Allah qorxusu (təqva)

Təqva – bu sənin ürəyində Allahdan başqa heç nəyin olmamasıdr. Təqvanın zahiri və batini olur. Zahiri təqva odur ki, Uca Allahın ﷻ göstərdiyi şəriət sərhəddindən qırağa çıxmayasan. Batini (gizli) təqva isə niyyətin təmiz olması və ixlasdır. Uca Allah ﷻ axirətə aparmaq üçün ən gözəl nemətin təqva olduğunu qetd etdi. Uca Allah ﷻ demişdi (mənası): “Axirət üçün hazırlq görün, bunun ən yaxşısı təqvadır”. (Bəqərə surəsi ayə 197)
Sufi alimləri qeyd ediblər: “Axirət səfərinə çıxana ən gözəl yük təqvadır”. Onlar təqva olmayan ürəklər üçün yas qurmağın düzgün olduğunu göstərmişlər. Əgər alimin elmində 4 xüsusiyyət əskikdirsə, o alimə qiymət verilməz, onun elminə məhəl qoyulmaz, inanmazlar, belə ki, o kitabları daşıyan eşşəyə bənzərdir: Uca Allahla onun arasındakı hər bir işində təqva olması. Dünya və onun arasındakı işlərdə zühd (dünyanı qəlbi ilə tək etməsi) olması. İnsanlarla onun arasında olan işlərində yekəxanalıq (özünü bəyənmə) olmaması. Özü ilə nəfsi arasında mübarizədə olmalı.
Peyğəmbərdən ﷺ soruşduqda: “İnsanları Cənnətə ən çox aparacaq şey nədir?” O, dedi: “Allah qorxusu – təqva və gözəl əxlaq”. Sonra yenə soruşdular: “İnsanları Cəhənnəmə ən çox aparacaq şey nədir?” O, dedi: “Dil və cinsiyyət üzvüdür”
Təvəkkül etmək
Təvəkkül – narahatlıqda rahatsızlıq, rahatlıqda narahatsızlıq. Bunun mənası odur ki, sən varlığa da yoxluğa da bir gözlə baxırsan, yəni sənin üçün eynidir. Alimlərin təvəkkül haqqında dedikləri:
1) Təvəkkül Uca Allahın ﷻ hökmünə razı olub, onu qəbul etmək, qəlbi həmişə Allaha ﷻ bağlı olmaq, yetdik mövcud gəliriylə razılaşmaq
2) Təvəkkül – nəfsinin tədbirlərini yerinə yetirməmək
3) Tavakkül – Uca Allaha ﷻ güvənmək, insanların malına göz dikməmək
4) Təvəkkül – Uca Allaha ﷻ arxalanmaq
5) Cəbrayıl mələk dedi: “Təvəkkül insanlardan ümidini kəsmək, onlara arxalanmamaq və dərk etməkdir ki, Uca Allahın ﷻ hər hansı bir məxluqu nə ziyan verə bilməz, nə fayda verə bilməz, nəyisə verə və yaxud da nəyisə əldə etmək üçün onu əldə etməyə maneçilik edə bilməz. Təvəkkülün şərti odur ki, qəlbdə Uca Allahdan ﷻ başqa heç nə olmalı deyil. Təvəkkülün həqiqəti – Allahdan ﷻ başqa hər şeydən qəlbən uzaqlaşmaq”.
Təvəkkül etmək Peyyəmbərlərin xüsusiyyətidir. İtaət edərək əmrlərə boyun əymək (təslim olmaq) İbrahim peyğəmbərin xüsusiyyətidir. Hər bir işdə Uca Allaha ﷻ təvəkkül etmək (təfviz- hər cür səlahiyyət vermək) Muhəmməd ﷺ peyğəmbərin xüsusiyyətidir. Təvəkkül edən adam süd əmən uşağa bənzərdir. Uşaq anasının südündən başqa heç nə bilmədiyi kimi, təvəkkül edən də Uca Allahdan ﷻ başqasına sığınmaz.
Uca Allaha sığınmağın, təvəkkül etməyın əlamətlərı
Təvəkkül edən heç vaxt özgədən nə isə istəməz. Kiminsə verdiyini rədd etməz və özündə də saxlamaz. Təvəkkül edənin ən yaxşı vəziyyəti Uca Allahın qarşısında – yuyulmaq üçün götürülən ölü kimi olmasıdır. Çünki təvəkkül edən heç bir hərəkət etmir və heç bir tədbir görmür. Tədbiri – qərarı verməkdən daşın və Uca Allahın qərarına, tədbirinə güvən. Sən bilirsən ki, Uca Allah ﷻ sənin üçün əvvəldən var idi, sənin nəfsindən də əvvəl, eləcə də sənin ölümündən sonra da olacaq. Çalış ki, insanları sənin üçün narahat etməyəsən – bu müridlərin və kamil insanların ölçü vahididir. İnsan çəkisi ölçüldüyü kimi, onun halı və nə sifətdə olması ölçülür və qiymətləndirilir. Maddi gəlirin (dünya malı) üçün narahat olma. Uca Allah ﷻ səni dünyaya gəlincə unutmadığı kimi, dünyaya gəldikdən sonra da səni unutması mümkün deyil. Sənin hər hansı bir işini yerinə yetirən varsa, o işi etməyə, görməyə qalxma.
Bişr-əl-Xafiyy demişdi: “Bəziləri Uca Allaha təvəkkül edirik dedikdə yalan deyirlər. Əgər onlar təvəkkəl etsəydilər, Uca Allahın ﷻ onlar üçün etdiklərinə razı qalardılar”.
Səbəblərdən ıstıfadə etmək təvəkküllün olmaması deyıl
Təvəkkül – bu Peyğəmbərin ﷺ sifətidir, halal zəhmətlə işləmək, dolanmaq isə onun sünnətidir. Təvəkkül etməkdə onun sifətinə oxşamaq istəyənlər, işlədikləri vaxtı onu sünnətini tərgiməsinlər. Dolanmaq üçün işləyən adama ayıb eləyən, Peyğəmbərin ﷺ sünnətinə ayıb edəndir. Təvəkkülə ayıb edən isə imana ayıb edəndir. Bil ki, təvəkkülün yeri ürəkdir. İnsanın fiziki hərəkəti onun ürəyindəki təvəkkülə maneçilik törətməz. Ənəs ibni Malik demişdir: “Bir gün bir kişi dəvənin belində gəldi və dedi: “Uca Allahın Rəsulu ﷺ, mən dəvəni açıb buraxıb Allaha təvəkkül edimmi?” Peyğəmbər ﷺ. dedi: “Sən dəvəni bağla, sonra da Allaha təvəkkül et”.
İbrahim-əl-Xavas adlı biri təvəkkül əhlindən idi və həmişə iynə – sapı, qayçını və bardağı (su üçün) özü ilə gəzdirərdi. O, deyərdi ki, “əgər bu ləvazimatlarsız bir mürid görsəniz, onun mükəmməl namaza hazır olduğuna inanmayın”.
Hər bir işdə tədbirli və ağıllı olmaq təvəkkül etməkdir. Təvəkkül etmək imandandır. Təvəkkül etməyənin imanı olmaz, çünki iman təkallahlıqdır, hər baş verənin Uca Allah tərəfindən olduğunu bilməkdir. Allahdan başqasına güvənən, nə qədər dili söyləsə də o, təvəkkül etmiş sayılmaz. Təvəkkül insanlardan çatan şeyə güvənmək deyil. Təvəkkülü əldə etməyin çarəsi beş şeydədir: birincisi - Uca Allahın ﷻ sənin halından xəbərdar olduğunu hər zaman yadda saxlamaq; ikincisi - Uca Allahın ﷻ qüdrətinin kamil olması; üçüncüsü - Uca Allahın ﷻ qəflətə düşüb səhv etməsi, unutması kimi sifətlərinin olmamasına inanmaq; dördüncüsü - Uca Allahın ﷻ əhdi pozmayacağına inanmaq; beşincisi - Uca Allahın ﷻ hamıdan səxavətli olduğuna inanmaq və onun istəmədən də hamıya bəxş edən olduğuna əmin olmaq.
Təvəkkül haqqında deyilmiş qızıl sözlər
Təvəkkülün mahiyyətini bəyan edən kəalmlar
1. Peyğəmbər ﷺ deyib: “O kəs ki, insanların ən güclüsü olmaq istəyir, Allaha təvəkkül etsin”.
2. Yəhya ibn Məəzdən soruşurlar: “İnsan nə vaxt Allaha təvəkkül etmiş sayılar?” O cavab verib: “Vəkili Uca Allah olduğundan razı qaldıqda”.
3. İbn Ətailləhdən təvəkkülün mahiyyəti haqqlndan soruşanda o deyib: “Təvəkkül – nə qədər ehtiyacınız olursa olsun vasitələrə, səbəblərə meyl göstərməməkdir. Və yaxud da əgər vasitələrdən və səbəblərdən istifadə etsə də Allaha bel bağlamağın həqiqətindən aralanmamaq, uzaqlaşmamaqdır”.
4. Əbu Hətəm əs-Sicistani qeyd edir ki: “Əbu Turab Ən-Nəxşəbi dediyi kimi, Allaha təvəkkül etməyin şərti bədənlə, canla Allah qarşısında həqiqi qulluq göstərmək (ibadət etmək), qəlbən daima Allahla bağlı olmaq, yetəcək qədər ruzi ilə qani olmaq, nemətlər verildikdə şükr etmək, verilmədikdə isə səbr etməkdir”.
5. Zu Ən-Nun Əl-Misri deyir: “Təvəkkül – özü üçün nəyinsə tədbirini əvvəlcəldən görməyi tərgimək və özünün hər hansı gücündən və qüvvəsindən imtina etməsidir. Uca Allahın onun hər bir halını gördüyünü və bildiyindən əmin olan kəs təvəkkül etməyi bacarar”
6. Eləcə deyirlər: “Təvəkkül – Böyük planlar qurmayaraq yalnız yaşadığı günün qidasının qayğısına qalmaq və sabahısı üçün narahat olmamaqdır”.
7. Səhl ibn Abdullah deyir: “Təvəkkül – Allahın istədiyi (buyurduğu ) kimi hərəkət etməkdir”.
8. Yenə deyirlər ki: “Təvəkkül – möminlərin sifətidir. Təslim olmaq (mütilik göstərmək) Allah dostlarının sifətidir”. Təfviz (hər şeyi Allahi səlahiyyətinə buraxmaq) – Allaha yaxın olan hansılar ki, hər şeyi tək olan Allahdan görənlərin sifətidir. Elə buna görə də Təvəkkül – sadə müsəlmanların keyfiyyəti, sifətidir. Təslimiyyət (mütilik göstərmək) seçilmişlərin sifətidir, amma Təfviz (hər şeyi Allahi səlahiyyətinə buraxmaq, Ona ﷻ təvəkkül etmək) xas, xüsusi seçilmişlərin sifətidir».
9. Zu ən-Nun Əl-Misri deyib: “Təvəkkül – Qulun kainatda Allahdan başqa, hər şeydən qəlbini təmizləməsidir. Hansı ki Uca Allahdan başqası təsir göstərəcək və ümid verəcək başqa şeylərin olmasından imtina etməsidir” Bir az da açıqlamasını istədikdə o əlavə etdi: “Bu nəfsin bütövlükdə Uca Allaha ibadətə təslim etməsi və ilahi sifətlədən təmizləsidir”.
10. Əbu Abdullah Əl-Kurşidən təvəkküllün nə olduğunun soruşurlar. O da cavab verir ki: “Allahla bəndənin daima əlaqədə olmasıdır”.
11. Alimləirn birinə Təvəkkül barədə sual ediblər. O da deyib: “Hər şeyi Allahdan aldığını dərk etməkdir”.
12. Bir də deyirlər: “Təvəkkül edənin üç dərəcəsi olur: Təvəkkül etmək, boyun əymək və hər şeydə Allaha güvənmək. Təvəkkül edən Allahın vədinə arxayın olur”.