Mehriban dördlük

Mehriban dördlük

Məryəm birinci sinifə gedirdi. O, çox mehriban, ünsiyyətcil, maraqlı bir qız idi. Dərslərində çalışqan idi, kitab oxumağı da çox sevirdi. Məryəmin sinifində dostluq mühiti hökm sürürdü, amma onun üç ən yaxın rəfiqəsi vardı. Onlar elə ayrılmaz idilər ki, hamı onlara “Mehriban dördlük” deyirdi.

 

Qızlar eyni məhəllədə yaşayırdılar. Məktəbə bir yerdə gedir, dərsdən sonra da çox vaxt birlikdə vaxt keçirirdilər. Onların özlərinə qoyduqları iki əsas qayda vardı: heç kəsə pislik etməmək və köməyə ehtiyacı olan hər kəsə yardım etmək.

Tez-tez Məryəmin evində toplanardılar. Məryəmin anası qızları çox sevirdi. Onlara ləzzətli plov bişirir, sonra birlikdə nahar edirdilər. Naharın ardından qızlar ev tapşırıqlarını yerinə yetirir, sonra kuklalarla oynayır, nağıllar danışırdılar.

Bir gün qızlardan biri – Sofiya xəstələndi və məktəbə gələ bilmədi. Dərsdən sonra üçlük dərhal qərara gəldi ki, rəfiqələrini ziyarət etsinlər. Məryəmin anası da onlara qoşuldu.

Qızlar Sofiyanın sevdiyi meyvələri – alma, nar və banan aldılar. Məryəmin anası isə ona əlavə olaraq gözəl bir kukla hədiyyə götürdü. Sofiyanın valideynləri onları mehribanlıqla qarşıladı. Sofiya da dostlarını görüb çox sevindi. Elə sevinirdi ki, sanki xəstəliyini unutmuşdu.

– Ah, nə yaxşı ki, gəldiniz! – Sofiya dedi. – Mən çox darıxmışdım.

Qızlar onunla söhbət etdilər, oyun oynadılar. Sofiya kuklanı qucaqlayıb gözlərini işıqlandıraraq dedi:

– Bu mənim ən gözəl hədiyyəmdir!

Axşam evə dönməyə hazırlaşanda Sofiyanın anası onları əliboş yola salmaq istəmədi. Qızlara minnətdarlıq olaraq hər birinə öz əlləri ilə toxuduğu rəngbərəng cib dəsmalları hədiyyə etdi. Qızlar hədiyyəni sevə-sevə götürdülər.

Evdə qayıdarkən Məryəmin anası onlara gülümsəyərək dedi:

– Qızlar, bilirsinizmi, bu gün necə gözəl bir iş gördünüz?

– Bilirik, biz dostumuzu görməyə getdik, – Məryəm cavab verdi.

– Siz sadəcə dostunuzu görmədiniz, – ana izah etdi. – Siz həm də bir xəstəni ziyarət etdiniz. Peyğəmbərimiz Muhəmməd ﷺ də xəstələri ziyarət etməyi çox sevərdi və bizə də tövsiyə edib.

Qızlardan biri maraqla soruşdu:

– “Ziyarət” nə deməkdir, xala?

Ana cavab verdi:

– “Ziyarət” – kiminsə halını soruşmaq, ona sevinc bəxş etməkdir. Siz bu gün yalnız dostluq etmədiniz, həm də savab qazandınız. Allah da, Peyğəmbərimiz də sizin bu əməlindən razı qalar, in şə Allah.

Qızlar bir-birinə baxdılar, hamısı sevinirdi. Məryəm evə gələndə ürəyində belə düşündü:

“Nə yaxşı ki, biz bu gün yaxşılıq etdik. Mən hiss edirəm ki, Allah da bizdən razıdır.”

2026-11-01 (Джумадул авваль 1448 г) №11.


Müsəlman qadınlarını niyə «əzilmiş qadınlar» hesab edirlər?

Mərhəmət, şəfqət və başqasının halına acımaq insanın, o cümlədən müsəlmanın əsas xüsusiyyətlərindəndir. Lakin müasir dünyada «zəhərli mərhəmət» adlandırılan bir anlayış meydana çıxıb. Bu zaman insanlara qeyri-adi və anlaşılmaz görünən həyat...


İslam, yoxsa neoliberalizm?

Müasir dünyada ictimai rəyin formalaşmasında aparıcı rol oynayan Qərb — xüsusilə Avropa və ABŞ — insan hüquqlarını, şəxsi azadlığı və demokratiyanı sivilizasiyanın ən yüksək nailiyyətləri kimi təqdim edir. Fərqli düşünən, öz yolu ilə getmək...


Ислaмдa гoншулaрын һүгуг вə вəзифəлəри: Ҝөзəл гoншулуг вə əxлaг

Ислaмдa гoншулaрлa ҝөзəл мүнaсибəт сaxлaмaг мүһүм əxлaги вə дини вəзифəлəрдəндир. Гoншујa һөрмəт eтмəк, eһтијaҹындa көмəк ҝөстəрмəк, oнун һүгуглaрыны гoрумaг мүсəлмaнын ҝөзəл əxлaгынын ҝөстəриҹисидир. Гoншулугдa лaгeјдлик, пaxыллыг вə мүбaһисəлəр исə ҹəмијјəтин əмин-aмaнлығыны пoзур.   1....


Tövbə edir, sonra yenə günahlar edirik…

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   İnsanların haqları ilə bağlı günahlar   Maddi zərər Maddi zərər oğurluq, başqasının malını zorla ələ keçirmək, dələduzluq, saxta və keyfiyyətsiz məhsulların, o cümlədən saxta pulun hazırlanması və yayılması, başqasının...


Peyğəmbərin ﷺ bəzi möcüzələri haqqında daha ətraflı

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   Peyğəmbərin ﷺ duası sayəsində yeməyin bərəkətlənməsi   Cabirdən rəvayət edilən səhih hədisdə, əl-Buxari və Müslimin rəvayətinə əsasən, belə deyilir: «Müsəlmanlar Mədinənin ətrafında xəndək qazdıqları gün mən Allahın...