Bəyənilməyən xüsusiyyətlər

Bəyənilməyən xüsusiyyətlər

QEYBƏT VƏ SÖZDAŞIMA HAQDA DEYILƏNLƏR

Allah dostlarından qeybətin zərəri, təhlükəsi və bunun mürid üçün qəbih olduğu barədə qiymətli kəlamlar rəvayət olunmuşdur. Burada bir neçəsini misal gətirək ki, unudan xatırlasın, bilməyən öyrənsin.

  1. Allah Rəsulu ﷺ deyib: “Müsəlman qardaşını alçaq görməsi, bir şəxsə pislik olaraq kifayətdir. Hər bir müsəlmana o biri müsəlmanın qanı, namusu və malı haramdır”.
  2. Peyğəmbər ﷺ deyib: “Qeybətdən çəkinin! Çünki qeybət zinadan daha şiddətlidir (ağırdır). Kişi zina edər, sonra tövbə etsə, Allah ﷻ onun tövbəsini qəbul edər. Ancaq qeybət edən, qeybət edilən günahından keçmədikcə, bağışlanmaz”.
  3. Allah Rəsuli ﷺ deyib: “Söz daşıyan (gəzdirən, çatdıran cəzasını çəkmədən ya da bağışlanmadan) Cənnətə girməz”.
  4. Peyğəmbər ﷺ deyib: ”Sizə ən pis olanlarınızdan xəbər verim, – onlar söz daşıyanlar (sözgəzdirən), sevənlərin arasını pozmağa çalışan və günahsız kəslər üçün qüsur(eyib) axtarıb tapanlardır”.
  5. Allah Rəsulu ﷺ deyib: ”Kim həya pərdəsini üzərindən atarsa, onun haqqında danışmaq qeybət sayılmaz”.
  6. Allah Rəsulu ﷺ deyib: “Əyanən günah əməl edənin arxasınca danışmaq qeybət sayılmaz”.
  7. Əməlisalehlərdən biri deyib: “İnsanların arxasınca qeybət edənlərin misalı həsənətlərini (xeyirxah əməllərini) şərqə, məşriqə dağıtanların misalıdır”.
  8. Sufyan əs-Səvridən Peyğəmbərimizin “Ət çox yeyən ev əhlinə Allah ﷻ buğz edər (hirslənər)” hədisi haqqında soruşulanda dedi ki: “O kəslər insanların arxasınca qeybət edərək ətlərini yeyənlərdir”.
  9. Həsən əl-Bəsriyə deyiləndə ki: Filankəs sənin arxanca qeybət etdi (arxandan danışdı) dərhal o həmin adama bir sini dolu şirni ilə bu sözləri göndərdi: “Eşitdim ki, sən mənə öz həsənət (xeyirxah) əməllərini hədiyyə veribsən və mən də istədim ki, imkanıma baxıb bunun qarşılığını verim”.
  10. İbn Mübərakın yanında qeybətdən bəhs olunanda o belə dedi: “Əgər mən qeybət edən biri olsaydım valideyinlərimdən qeybət edərdim, çünki mənim yaxşı əməllərimə onlar başqalarından daha çox layiqdirlər”.
  11. İmam ibn Ətailləh deyib: “Sən əgər bir kimsənin ağlını sınamaq istəsən, yanında bir başqası haqqında söz deyərkən ona fikir ver. Əgər görsən ki, O, həmin şəxsin pisliklərini bir – bir söyləyir və deyir ki, “Tərgiyin onu, o filan filan əməllər görən birisidir” bil ki, onun batini aləmi xarabdır və onun mərifətdən (Allahı həqiqi tanımaq) heç xəbəri yoxdur. Həqiqi mömin isə mömin qardaşının şərəfini qoruyar, ləkə gətirməz”.
  12. Atalarımızın dediyi kimi – bıçaq yarası sağalar, söz yarası sağalmaz.

QEYBƏT EDILDIKDƏ NƏ ETMƏLI

Qeybət edənin “əl-Fatihə”, “əlİxlas”, “əl-Fələq”, “ən-Nəs” surələrini oxuyub hasil olan savabı qeybəti olunana (sözü danışılana) verməsi məsləhət görülür. Peyğəmbər ﷺ əməlisalehlərdən birinin yuxusuna gələrək belə nəsihət etdiyi xəbər verilir. Əməlisaleh insan deyir: “Qeybət və savab qiyamət günü Allahın ﷻ qarşısında duracaq və biz ümid edirik ki, qeybət savabla əvəz olunacaq, müdrik insana özündən qeybət olunduğu üçün narahat olması yaraşmaz, əgər biri haqda qeybət olunarsa, Allah ﷻ onun günahlarının yarısını bağışlayar, özünün yaxşı əməllərini böyük görən təsəvvüf əhlini inkar edib onların arxasınca qeybət edən birisi ilə oturub – durmaq mürid üçün məsləhətli sayılmaz, onlar qəlbləri korlanmış kəslərdir, din qardaşının arxasınca edilən qeybətin şahidi olan insanın buna laqeyd qalması yol verilməzdir, əksinə susmamalı, ona tərəf çıxmalı və onu qorumalıdır – əks təqdirdə bu din qardaşını alçaltmaq deməkdir, axı müsəlmanın başqa müsəlman qarşısında olan haqlarından biri də onu qeybət və böhtandan qorumaqdır”.

Yəhya bin Muaz deyib: “Gərək ki, möminə səndən üç xeyr dəysin: əgər sənin ona mənfəətin dəyməzsə heç olmazsa zərərin çatmasın, sən onu sevindirə bilməsən heç olmazsa peşman etmə, onu tərifləyə, öyə bilməsən heç olmazsa pisləmə”. Deyirlər ki, bir gün İbrahim ibn Ədhəmi yemək süfrəsinə dəvət edirlər. Süfrə arxasında oturduqdan sonra deyirlər “filankəs gəlmədi”. Bu zaman onlardan biri: ”Kökdür asta yürüyür” deyə bildirir. Bunu eşidən Ədhəm oğlu İbrahim tez yerindən qalxır, evi tərk edir və üç gün ağzına bir loxma da almır. Bir müddət sonra o: “Bir möminin arxasınca qeybət edilən məclisdə mən iştirak etmirəm” deyir. Bir dəfə də İbrahim ibn Ədhəm başqalarını qonaq çaqırır. Qonaqlardan bəziləri yeməkdən əvvəl kiminsə arxasınca danışdılar. Bu vaxt İbrahim ibn Ədhəm onlara: “Bizdən öncəkilər əvvəl çörək sonra ət yeyərdilər siz isə əvvəlcə ət, sonra çörək yeyirsiniz” dedi və onlarla yemək yemədi.

Əməlisaleh insanların adətlərindən biri də din qardaşının arxasınca qeybət edənin cavabını vermək idi. Onlar imkan verməzdilər ki, kimsə din qardaşlarının qeybətini etsin. Misal üçün: əgər eşidəndə ki, kimsə Alimlərin ya da təsəvvüf əhlinin arxasınca: “Filankəs təkəbbürlü insandır, o heç vaxt heç bir məclisin dəvətinə cavab verməz hətta toy dəvətinə belə» –deyərdilər ki, “Onun gəlməməsinin səbəbi özünü alçaq görməsindən ya da çox utancaq olmasındandır”. Onların əməllərinə bəraət qazandırmaq olar. Bəxtəvər insanlar günah edən birini gördükdə irad tutar, gizlində də ona dua edərlər. Bədbəxt insanlar isə qisas alır kimi irad bildirər və çalışar ki, onu alçaltsın. Mömin insan cəmiyyət arasında onun eybini gizlədər, təklikdə isə ona nəsihət edər. Əksinə ola bilməz.

DÜNYA SEVGISI

Dünya sevgisi insanın düşmənidir. Sən bil ki, dünya sevgisi bütün səmavi dinlərdə pis qiymətləndirilmişdir. Dünya sevgisi,fitnələrə səbəb olduğundan bütün günah və xətaların başı sayılır. Qul dünyaya zühd (meyl etməmək) etməli və qəlbindən şöhrətpərəstliyi çıxarmalıdır. Şöhrət sevgisi sahibi üçün var – dövlət sevgisindən daha zərərlidir. Bu ikisi insanı düşməni olan dünya sevgisinə aparar.

Dünyanın iyrənc və üfunət dolu olduğuna dair bir misal gətirmək kifayət edər. Uca Allah ﷻ Adəm və Həvvanı Cənnətdən dünyaya endirdiyində artıq Cənnət iyini hiss etmədikdə bu fani dünyanın üfunət iyi Onların huşunu itirməsinə səbəb olur. Bu vəziyyətdə qırx gün qalırıar. Rəvayətə görə Uca Allah dünyanı yaradanda ona dedi ki: “Ey fani dünya, Mənə xidmət edənin xidmətçisi ol, sənə xidmət edəni isə xidmətçin et. Ümumiyyətlə dünya nemətləri deyildikdə var – dövlət, nemət (yaşayış üçün lazım olan şeylərin toplusu – yeyəcək, içəcək), söhbət və yuxu nəzərdə tutulur. Mürid, qəlbinin fani olan ləzzətlərlə məşğul olmasından ehtiyatlı ol! O ürəkdə bitən tükə bənzəyir. Ürəkdə tük bitərsə insan o an ölər. Elə bu səbəbdəndir ki, Uca Allah insanda tükü dərinin içərisində yox, üstündə yaradıb. Möminlərin Cənnətə qəlbi kimi bədəni və üzü tüksüz, gözləri sürməli daxil olmalarının hikmətini də burdan başa düşmək olur.Yəni əgər onların bədənlərində tük bitsəydi ölərdilər. Çünki onlar cismən də ruhəndə bir urək kimidirlər, Onlarla Rəbbi ﷻ arasında heç bir pərdə yoxdur. Bundan bilinir ki, Allahın ﷻ müridi sevib sevməməsinin miqdarı, ölçüsü onun dünyanı sevib sevməməsinin ölçüsü qədərdir. Allahdan qeyrisi ilə səni məşğul edən hər şey dünyadan sayılır, səni Allaha ﷻ yönəldən hər şey isə axirətdən sayılır. Bir hədisdə Allah Rəsulu ﷺ deyir: “Uca Allah dünyadan daha nifrətli bir məxluq yaratmadı və o yaranan gündən bəri bir dəfə də olsun ona baxmadı”. Peyğəmbər ﷺ dedi: “Dünya lənətlənmişdir. Dünyada olan və adamı Allahdan qafil edən xüsuslar da lənətlənmişdir. Ancaq Allahı zikr etməkdən başqa”. Dünya sevgisi ilə edilən ibadət bədən yorğunluğudur.

DÜNYA SEVGISI VƏ ALLAHA IBADƏT BIR-BIRINƏ ZIDD ŞEYLƏRDIR

İmam Əbül-Həsən əş-Şazəli deyir: “Qul əgər dünyaya və yaxud axirətə meyl edərsə, Allaha ﷻ yaxınlaşmaz. Ona görəki, Allaha ﷻ sadəcə ixalsla ibadət edənlər yaxın ola bilərlər. Başqası isə bu iki kainatdan istədiyinə yaxın olar, yuxarı qalxmaz”. Eləcə də Əbül-Həsən Əli ibn əl-Məzinidən edilən rəvayətdə deyilir: “Əgər siz bir şəxsi siddiq adını verərək öysəniz belə, Allah ﷻ ona fikir verməz (məhəl qoymaz) əgər onun qəlbində dünya sevgisi olarsa, Allaha and olsun ki, Allahı tanımaq (mərifət) yoluna cıxanların həlak olanları yalnız dünyanın şirinliyini dadanlardır”. İmam əş-Şazəli deyib: ”Dünya sevgisi ilə bərabər edilən ibadət qəlb üçün narahatçılıq, bədən üçün isə yorğunluqdur, bu ruhsuz şəkilə bənzər. Dünyaya zühd etməyin mənası dünyaya sevgi ilə təmayül etməməkdir, tamamilə məhrum olmaq deyil çünki şəriət ticarət etməyi, sənət peşə sahibi olmağı qadağan etmir”.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


UŞAQDAN ÜZR İSTƏMƏK LAZIMDIRMI?

Әgәr uşаq nаdinclik, dәcәllik еdibsә, özünü düzgün аpаrmаyıbsа о, mütlәq аnа vә аtаsındаn üzr istәmәlidir.   Bunu, bir qаydа оlаrаq, hеç kim şübhәyә аlmır. Аncаq vаlidеynlәrin hаqsız оlduqlаrı vәziyyәtlәr оlur. Хüsusilә uşаqlаrlа dаhа...


УШAГЛAР НƏ ВAXТ ГƏДДAРЛAШЫР: ҜҮНAҺКAР КИМДИР?

Әбу Һүрејрәдән рәвајәт олунур ки, Аллаһ Рәсулу ﷺ демишдир:«Һəр бир ушaг мүсəлмaн (фитрəтəн Ислaм үзрə) дoғулур, дaһa сoнрa вaлидeјнлəри oну јəһуди, xристиaн вə јa aтəшпəрəст eдир». (Имaм Əһмəд, 7712; Буxaри, 1375; Мүслим, 2658)   Бу ҝүнләрдә мән сосиал шәбәкәдә хәбәр...


SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).   2. Mərhəmət və şəfqət. Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli...


ÜÇ ӘN QОRХULU GÜNАH

İnsаnın bu dünyаdаkı әsаs mәqsәdi - həyatını Rəbbinin razılığını qazanacaq şəkildə yaşamaqdır. Bunа nаil оlmаq üçün günаhlаrdаn çәkinәrәk, yахşı işlәr vә düşüncәlәr üçün sәy göstәrmәk lаzımdır. Günаhlı әmәllәr аrаsındа isə çох аğır оlаnlаrı vаr. Bu mаtеriаldа biz оnlаrdаn üçü hаqqındа məlumat...