Yasir ailəsi

Yasir ailəsi

Yasir ailəsi

əvvəli qəzetin ötən sayında

Yasir, Sumeyya və Ammar

Ata-ananın ölümündən sonra bütün işgəncələr Ammarın üzərində cəmləndi. Cəlladlarının ona verdikləri işgəncələrin həddihüdudu yox idi. Bir gün Ammar kədərli, üzgün və eyni zamanda utanc içində Peyğəmbərin ﷺ yanına gəldi. Utancından başını qaldırıb Peyğəmbərə ﷺ baxa bilmədi. Allahın elçisi ﷺ ondan soruşdu:

«Ey Ammar, nə olub?»

Ammar dedi:

«Şərr üz verib, ey Allahın elçisi!»

Peyğəmbər ﷺ soruşdu:

«Nə baş verib?»

Ammar cavab verdi:

«Dünən çox işgəncə gördüm. Elə işgəncələr yaşadım ki, bir dağ onu yaşasaydı, parça-parça olardı. Məni qızmar günəşin altında yandırmaqla kifayətlənməyən Allahın düşmənləri bu dəfə bütün bədənimi odda yandırdılar. Bütün bunları səndən üz döndərməyim və tanrılarının adını zikr etməyim üçün edirdilər. Sonda mən də bunu etdim».

Ammar bu sözləri dedikdən sonra hönkür-hönkür ağlamağa başladı. Peyğəmbər ﷺ soruşdu:

«Bəs qəlbin nə deyir, ey Ammar?»

Ammar cavab verdi:

«Qəlbim imanla doludur, ey Allahın rəsulu!»

Peyğəmbər ﷺ buyurdu:

«Sənin üçün günah yazılmaz. Əgər bunları sənə qarşı yenə etsələr, sən də əvvəl etdiyin kimi edərsən!»

Bundan izzət və cəlal sahibi Allah ﷻ Ammara lütf edib, onun barəsində bu ayəni nazil etdi: «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!» (ən-Nəhl, 106)

Peyğəmbər səhabələrinə Mədinəyə hicrət etməyə icazə verdiyi zaman hicrət edənlər arasında Ammar ibn Yasir də var idi. Mühacirlər Quba adlanan yerə çatdıqları zaman Ammar mühacirlərə səslənərək orada namaz qılmaları üçün bir məscid inşa edilməsi fikrini söylədi. Hamı onun bu fikri ilə razılaşdı. Ammar ibn Yasir inşa etdirdiyi bu məscid İslam tarixində ilk məscid oldu. Təkcə elə bu, onun fəzilətinin nümunəsidir.

Peyğəmbər ﷺ Mədinəyə hicrət etdiyi zaman Ammarın sanki gözləri nurlandı, sevinci birə-beş artdı. Ammar əziz dostu üçün yaman darıxmışdı. Demək olar ki, gecə və gündüz yanından ayrılmırdı. Peyğəmbər ﷺ də ona qarşı öz şəfqət və məhəbbətini əsirgəmirdi. Ammar onun yanına gəldiyi zaman belə deyərdi: «Təmiz olan insan gəldi».

Bədr günü Ammar Peyğəmbərin ﷺ bayrağı altında böyük şücaətlə vuruşdu. O, bu döyüşə qatılan yeganə müsəlman idi ki, ata-anası mömincəsinə şəhid olmuşdu.

Allahın rəsulu ﷺ öz Rəbbinin dərgahına köçdüyü zaman ərəblərin çoxu İslamdan üz döndərmişdilər. O Yəmamə günü böyük və təqdirəlayiq bir mövqe nümayiş etdirmişdir. Peyğəmbərin ﷺ səhabələrinin getdikcə şəhid olduğu və bununla da Quran hafizlərinin azaldığı bir vaxtda Yer üzü yenidən müsəlmanların ayaqları altında sirkələnməyə başladı. Bu zaman Ammar ibn Yasir qulağı qopmuş və sifətində sallanmış halda mübarək bir qayanın üzərində dayanıb səsləndi:

«Ey müsəlman camaatı! Cənnətdənmi qaçırsınız?! Mənə tərəf! Mənə tərəf gəlin ey müsəlmanlar!»

Sonra qulağı sifətində asılı haldı müsəlmanların önünə keçdi. Onun hücumu ilə müsəlmanlar hərəkətə keçdilər və yalançı peyğəmbər Müseyliməni öldürdülər. Bundan sonra insanlar İslam dinindən toplu-toplu döndükləri kimi, toplu-toplu da İslam dininə qayıtmağa başladılar.

Faruq xilafətin başına keçdikdə Ammarı Kufəyə vali, Abdullah ibn Məsudu isə ona köməkçi göndərdi. Kufə əhalisinə isə bir məktub göndərdi. Məktubunda yazırdı:

«Mən Ammarı sizə vali, Abdullah ibn Məsudu isə müəllim və vəzir olaraq göndərmişəm. Onlar Peyğəmbəriniz Məhəmmədin ﷺ ən nəcib səhabələridir. Onlara qulaq asın, onları özünüzə örnək götürün!» Sonralar Ömər onu əmirlik vəzifəsindən çıxartmış və onunla görüşdükdə isə demişdi:

«Ey Ammar, sənə qarşı etdiyim bu davranış ziyanınamı oldu?» «Ammar cavabında «əmirlik məni o vəzifədən geri çağırdığından daha çox ziyanıma olmuşdu».

Allah Ammar ibn Yasirdən razı olsun! Həqiqətən o, başdan ayağa qədər özünü iman yükü ilə doldurmuşdu. Allah onun atası Yasirdən və anası Sumeyyadan da razı olsun! Onların hər biri iman ailəsinin bir üzvü idi.

Məqalə “Səhabələrin həyati” kitabindan götürülmüşdür

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Иcлaмдa вaлјутa мүбaдилəcи

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   3. Мүгaвилəнин бaғлaндығы јeрдə гaршылыглы һecaблaшмa   Тəрəфлəр бир-бириндəн aјрылмaздaн əввəл мүгaвилə јeриндə (мəҹлиcдə) əллəриндəки гaршылығы (eквивaлeнти) тəһвил вeрмəлидирлəр. Мүбaдилə oлунaн əшјaлaрын eјни нөв (гызылын гызыллa, дoллaрын...


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...


Günah edirik və yenidən günaha qayıdırıq…

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   Tövbə haqqında   İnsan hansısa evdə günah işlədikdə, həmin evin damının Yaradanından onu uçurub həmin insanın üzərinə düşməsinə icazə verməsini istədiyi bildirilir. Əgər insan açıq səma altında...


Иблисин мүxтəлиф симaлaри

Бу мəгaлəнин јaзылмaсынa интeрнeтдə ҝeниш јaјылaн бир видeo сəбəб oлуб. Видeoдa ҝөзəл бир гызын шeјтaндaн xилaс eдилмəси сəһнəси тəсвир eдилир. Иблиси тəмсил eдəн гoрxунҹ вə eјбəҹəр бир мəxлуг гызы јaxaлaмaғa вə oну ҹəһəннəм aлoвунa сүрүклəмəјə чaлышыр.   Илк бaxышдa һəр шeј мəнтигли...


Atalar, övladlar və daha çoxu: eyni evdə necə yola getmək olar?

Əsrlər boyu ənənəvi cəmiyyətdə bir neçə nəsil eyni dam altında yaşayır və bir-biri ilə yola gedirdi.   Oğul evləndikdən sonra həyat yoldaşını ata evinə gətirir, gəlin də böyük ailənin bir üzvünə çevrilirdi. Ərin valideynləri, nənə-babaları, kiçik...