими гәбул едилир.   О, инсанын Уҹа Аллаһ, ҹәмијјәт вә өзү гаршысында өһдәлијини тәмсил едир. Ҹәмијјәтин рифаһына көмәк едир. Буна ҝөрә әр-арвадын евлиликләрини горумалары ваҹибдир. Аилә...