Rəhm etmək, mərhəmət

Rəhm etmək, mərhəmət

Rəhm etmək, mərhəmət

Mərhəmət təriqətin (təsəvvüfün) ən əsas hissəsidir

“Əvariful məarif” adlı kitbda Şeyx əs-Səhravardi deyib: “Bir-birilərinə qarşılıqlı mehribanlıq göstərmək, xoş münasibətdə olmaq, razılıq əldə etmək, münaqişədən isə uzaq durmaq Təriqət (təsavvuf) əhlinin əxlaqikeyfiyyətlərindəndir”.

Uca Allah I Peyğəmbərin ﷺ səhabələrini təsvif edərək QuraniKərimdə belə deyir (mənası): “Öz aralarında isə mehribandırlar” (surəəl-Fəth, ayə -92). Eləcə Uca Allah I başqa ayədə deyir (mənası): “Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi” (surəəl-Ənfal, ayə-36 ). Qarşiliqli sevgi və qarşılıqlı münasibət ruhların birbiriləri ilə uyğun şəkildə olmasından və aralarındakı razılıqdan yaranır. Bu barədə hədisi-şərifdə söylənilir ki: “Ruhlardan hansılar ki, bir-birilərini tanıdılar, onlar birləşdilər. Hansılar ki, bir-birilərini tanımadılar onlar ayrıldılar”.

Peyğəmbərimiz də ﷺ deyib ki: “Mömin başqaları ilə ülfət edər (xoş dolanar) və özüylə ülfət edilər. Kimsəylə ülfət etməyən və özüylə ülfət edilməyən adamda xeyir yoxdur”. Başqa bir hədisdə ədə söyləyir ki: “Biri-biri ilə qarşılaşan iki möminin misalı iki əlin misalına bənzəyir hansı ki biri o birini təmizləyir”. Əbu İdris əl-Xavləni Məəzə deyir: “Mən səni Allah xətrinə sevirəm”. Bu zaman Məəz t: “Sevin və yenə də sevin! Həqiqətən mən eşitdim ki, Peyğəmbər ﷺ deyib: “Qiyamət günü Ərşin ətrafında ayrıca bir qrup insanlar üçün xüsusi bir yer ayrılacaq. Onların üzləri bədirlənmiş ay kimi işıq saçacaqdır. İnsanlar kömək, əlac axtaracaqlar, onlar isə yox. Başqaları qorxu içində olacaq amma onlar isə yox. Bunlar Allahın sevimli qulları – övliyalarıdır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Bizlərdən birisi Peyğəmbərə ﷺ sual etdi: “Bəs bunlar kimlərdir, ey Allahın Rəsulu?”.

Peyğəmbər ﷺ cavabında: “Onlar Allah xatirinə birbirilərini sevənlərdir” dedi. Təriqət (təsavvuf) mənsubları aralarında olan dostluq məhz buna görə daha güclü olur. Çünki onlar Allah I xatirinə sevdikləri zaman birbirilərinə qarşı gözəl xasiyyətli olurlar. Və Allah I xatirinə bir-birilərini sevdikləri üçün də aralarında dostluq körpüsü qururlar. Bu sevgi sayəsində mürid öz ustadından, din qardaşları da bir-birilərindən faydalanırlar. Məhz bunun üçün Uca Allah I küçə və məhəllədə yaşayanlara yaxındakı məscidlərədə gündə beşə dəfə yığılmağı, toplaşmağı, şəhər və kəndlərdə isə həftədə bir dəfə məsciddə toplaşmağı buyurmuşdur. Eləcə də Uca Allah I müsəlmanlara onların hər iki (oruc və qurban) bayramlarında da şəhərlərdə toplaşmalarını buyurmuşdur.

Və dünyanın hər bir tərəfində olan insanlara da həcc mövsümündə bir yerə toplaşmağı buyurmuşdur. Bunlarını hər birinin öz hikməti var. O cümlədən müsəlamlar arasında dostluğun, birliyin və sevginin güclənməsi. Buna görə Peyğəmbər ﷺ qeyd etmiçdir ki: «Həqiqətən, möminin möminə bağlılığı, daşları bir-birinə keçmiş binaya bənzəyir!” Başqa bir hədisdə deyilir: “Möminlər sevgi və məhəbbət baxımından birbiri üçün bir bədən kimidirlər. Nə zaman bədən üzvlərindən biri ağrıya düçar olarsa, başqa üzvlər onun köməyinə tələsərlər”. Qarşılıqlı razılıq, sevgi və yaxınlıq (istilik) göstərmək dostluğu möhkəmləndirir, gücləndirir. Yaxşı insanlarla dosluq etmək isə insanda xoş təəssürat yaradır.

QISQANCLIQ

Sən bil ki, qısqanclıq hər hansı bir şeydə başqası ilə müştərək olmasını istəməmək, arzulamamaqdır. Məşhur əməli – salehlərdən biri əşŞibli deyir: “Qısqanclıq iki cür olur: İnsanları qısqanan – bəşəri (insani) qısqanclıq və qəlbləri qısqanan – ilahi qısqanlıq”. Eləcə də Əş-Şibli deyir: ”İnsanın nəfəsini belə qısqandığı ilahi qısqanclıq, nəfəsini Allahdan başqası üçün xərcləməsini qısqanmasıdır”. Bir başqa yerdə deyilir: “Qısqanclıq iki cür olur: birincisi, Allahın ﷻ quluna hiss etdiyi qısaqanclıq – bu Allahın sevimli qulunun bir başqasına müraciət etməsi, dönməsidir. İkincisi də – Qulun Allahına ﷻ hiss etdiyi qısqanclıq – bu da özünün bütün əhvalını, nəfəsini yalnız Allaha ﷻ həsr etməsidir. Qulun Allahına ﷻ hiss etdiyi qısqanclıq onu Allahın ﷻ haqqlarına, əmrlərinə təzim etməyə, uca tutmağa və əməllərini ancaq onun üçün sədaqətlə icra etməyə məcbur edir”.

Sən bil ki, Allahın ﷻ özünün sevimli övliya qullarına qarşı tətbiq etdiyi qanunundan sayılır ki, əqər onların qəlbində Allahdan ﷻ başqası yer tutarsa, və yaxud Allahdan ﷻ başqa hər hansı bir şeyə diqqət yetirilərsə, Allah buna mane olar. Allah I, onların qəlblərini qısqandığı üçün tamamilə və səmimi şəkildə daxilindəki kənar şeylərdən azad edərək özünə tərəf yönəldir. Bu Adəm u Peyğəmbərin başına gəlmiş əhvalata bənzəyir. Adəm u özünü Cənnətdə daimi qalmağa alışdırdığı zaman Allah ﷻ onu oradan çıxartdı. İbrahim u oğlu İsmaili u sevdiyindən bu kimi əhvalat İbrahimlə u də yaşandı. Allah ﷻ ona oğlu İsmaili qurban (kəsməyi) etməyini əmr etdi. Və nə vaxt ki, heyranlıq hissi qəlbindən getdi və qəlbi bu sifətdən təmizləndi, Allah İbrahimə u oğlu İsmailin u yerinə qurban olaraq qoç göndərdi.

Allah ﷺ əsulu ﷺ deyir: “Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclıqla açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir”. Peyğəmbərimiz ﷺ söyləyir ki: “Allah qısqancdır, mömin də qısqancdır. Allah qısqanar o vaxt ki, qul Allahın ﷻ haram buyurduqlarını etməyə başlayar”. Alimlər onu da qeyd edirlər ki: “Hədislərdə söylənilən Allahın ﷻ qısqanclığı insanlarda olan qısqanclığa bənzəmir. Çünki nöqsan olan sifət və keyfiyyəti Allaha aid (nisbət) etmək olmaz. Allaha ﷻ aid olan keyfiyyətlər onun yaratdıqlarına aid olan keyfiyyətlərə oxşamır. Allaha aid olan qısqanclıq sifəti nalayiq hərəkətlərdən, əməllərdən çəkindirmək, qadağan etmək və onlardan qorumaq deməkdəir. Çünki qısqanan qısqandığını qəbih davranışlardan saxlayar.

Bunu Peyğəmbərin ﷺ növbəti sözləri ilə təsdiq etmək olar: “Allahın qəbih əməlləri haram etməsi qısqanclıqdandır”. Yəni bu əməllərdən çəkindirmiş və onları haram buyurmuşdur. Uca Allah ﷻ deyir: “De (Ya ﷺ əsulallah): ﷺ əbbim həqiqətən aşkar və gizli alçaq işləri haram buyurmuşdur” (Əl-Əraf, 33). ﷺ əvayətdə deyilir ki, bir günü as-Sariyu əs-Saqatinin yanında Uca Allahın bu kəlmələri oxundu: “(Ya ﷺ əsulum!) Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkdik”. Bu zaman Səri yoldaşlarından soruşdu: “Siz bilirsinizmi bu nə pərdədir? Bu qısqanclıq pərdəsidir. Uca Allahdan ﷻ daha qısqanc heç kim yoxdur”. Sarinin dediyi “bu qısqanclıq pərdəsidir” sözünün mənası yəni Uca Allah kafirlərin dinin həqiqiliyini dərk etmələrini layiq görmür. Uca Allah ﷻ çox qısqancdır Onun qısqanc olmasının izahı, Ona ﷻ itaət etməklə, Ona ﷻ tabe olmaqla, Onu ﷻ tanımaqdır, yaxınlaşmaşdır.

Bir ﷺ əvayətdə deyilir ki, Uca Allah ﷻ peyğəmbərlərindən birinə vəhy edərək demişdir: “Filankəsin Mənə ehtiyacı var, Mənim də ona ehtiyacım var. Əgər o, Mənim ehtiyacımı yerinə yetirsə, Mən də onun ehtiyacını yerinə yetirərərm”. Bu Peyğəmbər Allahdan soruşar: “Ya Qüdrətli Allah, Sənin bir başqasınna necə ehtiyacın ola bilər?!” Allah ﷻ cavab veriri ki: “Onun qəlbində Məndən başqası var, o qəlbini boşaltsın onda Mən onun ehtiyacını yerinə yetirəcəm”. Əməlisaleh qullardan biri söyləyir: “Bir günü mən Lübnan dağının ətrafını dolaşarkən birdən qarşıma günəşdən və küləkdən yanmış bir gənc çıxdı. Məni görən kimi yalnız qalmağı istəyərək məndən qaçmağa başladı. Mən ona: “Ey mənim qardaşım, bəlkə mənə bir nəsihət verəsən, ola bilsin mən fayda götürərəm”. Bu zaman o tez mənə çevrilərək: ”Ehtiyatlı ol, Allah çox qısqancdır. O qulunun qəlbində Ondan başqasının olmasını sevmir, istəmir”. Ustad Əbu Əli əd-Dəqqaq deyir: “Bədəvi ərəb gəlib Peyğəmbərin məscidində işədikdə səhabələr onu tez məsciddən çıxarmaq istədilər. Bu zaman peyğəmbər dedi:“Bədəvi ədəbsizlik etdi. Səhabələr isə narahat oldular, bədəvinin ədəbsiz davranışı onlara çox ağır gəldi”. Allahı tanımış mərifatullah dərəcəsinə yüksəlmiş biri üçün də diqqətsiz, qafil insanın etdiyi zikrə qulaq asmaq ağır gəlir. Eləcə də hörmətlə, ədəblə Allaha ﷻ ibadət etməyən birinin ardınca getmək çətin və ağırdır.

DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ “SALEH INSANLARIN ÜLVI ƏXLAQI” KITABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


UŞAQDAN ÜZR İSTƏMƏK LAZIMDIRMI?

Әgәr uşаq nаdinclik, dәcәllik еdibsә, özünü düzgün аpаrmаyıbsа о, mütlәq аnа vә аtаsındаn üzr istәmәlidir.   Bunu, bir qаydа оlаrаq, hеç kim şübhәyә аlmır. Аncаq vаlidеynlәrin hаqsız оlduqlаrı vәziyyәtlәr оlur. Хüsusilә uşаqlаrlа dаhа...


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...