Olana şükr etmək

Olana şükr etmək

İnsanın mövcud olduğu ilə razılaşması, olmayanın həsrətini çəkməsi, Uca Allahın ﷻ ona verdiyinə nəfsən razı olması deməkdir. Belə adam nə qədər ac olsa da zəngin sayıiır. Ağıllı adam odur ki, dünyəvi məsələlərini imkanı daxilində yerinə yetirir, hətta bacardıqca təxirə salar, axirətə aid olan məsələləri isə təxirə salmadan, bacarıqla elmindən istifadə edərək yerinə yetirər.

Mövcud olduğuna razı olmaq, gün ərzində bir dəfə yeməyi tələb edir. Gün ərzində iki dəfə yeyəni aza qane olan adlandırmaq olmaz.

Uca Allah ﷻ beş şeyi beş yerə yerləşdirib: Ucalığı – Allaha ﷻ itaət etməkdə. Alçaqlığı - Allaha ﷻ asi olmaqda. Heybəti (hörmətli olmağı) - gecə ibadətə qalxmaqda. Hikməti - boş – ac qarına, mədəyə. Zənginliyi – aza qane olmaqda. Əl Kattani demişdir: “Özgənin malına tamah salmadan, varına, olduğuna razı olan yüksəkliyi qazanmış olar”.

Əməli – salehlərdən biri söylədi: “Cüneyd əl Bağdadi ilə birlikdə ikən bir şəxs gəlib onun qarşısına 500 dinar qoydu və müridlərə paylamasını istədi. Cüneyd əl Bağdadi ondn soruşdu: “Səndə bundan başqa dinarlar varmı?” O, yenə çox dinarın olduğunu dedi. Cüneyd bir də soruşdu: “Dinarlarının bir az da artmasını istəyirsənmi?” O şəxs isədiyini söylədikdə Cüneyd dinarları qəbul etmədi və dedi: “Dinarları özünə saxla, sənin onlara bizdən çox ehtiyacın var”.

Susmaq

Bil ki, susmaq kamil insanların sifəti və Uca Allaha yaxınlaşdıran ədəbli vasitədir. Lazım gəldikdə danışan bəndə sükuta riayət edənlərdən sayılır. Peyğəmbər ﷺ susmağın üstünlüyünü bildirərək deyirdi: “Dilini lazımsız söhbətlərdən qoru, həqiqətən sükutu qoruyan qaliblərdən sayılır. Ailənlə kifayətlən və günahların üçün ağla. Danışmaq istəyərkən sus, susmaq istəyərkən danış”.

Məşhur olmamaq, dıqqətı cəlb etməmək

Bil ki, ümumiyyətlə hər işdə diqqəti cəlb etməmək məsləhətlidir. Məşhurlaşmağa, gözə çarpmağa tələsmə, bu zamana və onun əhlinə münasib olmalıdır. Birisi belə demişdi:

Məşhur olmaq böyük dərddir,
Hər kəs həsrətini çəkir.
Məşhur olmamaq səadətdir,
Hamı ondan kənar gəzir.

Bişr demişdi: “Məşhur olmaq istəyən axirətin şirinliyini dadmaz”. Bir şeyx müridinə belə nəsihətlər vermişdi: “Həmişə özünü səviyyəcə hamıdan aşağı gör və peşman gəz. Dünyəvi qayğılardan və sənə ad – san qazandıran yerlərdən uzaq ol. Dünyanı və yekəxanalığı bunların həsrətində olanlara tərgi. Dünyanın acılıqlarına qatlan. Bu dünyadan köçən dindar qardaşlardan, dostlardan vəz – nəsihət almağa çalış. Bil ki, onlar heç yerə qeyb olmayıblar, biz onlara qovuşunca yerlərində qalacaqlar və biz birlikdə olasıyıq.

Dın qardaşlarını zıyarət

Kitablarda deyilənə görə, iki din qardaşı rastlaşırlar və biri o birisindən haradan gəldiyini soruşur. O, cavabında Uca Allahın ﷻ Kəbə evinə həccə getdiyini və Peyğəmbərin ﷺ qəbrini ziyarət etdiyini deyir. Sonra ondan soruşduqda o cavabında Allah ﷻ yolunda sevdiyi din qardaşını ziyarıt edib qayıtdığını dedi. Həccdən gələn soruşdu: “Həccin savabını sənə versəm, sən din qardaşına ziyarət edən savabı mənə verərsəmi?” Ziyarətdən gələn bir anlığa başını aşağı salıb, susdu. Bu zaman hərifin səsini eşitdi: “Allah yolunda din qardaşını ziyarət etmək Uca Allah üçün 100 sünət həcc etməkdən qiymətlidir”. Peyğəmbər ﷺ demişdir: “Müsəlman qardaşını ziyarət edəni 70 min mələk müşayət edər”.

Şərani ustadı Əli əl Xavasdan soruşdu: “Mən indi din qardaşlarımı ziyarət edim, yoxsa onları mühüm işlərindən yayındırmamaq üçün getməyim”. Şeyx cavabında: “Sən əvvəlcə niyyətini təmiz et, sonra isə ziyarətə get. Nəfsinin istəyi üçün ziyarət etmək məzəmmət olunan əməl sayılır. Yəni niyyət və əməl Allah rzası üçün olmalıdır”.

Şükr etmək

Şükr etmək – bu bəndənin Uca Allaha layiqincə təşəkkür edə bilməməsinin acizliyini boynuna almasıdır. Cüneyd demişdir: “Şükr etmək sənin bu nemətlərə layiq olmadığını bilməkdir. Şükr etməyin həqiqəti təkcə Uca Allahın nemətlərinə nəzər yetirmək deyil. Nemətin Uca Allah ﷻ tərəfindən verildiyini lütflə qəbul edib, nemətləri bəxş eləyən ancaq Uca Allah ﷻ olduğunu dərk etməkdir. Eləcə də Deyilmişdi: “Şükr etmək – nemətin Uca Allah tərəfindən verildiyini qəlbən anlayıb, təşəkkürünü bildirən sözlər söyləmək və həmd etməkdir”.

Şükr etmək Uca Allah tərəfındən verılən nemətdır

Bil ki, şükr etmək özü Uca Allah ﷻ tərəfindən verilən nemətdir. Çünki Uca Allah ﷻ sizə şükr etmək üçün bacarıq verməsəydi, siz özbaşınıza Ona ﷻ şükr edə bilməzdiniz.

Mömin şəxslərdən biri Uca Allaha ﷻ mürüciət edərək: “Allahım, mən sənə necə şükr edim ki, şükr etməyin özü də başqa bir nemət olduğu halda. Uca Allah ﷻ ona ilham edərək: “Sən həqiqətən indi Mənə şükr etdin”. Musa Uca Allaha ﷻ müraciət etdi: “O Allah Sən Adəm peyğəmbəri yaratdın və ona nemətlər bəxş etdin, bəs o, təşəkkürünü necə bildirdi?” Uca Allah ﷻ cavabında dedi: “O, nemətlərin Məndən olduğunu bildi, onun bu anlayışı Mənə qarşı olan minnətdarlığı idi”.

Dr müftisi şeyx Əhməd əfəndinin “saleh insanlarin ülvi Əxlaqi” kitabi

2026-08-01 (Сафар 1448 г.) №7.


İslamda valyuta mübadiləsi

Ислaм һүгугу тeрминo-лoҝијaсындa "сəрф" дeдикдə, мүгaвилə тəрəфлəринин һəр биринин өзүндə oлaн пул вə јa гијмəтли вaситəни диҝəр тəрəфин пул вə јa гијмəтли вaситəси илə дəјишмəси, јəни пулун пулa сaтылмaсы (мүбaдилə eдилмəси) нəзəрдə тутулур.   "Гијмəтли вaситəлəр" вə "пул" дeдикдə динaрлaр...


SUALLARINIZ

Өз кəндиндə мəсҹид јoxдурсa, гoншу кəндə исə мəшғулијјəт (чoбaн ишлəдији үчүн) сəбəбиндəн ҝeтмəк гəтијјəн мүмкүн дeјилсə, ҹүмə нaмaзыны тəрк eтмəк oлaрмы? Имaм Ибн Һəҹəр əл-Һeјтəми «Туһфəтул-Муһтaҹ» əсəриндə јaзыр: “Киши ҹүмə нaмaзыны јaлныз ҹүмə нaмaзынын гылындығы јeрдə oлдуғу...


Qısqanclıq: ehtiras ilə iman nurunun arasında

Qısqanclıq bəlkə də insanın ən ziddiyyətli hisslərindən biridir.   Gündəlik həyatda bu hiss çox vaxt qəzəb və sahiblik duyğusu ilə müşayiət olunur, hətta ən möhkəm münasibətləri belə zəhərləyə bilir. Lakin İslamın mənəvi ənənəsində qısqanclıq tamam başqa məna...


Kəbəni kim dağıtmağa cürət edəcək?

Kəbə İslamın ən böyük nişanələrindən biridir. Hər bir müsəlman ömründə heç olmasa bir dəfə bu müqəddəs məkanı ziyarət etməyi arzulayır. Məscidül-Həram, onun içərisində yerləşən Kəbə və Mədinədəki Peyğəmbər ﷺ məscidi müsəlmanlar...


Шeјx Бəһaəддин Нəгшбəнди

Бəһaəддин 700 ил əввəл, тəxминəн 1318-ҹи илдə, Мəһəррəм aјынын 14-дə пeшəкaр тaҹир-тaҹик aилəсиндə, Буxaрaнын јaxынлығындaкы Гəсри-Һиндувaн кəндиндə aнaдaн oлмушдур. Oнун aтaсы вə бaбaсы мүттəги (Aллaһдaн гoрxaн) инсaнлaр иди. Oнлaр бүтүн өмүрлəрини тəсəввүф јoлунa һəср eтмиш вə һaлaл зəһмəтлə рузи...