Amr ibn əl-As

Amr ibn əl-As

 

Amr ibn əl Asın həyat hekayəsi çox zəngindir. Onun sayəsində Fələstin və Misir kimi iki böyuk ölkənin əraziləri müsəlman torpaqlarına qatıldı. Habelə müsəlmanlara uzun müddət xatırlanacaq böyük bir həyat yolu qoyub getdi.

 

Bu həyat hekayəsi hicrətdən təxminən yarım əsr əvvəl Amr ibn əl-Asın dünyaya gəlməsi ilə başlamış, hicrətin qırx ücüncü ilində onun dünya həyatından köcməsi ilə başa catmışdır.

Onun atası əl-As ibn Vail cahiliyyə dövr ərəblərinin sayılıb seçilən başçılarından olmuşdur.

O, soylu-köklü bir ailədən gəlirdi. Amrın anası isə belə deyildi. O, bir kölə olmuşdur. Buna görə də Amr ibn əl-As valilik kürsüsünə oturduğu və ya minbər başına keçdiyi zaman ona həsəd aparanlar bunu xatırladar və onun adına ləkə gətirmək istəyərdilər. Hətta bir dəfə onlardan biri bir nəfəri Amr minbərdə olduğu zaman onun yanına göndərib anası haqda soruşmasını istəmişdi. Bunun müqabilində də ona böyuk məbləğdə bəxşiş verəcəyini bildirmişdi.

Həmin adam ayağa qalxıb Amrdan soruşmuşdu:

 “Əmirin anası kimdir?”

Amr özünə hakim olub müdrikcəsinə cavab vermişdi:

O, Abdullahın qızı Nabiğədir. Ərəblər cahiliyyə düvründə onu döyuşlərin birində əsir almış və Ukaz bazarında satmışdılar. Onu Abdullah ibn Cədan almış və əl-As ibn Vailə (yəni atasına) hədiyyə etmişdi. Nabiğə ona övlad vermiş, uşaq dünyaya gətirmişdir.

Təzyiq və işgəncəyə məruz qalan müsəlmanlar Qureyşin əzab-əziyyətindən və verdiyi işgəncələrdən xilas olmaq və Amanda yaşamaq üçün Həbəşistana hicrət etdikləri zaman Qureyş onların Məkkəyə qaytarılmaları və cəzalandırılmaları üçün cəhd gostərdi. Belə ki, bu vəzifəni yerinə yetirmək üçün Amr ibn əl-Ası seçdilər. Bu təsadufi deyildi. Amrın Həbəşistan hökmdarı Nəcaşi ilə köhnədən dostluq əlaqələri var idi. Qureyş Nəcaşini və onun keşişlərini ələ almaq üçün Amrı çoxlu hədiyyələrlə Həbəşistana gödərdi. Amr Nəcaşinin hüzuruna çatdıqda onu ehtiramla salamlayıb sonra dedi:

- Bizim qəbilənin bəzi insanları öz ata-babalarının dinlərindən üz döndərib yeni bir din icad ediblər. Məni Qureyş sənin hüzuruna gondərib ki, onları öz qəbilələrinə aparmağıma icazə verəsən. Biz onları öz dinlərinə geri qaytarmaq istəyirik.

Nəcaşi bir necə səhabəni hüzuruna çağırdı və onlardan etiqad etdikləri din, iman gətirdikləri tanrı və bu dini təbliğ edən peyğəmbərləri barədə soruşdu. Səhabələrdən eşitdiyi sözlər onun qəlbində rahatlıq və əminlik yaratdı. Onlara diqqətlə qulaq asıb dinlərinin haqq din olduğunu anladı. Müsəlmanları Amr ibn əl-Asa təhvil verməkdən sərt şəkildə imtina edən Nəcaşi onun gətirdiyi hədiyyələri də özü ilə birgə geri qaytardı.

Amr ibn əl-As Məkkəyə yola düşməzdən əvvəl Nəcaşi ona demişdi:

 “Ey Amr, necə ola bilər ki, sən müdrik və uzaqgörən biri olduğun halda Məhəmmədin dinindən uzaqsan?! Allaha and olsun ki, o Allahın xüsusilə sizə, ümumiyyətlə isə bütün insanlara göndərdiyi elçisidir”.

Amr təəccüblə soruşdu:

“Ey hökmdar, bunu sənmi deyirsən?!”

Nəcaşi dedi:

“Allaha and olsun ki, düzdür. Gəl sən mənə qulaq as! Məhəmmədə və onun sizə təbliğ etdiyi dinə iman gətir!”

Amr ibn əl-As Həbəşistanı tərk etdi. Lakin Nəcaşinin dedikləri onun qəlbini sirkələmişdi. Nə edəcəyini bilmirdi. Nəcaşinin Peyğəmbər haqqında danışığı Amrın onunla göruşmək istəyinə səbəb oldu. Lakin bu ona yalnız hicrətin səkkizinci ilində nəsib oldu. Allah onun qəlb gözunu açaraq onu da yeni dini qəbul etməklə şərəfləndirdi. Amr İslam dinini qəbul etdiyini Peyğəmbərin ﷺ hüzurunda elan etmək üçün Mədinəyə yola duşdu. O, yolda Xalid ibn Vəlid və Osman ibn Talha ilə qarşılaşdı. Onlar da eyni məqsədlə yola cıxmışdılar. Üc yoldaş olub yola düzəldilər və Mədinəyə çatdılar. Peyğəmbərin ﷺ yanına gəldikdə Xalid ibn Vəlid və Osman ibn Talha ona beyət etdilər. Sonra Peyğəmbər ﷺ əlini Amra uzatdı. Amr onun əlini bər-bərk sıxdı. Peyğəmbər ﷺ soruşdu: “Ey Amr, sənə nə olub?”Amr dedi:

“Keçmiş gunahlarımın bağışlanacağı təqdirdə sənə beyət edirəm”.

Peyğəmbər ﷺ buyurdu: “İslam və hicrət özundən əvvəlkiləri silər”.

Beləcə Amr Peyğəmbərə ﷺ beyət etdi.

Bu hadisə Amr ibn əl-Asın ruhunda bir iz qoydu. O, deyirdi ki, “Allaha and olsun, Peyğəmbər ﷺ öz Rəbbinə qovuşan ana qədər gözüm onun camalına baxmaqdan doymadı”.

Allahın elcisi ﷺ Amr ibn əl-Asa böyük önəm verirdi. Zətussəlasil döyüşündə çoxlu sayda mühacir, ənsar və İslamı daha öncədən qəbul etmiş digər səhabələr olmasına baxmayaraq Peyğəmbər ﷺ Amrı ordunun başına keçirmiş, rəhbərliyi ona tapşırmışdı.

Peyğəmbər ﷺ Allahın dərgahına köçdukdən sonra Əbu Bəkr əs-Siddiq müsəlmanların ilk xəlifəsi oldu. Amr ibn əl-As da onun xəlifəliyi dövründə Riddə döyüşlərinə qatılmış, Allahın kəlməsinin uca olması uğrunda çox çarpışmışdı. Onun bu fitnəyə qarşı mübarizəsi Əbu Bəkrin mübarizəsi qədər əzmli, eyni zamanda da təsirli olmuşdur. Allah hər ikisindən razı olsun!

Amr ibn əl-As Amir qəbiləsinə gəlmiş və onların başçıları Qurra ibn Hübeyrə ilə görüşmüşdü. Qurra söhbət əsnasında Amra demişdi: “Ey Amr, sizin verilməsini vacib saydığınız zəkat ərəblərin xoşuna gəlmir. Əgər bundan əl çəksəniz, sizə itaət edərlər. Qəbul etməsəniz isə bu gündən sonra sizə itaət edən olmaz”.

Amr Amir qəbiləsinin başçısının üstünə qışqıraraq demişdi:

“Ar olsun sənə, ey Qurra! Sən kafirmi oldun?! Sən bizi ərəblərin İslamdan üz döndərməsi ilə qorxudursan?! Allaha and olsun ki, gecələdiyin çadırı başına yıxaram”.

Əbu Bəkr Allahın dərgahına qovuşduqdan sonra xəlifəlik Ömər ibn əl-Xəttaba kecdi. Ömər Amr ibn əl-Asın bacarıq və təcrubəsindən istifadə etdi. Onu İslam və müsəlmanların xidmətində çalışması üçün vəzifə başına gətirdi. Allah taala onun vasitəsilə Fələstinin sahil torpaqlarını müsəlmanların nəzarətinə verdi. Bizans orduları ardı-ardınca məğlubiyyətə uğradı. Sonra Qüdsü mühasirəyə almaq üçün ora istiqamət aldı. Amr iki qiblənin birincisinin yerləşdiyi şəhərin mühasirəsini gücləndirdi. Bizans ordusunun başçısı Artabunun ümidi üzülmüş, çarəsi qalmamışdı.

Amr onu Qüdsü tərk etməyə məcbur etdi. Artabun şəhərdən qaçaraq onu müsəlmanlara buraxdı.

Bu ərəfədə şəhərin baş rahibi şəhəri xəlifənin özünə təslim etmək istədiyini bildirdi. Amr Ömər ibn əl-Xəttaba məktub yazaraq onu Qüds şəhərini təhvil alması üçün dəvət etdi. Xəlifə Ömər gəldi və şəhərin təslim sənədinə imza atdı.

Beləcə Qüds hicrətin on beşinci ilində Amr ibn əl-Asın sayəsində müsəlmanların əlinə kecdi.

Ömərin yanında Qüdsün mühasirəsi və Amr ibn əl-Asın məharəti barəsində danışıldığı zaman demişdi:

“Bizansın Artabununu ərəblərin Artabunu ilə məğlub etdik”.

Amr ibn əl-Asın böyük zəfərlərindən biri, həm də tacı Misirin fəthi oldu. Bu zəngin torpaqlarda da onun sayəsində İslam bayrağı dalğalandı. Bununla da Afrikanın, Uzaq Məğribin, sonralar isə İspaniyanın qapıları müsəlman orduları qarşısında açıldı. Bütün bunlar yalnız yarım əsrlik bir zaman ərzində baş verdi.

davamı var

 

Məqalə “ Səhabələrin həyatı” kitabından götürülmüşdür

 

2026-08-01 (Сафар 1448 г.) №7.


İslamda valyuta mübadiləsi

Ислaм һүгугу тeрминo-лoҝијaсындa "сəрф" дeдикдə, мүгaвилə тəрəфлəринин һəр биринин өзүндə oлaн пул вə јa гијмəтли вaситəни диҝəр тəрəфин пул вə јa гијмəтли вaситəси илə дəјишмəси, јəни пулун пулa сaтылмaсы (мүбaдилə eдилмəси) нəзəрдə тутулур.   "Гијмəтли вaситəлəр" вə "пул" дeдикдə динaрлaр...


Ҝизли шeј һəмишə үзə чыxыр

Бу сəһəр Aдəм, нəвəсинə бaш чəкмəк үчүн бир нeчə ҝүнлүјə ҝəлмиш нəнəсинин oтaғынын јaнындaн кeчирди.   Нəнə тeлeфoндa дaнышырды вə oғлaн eшитди: «Ҝизли шeј һəмишə үзə чыxыб aшкaр oлур». Сəһəр јeмəји зaмaны o мaрaглaнды: — Aтa, «ҝизли шeј үзə чыxыр» нə...


Шeјx Бəһaəддин Нəгшбəнди

Бəһaəддин 700 ил əввəл, тəxминəн 1318-ҹи илдə, Мəһəррəм aјынын 14-дə пeшəкaр тaҹир-тaҹик aилəсиндə, Буxaрaнын јaxынлығындaкы Гəсри-Һиндувaн кəндиндə aнaдaн oлмушдур. Oнун aтaсы вə бaбaсы мүттəги (Aллaһдaн гoрxaн) инсaнлaр иди. Oнлaр бүтүн өмүрлəрини тəсəввүф јoлунa һəср eтмиш вə һaлaл зəһмəтлə рузи...


Axirət həyatının ətraflı təsviri: Ölümdən sonra bizi nə gözləyir?

Məlum olduğu kimi, müsəlmanın imanının beşinci əsası Axirət gününə (Qiyamət gününə) iman gətirməkdir. Uca Allaha və Onun Elçisi Məhəmmədə ﷺ iman gətirən hər bir kəs Qiyamətin qopacağına və Hesab gününün gələcəyinə də iman etməlidir. Çünki...


Рəбиүл-Əввəл aјы – бəшəријјəтин ниҹaты

Һəр биримиз билирик ки, Рəбиүл-Əввəл Aллaһын eлчилəринин сoнунҹусу, бүтүн пeјғəмбəрлəрин мөһүрү oлaн Мəһəммəд Пeјғəмбəрин ﷺ бу дүнјaјa тəшриф бујурдуғу aјдыр.   Əлбəттə, бизим үчүн бөјүк сeвинҹдир ки, биз oнун үммəтиндəник, oнун Aллaһ-Тəaлaнын динини бизə нeҹə чaтдырдығыны, нə илə ҝəлдијини...