Dünyanın həqırlıyı aqıl ınsana tərkı – dünya olmasını vacıb edır

Dünyanın həqırlıyı aqıl ınsana tərkı – dünya olmasını vacıb edır

Dünyanın həqırlıyı aqıl ınsana tərkı – dünya olmasını vacıb edır

Allah dostlarına dünyanın iç üzü, həqiqəti zahir olub və onlar onun rəzil olduğunu biliblər. Buna görə onlar dünyaya məhəl qoymur və dünyaya bağlanmırlar. Rəvayətə görə bir gün Əli səhabə qəbirstanlığa daxil olur və bu sözləri deyir: “Ey qəbir əhli Allahın salamı, rəhməti, bərəkəti üzərinizə olsun.

Siz bizə özünüzdən xəbər verəcəksiniz, yoxsa biz sizə özümüzdən xəbər verək?” Bu zaman bir səs eşidilir, bu səs də ona: “Allahın salamı, rəhməti, bərəkəti sizin də üzərinizə olsun deyir. Sən bizə xəbər ver ki, bizdən sonra nələr oldu?” Əli səhabə t dedi: “Arvadlarınız artıq ərə gediblər, var – dövlətiniz bölüşdürülüb, övladlarınız isə onlar yetim qalıblar. Sizin tikib ucaltdığınız evlərinizə gəlincə isə orada da artıq düşmənləriniz məskən salıb. Bəs sizdə xəbərlər necədir?” Onlar dedilər: “Kəfənlər artıq çürüyüb, saçlar tökülüb, dəri parçalanıb tikə – tikə olub, gözlər yanaqların üzərinə axıb, burunlar irinlə dolub, nəyi sağlığımızda etmişdiksə onu tapdıq, nəyi arxada tərgimişiksə ondan məhrum olduq”. Fuzayl ibn İyaz deyir: “Bütöv dünyanı mənə versəydilər və üstəlik də desəydilər ki, qiyamət günü mənə buna görə sorğu – sual olunmayacaq mən yenə də bu dünyaya nifrət edərdim necə ki, sizlər iylənmiş leşin yanından keçərkən paltarınıza bulaşmasından ehtiyatlanırsınız”.

İbrahim ibn Ədhəmə ətin bahalaşması haqqında məlumat veriləndə o, dedi: “Ucuzlaşdırın” – yəni, almayın. Beləliklə, təsəvvüf əhli qərara gəldilər ki, kim dünyaya istək və sevgi gözü ilə baxarsa Allahu – Təala onun qəlbindən həqiqi elmin və zühdün nurunu çıxarar. Əbul Həsən əl- Həraridən zühd (tərki – dünya) nəyə deyildiyi haqqında soruşulanda O: “Dünyaya nöqsan gözü ilə baxmaq (dünyanı nöqsanlı, naqis, natamam görmək) və ondan üz döndərməklə fəxr etmək, bunu özünə şərəf bilməkdir”dedi. Allah dostlarının qütb dərəcəsinə (Övliyaların yüksək dərəcəsi) çatmış olan Seyid Əhməd əl- Hüseyni “Ələqidə ən-nəfis” adlı kitabında yazır: Uca Allah I Musa peyğəmbərə u xitab edərək deyir: “Görsən ki, yoxsulluq, fağırlıq, miskinlik sənə tərəf gəlir, bu zaman sən de: “Ey möminlərin rəmzi (nişanəsi) xoş gəldin! Əgər sən görsən ki, dünya (var – dövlət, zənginlik) sənə doğru gəlir onda, “bu mənə hələ dünyadaca verilən günahımın cəzasıdır! de”.

Hədislərin birində deyilir: “Aza qane olmaq tükənməyən xəzinədir (sərvətdir)”. Saleh adamlardan biri deyib: “Aza qane olmaq bizə görə – yaxşı bişmiş və bişməmiş arpa çörəyinin arasında heç bir fərq görməmək, namaz qılası taqətdə olacaq qədər yeməkdir”. Sələfü salehlər o kəsi axmaq hesab edərdilər ki, Allah qatında itirdiklərindən ötrü yox, uşağı öldüyü üçün ağlayar. Bu onun dediyi kimidir: “Mən, məni Allahdan başqasıyla məşğul edənin arxasınca ağlayıram”. Əksinə, gərək o, bununla sevinərək Allahına şükr etsin, çünki Allah ondan onu özündən uzaqlaşdıran səbəbi götürüb. Həqiqətdə isə uşaqlar, zövcələr, həyat yoldaşları, qulluqçu, dost səni itirdikləri üçün yox, əksinə səndən alacaqları nə idisə onu itirdikləri üçün ağlayırlar. Sən ağlamağınla onları qabaqlayıb de: “Onların ardımca ağlamalarından əvvəl mən Allah qatında itirdiklərim üçün ağlamağa daha layiqəm!” Allahu – Təalə bir kimsəni övliya məqamına ucaltmaq istədikdə onda dünyaya qarşı ikrah hissi yaradar. Söylənilir ki: ”Əgər insanların arasına dünya sevgisi daxil olarsa, Allahu – Təalə onların arasına düşmənçilik salar”. Həqiqətən də dünyanın Allah qatında ağcaqanadın qanadı qədər dəyəri yoxdur.

Bunu başa düşən heç vaxt Allah dostlarını tərki – dünya olduqları üçün tərifləməz. Tərki – dünya (zahidlik, zühd) əməlinə görə başqalarını tərifləyən hər kəs artıq dünyanı uca tutmuş sayılar. İlahi Həzrətə xidmət göstərən Övliyalar deyirlər: “Biz dünyanı sevən kiməsə ağcaqanad qanadından çatan payından imtina etməmiş və ayaq altına salıb onu tapdalamamış Haqq olan Təaləyə yaxın olmağa imkan vermərik. Dünyaya vurğun olanların heç birinin də buna cürəti yetməz”. İmam Şərani deyir: “Bizdən əhd alıblar ki, bu dünyanın həqir olduğunu bilib, əbədi evimizi abadlaşdırmağa çox ciddi çalışaq”. Sənin üçün də sirr deyilki, ey sevimli qardaşım, arzuedilən dostum, nəfəslər sayılıdır, nə artmaz nə azalmaz, dünya axirət üçün əkin yeridir. Kim əkin günlərində işləməzsə biçim günlərində çox peşmançılıq çəkər.

Uca Allah Qurani – Kərimdə buyurur: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!”(surə ən-Nəcm, ayə-39). Ruzi, yaşayış üçün təminat haqqında da Allahu – Təalə belə deyir: “Yer üzündə yaşayan (gəzən, uçan, üzən, sürünən, böyük, kiçik, erkək, dişi, sağlam və xəstə) elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin” (surə Hud, ayə 6). Allah üçün zəmin olan hər hansı bir şeyi əldə etmək üçün səy göstərmək, çalışmaq və bizə həvalə etdiyi hər hansı bir işdə passiv və tənbəl olmaq da böyük bir axmaqlıqdır. Sən əmin ol ki, nəfsi istəklərinin qayğısına qalanın misalı, sonradan özünü öldürəcək ilanı bəsləyib yetişdirən birinin misalına bənzəyir. Axirətə, əbədi dünyaya aid olan əməllərdən üz döndərib dünya işləri ilə məşgul olanın misalı da iylənmiş leşin üzərinə cuman itin misalına bənzəyir.

Zühdün, tərkı – dünyanın mahıyyətı

Keçmiş salehlər tərki–dünya olmağın (zühdün) mahiyyətini, həqiqətini artıq dərəcədə başa düşmüşdülər və onu mərtəbələrə, dərəcələrə bölmüşdülər. Əbu Yəzid əl-Bəstamidən zühd və zühd etməyə necə başladığı barədə soruşulanda o dedi: “Zühd bir neçə cür olur”. Sonra ona bununla nə demək istədiyini sual edəndə O: “Mən üç gün zahidliklə məşgul idim, dördüncü gün bu vəziyyətdən çıxdım. Birinci gün mən dünya və dünyaya daxil olan hər şeydən özümü saxladım, çəkindim.

İkinci gün axirət və onun içində olan hər şeydən imtina etdim, üçüncü gün də Allahdan qeyri hər şeydən çəkindim və imtina etdim”. Zahidlik o demək deyil ki, sən dünya malından heç nəyə sahib olmayasan. Bunun mənası dünyaya aid olan hər şeyi əllə tutmaqdır qəlblə yox, qəlbi ondan azad etməkdir. Keçmiş saleh insanlar zahidliyi belə başa düşürdülər. Onlar deyirdilər: “Ey mürid, insanlara möhtac olmayacaq qədər dünya malından özündə saxla. Dünyadan imtina etməkdə sərhəddi keçmə”. Əş-Şəərani deyir ki: ”Bizdən əhd alıblar ki, biz dünyanı rahatlıq əldə etmək məqsədilə tərk etməyək. Bizim zahidliyimiz yalnız Allahı tanımaq dərəcəsinə yüksələnlərin zahidliyi kimi olsun. Bizlər əvvəlcə qəlbimizi Allah sevgisi ilə doldurmağa çalışmalı, bundan sonra dünya nemətlərini əldə etməliyik. Uca Allah mərhəmət edərək yer və göy arasındakı hər şeyi bizə tabe etdi. Əgər bizim bu şeylərə ehtiyacımız olmasaydı, Allaha minnətdarlıq hissi duymazdıq”. Əməlisaleh insanlar bəndənin qəlbində dünya ilə bağlı hər hansı bir şeyin olmasının təhlükəli olduğunu dönə–dönə bildirərdilər.

Müridlər dünya sevgisinin acınacaqlı aqibətindən son dərəcə qorxadılar. Onların bu haqda söylədikləri dərin mənalı kəlamlardan bir neçə misal: Əbul Həsən Əli ibn Əl-Muzayn deyib: ”Siz bir insanı tərifləyərək, onu siddiq dərəcəsinə çatdırsanız belə, əgər onun qəlbində dünya sevgisi olarsa Allah ona əhəmiyyət verməz, Allaha and olsun ki, təriqət əhlindən mənən həlak olanlar yalnız dünya malını şirin görənlər oldu”. Şeyx Əş-Şəzəli deyir: “Qul dünyanı və dünyaya meyilli insanlrı sevib, hər iki dünyanın nemətlərindən, əl çəkmədikcə Allah ona nifrət edər. Buna görədə müridin dünyanı həm əlindən həm də qəlbindən atması vacibdir”.

Əbu Rabi əl-Vasiti deyir: ”Mən Davud ət-Taiyə dedim: ”Mənə bir tövsiyə ver”. O da dedi: ”Dünyadan nəfsini çəkindirməklə oruc tut, bu orucunu da ölümünlə poz, yırtıcı heyvanlardan qaçdığın kimi insanlardan qaç, uzaq ol”. Yəhya ibn Məəz deyib: “Sənə məxsus olmayan şeydən çəkin, sənə xas olanlardan da nəfsini qoru”.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN

“SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


HӘQİQӘTİ MÜDAFİƏ ЕTMӘKDӘ SӘBАT. TАRİХDӘN NÜMUNӘLӘR

Müsәlmаnlаr bu gün pоlаdа bәnzәyirlәr, аmmа bu mеtаlın bir kеyfiyyәti vаr: о, tеz qızır vә еlәcә dә sоyuyur. Аncаq bunа bахmаyаrаq, bu mеtаl çох möhkәm, dаvаmlıdır. Bu gün biz dә sizinlә bеlәyik, pоlаd kimi, bәzәn dindә cаnfәşаnlıq göstәririk, bir müddәt bu...


ÜÇ ӘN QОRХULU GÜNАH

İnsаnın bu dünyаdаkı әsаs mәqsәdi - həyatını Rəbbinin razılığını qazanacaq şəkildə yaşamaqdır. Bunа nаil оlmаq üçün günаhlаrdаn çәkinәrәk, yахşı işlәr vә düşüncәlәr üçün sәy göstәrmәk lаzımdır. Günаhlı әmәllәr аrаsındа isə çох аğır оlаnlаrı vаr. Bu mаtеriаldа biz оnlаrdаn üçü hаqqındа məlumat...


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...