Peyğəmbərın ﷺ zühdü

Peyğəmbərın ﷺ zühdü

Peyğəmbərın ﷺ zühdü

Bütün dövrlər üçün (keçmiş və gələcək) Peyğəmbər ﷺ insanlar arasındaən böyük zahid idi. Haqq olan Allah ﷻ ona Tihamə dağlarını qızıla, gümüşə və zümrüdə çevirərək istərsə, onu müşayət etdirməyi təklif etdi.

Peyğəmbər ﷺ isə dedi: “Etmə Ya Rəbb, mən bir gün tox, bir gün ac olmağı istərdim”. Peyğəmbər ﷺ eləcədə deyib: “Əgər Uhud dağı qədər qızılım olsaydı, üç gün ərzində ondan bir dirhəm belə məndə qalması məni sevindirməzdi – borcumu qaytarmaq istisna olaraq”. Peyğəmbər ﷺ dünya malını saxlamağı sevməzdi. Hətta əgər Peyğəmbər ﷺ Uhud dağı qədər qızıla sahib olmuş olsaydı o, hamısını müsəlmanlara paylayardı və özündə sadəcə borcunu ödəyəcək qədər qızıl saxlayardı. Peyğəmbər ﷺ müsəlmanlara özünə olan sevgini ürəklərində tac etməyincə imanlarının mükəmməl olmayacağını bildirdi. Eləcə də Peyğəmbər ﷺ “ Məni ailənizdən, övladlarınızdan və bütün insanlardan çox sevmədikcə sizin imanınız kamil sayılmaz” dedi. Yenə Peyğəmbər ﷺ möminlərə bildirdi ki, dünya malına hərislik, tamahkarlıq insanı yalnız zəlil və xəsis edər. İnsan nə qədər çox dünya malına sahib olursa-olsun, onun doyması mümkün deyil. Peyğəmbər ﷺ deyib: ”Əgər Adəm övladının iki vadi dolusu var-dövləti olsaydı, üçüncüsünü istəyər, üçüncüsü olsa, dördüncünü də arzulayardı. Adəm övladının gözünü ancaq torpaq doyurar. Peyğəmbər ﷺ istədi ki, müsəlman nəfsi təmiz, iffətli, namuslu, həyalı olsun. Özünü dünyadan üstün, əziz görsün. Peyğəmbər ﷺ dedi: “Həqiqətən sədəqə insanların günahlarını yuyar”. Bu hədisi – şərifdə möminin nəfsinin tox və üstün olması,onun özgə malına göz dikməməsi, kasıblığını və ehtiyacını yalnız uca Allaha ﷻ zahir etməsinə işarə olunur. O, hətta möminlərə öyrətdi ki, zahid olmaq həm Allaha I, həm də insanlara olan sevginin qapısıdır. Çünki insanlar əllərində olan hər hansı bir şeyə tamah salanı sevməzlər. Peyğəmbərimiz ﷺ deyib ki: ”Dünyadan əlini üz, zahid ol ki, Allah səni sevsin, insanların varından gözünü çək ki, insanlar səni sevsin”. Buna görə də islam alimləri deyir: “Əgər sən hökümət işində işləyən vəzifəli birinə ya bir başqasına insanlara kömək etmək üçün müraciət etmək istəsən, əvvəla zahid ol (yəni dünyanı tərk et). Çalış ki, onların sədəqə və hədiyyələr dəftərində sənin adın olmasın. Dediklərimizi etsən, sənə qarşı onların qəlblərində hörmətinin artmasına və sənin haqqında gözəl düşünmələrinə zaminik”. Allahu Təala ﷻ Qurani – Kərimdə “Allah bir adamın sinəsində iki ürək yaratmamışdır” (əl-Əhzab surəsi, ayə 4) dedikdə artıq zahidliyin ümumi qaydalarını müəyyən etmişdir. Bu da onu təsdiq edir ki, bir qulun qəlbində dünya sevgisi ilə birlikdə Allaha olan sevginin olması (Allahın razılığını qazanmağa çalışmaq) mümkün deyil.

Zühdün meyvələrı

Sən unutma ki, Allah ﷻ dünya sevgisindən imtina edən bir qulun qəlbini zəngin edər və dünya varı özü ona tabe olar. Allaha ﷻ müraciətində əməlisalehlərdən biri necə də gözəl demişdir: ”Ya Rəbb! Səni itirən nəyi tapmışdır və Səni tapan nəyi itirmişdir?!” Günlərin bir günü bir nəfər İbrahim ibn Ədhəmi paltarına yamaq vurarkən görür və ona sual edir: “Ey İbrahim, Bəlx şəhərinin xanlığı əvəzində Allah sənə nə verdi?” İbrahim cavab verdi: “Sənin başa düşməyəcəyin şeyləri verdi. Lakin mən yenə sənin anlayacağın qədəri sənə göstərərəm. Sonra İbrahim əlində olan iynəni dənizə atır və Allahdan iynəni qaytarması üçün dua edir. Elə o anda böyük balıqlar hərəsinin ağzında qızıl iynə dənizdən başlarını çıxarırlar. İbrahim Allaha müraciət edərək deyir: ”Ya Rəbbim, mən özümün iynəsindən başqasını istəmirdim”. Sonra həmin adama xitabən: ”Bu Allahın ﷻ mənə verdiklərindən yalnız sənin başa düşə biləcəyindir”.

Sıdq – doğru söyləmək

Sıdqın mənası

Doğruluq, həqiqətən müridin dayağı, onun nizamı, mədəniyyəti və mükəmməlliyidir. Doğruluq – Sidq – Peyğəmbərlikdən sonra gələn üstün dərəcədir. Sidq ən azı –gizlində və aşkarda edilən əməllərin eyni olmasıdır. Siddiq, sözündə, əməlində və hər vəziyyətdə dürüst olan birinə deyilir. Sidq gizlində ya aşkarda haqqla barışmış olmaqdır. Sadiq o kəsdir ki, ürəyinin təmizliyindən insanların gözündən düşdüyünə diqqət yetirməz. O, insanların öz xeyirxah əməllərini bilməsini istəməz, öz bəyənilməyən əməllərindən də insanların xəbərdar olmaları onu narahat etməz. İmam əl-Cüneydi deyib: “Sidqlik – sənin yalansız xilas ola bilməyəcəyin yerdə də doğru danışmaq, dürüst olmaqdır. Yalan – şəriətin rədd etdiyi, insanlarınqınadığı bir kəlamdır”.

Sıdqın fəzılətı

Dil insanın ən dəyərli üzvüdür. Doğru danışan insanın hörmətidə artıq olar. Sidqin bir fəzilət olduğunu anlamaq üçün Peyğəmbərimizin ﷺ bu hədisi bizə yetərlidir: “Şübhəli olanı tərk et, şəkk etmədiyinə inan, doğruluq insanda sakitlik, yalan isə şübhə yaradar”. Peyğəmbər ﷻ bir də qeyd etdi ki: ”Doğruluq yaxşılığa, yaxşılıq Cənnətə aparar. Yalan söyləmək pisliyə, pislik də cəhənnəmə aparar”. Həzrəti Loğmana “Bu mövqeyə necə yüksəldin?” deyə sual veriləndə o: “Doğru danışmaq və əhəmiyyətsiz işlərdən çəkinməklə” deyə cavab verdi. İslam alimləri zahirən insanı çətinliyə salsa belə nicatın doğruluqda olduğunda həmfikirdirlər. Onlar söyləyirlər: “Düz danışmağın sənə zərər verəcəyini düşünsən də həmişə dürüst ol bu, sənə xeyir gətirər. Sən yalanın sənə xeyir verəcəyini düşünsən də yalan söyləmə, bunun sənə zərəri toxunar”. Tacir düşünərsə ki, yalanla xeyir əldə edəcək, yanılır. Səhabələr, “Daima sözün düzünü deyən tacir heç vaxt kasıblaşmaz” deyiblər.

Yalanın zərərı

Peyğəmbər ﷺ bizləri kəskin surətdə yalan danışmaqdan çəkindirmiş və bəyan etmişdir ki, müsəlmanda yalan danışmaqdan başqa hər cür xoşagəlməz mənfi cəhət tapmaq olar. Çünki, müsəlman yalan söyləməz. Əbu Dərda səhabə Peyğəmbərimizə ﷺ sual edir: ”Ya Rəsulallah, ﷺ ola bilərmi ki, mömin oğurluq etsin?” Peyğəmbər ﷺ “Ola bilər” deyir. Yenə sual edir: “Mömin zina günahına düşə bilərmi?” Peyğəmbər r: “Əbu Dərda istəməsə də bəli, düşə bilər” deyir. Yenə soruşur: “Ya Rəsulallah mömin, müsəlman yalan uydura bilərmi?” Peyğəmbər ﷺ cavabında bu sözləri deyir: “Yalanı yalnız qeyri – müsəlman uydura bilər”. Başqa rəvayətdə: “Xeyr! Yalanı sadəcə iman etməyən kəslər söyləyə bilər”. Peyğəmbər ﷺ xüsusi olaraq məclislərdə insanları güldürmək üçün yalan danışanları xəbərdar etdi. Or, dedi: “Vay olsun, insanları güldürmək üçün yalan danışanların halına, onları böyük bəla gözləyir, böyük bəla gözləyir!”. Peyğəmbər ﷺ eləcə də yalan söyləməyin sadəcə üç yerdə caiz olduğunu bəyan etdi; müharibədə, döyüş zamanı düşməni aldatmaq üçün, küsülüləri barışdırarkən və ər ya arvad barışmaq istədikdə. Sirr deyil ki, yalan danışmaq bütün günahların qapısıdır. Yalan ən təhlükəli və qüsurlu xislətdir. Rəvayətə görə Peyğəmbərin ﷺ yanına bir nəfər gəlir və deyir: “Üç günah işlədim, yalan, zina, spirtli içki –onlardan özümü saxlaya bilmirəm”. Peyğəmbər ﷺ ona: ”Yalandan uzaq ol!” deyir. Bundan sonra o gözdən itir və onun qarşısına zina etmək fürsəti çıxır. O, öz-özünə deyir: “Zina edərəm, sonra Peyğəmbər ﷺ soruşar: “Zina etdinmi?” “Bəli, etdim” desəm, məni cəzalandırar. “Xeyr, etməmişəm” deyərəm, onda vədimi pozmuş olaram. Beləliklə, zinanı tərgiyir. Sonra onun fikrinə çaxır içmək düşür. Bir az düşünüb imtina edir. Beləcə ona məlum olur ki, yalan bütün asiliklərin əslidir. Muhəmməd ibn əl-Hərəvi deyib: “İki xasiyyət var ki, onlar bəlaların ən böyüyüdür: Birincisi – doğruluğun savabını bilə-bilə doğru danışmamaq. İkincisi – yalan söyləməyin günahını bilə-bilə yalan söyləmək.

Sıdq haqqında deyılənlər

Sidq və onun əzəməti haqqında çox qiymətli fikirlər deyilib, bunlardan bir neçəsi;

1. Şəqiq əl-Bəlxi deyərdi: “Dürüst müridin misalı xurma ağacı əkib tikanlı ağac bitəcəyindən qorxan birinin misalına bənzəyir. Amma yalançı müridin misalı tikan (kol) əkib xurma yetişəcəyini gözləyən birinin misalına oxşayır”. 2. Əbul Fəth Əl-Musilidən sidq haqqında soruşduqda o, əlini dəmirçi körüyünün içinə salıb oradan qızmar dəmiri götürüb o biri əlinin qoyub dedi: “Sidq budur”.

3. Deyirlər ki: “Dürüst insan ölüm gününə hazırlaşan və gizli əməlinin aşkara çıxması onu utandırmayacaq olan birisidir”. Uca Allah ﷻ Qurani – Kərimdə deyir:“Əgər doğrusunuzsa (siddiq ), onda (Allahdan) ölüm diləyin” (Surə Əl-Cumuə, ayə 6). Qul əgər ölümə hazırlaşarkən əməllərində sadiq olarsa, ölümün gəlişi onu təşvişə salmaz, ona görə ki, o, Allah ﷻ qarşısında utanası əmələ yol verməyib.

4. Zunnun əl-Misri deyib: “Sidq, doğruluq Allahın xəncəridir, vurаn yeri kəsər”.

5. Alimlərdən biri də deyir ki: “Daimi olan fərzləri yerinə yetirməyənin müəyyən vaxtı olan fərzi qəbul olunmaz. Ondan soruşdular: Daimi olan fərz nədir?” O dedi: “Sidq, dürüstlük”.

6. Eləcə də deyirlər ki: “Yalançının əlaməti özündən tələb olunmadan da çox and verməsidir”.

7. Başqa bir yerdə deyilir ki “ Nəfsinə və başqasına yaltaqlanan biri, heç vaxt sidqin iyini belə hiss etməz”.

8. Uca Allahın bizlərə nazil etdiyi: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!” (surə ətTövbə, ayə 119) ayəsinə Alimlər bu cür təfsir veriblər: “Ey iman gətirmiş kitab əhli! Siz doğru olan (sadiq) müsəlmanlarla bir yerdə olun. Yəni dünya həyatınızda imanda dürüst olun, və sabah siz doğru olan (sadiq) müsəlmanlarla bir yerdə Cənnətdə olacaqsınız”.

9. Eləcə də söyləyirlər ki: “Dürüstlük xoş əhval – ruhiyyənin son həddidir, bu gizliliyin və aşkarlığın, zahirin və batinin bərabər, bir–birinə bənzər olmasıdır. Bu da nadir tapılan bir şeydir”. Sözlərdə doğruluq olduğu kimi, mənəvi hallarda da doğruluq olur. Bu sidq növlərinin ən mükəmməlidir.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


HӘQİQӘTİ MÜDAFİƏ ЕTMӘKDӘ SӘBАT. TАRİХDӘN NÜMUNӘLӘR

Müsәlmаnlаr bu gün pоlаdа bәnzәyirlәr, аmmа bu mеtаlın bir kеyfiyyәti vаr: о, tеz qızır vә еlәcә dә sоyuyur. Аncаq bunа bахmаyаrаq, bu mеtаl çох möhkәm, dаvаmlıdır. Bu gün biz dә sizinlә bеlәyik, pоlаd kimi, bәzәn dindә cаnfәşаnlıq göstәririk, bir müddәt bu...


СИЗ БИР-БИРИНИЗӘ АРХАСЫНЫЗ

Евлилик (әрәбҹә “никаһ”) Исламда илк нөвбәдә сәдагәт вә мәсулијјәт акты, руһу вә гәлби сакитләшдирмәк васитәси кими гәбул едилир.   О, инсанын Уҹа Аллаһ, ҹәмијјәт вә өзү гаршысында өһдәлијини тәмсил едир. Ҹәмијјәтин рифаһына көмәк едир. Буна ҝөрә әр-арвадын евлиликләрини горумалары ваҹибдир. Аилә...


SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).   2. Mərhəmət və şəfqət. Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli...


UŞAQDAN ÜZR İSTƏMƏK LAZIMDIRMI?

Әgәr uşаq nаdinclik, dәcәllik еdibsә, özünü düzgün аpаrmаyıbsа о, mütlәq аnа vә аtаsındаn üzr istәmәlidir.   Bunu, bir qаydа оlаrаq, hеç kim şübhәyә аlmır. Аncаq vаlidеynlәrin hаqsız оlduqlаrı vәziyyәtlәr оlur. Хüsusilә uşаqlаrlа dаhа...