Şükr və həmdə ancaq Uca Allah ﷻ layiqdir

Şükr və həmdə ancaq Uca Allah ﷻ layiqdir

Mömin şəxslərdn əhd alınıb ki, onlar Uca Allah ﷻ tərəfindən nemətlər verildikdə də verilmədikdə də Ona şükr etməyi davam etdirəcəklər. Bu şəxslər Uca Allahın ﷻ məxluqlarıdır və onlar özlərini Allaha əmanət ediblər. Uca Allah ﷻ əmanət edənə xəyanət etməz. Eləcə də onlardan əhd alınıb ki, ancaq Uca Allaha ﷻ şükr etmək və xalqı ardınca çəkmək (cəmləmək) üçün xeyirxah əməlləri zahir etsinlər. Başqa vaxtı isə onlar xeyirxah əməlləri gizlində və Allah ﷻ yolunda edirlər. Təriflənəcəklərindən ehtiyat edərək məcllislərdə çıxış etməzlər. Çünki tərif Uca Allaha ﷻ xasdır.

İmam Qazali bildirmişdir ki, tərif təriflənən şəxs üçün böyük zərər gətirir. Tərif özündən razılıq və yekəxanalıq hisslərini törədir. Tərifdən sevinən şəxsin xeyirxah əməli də puç olur. Bunun üçün Peyğəmbər ﷺ demişdir: “Siz əgər adamları tərifləyənləri görsəz, onların üzünə torpaq atın”. Belə də deyirlər: ”Əgər sizi tərifləsələr, siz bundan sevinməyin, torpaqdan yarandığınızı yadınıza salın və özünüzə güvənməyin”.

Bizim ustarımız Əbul Həsən Şazəli qeyd etmişdir: “Uca Allah ﷻ qulunun xeyrini istədikdə, onun yaxşı əməllərini gizlədər. Uca Allaha ﷻ layiq olan sifətlərin zahir olmadığı təmiz bir qul edər onu”. Beləcə qula nəfsinin vərdiş etdiyi hər şeyi atmaq gərəkdir, elm – bilik zahiri və yaxud batini olsa belə. Elmi, əməli olmadan belə. Uca Allahın ﷻ seçdiyi qula heç kəs zərər yetirə bilməz.

Şükr etməyın ən kıçık dərəcəsı

Din alimlərin dediyinə görə şükr etməyin ən balaca dərəcəsi dillə edilən şükürdür. Ən aciz adam dillə şükr edə bilməyəndir, şükür gərək ki, hər tərəfli olsun. Hərtərəfli şükr etməyin ən yüksək dərəcəsi, Uca Allahın ﷻ bəxş etdiyi nemətlərə şükr edib, “Fatihə” surəsini oxumaqdır. Surəni oxuyarkən niyyət etmək lazımdır ki, Uca Allahın ﷻ bəxş etdiyi zahiri – batini, görünən – görünməyən, məlum – naməlum, dünya və axirət nemətləri, əvvəl olan və olacaq, daimi və müvəqqəti nemətlərə şükr edib, birdən yüzə qədər fatihəni oxuya bilər. (İmkan daxilində nə qədər bacarsa) Həmən şəxs Uca Allaha ﷻ dillə şükür edənlərdən yazılır və etdiyi niyyətinə bağlı Uca Allahın ﷻ vəd etdiyi nemətlərin artmasına səbəb olar.

Sözlə edilən təşəkkürün bir çox üsulları olduğundan hamısını söyləmək mümkün deyil, ancaq Peyğəmbərin ﷺ sözünü misal gətirək: “Ya Rəbbim Mənim Sənə həmd etməyə gücüm yetməz. Sən özün həmd etdiyin kimi bütün həmdlər Sənədir.

Adəm Peyğəmbər demişdi: “Ya Rəbbim, Sən mənə ruzi qazanmaq üçün hünər – məşğuliyyət vermisən, bunun müqabilində necə təşəkkür etməyi mənə öyrət”. Uca Allah ﷻ Adəmə vəhy (ilham) edərək bildirdi: “O Adəm, hər gün səhər – axşam 3 dəfə söylə: Əlhəmdu lilləhi rabbil aləmin, həmdən yuvafi niəməhu və yukəfiu məzidəh” (Mən Uca Allaha həmd edirəm, hansı ki, bütün nemətləri əhatə edir və artırır) Bu sözlər bütün həmdləri özündə cəmləşdirir.

Şakirun (şükr edən) və şakurun (çox şükr edən) bunların arasında fərq ondan ibarətdir ki, şakir – verilən nemətlərə şükr edir, şakur isə verilməyən nemətlərə şükr edir.

Hər verilən nemətin özünəməxsus şükr etməsi vardır. Gözün şükrü – Uca Allahın ﷻ haram etdiyinə baxmamaq və insanların qüsurlarını görməməkdir. Qulaqların şükrü – İnsanların ayıblarına qulaq asmamaqdır. Əllərin şükrü – icazəsiz özgə malına əl uzatmamaq. Ayaqların şükrü – Uca Allaha ﷻ asilik etməyib, haram yerlərə getməməkdir. Beləcə də digər üzvlərin də şükürləri vardır.

Şükr etməyin həqiqəti odur ki, sən Uca Allah ﷻ tərəfindən verilən nemətləri münasib yerə işlədəsən. Buna aiddir – mal – mülk, bədənin görünən və görünməyən hissələri. Beləliklə, bunların hər birini özünəməxsus yerə işlətmədikdə, bu nemətlərə şükr etməmək sayılır.

Hər bır vəzıyyətdə Uca Allaha ﷻ şükr edənlər

Peyğəmbər ﷺ demişdi ki, hər hansı vəziyyətində Uca Allaha ﷻ həmd edənlər birinci Cənnətə daxil olacaqlar. Başqa hədisdə deyilir: Şad günündə və bəd günündə Uca Allaha ﷻ həmd edənlər Peyğəmbər ﷺ eləcə də demişdir: “Əlhəmdulilləh” sözü bütün nemətlər üçün edilən həmddir.

Deyirlər ki, Əs-Sari əs-Səqati demişdi: Mən artıq 30 ildir ki, Uca Allahdan ﷻ “Əlhəmdulilləh” sözüm üçün əfv olunmağımı istəyirəm. Ondan bunun necə olduğunu soruşduqda o dedi – Bağdadda böyük yanğın baş vermişdi. Birisi gəlib mənim dükanımın yanmadığını söylədikdə mən Əlhamduliləh dedim. Otuz ildir ki, insanlar yanğından zərər çəkdiyi vaxt mən öz nəfsimin rahatlığı üçün söylədiyim sözdən peşmançılıq çəkirəm.

Rəvayətə görə Əli səhabənin oğlu Həsən Kəbə evinin küncündə dayanıb demişdi: “Uca Rəbbim, Sən mənə nemətlər bəxş etdin, mən ona şükr etmədim, Sən bəla göndərib məni sınadın, mən səbr etmədim, şükr etməyi kəsdiyim üçün nemətləri geri almadın, səbr etmədiyim üçün daim bəlaya düçar etmədin. Ya Pəbbim, səxavətlidən ancaq səxsvət gözlənilər”.

Yaxşılığa çağırmaq və pıslıkdən çəkındırmək

Yaxşılığa çağırmaq və pislikdən çəkindirmək, bu yaxşı əməl etməyin yolunu göstərmək və pis əməl etməyin haram olduğunu bildirməkdir. İbn Əbbas Peyğəmbərdən ﷺ soruşdu: “Ya Allahın Peyğəmbəri yaxşı adamlar varkən torpaq yarılsa o çökə bilərmi? O ﷺ, cavab verdi: “Əgər onlar pis görünmək istəməyib, həqiqəti (haqqı) deməsələr, günah işlənirkən sussalar, o vaxt torpaq çökə bilər.

Peyğəmbər ﷺ bir də qeyd etdi: “Mənim ümmətimdən bəzi şəxslər, günah işlədənləri günahdan çəkindirmədikləri üçün bunu bacardıqları halda qiyamət günü meymun və donuz surətlərində Uca Allahın ﷻ qarşısına gətiriləcəklər”. Peyğəmbər ﷺ Əbu Hüreyrəyə demişdi. “Ya Əbu Hüreyrə, yaxşılığa çağır, günahlardan çəkindir, bu yolda çətinliklərlə üzləşsən səbr et”.

İmam Əbu Said əl Xadimİ ”Əlbərika Mahmudət” kitabında demişdir: “Şəriətdə bir insan gühah işləyərkən, onun vəzifəsinə görə yaxud başqasına görə və yaxud dinə diqqətsiz olduğu üçün bunu bacardığı halda onun günahını biruzə verməmək mudəhənət adlanır”. İmam Birkavi “ At – Tarikatal – Muhamadi” kitabında deyib: “Müdahənət” haramdır.

Haqqı zahir etməkdə və haramı biruzə verməkdə tamamilə susub durmaq olmaz. Kim ki, haqqı biruzə vermədən susursa, o – lal şeytandır. Günah işləyənlərlə barışıb duranlar Qiyamət günü meymun və donuz surətində qaldırılacaqlar.

“Yaxşılığa çağıran insan, yaxşı əməl edənə bənzər“. Bu hədisdən faydalanaraq yaxşılığa əmr et və pislikdən çəkindir. Bu yolda insanların eybinə düşməkdən qorxma. Aldığın (öyrəndiyin) elmin heç olmazsa ondan bir hissəsinə əməl et. Ət-Tirmizinin Əbu-Hüreyrədən dediyi hədisində deyilir: Peyğəmbər ﷺ deyib: “Siz əshəblər yaşayırsız bu dövrdə hansı əmr edilənin ondan bir hissəsini yerinə yetirməsə, həlak olar ancaq bir zaman gələcək ki, əmr olunanın ondan bir hissəsini yerinə yetirən qurtulacaq.

Ruhani alimləri – şəriətə zidd gələn hər hansı bir işi, kobudluq etmədən gözəl münasibət göstərərək sözlə dəyişdirirlər. Zülmü ürəkləri ilə dəyişdirənlər isə kamil mürşidlər və vəlilərdir. Mənim şeyxim İbrahim-al Matlubi demişdir: “İnkar edilən hər bir şeyi güclə (əllə) düzəltmək hökümət başçılarının və onların ətrafında olanların işidir. Sözlə dəyişdirmək elmə əməl edən alimlərin işidir. Ürəkləri dəyişdirmək isə ürəklərə əsər göstərən – şeyxlərin işidir.

Oğlum, məlumun olsun ki, inkarı aradan qaldırmaq istəyənin buna gücü yetmirsə, bunun ziyanı xeyrindən daha çox ola bilər. Müridin işi odur ki, əgər tapşırıq olmayıbsa, irəli keçməsin.

Deyilənə görə Uca Allaha ﷻ ibadət edən yeniyetmə gənclərdən ibarət bir dəstə var idi. Onlar ancaq halal zəhmətlə qazandıqlarını yeyirdilər. Onlara yaxınlaşdıqda yanıb geri çəkilən şeytan da var idi. Bir günü gənclər yenə ibadətə yığıldıqda şeytan, qonşuluqda olan fitnəkarları bir – birinə vurdu. Fitnəkarlar arasında döyüş başladı. Şeytanın niyyəti gəncləri zikirdən ayırıb, köməyə getsələr daha faydalı iç görmüş olarlar deyə onların beyninə salmaq idi. Belə də oldu – onlar zikri dayandırıb köməyə getdilər. Onları görən fitnəkarlar, onlara hücuma keçdilər, zərbələr endirdilər. Beləliklə, zikir məclisi dağıldı, şeytan da bundan çox şad oldu. Çünki onun məqsədi zikr məclisini dağıtmaq idi, buna da nail oldu.

Başqa bir rəvayətə görə bir şəxs qonşusunun günah işlər etdiyindən şikayət üçün bir mömin şəxsin yanına gəlir. Mömin adam ondan soruşdu: “Sən qonşun üçün gecə qalxıb dua etmisənmi”.O, “Yox” cavabını verdikdə, mömin şəxs dedi: “Yeddi gecə qalxıb qonşun üçün dua et. Uca Allahdan ﷻ onun düz yola düşməsini istə. Uca Allah ﷻ ondan rəhmini əsirgəməz. Əgər bundan sonra da qonşun tövbə etməzsə bil ki, sən ondan da pissən, nəfsinin yaxşılaşması üşün çalış”.

Dr müftisi şeyx Əhməd əfəndinin “saleh insanlarin ülvi Əxlaqi” kitabi

2026-04-01 (Шаввал 1447 г.) №4.


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


UŞAQDAN ÜZR İSTƏMƏK LAZIMDIRMI?

Әgәr uşаq nаdinclik, dәcәllik еdibsә, özünü düzgün аpаrmаyıbsа о, mütlәq аnа vә аtаsındаn üzr istәmәlidir.   Bunu, bir qаydа оlаrаq, hеç kim şübhәyә аlmır. Аncаq vаlidеynlәrin hаqsız оlduqlаrı vәziyyәtlәr оlur. Хüsusilә uşаqlаrlа dаhа...


SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).   2. Mərhəmət və şəfqət. Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli...