İstıqamə

İstıqamə

İstıqamə

İstiqamə – bu nəfsə xas olan adət - ənənələrdən uzaqlaşıb, Uca Allahın ﷻ göstərdiyi haqq və düzgün yolda durmaqdır. Övladlarım mənim, siz həmişə batin və zahirə inananlarla birlikdə olun (yəni gizli və aşkar elm sahibləriylə). İstıqamə dövrəsinə də daxil olun. çünki İstıqamə kəramətlərdən də üstündür.

Əmin olun ki, İstıqamə təkvadır (Allah qorxusu) , kamillikdir. İstıqamə – bu Qurani – Kərimdə və hədislərdə deyilənlərə nəfsi əyməkdir, riayət etdirməkdir. Uca Allahın ﷻ kəlamında (Əl – Əraf surəsi 199 – cu ayə) deyilir (mənası): “İnsanlarla barışıqda ol, yaxşı əməllər etmələrini tövsiyə et və cahillərdən də uzaq ol”. Dövrəndəki insanlara, böyüklərə oğul, kiçiklərə isə ata kimi münasibət göstər.

Uca Allahın ﷻ dininə insanları hikmətlə, gözəl nəsihətlərlə çağır, mübahisəni belə mehribanlıqla et. Yumşaq təbiətli ol, onların ağlı qavrayacaq səviyyədə danış. Belə olsan ümid var ki, Uca Allah ﷻ səni etibarlı şəxslərdən edər, bir qrup möminləri də sənə kömək üçün göndərər. İstıqamə dövrəsindən də çıxma, Uca Allahın fəndinə, imtahanına çox ayıq ol, çünki bu çox gizli bir sirrdir. Uca Allah demişdir (Surə Fussilət ayə 30. Mənası): ”Rəbbimiz Uca Allahdır deyib, sonra düzgün yolda saleh əməllər edənlərə ölüm anında mələklər nazil olub deyəcəklər: ”Qorxmayın və kədərlənməyin. Dünyada sizə vəd olunan Cənnəti müjdələyirik”. Uca Allahın ﷻ kəlamında: “Sonra düzgün yolda saleh əməllər edənlər” – yəni bu, möminlərin saleh əməllərinin ancaq Uca Allahın ﷻ razılığı üçün, ibadətlərinin də şəriətin göstərdiyi qaydada, ixlasda edildiyini göstərir.

Əbu Bəkr Siddiq bu ayəni belə açıqladı: – (“Sonra düzgün yolda duran və başqa məbudlara əyilməyənlər” Ömər əshəb isə: “Hiyləgər tülkü kimi ora – bura əyilməyənlər” mənasını verdiyini dedi. Peyğəmbər ﷺ demişdir: “Siz dində düzgün İstıqamədə durun, çünki İstıqaməin savabının sayı – hesabı olmaz, bilin ki, dininizin ən üstün əməli namazdır və ancaq mömin insan həmişə dəstəmazlı olmağa çalışır”. Eləcə də bil ki, dində düzgün İstıqamə almaq – bu hər bir işin kamillik dərəcəsidir. Bu dərəcəyə də ancaq böyük məqam sahibləri nail olur. Bunu təsdiqləyən şeyxlərin biri tərəfindən söylənilən qissədə deyilir.

O, yuxusunda Peyğəmbəri ﷺ görüb və ondan soruşub: “Ya Allahın Rəsulu ﷺ “Hud ” surəsi nazil olarkən “Mənim başım ağardı” demişdiniz. Orada yazılan Peyğəmbərlərin və ümmətlərin necə həlak olmasımı sizin başınızı ağartdı?” deyə soruşdu. Peyğəmbər ﷺ cavabına: “Yox. Mənim başımı ağardan Uca Allahın əmridi – “Düzgün İstıqamədə dur, necə ki, sənə əmr olunub” – dedi.

Sülhsevərlik

Ömürlərini mehribançılıqla keçirən insanlar, şəhidlik həyatı yaşamışlar. Çünki, gözəl münasibətdə yaşamaq, peyğəmbərlərin, siddiqlərin həyat tərzidir. İnsanlara mülayim, səmimi münasibət göstərəni Uca Allah ﷻ cəhənnəmə haram edib. Bu səbəbdən Peyğəmbərimiz ﷺ hərtərəfli mülayim insan idi. Onun səhabələri dünya haqqında söhbət açarkən, söhbətə qoşular, axirətdən danışarkən söhbətlərini təsdiqləyər, yemək haqqında danışdıqda belə kənarda qalmazdı.

Ömər ibn Xəttab t demişdir: ”Siz bu gün kobudluq və sərtliklə yaşayırsınız, ancaq Peyğəmbər ﷺ öz qulluqçuları ilə, qullar ilə və səhabələrlə çox mülayim və şəfqətli davranardı”. Uca Allahın ﷻ kəlamında deyilir: “Uca Allah möminlərə qarşı rəhmlidir”. (Sura Əl – Əhzab 43 –cü ayə) Başqa ayədə isə belə deyilir: (Mənası) ”Sizə öz aranızdan Peyğəmbər gəldi, hansı ki, sizin hər üzüntünüzə sıxılır, imana gəlməyinizi və qüz yola düşməyinizi çox istəyir, möminlərə qarşı şəfqətli və mərhəmətlidir” (Surə Tövbə ayə 128) Bu ayə belə məna verir ki, Peyğəmbər ﷺ hansı ki sizə gəlib, sizə bənzərdir, yəni insandır.

Uca Allah ﷻ Onu ﷺ başqalarından, mərhəmət donunu geydirərək ucaltdı və sizin üzərinizə başçı təyin etdi etdi. Onu ən çox narahat edən sizlərin Uca Allaha ﷻ iman gətirmənizdir. Həmin ayənin mənasını belə də vermək olar: – Ey ərəblər, sizə gələn Peygəmbər ﷺ sizdəndir, yəni ərəbdir, sizin dilinizdə danışır. Eyni dilli olmaları insanları yaxınlaşdırır, davadan, çəkişmələrdən uzaqlaşdırır, söylənənlər tez anlaşılır, başa düşülür. İnsanları haqq yola çağırmaq, nəsihət etmək üçün onların dilini bilmək lazımdır. Eləcə də Peyğəmbər ﷺ Uca Allahın ﷻ ən əvvəl yaratdığı cövhərdir. Əbu Hüreyrənin t söylədiyinə görə, Peyğəmbər ﷺ Cəbrayıl mələkdən soruşdu: – Ya Cəbrayıl, sənin neçə yaşın var? Cəbrayıl u cavabında: – Ya Allahın Peyğəmbəri neçə yaşım olduğunu bilmirəm, ancaq göyün dördüncü qatında hər yetmiş min ildən peyda olan bir ulduz var, mən onu yetmiş iki min dəfə görmüşəm – dedi. Peyğəmbər ﷺ cavabında dedi: “Ya Cəbrayıl, and içirəm Rəbbimin Böyüklüyünə ki, o gördüyün ulduz mənəm”.

Uca Allah ﷻ Adəm peyğəmbəri u yaratdıqda Muhəmməd ﷺ peyğəmbərin nurunu onun belinə yerləşdirdi. Həmən nur Adəm u Peyğəmbərin alnında parlayırdı. Muhəmməd ﷺ Peyğəmbərin nəcib yaranışı Uca Allahın ﷻ yaratdıqlarının ən qiymətlisidir. Onun ﷺ pak ruhu digər pak ruhlardan üstündür. Onun ﷺ nəsli nəsillərin ən şərəflisidir. Onun dili dillər arasında ən yaxşıdır. Ona ﷺ endirilən Qurani – Kərim bütün ilahi kitablardan üstündür. Onun ﷺ səhabələri və ailə üzvləri bütün səhabələrdən yaxşıdırlar. Onun ﷺ dünyaya gəldiyi zaman – vaxt zamanların ən yaxşısıdır. Onun ﷺ torpağa verildiyi yer Rovzada bütün yerlərdən üstündür. Onun ﷺ mübarək barmaqları arasından sızan su da bütün sulardan qiymətlidir.

Uca Allahın ﷻ kəlamının “Sizlərin düz yola düşməyinizi çox istəyəndir” – mənası yəni Peyğəmbər ﷺ çox istəyir ki, sizlər imana gəlib, mənəvi halınızı yüksəldəsiniz, yaxşılaşdırasınız. “Möminlərə qarşı mərhəmətli – rəhmlidir” – yəni Onun ﷺ şəfqəti, mərhəməti ancaq möminlərə yönəlmişdir. Ona görə deyiblər ki, hər hansı bir işdə nəzakət göstərmək ətirlər arasında müşkə bənzərdir. Ədalət Ədalət – nəfsın istəklərinin cilovlanmasıdır Peyğəmbər ﷺ demişdir: “Bir saat edilən ədalət altmış il edilən ibadətdən yaxşıdır”. Musa u Uca Allahdan ﷻ fironu həlak etməsini istədikdə, Uca Allah ﷻ ona vəhy edərək: Ya Musa, onun küfrü Mənə zərər gətirməz, ancaq Mənim bəndələrimə onun ədalətinin xeyri var”. Firon küfrüylə bərabər zülm etməyə başladıqda Uca Allah ﷻ onu həlak etdi.

Allah yolunda sevgı və nıfrət

Məlumunuz olsun ki, qəlbində dünya sevgisi hissini daşıyan bir kimsə, başqasının nifrət hissinə məruz qalar. Peyğəmbər ﷺ bunu açıqlayaraq insan sevgisi ilə bağlı zühd (tərkidünya) olduğunu anlatdı. O, demişdir: “Özgə malına göz dikmə ki, səni sevsinlər”. İnsan nə qədər çox dünya sevgisi duysa, o qədər çox düşmən qazanar. Əgər sən kimə isə Allah yolunda nifrət hissi duyursansa, onun özünə yox, əməlinə nifrət etməlisən. Çünki onu – Uca Allah yaradıb, xəlq edib və o, dəyişməzdir. Peyğəmbərin ﷺ sözlərinə fikir ver sarımsaq haqqında necə deyir: “Bu bitki hansı ki, iyi mənim xoşuma gəlmir”.

Demədi ki, sarımsaq xoşuma gəlmir. İndi mən sizə, insanlara qarşı olan mənfi hisslərin Uca Allah ﷻ üçün yaxud nəfsiniz üçün olduğu yoxlamaq – təyin etmək qaydasını söyləyəcəm. Nifrət hissi duyduğunuz şəxsin əməllərini Quran və hıdisdə deyilənlərlə müqayisə edin. Əgər onun əməli Quran, hədisdə təriflənirsə, deməli onu sevin, yox əgər onun əməli təhqirlənirsə onda ona qarşı soyuq davranın. Belə olduqda kimisə sevmək yaxud sevməmək kəndi nəfsinə görə sayılmaz. Bizdən əhd alınıb ki, öz nəfsimizə görə hər hansı bir müsəlmana nifrət hissi duymayaq.

Açıq – aşkar günah işləyənə gəldikdə isə Uca Allah ﷻ üçün onun əməli pislənməlidir. Bu başqaları haqqında pis fikrə düşmək deyildir, biz pis əmələ nifrət etməli, hər hansı bir insanı şəxsiyyət olaraq sevməliyik.

DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ

“SALEH INSANLARIN ÜLVI ƏXLAQI” KITABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


СИЗ БИР-БИРИНИЗӘ АРХАСЫНЫЗ

Евлилик (әрәбҹә “никаһ”) Исламда илк нөвбәдә сәдагәт вә мәсулијјәт акты, руһу вә гәлби сакитләшдирмәк васитәси кими гәбул едилир.   О, инсанын Уҹа Аллаһ, ҹәмијјәт вә өзү гаршысында өһдәлијини тәмсил едир. Ҹәмијјәтин рифаһына көмәк едир. Буна ҝөрә әр-арвадын евлиликләрини горумалары ваҹибдир. Аилә...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


HӘQİQӘTİ MÜDAFİƏ ЕTMӘKDӘ SӘBАT. TАRİХDӘN NÜMUNӘLӘR

Müsәlmаnlаr bu gün pоlаdа bәnzәyirlәr, аmmа bu mеtаlın bir kеyfiyyәti vаr: о, tеz qızır vә еlәcә dә sоyuyur. Аncаq bunа bахmаyаrаq, bu mеtаl çох möhkәm, dаvаmlıdır. Bu gün biz dә sizinlә bеlәyik, pоlаd kimi, bәzәn dindә cаnfәşаnlıq göstәririk, bir müddәt bu...


УШAГЛAР НƏ ВAXТ ГƏДДAРЛAШЫР: ҜҮНAҺКAР КИМДИР?

Әбу Һүрејрәдән рәвајәт олунур ки, Аллаһ Рәсулу ﷺ демишдир:«Һəр бир ушaг мүсəлмaн (фитрəтəн Ислaм үзрə) дoғулур, дaһa сoнрa вaлидeјнлəри oну јəһуди, xристиaн вə јa aтəшпəрəст eдир». (Имaм Əһмəд, 7712; Буxaри, 1375; Мүслим, 2658)   Бу ҝүнләрдә мән сосиал шәбәкәдә хәбәр...