Dünya sevgısının qəlbdən sılınməsı

Dünya sevgısının qəlbdən sılınməsı

Dünya sevgısının qəlbdən sılınməsı

Allahu Təalə ﷻ nəfsi övladı, zövcəni, ad-san və vardövləti sevən yaratdı. Dünya ilə bağlılığı olan müridin bu səbəbdən halal çərçivədən kənara çıxmaması üçün təsəvvüf alimləri şəriətin bu yöndə göstərdiklərini bəyan etdilər.

İmam Əş-Şərani söyləyir: “Qardaşım sən bil! Fitnənin dörd səbəbi var:qadınlar, ad-san, vardövlət və övlad. Qadınlara olan sevgini desək, sən onları Uca Allahın ﷻ sənə sevdirdikləri üçün sev ki, onlar səndən bir hissədir. Allah ﷻ onları səndən (sənin sol qabırğandan) yaradıb, onları sevməklə sən özünü sevmiş olursan”. Bunu hədis də təsdiq edir: “Birinci özündən başla”. Xüsusən də qadınlar dünyaya nəsil gətirən və onların çoxalmasına səbəbdirlər. Uca Allahın ﷻ Hökmranlığı məhz həyat qurulduqdan sonra başlayır. Bu tərzdə qadınları sevən kişi öz nəfsi üçün yox, Uca Allah ﷻ üçün sevmiş olur. Çünki kişilərin qadınlara qarşı olan bu sevgisi onları Uca Allaha ﷻ yönləndirmiş olar. Daha doğrusu,onların qadınlara olan sevgisi Uca Allah ﷻ sevgisinə çevrilir. Belə olduqda kişi qadını hansısa bir səbəbdən yox, məhz Uca Allahın ﷻ qadının üzərinə qoyduğu missiyanı yerinə yetirdiyi üçün sevmiş olur. Buna da Peyğəmbərin ﷺ hədisi işarədir: ”Bu fani dünyada Uca Allah ﷻ qadınları sevməyı mənə vəhy etdi. Burada ümumilikdə qadınlara olan mütləq sevgidən söhbət gedir. Ancaq başqa növ sevgi də vardır ki, o da şəxsi bağlılıqlarla mövcud olan sevgidir. Belə sevgi də tərifəlayiqdir. Buna misal Peyğəmbərimizin ﷺ Ayşə anamıza olan, yaxud onun ən yaxın səhabəsi Əbu Bəkrə olan sevgisidir. Belə sevgi insanlar arasında doğulduqlarından bəri dini dünya görüşlərinin eyni olduğundan və mənəvi yaxınlıqlar səbəbindən yaranır ki, belə sevgi də tükənməz, dünya və axirətdə dəyişməzdir.

Yüksək məqam sevgisi

Başqa xoşagəlməz xasiyyətlərə nisbətən şöhrətpərəstliyin sadiq insanların qəlblərini tərk etməkdə gecikməsinin səbəbi onların nəfslərinin buna düşkün olmalarıdıdır. Uca Allah ﷻ bir qulunun qayğısına qaldıqda onu bütün məzəmmət edilən alçaq sifətlərdən təmizləyər. Beləcə bütün mənfi sifətlərdən təmizləndikdən sonra qul, ilahi sifətlərə iddia etmiş olduğunu başa düşür. Bu dəfə o, böyüklüyü Allaha ﷻ aid olan sifətlərə iddiа emək, insanlar qarşısında öyünmək, qürrələnmək və lovğalanmaq üçün yox, sadəcə Allahın ﷻ sifətlərindən olduğu üçün istəyər. Allahı ﷻ tanımış, Allah dostları var-dövlət sevgisini Allah ﷻ üçün olan sevgiyə çevirə bilir. Onlarda yüksək məqam sevgisi kimi – dövlət sevigisi də mövcuddur. Çünki bu sevgi, insanın xilqətilə yaranıb. Onlar Peyğəmbərimizin ﷺ dediyi “Verilən sədəqə Rəhman olan Allaha çatar (Onun tərəfindən qəbul olunar)” hədisinə nəzər saldılar və bu cür sədəqə etmək istədilər. Bu da onları dünya malını, var – dövləti sevməyə sövq etdi.

Övlad sevgisi

Övlad sevgisi Allahu Təalənın ﷻ qulları üçün yaratdığı ən böyük sınaqlardan biridir. Belə ki, Uca Allah ﷻ valideynin övladına olan sevgisinin Ona ibadətində mane olub – olmayacağını, Allahın ﷻ övlada müəyyənləşdirdiyi cəzanı valideynin şəfqət göstərmədən icra edib – etməyəcəyini imtahan edir. Allahın ﷻ ən böyük sınaqlarından biridır ki, övlad cəzalanarkən valideyn özünü yad kimi aparsın, baxmayaraq ki, valideyn və övlad bir-birilərinə yad deyillər. Peyğəmbərimiz ﷺ dediyi kimi: “Vallah, əgər Muhəmmədin ﷻ qızı Fatimə də oğurluq etsəydi onun da əlini kəsərdim”. Artıq yuxarıda söylənilənlərdən sənə məlum oldu ki, bu dörd cür fitnəyə layiqincə diqqət yetirən birinin dünya nemətləri ilə məşğul olması təhlükəli deyil. Lakin sən ehtiyatlı ol ki, özünlə müqayisə edərək dünya nemətlərindən istifadə edən Allah dostları haqqında pis düşünməyəsən. Bu onlara qarşı hörmətsizlik olar.

Dəyərlı ölçü,meyar

Yuxarıda deyilənləri başa düşdüyün zaman sən, nəfsini Uca Yaradanın ﷻ “Halbuki axirət daha xeyirli və əbədidir” sözləri ilə imtahana çək. Eləcə də Peyğəmbərimizin ﷻ hədisi – şərifləri ilə: “Sədəqə verməklə mal azalmaz”, «Allah I, əfv etdiyi bəndənin yalnız izzətini artırar”, “Sədəqənin mükafatı yeddi yüz dəfə və daha çox artırılır”, “Əgər insanlar və cinlər toplaşıb qulu zərrə qədər də olsun ruzisindən məhrum etmək istəsələr, Allahın hökmü olmadan bunu bacarmazlar”. Sən hiss etsən ki, nəfsin dünya səndən üz çevirəndə şad olur və “mənimdir” dediyin var-dövlətinsənə çatmasına mane olanı sevir onda bil ki, sən həqiqətən də möminsən. Dünya və axirətə aid olan əməlləri ayırd etməyin üsulu budur ki, insanlarda hüzn yaradan, onların bir-birləri ilə mübahisə edib, rəqabət aparmasına səbəb olan hər şey dünyadandır. Hansı ki, şəriət bizə bunlardan çəkinməmizi əmr edir. Dünya ilə əlaqəsi olmayan axirət əməlləri mübahisə yaratmır. Gündüz oruc tutmaq, gecə ibadət etmək, çoxlu sədəqələr vermək, su çəkmək və başqa xeyirxah işlər görmək kimi və sair. Biz heç vaxt görmədik ki, bu kimi işlərdə insanlar mübahisə etsin və münaqişə yaransın. Müəllimlik, şeyxlik – imamlıq və buna oşxar peşələrdən başqa hansılar ki, bunların sayəsində hədiyyələr, şan-şöhrət sahibi olurlar. (Münaqişənin olduğu yer budur) Sən bunu yaxşı yadda saxla. Bir günü bir nəfər rahibin kilsə xidmətçisinə dediyi bu sözləri eşidir: “Sən necə də imanı zəif, insanlara yaxşılıq etməkdə laqeydsən, etdiyin işin müqabilində müsəlmanlar kimi dünya malından nə isə umursan!”.

Lakin bizə məlumdur ki, Peyğəmbərimiz ﷺ hətta haqqı olanı tələb etməyə utanardı. Peyğəmbərlə qoyun otaran bir çoban zəhmət haqqlarının verilməsinin gecikdiyindən Ona deyir : “Ey Mühəmməd r, Xədicədən bizim haqqımızı istə”. Peyğəmbər ﷺ isə deyir: “Mən utanıram!”. İlahiyyat alimlərinə dünyaya bağlanmaq, şan-şöhrətə, rəhbərliyə, dünya malına və yüksək məqama tamah etmək yaraşmaz. Bu halda onlar həqiqi axirət alimlərindən və Peyğəmbərin ﷺ irs əhlindən sayılarlar. Belə alimlərin mürəkkəbi Qiyamət günü şəhidlərin qanı ilə ölçüləcək və bu alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələcəkdir. “Alimin yuxusu ibadətdir” ifadəsi belə alimlər haqqında deyilmişdir. Dünyanın çirkinlik və rəzilliyini görən alimlərə, axirətin gözəllik və parlaqlığı zahir oldu. Onlar axirətin əbədi, dünyanın isə fani olduğunu bildiklərindən əbədi olanı seçərlər. Beləcə, dünya və axirət bir kişinin iki zövcəsi kimidir: birini razı salsan o biri qəzəblənər. Əgər insanın gözündə dünya əziz olarsa axirət həqir olar. Yox əgər insanın gözündə dünya alçaq olarsa, onda axirət əziz olar. Bu iki ziddiyyətin birləşməsi mümkün deyil.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


ÜÇ ӘN QОRХULU GÜNАH

İnsаnın bu dünyаdаkı әsаs mәqsәdi - həyatını Rəbbinin razılığını qazanacaq şəkildə yaşamaqdır. Bunа nаil оlmаq üçün günаhlаrdаn çәkinәrәk, yахşı işlәr vә düşüncәlәr üçün sәy göstәrmәk lаzımdır. Günаhlı әmәllәr аrаsındа isə çох аğır оlаnlаrı vаr. Bu mаtеriаldа biz оnlаrdаn üçü hаqqındа məlumat...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...


УШAГЛAР НƏ ВAXТ ГƏДДAРЛAШЫР: ҜҮНAҺКAР КИМДИР?

Әбу Һүрејрәдән рәвајәт олунур ки, Аллаһ Рәсулу ﷺ демишдир:«Һəр бир ушaг мүсəлмaн (фитрəтəн Ислaм үзрə) дoғулур, дaһa сoнрa вaлидeјнлəри oну јəһуди, xристиaн вə јa aтəшпəрəст eдир». (Имaм Əһмəд, 7712; Буxaри, 1375; Мүслим, 2658)   Бу ҝүнләрдә мән сосиал шәбәкәдә хәбәр...