NƏFSLƏ MÜBARIZƏ ETMƏK

NƏFSLƏ MÜBARIZƏ ETMƏK

Nəfsin yaxşı əməl etməsinə mane olan iki qabiliyyəti var – istək, yəni şəhvətləri ilə məşğul olmaq və itaətsizlik. Qəzəblənərək başını qaldıran nəfsə qarşı mülayimliyi və yumşaqlığı ilə onun atəşini söndürən ən yaxşı müqavimət gözəl xasiyyətdir. İnsanı günah işləməyə vadar edən nəfsin qabağını kəsmək və onunla mübarizə aparmaq lazımdır. Bunun üçün də ona alçaqlığını və əməlinin kirli olmasını xatırladıb əziyyət vermək, təhqir etmək gərəkdir.

Allah dostlarından olan Zünnun əlMisri deyib: ”İnsanların mənəviyyatını məhv edən və xasiyyətini korlayan altı amil var: birincisi – axirətə aid əməl edərkən niyyətin zəif olması, ikincisi – insanların bədən ehtiraslarının girovu, rəhni olması, üçüncüsü – əcəli yaxınlaşsa da ümüdlərinin uzanması, onu məğlub etməsi, dördüncüsü – insanların razılığını Allahın ﷻ razılığından üstün tutması; beşincisi– öz istəklərinin arxasınca gedərək, Peyğəmbərin ﷺ sünnətini unutması; altıncısı – insanlar sələfü – salehinlərin çox saylı üstünlüklərini unudaraq onların cüzi xəta və səhvlərini söyləyərək günahlarına bəraət qazandırmaları”.Nəfslə mübarizə etməyin çoxlü üsulları və yolları haqqında Allah dostlarının etibarlı kitablarında yazılıb. Allahın ﷻ razılığına nail olmaq istəyənlər xatırlasınlar deyə yazılanlardan bir neçəsini misal gətirək.

1. Ariflərdən biri deyir: “Biz təsəvvüfü əsassız, boş sözlərin ardınca getməklə anlamadıq, biz onu ac qalmaqla, dünyəvi istəklərimizi tərk etməklə, pis vərdişlərdən imtina edərək, Allahın əmrlərinə itaət edib, nəhylərindən uzaqlaşmaqla anladıq”.

2. Müdriklərin birindən soruşublar: “Nəfsi hansı zəncirlə bağlamaq lazımdır?” O, cavab verib ki, “Sən nəfsini aclıq və susuzluqla buxovla. Şəhvətini və şöhrət düşgünlüyünü söndürərək alçalt, zənginlər kimi geyinməyi tərgidərək nəfsini sındır “.

3. Əbu Yəziddən nəql olunan bir rəvayətdə O deyir:"Yuxuda Rəbbimi gördüm və sual etdim: – Rəbbim Səni tanımağa aparan yolu necə tapım? Uca Allah ﷻ dedi ki: “Nəfsini tərk et və Mənə doğru gəl”.

4. Məşaixlərdən biri deyir: “Bizim (təsəvvüf) yolumuz üç qayda üzərində qurulub:ac olmadan yeməmək, yuxumuz gəlmədən yatmamaq və zəruriyyət olmadıqda danışmamaq”.

5. Bir Ustad şagirdinə deyir: “Bəlanın nazil olmasının üç ayrı səbəbi var:pis xasiyyət, adətdə daim olmaq və pis dostluq”. Şagird soruşur: “Pis xasiyyət nə anlamına gəlir?” Ustad cavab verir: “Haram yemək“. Şagird: ”Adətdə daim olmaq nə deməkdir?” Ustad: “Harama baxmaq, haramdan və qeybət etməkdən həzz almaq”. Şagird yenə sual verir: “Bəs pis dostluğu necə başa düşmək olar?” Ustad bu suala belə cavab verir: “Bu, nəfsin hər şəhvət, istək və ehtirasının arxasınca getməkdir”.

6. İlahiyyatçı alimlərdən biri deyib: “Bizim borcümüz bizimlə pis rəftar edənlərdən qisas almaq deyil, əksinə təvazökarlıq göstərərək üzr istəməkdir. Biz hər hansı bir kəsin alçaq, həqir olduğunu düşünsək, dərhal bu fikri ürəyimizdən atmaq üçün ona xidmət və hörmət göstərməyə çalışırıq”. Beləliklə, nəfsinə dəyər verən dinini alçaq görər, dininə dəyər verən isə nəfsini alçaq görər. Adi insanlar çalışarlar ki, əməlləri gözəl olsun, seçilmiş insanlar isə çalışarlar ki, mənəvi keyfiyyətləri təmiz olsun. Gündüzləri aclığa dözərək, gecələri oyaq qalaraq ibadət etmək – asandır. Ancaq xasiyyəti düzəltmək və pis vərdişlərdən imtina etmək isə olduqca çətindir.

ÖZÜNDƏN RAZILIQ

Sən bil ki, nəfsini və onun alçaqlığını bilən, özünün insanların ən pisi və qəbahətlisi olduğunu düşünər. Qul üçün nəfsini tanımaqdan vacib heç bir şey yoxdur. Bu da insanı özündən narazı olmağa gətirib çıxarır. Qul nəfsini nə qədər tanıyarsa bir o qədər daxilən yaxşı olar və Allah ﷻ qatında yeri yüksələr.

Nəfs eyiblərdən təmizlənərək və fəzilətli əməllərlə bəzədilərək tərbiyələnir. Özündən məmnunluq bütün rəzilliyin əsasıdır. Deməli, insan əvvəl mütləq şəxsinin fəzilət sahibi olmasına mane olan özündən məmnunluğa əngəl olmalıdır. Buna görə də tərifə layiq xasiyyətin formalaşması üçün özündən məmnunluğun olmaması əsasdır. Ozü haqqdında yüksək fikirdə olmayan insan artıq gözəl əxlaqı əldə etməyə və nəfsi təzkiyə etməyə yaxınlaşmış sayılır. Çünki insan öz təbiətinə görə kamilliyə cəhd edən və qüsurları qınayandır. İnsan özünə heyranlıqdan azad olduğu zaman yaxşı əxlaqa sahib olmağa və pis əməllərdən təmizlənməyə meyl göstərər. Nəfsinin nöqsanlarını başa düşdükdə artıq məmnunluq və qürur hissi keçirməz. Əgər bu zaman nəfsi kamilliyə doğru rəğbətləndirsək həvəsə gələr. Beləliklə, nəfs ilahi xatırlatma və təbiətinin yaradılışı sayəsində özünə aid olan kamillik dərəcəsinə çatana qədər xasiyyətini düzəlməyə doğru gedəcək.

Məlumdur ki, nəfsin bəlalarından biri də onun tərifdən zövq almasıdır. Belə ki, əgər nəfsi tərif eşitməkdən məhrum etsək, o tənbəlləşər və ruhdan düşər. Nəfsindən razı olmaq və özü haqqında yüksək fikirdə olmaq Allahın ﷻ qəzəbini üzərinə çəkən amillərdən biridir. İbn Ətailləhdən soruşdular: “Allahın qəzəbinə yaxın olan əməl hansıdır?” O, cavab verdi:“Nəfsi və nəfsinin mənəvı keyfiyyətləri ilə öyünməkdir və bundan pisi də əməllərinin qarşılığını gözləməkdir”. Nəfsinin nöqsanlarını ancaq nəfsinə daim nəzarət edən və ondan hesab tələb edən görər. Yusuf Peyğəmbər u belə deyib: “Mən özümə bəraət qazandırmıram. Həqiqətən nəfs adama pis işləri əmr edər, Rəbbimin ﷻ rəhm etdiyi kimsə istisna olmaqla. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir” (“Yusuf”, ayə 53). Quran müfəssirçiləri yazır:“Yəni bu o deməkdir ki, mən nəfsimin özlüyündə təmin olduğunu düşünmürəm. Yəni Allahın ﷻ köməyi olmadan bu üstünlüyün ona aid olduğunu demirəm”. Həqiqətən nəfs deyildikdə burada bütün insanların nəfsi və eləcə də Yusuf peyğəmbərin u nəfsi nəzərdə tutulur. Ardınca da deyilir ki, nəfs yaradılışına görə “pisliyi şiddətlə əmr edəndir”. Bu da o deməkdir ki, nəfs asi və çirkin əməllər etməyə çağırır .

Nəfs öz istəklərinin arxasınca getməkdən çox zövq alır və dəyərsiz şeylərə üstünlük verir. Eləcə də daim cürbəcür pisliklərə meyilli olur. Çünki əks halda insanların əksəriyyətinin nəfsləri öz istəklərinin həyata keçməsi üçün hiylələr uyduraraq şəhvətlərinə boyun əyməz, pis əməllərə də əl atmazdılar. Buna görə də deyirlər: “Adəm oğlu nə qədər ağıllı olarsa Allah ﷻ qatında bir o qədər yeri üstün olar, nəfsinin nöqsanlarını, eyiblərini daha yaxşı görər, daha çox nəfsini nöqsanlarına görə ittiham edər və hesaba çəkər, özü haqqında yüksək düşünməyi azaldar”. “Ət-Təvilət ən-nəcmiyyə” adlı kitabda belə deyilir: “Nəfs təbiətinə görə pisliklə şiddətli əmr edən yaradılmışdır. Nəfs başlı – başına buraxılarsa o, yalnız yaramazlıq edər və pisliklə əmr edər. Lakin əgər Rəbbi ﷻ ona rəhm edib qeydinə qalarsa, nəfsin xarakterini dəyişər və pis xasiyyətini yaxşısı ilə əvəz edər. Pisliklə əmr edən nəfs başlayar yaxşılıqla əmr etməyə. Yəni pisliyi yaxşılıqla əvəz olunar”. Elə bu səbəbdən də Peyğəmbərimiz ﷺ Rəbbinə ﷻ bu dua ilə müraciət etmişdir: “Ey Rəbbim məni,bir göz qırpımında,hətta ondan az bir müddətdə də nəfsimin ixtiyarına buraxma”.

DƏYƏRLI VƏSIYYƏT

Seyyidimiz olan İmam Bəhaəddin Muhəmməd ən-Nəqşibəndinin müridinə yazmış iki vəsiyyəti var. (Bu haqda “Əl-Bəhcəh” adlı kitabda qeyd olunub). Bu iki vəsiyyət baxıb düşünənlər üçün vəsiyyətlərin ən qiymətlilərindəndir:

Birincisi: “Mürid təsəvvüf yolunda hansı mərtəbəyə çatırsa çatsın, özünü bu yola yeni başlayan, ilk addımını atan biri kimi görsün“.

İkincisi: “Mürid nəfsini tərbiyə edərək uca mərtəbəyə çatsa da özünü firondan yüz dəfə daha pis görməlidir“. Ağıllı insan, nəfsi dincliyin ən üstün mərtəbəsinə qalxsa belə, daim nəfsinə nəzarət etməlidir. Çünki bu halda da o, nəfsinin fitnə və hiyləsindən qorunmuş sayıla bilməz. Bizim kimi, mənəm – mənəmlik və şan – şöhrət sevgisinə məruz qalan sadə insanlar nəfsdən qoruna bilərikmi?! Kömək Sahibi olan yalnız Allahdır .

Rəbbimizin qayğısı olmazsa biz, nəfsin hiylələrindən tək başımıza xilas ola bilmərik. Şübhəsiz, insanı itaətsizliyə və pisliklərə sürükləyən məhz qeyri – əxlaqi vərdişlərdir. Pis xasiyyət – xəstəlik, dərmanı – təriqətdir (təsəvvüf). Pis əxlaq batini – ruhi çirkabdır, təriqət isə su misalındadır. Münasib olanı da çirkabı təmizləmək üçün sudan istıfadə etməkdir. Uca Allah I hər şeyi biləndir. Uca və Böyük olan Allahın himayəsi olmadan nə günahdan qorunmaq olar, nə də itaətə və ibadətə tagət qalar.

DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ «SALEH INSANLARIN ÜLVI ƏXLAQI» KITABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


СИЗ БИР-БИРИНИЗӘ АРХАСЫНЫЗ

Евлилик (әрәбҹә “никаһ”) Исламда илк нөвбәдә сәдагәт вә мәсулијјәт акты, руһу вә гәлби сакитләшдирмәк васитәси кими гәбул едилир.   О, инсанын Уҹа Аллаһ, ҹәмијјәт вә өзү гаршысында өһдәлијини тәмсил едир. Ҹәмијјәтин рифаһына көмәк едир. Буна ҝөрә әр-арвадын евлиликләрини горумалары ваҹибдир. Аилә...


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...


SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).   2. Mərhəmət və şəfqət. Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli...