Niyə din insan üçün nemətdir?

Niyə din insan üçün nemətdir?

İman – Allahın insana bəxş etdiyi ən böyük nemətlərdən biridir. Çünki iman insana həyatının mənasını, varlığının səbəbini göstərir. İmansız insan isə sanki qaranlıq bir otaqda yolunu azmış kəs kimidir. Həqiqi iman – bütün nemətlərin fövqündə duran, insanı həm bu dünyada, həm də axirətdə bəxtiyar edən nemətdir. Bütün məxluqat arasında imanı olmayan qədər bədbəxt kimsə yoxdur.

 

İman və imansızlığın yolu

İman – ağıl və düşüncə ilə seçilmiş yoldur. İmansızlıq isə azğınlıq və nadanlıq yoludur. Mömin Allahın qanunlarına uyğun düşünür, bilir ki, heç bir şey Yaradan olmadan meydana gələ bilməz. Qurani-Kərimdə buyurulur:

“Göyləri və yeri yaradan Allaha haqqında şübhəmi edirsiniz?!” (İbrahim, 10).

Mömin göylərə və yerə baxaraq təfəkkür edir, Allahın ﷻ varlığına və qüdrətinə əmin olur. Çünki kainatda olan hər bir şey – ulduzlardan dənizlərə, canlılardan insanın özünə qədər – Allahın varlığına açıq şahidlik edir.

Kafir isə Allahı inkar edir, varlığın təsadüfən yarandığını iddia edir. Halbuki sadə bir misal belə bu iddianın əsassızlığını göstərir: hərflərdən sözlər, sözlərdən cümlələr, cümlələrdən məqalələr yaranır. Sonra redaktor məqalələri seçib qəzet düzəldir. Heç kəs deməz ki, bütün bunlar heç bir məqsəd, iradə və şüurlu fəaliyyət olmadan təsadüfən meydana gələ bilər. Möminlər bu həqiqəti qəbul edənlərdir, kafirlər isə inkar edənlərdir.

Allah ﷻ buyurur:

“Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır”. (Casiyə, 3).

Amma kafirlər bu açıq dəlilləri görə-görə üz çevirirlər. Quranda deyilir:

“Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər)”. (Yusuf, 105).

 

Möminin sevinci də, kədəri də xeyirə çevrilir

Mömin üçün həyatın hər halı xeyirlidir. Sevincli hadisə baş verdikdə o, Allaha həmd edir – bu onun üçün xeyir olur. Müsibət gəldikdə isə səbr edir, bu da onun üçün xeyirə çevrilir. Hədisdə buyurulur:

“Möminin halı necə də təəccüblüdür, onun hər halı xeyirdir və bu, mömindən başqa heç kəsə aid deyil. Əgər ona bir sevinc toxunsa, şükür edər və bu onun üçün xeyir olar. Əgər başına bir müsibət gəlsə, səbir edər və bu onun üçün xeyir olar”. (Müslim)

Kafir üçün isə tam əksi doğrudur. Ona nemət verildikdə şükr etmək əvəzinə qürurlanır, zalımlığa, günaha və ehtiraslara uyar. Bu nemət axırda onun üçün bədbəxtliyə çevrilir. Ona müsibət gəldikdə isə səbr edə bilmir, ümidsizliyə düşür və daha da bədgünah hala gəlir.

 

Mömin və kafirin ibadəti

Mömin yalnız Allaha ﷻ ibadət edir. Onun qəlbində yalnız Rəbbinə bağlılıq vardır. Kafir isə təbiət hadisələrinə, bütlərə, nəfsinin ehtiraslarına və dünya istəklərinə sitayiş edir.

Bir sufi ilə hökmdar arasında məşhur bir söhbət rəvayət olunur. Hökmdar ona dedi:

– “Mən sənin istədiyin arzunu həyata keçirə bilərəm, de nə istəyirsən.”

Sufi cavab verdi:

– “Sən mənim qulumun qulusan, mən səndən necə bir şey istəyə bilərəm?”

Hökmdar təəccüblə soruşdu:

– “Mən necə qul ola bilərəm?”

Sufi isə cavab verdi:

– “Sən nəfsinin və ehtiraslarının qulusan, mən isə nəfsimin hökmdarıyam.”

Bu cavab möminlə kafir arasındakı əsas fərqi gözəl izah edir.

 

Möminin bilik dairəsi genişdir

Kafir yalnız maddi dünya ilə məhdudlaşır. Görünməyən aləmin mövcudluğunu inkar edir, hətta öz ağlının dərk edə bilmədiyi şeylərin mövcud olma ehtimalını da rədd edir.

Mömin isə bilir ki, maddi aləm reallığın yalnız kiçik bir hissəsidir. Ölüm bir son deyil, başqa bir dünyanın başlanğıcıdır. Mömin inanır ki, ölümündən sonra insanı Cənnət və ya Cəhənnəm gözləyir. O, mələklərin, cinlərin, yeddi qat göyün, Ərş və Kürsinin varlığına iman gətirir. Mömin Allahın kamil sifətlərini, ən gözəl adlarını – Əsmaül-Hüsnanı bilir.

Mömin bütün bunları Allahın nazil etdiyi kitablar və Onun elçiləri vasitəsilə öyrənir. Ona görə möminin biliyi daha geniş, daha dərindir.

Allah ﷻ buyurur:

“O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (Yunus, 63-64).

 

İman ən böyük nemətdir

Allah ﷻ həm möminlərə, həm də kafirlərə dünyəvi nemətlər bəxş edir. Lakin ən zəngin kafirə verilən nemətlər, iman neməti ilə müqayisədə dənizdə bir damla kimidir. Ona görə mömin anlamalıdır ki, ona verilmiş iman, kafirə verilən bütün dünya malından qat-qat qiymətlidir.

Quranda xəbərdarlıq edilir:

“Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!”. (Həcc, 11).

Mömin yaxşı əməlləri qarşılıq üçün deyil, Allah rizası üçün edir. Çünki bilir ki, Allah yolunda edilən hər bir yaxşılıq axirətdə qat-qat mükafatlandırılacaq. Kafir isə əksər hallarda yaxşılığı ancaq şəxsi mənfəəti üçün edir – nüfuz qazanmaq, hörmət toplamaq və ya maddi fayda əldə etmək üçün.

İman – Allahın möminlərə bəxş etdiyi ən böyük nemətdir. Möminlər bu nemətin qədrini bilməli, ona görə Allaha şükür etməli və sevinməlidirlər. İmanı zəif olan insan bəzən pis işlər görə bilər. Bu, onun dini dəyərlərdən uzaqlaşmasının nəticəsidir. İman gücləndikcə, insanın pisliklərdən uzaqlaşması da asanlaşır.

Mömin qəlbini saflaşdırmağa, imanını möhkəmləndirməyə çalışmalıdır. Bu yol – ixlas və səmimiyyət yoludur. Təsəvvüf məktəbləri də insanın qəlbini pisliklərdən təmizləməyi, imanını gücləndirməyi və xasiyyətini gözəlləşdirməyi hədəfləyir.

Hər bir mömin bütün gücünü imanı möhkəmləndirməyə yönəltməli, öz davranışları ilə dinin gözəlliyini göstərərək kafirlər üçün də bir nümunə olmalıdır.

 

Muhəmməd Fəxrudİn

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...


Һəр ҝүн дишлəрини тəмизлə

Мəрaт дoстунун aд ҝүнүндəн гaјытды. Ҝүн чox шəн кeчмишди. Xүсусилə дaдлы тoрт вə чoxлу-чoxлу ширнијјaтлaр oну сeвиндирмишди: кoнфeтлəр, зeфирлəр, мaрмeлaд, шoкoлaд. Үстəлик, бaјрaмдaн сoнрa бaлaҹa гoнaглaр eвлəринə дaғылышaркəн дoсту həр биринə өзү илə aпaрмaг үчүн бир aз дa ширнијјaт вeрди. Мəрaт...


Günah edirik və yenidən günaha qayıdırıq…

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   Tövbə haqqında   İnsan hansısa evdə günah işlədikdə, həmin evin damının Yaradanından onu uçurub həmin insanın üzərinə düşməsinə icazə verməsini istədiyi bildirilir. Əgər insan açıq səma altında...


Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   110. Əmmara demişdi ki, onu yolunu azmış insanlar öldürəcəklər. Bu xəbərdarlıq gerçəkləşdi.   Müqəddəs müharibədə cəsarətlə vuruşan bir səhabə haqqında Peyğəmbər ﷺ demişdi: “O, cəhənnəmə gedəcək”....


Иcлaмдa вaлјутa мүбaдилəcи

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   3. Мүгaвилəнин бaғлaндығы јeрдə гaршылыглы һecaблaшмa   Тəрəфлəр бир-бириндəн aјрылмaздaн əввəл мүгaвилə јeриндə (мəҹлиcдə) əллəриндəки гaршылығы (eквивaлeнти) тəһвил вeрмəлидирлəр. Мүбaдилə oлунaн əшјaлaрын eјни нөв (гызылын гызыллa, дoллaрын...