NƏFSƏ QARŞI ÇIXMAQ

Bil ki, nəfsə qarşı çıxmağın bir çox faydaları var. Nəfslə birləşib istəklərinin arxasınca getmək isə bütün şər əməllərin açarıdır. Əsrlər boyu bütün alimlərin və müdriklərin – nəfsə qarşı çıxmaq, bütün yaxşılıqların açarı, nəfsin – istəklərinə boyun əymək isə bütün pisliklərin əsli olduğunda yekdil olmaları dəlil olaraq kifayətdir. Bundan əlavə ilahiyyatçı alimlər nəfsə qarşı çıxmağı ibadətin zirvəsi hesab edirlər. Nəfsi, ona qarşı çıxmağın qılıncı ilə məhv etməyi təsəvvüf yolunun mühüm amillərindən biri olduğunu vurğulayırlar. Hətta deyirlər: “Bizim yolumuzda bizimlə addımlamaq istəyənlər nəfslərinə dörd nov ölümü daddırsınlar – qırmızı, qara, ağ və yaşıl”.
Qırmızı ölüm – nəfsə və nəfsin istəklərinə qarşı çıxmaq, yəni dünya həyatının tamahı, eləcə də iblis və onun köməkçiləri ilə mübarizə etmək deməkdir. Ölümün bu rəngi ehtirasa və onun qarşısının alınmasına – yəni onun ölümünə işarə edir.
Qara ölüm – səbr göstərərək insanların sənə etdikləri pislik və narahatçılığı daşımağı bacarmaq deməkdir. Qara rəng çətinliyin və ağırlığın rəmzi olduğu kimi burada da deyilənlərin nəfs üçün nə dərəcədə çətin və şiddətli olduğuna işarə edir.
Ağ ölum – aclıq deməkdir. Burada ölümün ağlığı aclığın insan ruhuna və batini (daxili) aləminə verdiyi işığa – nura bir işarədir.
Yaşıl ölüm – yamaqlı, köhnə paltar geymək və xoşa gələn gözəl paltardan imtina etməkdir. Belə ki, yaşayış, dolanmaq aza qane olmaqla yaşıllaşır. Uca Allahın I hökmü və qədəridir ki, nəfslə mübarizə etməyin bərəkəti onun istəklərinə qarşı gələn hər kəsə çatır, hətta qeyri – müsəlman olsa belə. Rəvayətə görə Misir şəhərində bir rahib qeybi bilməklə məşhurlaşır. Bunu eşidən müsəlman alimlərdən biri deyir ki: “Müsəlmanları azdırmamış mütləq onu öldürmək lazımdır”. Və bıçağını zəhərlə firçalayıb onun yanına yola düşür. Alim rahibin qapısını döyən zaman içəridən rahib ona deyir: “Ey müsəlman alim, bıçağı at yerə!”. Alim əlindəki bıçağı ataraq içəriyə daxil olur və soruşur: “Sən buna necə nail oldun?” Rahib də cavabında: “Nəfsimə qarşı gələrək” deyir. Sonra Alim ona İslamı təklif edir. O da şəhadət gətirərək, Allahdan başqa ibadətə layiq heç bir ilah olmadığına və Muhəmməd Peyğəmbər də Onun Rəsulu olduğuna şahidlik edərək qəbul edir. Sonra Alim təəccüblə soruşur: “İslamı qəbul etməyə səni nə vadar etdi?” Rahib cavab verir: “Mən nəfsimə İslamı qəbul etməyi təklif etdim, o isə rədd etdi. Mən də əksinə nəfsə qarşı gəldim”. Beləcə bu insan məhz nəfsinə qarşı gələrək böyük xoşbəxtliyə nail olur.
Nəfsə qarşı gəlməyin sirli elmlərin açılması və Allah I tərəfindən insanın qəbul olunması kimi səmərələri var. Nəfslə razı olmaq, şəhvətinin ardınca getmək və onun hər istədiyini yerinə yetirmək insanı yalnız alçaldar və Allahı tanımaq (mərifət) yolundan geri qoyar. Allah qorusun!?
İbrahim ibn Şəyban deyir: “Uzun müddət idiki, doyunca mərcimək yemək istəyirdim amma imkanım yox idi. Nəhayət günlərin bir günü Şam şəhərində olarkən mənə bir qab dolu mərcimək gətirdilər və mən doyunca yedim. Küçəyə çıxdım, bir dükanın qabağında asılmış qablar gördüm, içindəkinin nə olduğu məlum deyildi. Sirkə olduğunu düşündüm. Məndən soruşdular:“Nə baxırsan? Bunlar şərab nümunələridir, bu da şərab qabı”. Sonra mən zirzəmiyə daxil oldum və şərab qablarının içərisindəki şərabları yerə tökməyə başladım. Dükan sahibi əvvəlcə elə bildi ki, xan əmr edib. Həqiqət məlum olanda isə o, məni Misir şəhərinin o vaxtki xanı İbn Tulunun yanına apardı. Xan da mənə iki yüz dəfə çubuq vurulmasını və zindana atılmağımı əmr etdi. Mənim zindandan çıxmağıma kömək edən ustadım Əbu Abdullah əl-Məğribi bu şəhərə gələnə kimi zindanda qaldım. Sonra o, məndən soruşdu: “Sən nə etmişdin?” Mən də dedim: “Mən doyunca mərcimək yemək istədim və yedim, sonra da məni iki yüz dəfə çubuq vuraraq cəzalandırdılar”. Ustad dedi ki: “Sən yenə yüngül xilas olmusan“.
Bir günü havada (boşluqda) oturan birindən soruşdular sən bunu necə bacardın. O cavabında: “Mən nəfsimin istəyindən imtina etdim və mənə havanı tabe etdilər” dedi.

NƏFSƏ NƏZARƏT
Nəfsi təzkiyə və islah etməyə aparan yolların ümdəsi nəfsin sahibinə nə deyib nə əmr etdiyinə nəzarət etməkdir. Əgər sənin özünə nəzarət edə biləcək nümayəndən varsa, onda sən ona nəzarət etməzsən. Yox, əgər o, özünü nəzarət edə biləcək gücə malik deyilsə, onda sən onu hesaba çəkərsən. Belə nəzarət sənin əməllərinə də lazımdır. Hansı ki, onlar yalnız Allah ﷻ üçün olmalıdır. Hər hansı bir iş görərkən düşünmə ki, Allah ﷻ səndən hesab sormayacaqdır.
Bu cür nəzarət etmək Allahı ﷻ tanıma dərəcəsinə (mərifəyə) çatmış dahi insanların adəti idi. Böyük saleh insan, yeddi budalalardan biri olan Şeyx Məkinuddin əl-Əsmər deyir: “Yolumun başlanğıcında mən dərzi işləyirdim. O vaxtlar mən gün ərzində dediyim hər sözü sayardım. Axşamı onları araşdırırdım, – danışığım o qədər də çox olmurdu. Yaxşı söz tapdıqda Allaha şükr, həmd – səna edərdim – başqa söz tapdıqda isə tövbə edər və Allahdan ﷻ bağışlanmağımı diləyərdim”. Sonunda yeddi budalalardan biri oldu. Əbu Həfs əl-Həddad ən-Nişaburi deyib: “İnsanın nəfsi qaranlığa bənzəyir. Nəfsin lampası onun sirridir. Lampasının işığı (nuru) isə Allahın dəstəyidir (tövfiqi)”. Alim “nəfsin lampası onun sirridir” dedikdə Allahla qulun arasında olan sirri nəzərdə tutur. Və bu sirr də onun ixlası, səmimiyyəti olduğu yerdir. Bunun sayəsində qul etiraf və dərk edir ki, hadisələr nə öz başına yaranır nə də ki о həyata keçirir, təkcə Allah ﷻ tərəfindən həyata keçir. Beləliklə, qul hər hansı bir əməli etmək üçün güc və qüdrətin özünə aid olduğunu inkar, Allaha məxsus olduğunu etiraf edər. Və sonra Allahın ﷻ dəstəyi (tovfiqi) ilə insan öz nəfsinin şərrindən xilas olar.
Bu səbəbdəndir ki, mürşidlər deyirlər : “Sirri olmayan günahda israrlı (daim) olur”.
Qulun nəfsini hesaba çəkmək üçün ən təsiredici amil – nəfsinə nəsihət etməsi və islah olunmaq məqsədi ilə ona dönəcək yerini və aqibətini xatırlatmağıdir. Allahın sadiq qullarından biri nəfsinə xitabən deyir: “Ey nəfs, doğrudanmı sən əvvəlki nəsillərə diqqət yetirmirsən, onlar necə evlər tikib, bəzərdilər, sonra da bu dünyanı və hər şeyi tərk etdilər. Allah ﷻ necə onların torpaqlarını, diyarlarını düşmənlərinin ixtiyarına buraxdı?! Məgər sən görmürsən ki, insanlar necə var – dövlət toplayırlar hansı ki, heç özlərinə də qismət olmur, necə saraylar tikirlər hansında ki, heç özləri də yaşamırlar və necə ümüdlər qururlar hansına ki, heç onlar çata bilmirlər. Ey nəfs, etdiklərin insanı necə də heyrətə gətirir! Sən niyə bu gerçək həqiqəti görməzdən gəlirsən?! Ey nəfs yoxsa sən şöhrət eşqi ilə sərxoşsan və buna görə də başa düşmürsən?! Məgər sən anlamırsan ki, şöhrətpərəstlik sadəcə insanların ürəklərində hər hansı bir mövqeyə nail olmaq və qəlblərində özünə qarşı meyl yaratmaqdır. Hətta yer üzündə bütün insanlar sənin qarşında baş əysələr və sənə itaət göstərsələr də sən bilmirsən ki, əlli il sonra yer üzündə nə sən, nə də sənə baş əyən kimsə qalacaq?! Vaxt gələcək, sənin adını belə unudacaqlar. Ey nəfs, sən necə əbədi olan bir şeyi əlli ildən yox olası bir şeyə dəyişirsən. Ey nəfs məgər sən utanmırsan?! Sən zahirən insanlar üçün bəzənirsən amma gizlində günah işlədərək Allaha asi olursan! Təəssüflər olsun sənə! Həqiqətənmi Allah ﷻ sənin üçün səni müşahidə edənlərin ən hörmətsizidir? Təəssüflər olsun sənə ey nəfs! Əgər sən özünü gerçəkdən tanısaydın bütün bəla – müsibətlər insanlar üzərinə yalnız sənin bədbəxtliyin səbəbindən nazil olduğunu düşünərdin! Çox təəccüblüdür ki, var – dövlətin çoxaldıqda sən sevinirsən, ömrün qısaldıqda isə kədərlənmirsən. Əgər ömrün qısalırsa artan var – dövlətin nə faydası var?!“
DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ «SALEH INSANLARIN ÜLVI ƏXLAQI» KITABI