Qurbanın (qurban kəsmənin) mənşəyi haqqında

Qurbanın (qurban kəsmənin) mənşəyi haqqında

Qurbanın (qurban kəsmənin) mənşəyi haqqında

Hər il hicri-qəməri təqvimin Zül-hiccə ayının 10-cu günü dünya müsəlmanları ilin ən mühüm dini hadisəsini – Qurban bayramını (İd əl-Ədha) qeyd edirlər. Bu bayram Rusiyada yaşayan bir çox müsəlman xalqlarının dillərində adətən Qurban bayramı adlanır. Bayram həmçinin növbəti üç gün – təşriq günləri ərzində davam edir.

 

Qurban bayramı İslamın ən mühüm fərzlərindən biri olan həccin – Məkkəyə və onun ətrafında yerləşən, İslamın böyük müqəddəs məkanlarının olduğu ərazilərə kütləvi ziyarətin kulminasiyasıdır. Bu günlərdə səmimi niyyətlə mümkün qədər çox xeyirxah əməllər etmək, qohumları, yaxınları, tanışları və hətta tanımadıqları insanları sevindirmək tövsiyə olunur.

 

İbrahim peyğəmbərin oğlu İsmaili qurban vermək istəməsi haqqında qısa məlumat

Qurban kəsmə ibadəti İslam tarixində xüsusi yeri olan İbrahim peyğəmbərin adı ilə bağlıdır. O, hər zaman Allaha sonsuz etimad və sevgi göstərmiş, Onun hər bir əmrinə tabe olmağa hazır olmuşdur. Onun səmimiyyətinin böyük sınaqlarından biri uzun müddət həsrətində olduğu oğlu – İsmail ilə bağlı hadisə olmuşdur.

İbrahim yaşlı çağında övladı olmadığı üçün Allaha dua edərək demişdi: “Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!” (Saffat, 100). Allah onun duasını qəbul etdi və ona İsmail adlı bir oğul verdi.

İllər keçdi, İsmail böyüyüb atasına dayaq olacaq yaşa çatdı. Lakin Uca Allah İbrahim peyğəmbəri böyük bir imtahanla sınadı. Rəvayətə görə, İbrahim əvvəlcədən Allah yolunda övladı olarsa, onu qurban verməyi nəzir etmişdi. Sonradan bunu unutsa da, Allah ona yuxuda bu əmri xatırlatdı. O, bu yuxunu ardıcıl yeddi gecə gördü və bunun Allahdan bir vəhy olduğunu anladı.

Bundan sonra İbrahim nəzirini yerinə yetirməyə qərar verdi. O, oğlu İsmailə dedi ki, ip və bıçaq götürsün və onunla birlikdə Minaya doğru getsin. İsmail atasının arxasınca itaətlə getdi. Yolda atasından soruşdu: “Bu ip və bıçaq nə üçündür?” İbrahim isə qurban kəsməyə getdiklərini bildirdi.

Şeytan (İblis) İbrahim peyğəmbərin Allahın əmrinə sadiqliyini görüb ona mane olmaq istədi. O, insan surətində İsmailin anasının yanına gəlib soruşdu: “İbrahim oğlunu hara aparır?” O isə onların odun dalınca getdiyini dedi. İblis İbrahimin oğlunu qurban vermək istədiyini söylədi, lakin ana buna inanmadı.

Sonra İblis dedi: “İbrahim deyir ki, bu barədə ona Allah tərəfindən əmr verilib.” İbrahimin zövcəsi belə cavab verdi: “Əgər bu, Allahın əmrinədirsə, bu mənə kifayətdir.”

Lənətlənmiş İblisin hiylələri nəticə vermədi. Məqsədinə çata bilməyərək qəm-qüssə içində İsmailin yanına getdi və soruşdu: “Hara gedirsiniz?” İsmail qətiyyətlə cavab verdi ki, onlar qurban kəsməyə gedirlər. Lakin lənətlənmiş İblis dedi: “Bilirsənmi kimi qurban verəcəklər?” İsmail bunu bilmədiyini deyəndə gülümsədi.

İblis atasının niyyətini ona açıqlayıb dedi: “Səni dağda qurban kəsəcəklər.” İsmail soruşdu: “Bəs atam niyə məni qurban vermək istəyir?” İblis cavab verdi: “İbrahim deyir ki, bu, Allahın əmridir.”

Bunu eşidən İsmail dedi: “Əgər bu, Allahın əmridirsə, mən Onun yolunda qurban olmağa razıyam.”

Onun Uca Allaha olan itaətini görən İblis ümidini itirdi və onu tərk etdi. Sonra şeytan İbrahim peyğəmbəri də sınağa çəkmək istədi və ondan soruşdu: “Hara gedirsən?” İbrahim onu lənətlədi və qovdu, lakin şeytan yenə də onun arxasınca getdi.

İbrahim Mina ərazisindəki Cəmrətül-Əqəbə, Cəmrətül-Vusta və Cəmrətüs-Suğra (daş atılan yerlər) məntəqələrinə çatdıqca, şeytan hər dəfə onun yolunu kəsirdi. Hər dəfə də İbrahim lənətlənmiş şeytana yeddi daş atırdı. Allahın köməyi ilə şeytan İbrahim peyğəmbəri və onun ailəsini doğru yoldan azdıra bilmədi. Düşmənin paxıllığı nəticəsiz qaldı, onun hiylə və məkrı öz əleyhinə çevrildi.

Daha sonra İbrahim oğlu ilə danışaraq Uca Allahın əmrini açıqladı: “Biz buraya Allahın əmrinə itaət edərək səni qurban vermək üçün gəlmişik.” İsmail isə itaət və razılığını bildirərək dedi: “Ey ata! Sənə əmr ediləni yerinə yetir. Əgər Allah istəsə, məni səbirli və təslim olanlardan görəcəksən.”

İbrahim oğlunun əl-ayağını bağlayıb onu sağ böyrü üstə uzatdı. Səmadakı mələklər ata və oğulun bu itaətini seyr edirdilər. İsmail dedi: “Ata, məni qoyun kimi bağlamaq yaraşmaz, yaxşı olar ki, məni açasan.” İbrahim ipi açdı, oğlunun əl-ayağını sərbəst buraxdı. İsmail isə sakit halda, sanki istirahət edən bəy kimi uzandı.

Vida edərkən o, atasından xahiş etdi ki, sevdiyi anasına salamını çatdırsın.

Oğlu ilə vidalaşdıqdan sonra İbrahim bıçağı götürüb İsmailin boğazına çəkdi, lakin bıçaq heç bir iz belə qoymadı. İsmail atasına dedi: “Bəlkə mənim üzümə baxmaq sənə çətindir? Məni tərəddüd etmədən kəs!” – deyərək təslimiyyətlə üzüüstə uzandı. Lakin İbrahim nə qədər çalışsa da, bıçaq kəsmədi və İsmailə heç bir zərər yetirmədi. Çarəsiz qalan və qəzəblənən ata bıçağı kənara atdı.

Bıçaq dilə gəlib dedi: “Qüdrətli Allah mənə kəsməyi qadağan edib, İbrahim isə kəsməyimi istəyir. Bu iki istəkdən yerinə yetirilməyə daha layiq olan Uca Allahın iradəsidir və mən ona tabe oluram. İsmailin alnında Muhəmmədin ﷺ nuru parladığı halda mən onun boğazını necə kəsə bilərəm? Uca Allahın əmri olmadan sənin istədiyini etməyə gücüm çatmaz.”

Bütün bunları görən canlı aləm – yer və göy mələkləri, heyvanlar, quşlar, həşəratlar, hətta dəniz və okean sakinləri belə ata və oğula mərhəmət olunması üçün Allaha dua etdilər. Elə həmin anda Cəbrail cənnətdən dəvə böyüklüyündə bir qoç gətirdi. İsmailin əvəzinə həmin qoçun qurban kəsilməsi əmr olunduqda, hamı sevincdən təkbir gətirdi: “Allahu Əkbər!” (“Allah böyükdür!”).

Beləliklə, İsmail xilas oldu və ən uca mükafata nail oldu. Rəvayət edilir ki, həmin qoç, Uca Allah tərəfindən qəbul olunmuş Habilin qurbanı idi və Allah onu İbrahimə bəxş etmək üçün Cənnətdə saxlamışdı.

Ey Allah! İbrahim dininə tabe olan və əşəri etiqadını bölüşən bizləri Muhəmməd Peyğəmbərin ﷺ sünnəsinin səmimi davamçıları et, bizi onların bərəkətindən və şəfaətindən məhrum etmə və Qiyamət günü bizi onlarla birlikdə dirilt. Amin!

 

Zümrüd İsaева

2026-05-01 (Зул къагIида 1447 г.) №5.


Qurban kəsməyi necə düzgün yerinə yetirmək olar (qurban)

Qurban üçün yararlı olan ev heyvanları   Ev heyvanları içərisində qurban üçün dəvə, iri buynuzlu heyvanlar (mal-qara) və xırda buynuzlu heyvanlar (qoyun-keçi) kəsilir. Yəni, dörd məzhəbin rəyinə görə, ev heyvanları arasında yalnız bu...


Имaм, һaфиз, ҝөркəмли aлим Ҹəлaлəддин əс-Сүјути

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Əн-Нəҹм əл-Ғaзи (Aллaһ oнa рəһмəт eтсин) “əл-Кəвaкиб əс-Сaирə” китaбындa гeјд eдир ки, бир нəфəр јуxудa Peјғəмбəри ﷺ вə oндaн бəзи һəдислəр һaггындa сoрушaн шeјx əс-Сүјутини ҝөрмүшдүр. Peјғəмбəр ﷺ исə oнa бeлə ҹaвaб вeрмишдир:...


Сән јахшы анасан – зәриф, инҹә чијинләринә дағлары јүкләмә

Гадынларын хүсуси зәифлији вар: һәр ҝүнү өлмәјиб сағ галма, јашама марафонуна чевирмәк.   Сәһәр дурмаг, сәһәр јемәји, ону-буну јығышдырмаг, һазырламаг, мәктәб, дәрнәкләр, шам јемәји, палтар јумаг, еви сәһмана салмаг...вә бунларын һамысы о һислә едилир ки, даһа чох, даһа јахшы, даһа дүзҝүн...


Исламда гурбан кәсмә ајини

Гурбан кәсмә анлајышы   Гурбан кәсмә – Шәриәт тәрәфиндән нәзәрдә тутулмуш, мүсәлманын Аллаһ-Тәалаја јахынлашмаг вә Онун ризасына наил олмаг нијјәти илә мүәјјән вахтда кечирдији ајиндир. Бу мәрасимдә дәвә, ири вә хырда бујнузлу һејван кәсирләр.   Гурбан кәсмәнин ганунилији...


SUALLARINIZ

Əҝəр ит бир инсaны вə јa əти јeјилəн һeјвaны јaрaлaјыбсa, дишлəнилмиш јeр јeдди дəфə јујулмaлыдырмы? Шeјxүлислaм Зəкəријјə əл-Əнсaри өзүнүн "Шəрһ əл-Мəнһəҹ əт-Туллaб" китaбындa aшaғыдaкылaры гeјд eдир: "Инсaнын бəдəниндə, oв һeјвaнындa вə јa бaшгa бир шeјдə итин вə јa дoнузун дишлəмəси нəтиҹəсиндə...