Amr ibn əl-As

Amr ibn əl-As 

Amr ibn əl-As

 

əvvəli qəzetin ötən sayında

 

Amr ibn əl-Asın  məziyyətləri təkcə bunlarla kifayətlənmir. Allah ondan razı olsun! Amr həm də ərəblərin ən məharətli və bacarıqlı dahi şəxsiyyətlərindən biri idi. Bəlkə də o, Misiri bu duhası və zəkası sayəsində fəth etməyi bacarmışdı. O, öz məharətilə Ömərdən  Misiri fəth etməsi üçün icazə ala bilmişdi.

 

Ömər  bu səfəri həyata keçirmək üçün dörd minlik müsəlman orudusunu Amrın ixtiyarına verdi. Amr  qoşunu yalnız irəli aparır və arxaya baxmır, bir anlıq qərarı barəsində tərəddüd etmirdi. Onun səfərə çıxmasından az kecmişdi ki, Osman ibn Affan  Ömərin  yanına gəlib dedi:

“Ey möminlərin əmiri! Həqiqətən də Amr  hünərli və şucaətli bir igiddir. Onun əmirliyə də meyli var. Lakin hesab edirəm ki, o, Misirə hazırlıqsız və az sayda ordu ilə yola düşüb. Qorxuram ki, bu, müsəlmanların həlakına səbəb olsun”.

Ömər  Amra  Misiri fəth etməsi üçün icazə verdiyinə görə peşman oldu və bu məsələ ilə bağlı yazdığı məktubu bir elçiyə verərək Amrın  ordusunun arxasınca göndərdi.

Elci Fələstin torpaqlarındakı Rəfah ərazisində müsəlman ordusuna yetişdi. Amr  Ömərin  bu elci vasitəsi ilə məktub göndərdiyini bildi. Məktubda əvvəlki plana zidd olan xəbərlər olduğunu anlayan Amr elcini qarşılamaqdan yayınaraq ordunu bir qədər də irəli apardı və Misirin bir kəndinə catdı. Elcini burada qalşıladı və məktubu aldı. Məktubda deyilirdi:

“Əgər mənim bu məktubum sənə Misir torpağına girməmişdən əvvəl yetissə, geri qayıt! Yox əgər artıq Misir ərazisinə girmisənsə, o zaman yoluna davam et!”

Amr  müsəlmanları cağırdı və məktubu onlara da oxuyub dedi: “Siz necə bilirsiniz? Biz Misir torpağında deyilmiyik?”

Onlar “Bəli” – dedikdən sonra Amr dedi: “Elə isə Allahın bərəkəti və bəxş edəcəyi müvəffəqiyyət istiqamətində davam edək!”

Onun zəkası Misir qalalarından birini mühasirəyə aldığı zaman bir daha sübut olunmuşdu. Belə ki, həmin vaxt Bizanslı baş rahib danışıq aparmaq üçün müsəlmanların ordu başcısından bir nəfərin göndərməsini istədi. Bir cox müsəlman bu təhlükəli tapşırığı yerinə yetirmək üçün önə kecdi. Lakin Amr “özüm öz qövmümün elcisi olacam” – deyərək baş rahibin yanına yollandı. O, müsəlman ordu başcısının elcisi sifətilə qalaya girdi.

Bizansın baş rahibi Amr ibn əl-Asla  görüşdü. Lakin baş rahib onun Amr olduğunu bilmirdi. Amr onunla cox tədbirli və diqqətli danışdı. Sonda baş rahib Amra qiymətli hədiyyələr verib getməsinə icazə verdi. Lakin keşikcilərinə işarə etdi ki, qaladan cıxmamış elcini öldürsünlər. Amr keşikcilərin baxışlarından tez məsələnin nə yerdə olduğunu anladı. Yenidən baş rahibin yanına qayıdıb dedi:

“Ey ağa, sizin mənə əta etdiyiniz bu qiymətli əşyalar mənim əmim oğullarının hamısına yetməz. İcazə versəydin, onlardan on nəfər cağırım ki, onlar da mənə verdiyiniz bu hədiyyələrdən alsınlar”.

Baş rahib sevindi və bir nəfəri öldürməkdənsə, on nəfəri öldürməyin daha yaxşı olduğunu düşündü. Ona görə də keşikcilərə işarə etdi ki, elcinin getməsinə mane olmasınlar. Bununla da Amr ibn əl-As  ölümdən xilas olmağı bacardı. Misir müsəlmanlar tərəfindən fəth edildikdən sonra baş rahib Amrla görüşdüyü zaman heyrətlə ondan soruşmuşdu:

“Bu, sənsən?”

Amr isə “bəli, sənin hiylənə aldanmayan mən idim” – deyərək cavab vermişdi.

Bundan başqa Amr ibn əl-As  aydın izah etmə və səlis danışma qabiliyyətinə malik bir insan idi. Hətta Ömər  onun fəsahətində Allah taalanın qüdrətinə dəlalət edən işarələr olduğunu hesab edirdi.

O, kəkələyən bir insan gördüyü zaman “Allaha iman gətirdim” demiş, bu insanla Amr ibn əl-Asın  Xaliqinin ﷻ bir olduğunu söyləmişdi. Amr ibn əl-Asın ən bəlağətli kəlamlarından biri də budur:

“Kişilər üc qisimdir: Tam kişi, kişi yarısı və kişi olmayan. Tam, əsl kişi dini və zəkası kamil olan kişidir. Bir iş görmək istədiyi zaman bilənlərdən məsləhət alar və həyatını bu cür müvəffəq başa vurar. İkinci qism kişi isə kişi yarısıdır ki, onun dinini və zəkasını Allah tamamlayar. Bir iş görmək istədikdə, hec kəslə məsləhətləşməz, hər hansı bir adamı təqlid edər. Onun dediklərini edər, öz fikrindən isə tamamilə əl cəkər. Bəzən düz, bəzən isə səhv edər. Üçüncü qism isə kişi olamayan kəsdir ki, onun nə dini olar, nə də zəkası. Həmişə səhv edər. Allaha and olsun ki, bir şeyi etmək istədikdə xidmətcilərimlə belə məsləhətləşirəm”.

Amr ibn əl-As  ölüm xəstəliyinə tutulduqda, əcəlinin yaxın vaxta gələcəyini hiss etmiş və göz yaşları gözlərini bürümüşdü. Oğlunu cağırıb demişdi:

 “Mən üc vəziyyətdə olmuşam:

“Əvvəl kafir idim. O cür ölsəydim Cəhənnəmə vasil olardım Sonra Allahın Elcisinə ﷺ beyət etdim. İman gətirdikdən sonra ondan ən cox həya edən, abır saxlayan kəs oldum. O cür ölsəydim, insanlar deyəcəkdi ki, Amr müsəlman kimi oldu. Özü ilə xeyir apardı. Sonra başım cox işlərə qarışdı. İndi bilmirəm bunlar mənim əleyhimədir, yoxsa lehimə!”

Sonra başını divara tərəf cevirib dedi: “Ey Allahım! Sən əmr etdin, biz isə asi olduq. Sən qadağan etdin, biz isə qurtarmadıq... Sənin əfvindən başqa sığınacağımız yoxdur, ey rəhimlilərin ən mərhəmətlisi!”

Sonra əlini susamış boğazına qoydu və gözlərini səmaya dikib dedi:

“Allahım, mən güclü deyiləm ki, qələbə calam. Mən günahsız deyiləm. Ona görə də bağışlanma diləyirəm. Mən təkəbbürlü də deyiləm. Yenə səndən bağışlanma diləyirəm. Ey günahları bağışlayan, mənim də günahlarımı bağışla!”

Amr ibn əl-As  ruhu bədənini tərk edənə kimi bu sözləri təkrarladı. Allah ona qəni-qəni rəhmət eləsin!

 

 

2026-05-01 (Зул къагIида 1447 г.) №5.


Имaм, һaфиз, ҝөркəмли aлим Ҹəлaлəддин əс-Сүјути

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Əн-Нəҹм əл-Ғaзи (Aллaһ oнa рəһмəт eтсин) “əл-Кəвaкиб əс-Сaирə” китaбындa гeјд eдир ки, бир нəфəр јуxудa Peјғəмбəри ﷺ вə oндaн бəзи һəдислəр һaггындa сoрушaн шeјx əс-Сүјутини ҝөрмүшдүр. Peјғəмбəр ﷺ исə oнa бeлə ҹaвaб вeрмишдир:...


Чөрәк гырынтылары

Зарина мағазадан чыхыб халасынын јанына јолланды. Халасы хәстәләнмишди, Зарина она гуллуг етмәк вә ев ишләриндә көмәклик ҝөстәрмәк үчүн ҝетмишди. Хала илә бирликдә онлар наһар һазырлајыб једиләр вә Зарина мәнзилдә сәлигә-сәһман јаратмаг истәди. О, мәтбәхдән башламаг гәрарына ҝәлди. Тез габ-гаҹағы...


Əgər Allah ﷻ məni sevirsə, niyə imtahanlara çəkir?

Bu, əslində İslamda ədalət anlayışının nə dərəcədə olması ilə bağlı bir sualdır. Mənə bu sualla üç fərqli insan, fərqli şəraitlərdə müraciət etmişdi. Onların yeganə ortaq cəhəti o idi ki, sorğu qoyanların hər biri ciddi mənəvi çətinliklərlə üzləşən gənc müsəlmanlar...


SUALLARINIZ

Əҝəр ит бир инсaны вə јa əти јeјилəн һeјвaны јaрaлaјыбсa, дишлəнилмиш јeр јeдди дəфə јујулмaлыдырмы? Шeјxүлислaм Зəкəријјə əл-Əнсaри өзүнүн "Шəрһ əл-Мəнһəҹ əт-Туллaб" китaбындa aшaғыдaкылaры гeјд eдир: "Инсaнын бəдəниндə, oв һeјвaнындa вə јa бaшгa бир шeјдə итин вə јa дoнузун дишлəмəси нəтиҹəсиндə...


Сән јахшы анасан – зәриф, инҹә чијинләринә дағлары јүкләмә

Гадынларын хүсуси зәифлији вар: һәр ҝүнү өлмәјиб сағ галма, јашама марафонуна чевирмәк.   Сәһәр дурмаг, сәһәр јемәји, ону-буну јығышдырмаг, һазырламаг, мәктәб, дәрнәкләр, шам јемәји, палтар јумаг, еви сәһмана салмаг...вә бунларын һамысы о һислә едилир ки, даһа чох, даһа јахшы, даһа дүзҝүн...