Başqasına üstünlük vermək (fədakarlıq), alıcənab və Səxavətlı olmaq

Başqasına üstünlük vermək (fədakarlıq), alıcənab və Səxavətlı olmaq

Başqasına üstünlük vermək (fədakarlıq), alıcənab və Səxavətlı olmaq

Səxavətlı olmağın mahıyyətı, əsl dəyərı Bil ki, səxavətlilik başqasına bir şey verdikdə sıxıntı, çətinlik hiss etməməkdir. Deyilir: “Səxavətlilik – nəyisə kiməsə vermək fikri ürəyə düşən kimi tez onu yerinə yetirməkdir, ağla gələn fikirə cavab verməkdir”. Əd-Dəqaq deyir: “Əslində səxavətlilik varlının kasıba əl tutmasına yox, kasıbın varlıya əl tutmasına deyilir”.

(mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanan kimsələr nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (surə “əl-Həşr”, ayə-9). Bu ayə Mədinəyə mühacirlər gəlməmişdən əvvəl orada yaşayan ənsarlar haqqında nazil olmuşdur. Ənsarlar onlara hicrət etmiş Məkkəliləri sevirdilər, onlar üçün nəzərdə tutulan qənimətə heç bir ehtiyac hissi etməz və buna görə ürəklərində həsəd (qəzəb) duymazdılar.

Onların qəlblərində Allahın hökmünə (hansı ki O, onları xüsusi olaraq ayırd etdi) qarşı zərrə qədər də olsa etiraz yox idi, baxmayaraq ki, ənsarlar özləri ehtiyac və sıxıntı içində idilər. Bu ayənin özlərinə bişmiş qoyun hədiyyə verilmiş bir Mədinə müsəlmanı haqqında da nazil olduğu deyilir. O, özündən daha çox ehtiyacı olana hədiyyəsini vermək üçün yeddi ev dolaşır. Lakin hər biri başqasına verməsini söyləyir və beləliklə, qayıdıb yenədə əvvəlki birinci evə gəlir. Bu ayənin Mədinədə yaşayan bir başqa müsəlman haqqında da nazil olduğu söylənilir. Bu şəxs qonaq gələn zaman yeməyi qonağın qarşısına qoyaraq işığı söndürürmüş ki, qonaq zənn etsin ki, ev sahibi də onunla birlikdə yeyir. Beləcə bu ənsar özündən və ailəsindən əvvəl üstünlüyü ona verib.

Bu haqda Uca Allah ﷻ ayə nazil edib. Deyirlər: “Səxavətli adam evini qonaqlarını və qardaşlarını nəzərə alaraq, xəsis adam isə özünü nəzərə alaraq tikər”. Birdə deyilir ki, “Başqasına üstünlük verən, fədakar insan, özü ac, möhtac olsa da digər möhtacın ehtiyacını ödəyəndir”. Yəni başqasına üstünlük verən fədakar insan özünün ehtiyacılarını nəzərə almadan şəxsi maraqlarını başqasının maraqlarına qurban verəndir. O, hətta özü ac qalsa belə yeməyini başqasına verər. Hədisdə deyilir: “Bu dünyada elə bir qövm yoxdur ki, onların arasında səxavətli və xəsis adam olmasın – ənsarlardan başqa, həqiqətən onların hamısı səxavətlidirlər, onların arasında xəsis yoxdur”. Hüzeyfə əl-Ədavi t adlı səhabə deyir: “Yərmuk döyüşündə mən yaralıların arasından əmim oğlunu axtarmağa getdim, özümlə əmim oğlu üçün bir az su götürmüşdüm.

Yanına çatanda ona dedim: “Sənə içməyə su verirəm” o da başını əyərək razılığını bildirdi. Bu vaxt susuzluqdan ölmək üzrə olan birinin iniltisini eşitdik. Əmim oğlu suyu həmin adama verməmi işarə etdi. Həmin adam As oğlu Hişam idi. Mən ondan soruşdum: “Su verimmi?”. O da başıyla işarə edərək su istədiyini bildirdi. Bu zaman Hişam da susuzluqdan ölmək üzrə olan birinin iniltisini eşidir və mənə suyu ona verməmi işarə edir. Mən həmin adamın yanına çatdıqda isə adam artıq ölmüşdü. Bu vaxt Hişamın yanına gəlib gördüm ki, bu da ölüb. Mən daha əmim oğlunun yanına döndüm ki, suyu ona verim, onu da ölmüş gördüm. Bu başqalarının həyatını qurtarmaq üçün öz canlarını qurban verənlərin misalıdır. Bu növ fədakarlıq mal – dövlət ilə edilən fədakarlıqdan daha üstündür.

“Təkmilə” adli kitabda yazılıb: Doğrusu bu ayə Əbu Talhə əl-Ənsari t haqqında nazil olmuşdur. Bir günü Peyğəmbərin ﷺ evinə bir qonaq gəlir və Peyğəmbər ﷺ evdə qonağa verməyə heç nə tapmır. Bu zaman o, bayıra çıxaraq səhabələrinə müraciət edərək deyir: ”Ey Allahın rəhmi gəlmişlər, sizlərdən kim bu qonağa yemək süfrəsi açar?”. Bu zaman Əbu Talha t ayağa durdu və qonağı öz evinə apardı. Arvadına Peyğəmbərin qonağına yemək süfrəsi açmasını buyurdu. Arvadı yemək üçün süfrə başına toplaşan uşaqlarını yatızdırıb işığı söndürərək qonağın yeməyini verir, ər – arvad özlərini elə aparırlar ki, güya onlarda onunla birlikdə yemək yeyirlər. Yuxarıda adı keçən ayə bu zaman nazil olur.

Sələfu saleh dövründəki insanların aza qane olmaları bol, qəlbləri tox və bərəkətləri də çox idi. Rəvayətə görə bir padişah vəzirinə deyir: “Alimlərin: halı da qəlbləri də sufilərinkindən yaxşıdır”. Lakin vəzir buna etiraz etdi və dedi: “Gəlin biz onları iki sınaqdan keçirək”. Əvvəla bir neçə min dirhəmlə bir nəfəri mədrəsəyə göndərdi və dedi: “Sən get və onlara de ki, Padişah buyurub ki, mən bu dirhəmləri aranızda ən fəzilətli və kamil sayılan birinə verim, belə ki, kimdir o? Aralarından biri dedi: “O mənəm”. Bir başqası isə etiraz edərək dedi: “O yalan danışır əksinə mənəm”. Və beləcə hər biri sadəcə özünün fəzilətli və kamil olduğunu iddia etməyə başladı. Bu zaman elçi də: “Mən aranızdan kimin layiq olub olmadığını müəyyən edə bilmərəm” dedi və heç kimə heç nə vermədi. Geri qayıtdı olanları vəzirə danışdı. Sonra isə vəzir bu həmən dirhəmləri sufilərin xanəgahına göndərdi. Onlar amma alimlərin etdiklərin əksini etdilər. Onlardan hər biri “O məndən yaxşıdır!

O məndən də layiqlidir!” dedilər. Sonra da vəzir elçinin əlinə qılınc verib dedi: “İndi sən bu qılıncla xanigah əhlinə (təsəvvüf mənsublarına) get və de: “Mənə padişah əmr edib ki, mən sizin rəisinizin başını kəsim. O kimdirsə çıxsın qarşıma. Bu zaman biri dedi: “Mənəm rəis”. O birisi “Yox, mənəm” dedi və beləcə hər biri dostunun, yoldaşının həyatını qorumağı üstün seçərək öz həyatını fəda vermək istədilər. Bu arada elçi aralarından rəisin kim olduğunu müəyyən edə bilməyib geri qayıdır və olan keçəni vəzirə danışır. Bu dəfə isə vəzir elçini həmin qılıncla alimlərin olduqları mədrəsəyə göndərdi ancaq orada isə vəziyyət bunun tam əksini tapdı. Beləcə vəzirin haqlı olması bəlli oldu .

Sən də görürsən ki, şəhərlərdə və kəndlərdə olan bizim zəmanəmizin müridləri (təsəvvüf elminin şagirdləri) o zəmanənin müridlrinə oxşamır. Böyük şeyx ƏbuYazid əl-Bəstami deyib: “Bəlxa sakini bir cavban oğlan məni məğlub etdi. O soruşdu: “Sizdə zühdün son həddi nədir?” Mən cavab verdim: “ Biz yeməyə ruzi tapdıqda yeyirik, tapmadıqda isə səbr edirik”. Cavan oğlan isə dedi ki: “Şəhərimizin itləri də bu cürdürlər. Yem tapanda qarınlarını doyurub sevinirlər. Yem tapmayanda isə aclığa dözürlər. Amma biz ruzi tapmayanda şükr edirik, tapanda başqalarına bağışlayırıq”.

Alicənablığın və səxavətliyin fəziləti, dəyəri

Anamız Aişədən rəvayət olunan hədisi şərifdə Peyğəmbər ﷺ deyir: “Əliaçıq adam Allaha ﷻ yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan ﷻ uzaqdır, insanlardan uzaqdır, Cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır. Cahil lakin əliaçıq adam Allah üçün çox ibadət edən Xəsis adamdan daha sevimlidir”. Başqa bir hədisdə Peyğəmbər ﷺ deyib: “Verən əl alan əldən daha üstündür”. Bişr ibn əl-Həris deyir: “Xəsisə yetirilən bir baxış insanı daşürəkli edər”. Söyləyirlər ki, bir gün möminlərin əmiri Əli ibn ƏbuTalib ağlayır. Ondan ağlamasının səbəbini soruşanda o, cavab verdi: “Artıq bir həftədir ki, evimə qonaq gəlmir. Bunun da mənim artıq Allahın yanında hörmətdən düşməyimin bir işarəsi olmasından qorxuram”. Rəvayət olununr ki, Ənəs ibn Malik t deyib: “Evin zəkatı o evdə qonaq üçün bir otağın olmasıdır».

Alicənablıq və səxavətlik haqda deyilən gözəl sözlər

1. Alimlərdən biri deyib: “Ehtiyacı olub mənim yanıma kömək istəməyə gələn birini əliboş geri qaytarmağı heç sevmirəm. Çünki, əgər o nəcib bir insandırsa onda mən onun şərəfini qorumuş oluram, yox əgər alçaq adam olarsa onda da özümün şərəfini qorumuş oluram”.

2. Deyirlər ki: “Əlicənab adamın qonağı da alicənab olur”.

3. İbrahim ibn əl-Cüneydi deyir: “Əsil nəcabətli insan əmir də olsa gərək bu dörd əməldən (şeydən, ) çəkinməsin: hər-hansı məclisdə atası gələndə ayağa durmaq, qonağa qayğı göstərmək, elm öyrəndiyi, (özünə bilik verdiyi) aliminə (müəlliminə) xidmət etmək və bilmədiyinu soruşmaq”.

4. Abdullah ibn Mübarək deyib:”İnsanlardan heç nə ummamaq səxavətli olmaqdan daha ūstūndūr”.

DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ “SALEH INSANLARIN ÜLVI ƏXLAQI” KITABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


УШAГЛAР НƏ ВAXТ ГƏДДAРЛAШЫР: ҜҮНAҺКAР КИМДИР?

Әбу Һүрејрәдән рәвајәт олунур ки, Аллаһ Рәсулу ﷺ демишдир:«Һəр бир ушaг мүсəлмaн (фитрəтəн Ислaм үзрə) дoғулур, дaһa сoнрa вaлидeјнлəри oну јəһуди, xристиaн вə јa aтəшпəрəст eдир». (Имaм Əһмəд, 7712; Буxaри, 1375; Мүслим, 2658)   Бу ҝүнләрдә мән сосиал шәбәкәдә хәбәр...