Özünu hamıdan həqır görmək

Özünu hamıdan həqır görmək

Həqiqi ibadət –öz zəifliyini və Allaha ﷻ olan ehtiyacını başa düşməklə birgə olan itaətkarlığın intəhası və tabeliyini, təslimiyyətini zahir etməkdir. Bu eləcə də daim günahların bağışlanmasına dua etmək və yalvarmaqdır. İtaətkarlıq qəlbin mütiliyi və təslimiyyəti ilə ifadə olunur. Eləcə də özünün zəifliyini və möhtac olduğunu başa düşərək məyus olmaqla.

Özünü hamıdan alçaq görən insan üçün artıq bütün varlıq bir nəsihət verən ustadın misalına çevrilir. Çünki kainatda hər bir varlığın başqasında olmayan özünəməxsus bir xisləti var. Bu xislətin sahibi də başqasına baxaraq onda olan xislətdən dərs və örnək alır. Misal üçün: asi əməllər edən birindən Allahın ﷻ ona göndərdiyi bəla müsibətlərə qarşı necə səbr edəcəyini öyrənir. İti müşahidə edən ondan özünə qarşı edilən kobudluğa səbrlə qarşı gəlməyi öyrənər və dünya nemətlərindən sadəcə qarın doyuracaq miqdarından başqa heçnə qənaət etməməsini öyrənər. Sahibi sümük belə versə ondan razı olmasını öyrənər. Eləcədə başqa yaxşılıq edənlərə sədaqətli olmasını öyrənər. Daşdan da, onu qayadan qoparanda, ona şəkil verəndə və sonrada ayaqyolunun təməl barısının altına qoyulanda etdiyi səbrdən ibrət götürür. Eşşək və Dəvədən də ağir yükü və sahibini üzərində daşıdıgı zaman göstərdiyi səbrdən misal götürər. Xoruza nəzər yetirən səmimi mömin, daima ayıq olmağı, ailəsinə qarşı qısqanc və əliaçıq olmağı – öyrənər. Şam və fitildən isə səmimi mömin başqalarına mənfəət vermək üçün özünü əzab əziyyətə düçar edib səbr edərək başqalarına necə işıq verməyi öyrənər.

Kim özünü hər kəsdən alçaq görərsə o, Peyğəmbərin ﷺ yoldaşı olacaqdır. Özünü hər kəsdən alçaq görməyin faydalarından biri də bizə qarşı kobud davranan birinə zərər etməməyimizdir. Bunun başqa faydalarından biri də insanların kamillik mərtəbələrinə çatmalarının iddiaları ilə razılaşmaqdır. Onların sirrlərindən ancaq Allah ﷻ və Allahın özlərinə batini eml bəxş etdiyi qulları xəbərdardır. Elə bu səbəbə görə bizə öz sirrini söyləyən birisinə inanmalıyıq. Çünki ona inanmamaq yalançı hesab etmək nifaqdır hətta münafiqliyin başıdır.

İmam Əfzaluddin İmam əşŞəraniyə nəsihət edərkən bu sözləri demiş: “Sən hər hansı bir məclisdə olanda ya da möhtərəm xəstə birini ziyarət edərkən diqqət etki, ön cərgədə oturmayasan hətta o yer boş olsa belə. Çünki, əgər ora hörmətli biri daxil olarsa, yerindən durğuza və utandıra bilərlər. Sən utanarsan və nəfsin narazılıq his edər. Bunu bil və əməl et. Buna ancaq özünü başqasından alçaq görməklə nail olmaq mümkündür.

Nəfsını təmızə çıxartmaq və bır kımsənı danmaq übudıyyətə (allaha həqıqı ıbadətə) zıddır

Ey müsəlman, sən bil! Müridin hələ də nəfsini tanımamasının əlaməti onun istər təqdirə layiq olsun, istər olmasın, sifətlərdən nəfsinə bəraət qazandırmasıdır. Nəfsini (özünü) yaxşı tanısaydı bilərdi ki, başqa asi və saleh müsəlmanlarda olan yaxşı və pis əməllər özündə də zahir olur və itir. Çünki qul buludların uçuşduğu bir səma misalındadır və bu səmada bütün yaxşı və pis əməllər uçuşar.

Sən bil ki, insanlarda rast gəlinən bütün yaxşı və pis xasiyyət və əməlləri hər bir qulda tamam və mükəmməl şəkildə tapmaq olar, Peyğəmbərlər istisna olmaqla. Allah I onların xasiyyətini təmiz yaratdı. Lakin Peyğəmbərlərdən savayı başqa övliyalar və möminlərin xasiyyətləri isə tam mükəmməl şəkildə təmiz yaradılmadı. Ancaq Allah I əməlisaleh qullarında pis əməllərin və xasiyətlərin inkişafının qarşısını alır. Nə qədər ki, Allahın inayəti və köməyi qulu əhatə edir, yaxşi xasiyyət və əməllər onda zahir olmağa başlayar, pis xasiyyətlər isə inkişafdan qalar. İlahi inayət qulu tərk edərsə əksinə, gözəl keyfiyyətlər fəaliyyətsiz qalar, pis xasiyyətlər hərəkətə başlayar. Bu zaman onu görən insanlar “Ey Allahım, bizi onun şərrindən qoru!, siz baxın bunun neybətliyinə” deyərlər.

Əgər qul bu həqiqəti anlamağı bacararsa, heç vaxtı Allahın I qullarından heç birini həqiqətdə Allahın ona etdirdiyi əmələ görə danmaz. Şeyx Əbdul Qadir əd-Daştuti deyib: “Bir dəfə mən rüku və səcdəsində bir qədər fasilə etməyən birisini azarladım. O, da mənə dedi ki: “Qardaşım mənim, mən Allahın tabeliyində olan birisiyəm! Əgər O istərsə fasiləmi uzadar, istəməzsə uzatmaz. Mən hərəkətə yox, hərəkət etdirənə baxıram” sonra Şeyx dedi ki: “Sən dini məhv edən əməl istisna olmaqla başqa əməlləri danlama”.

Sən qəlbını məşğul etdıyının qulusan

Übudiyyət – qulluq və əsirlik deməkdir. İnsan üzərində qalib gələnin və qəlbini ələ alanın quludur. Əgər o nəfsinin əsiri olubsa, onda o nəfsinin quludur, dünyanın əsiri olubsa onda dünyanın qulu sayılar. Şübhəsiz ki, dünya sevgisi ilə edilən ibadət müridin qəlbini məşğul edər və əzalarını da yorar. Bu cür ibadət nə qədər çox olsa belə Allah ﷻ qatında çox az hesab olunar. Bu kimi əməllər ruhsuz bədən kimidir. Elə bu səbəbdən görürsən ki, dünya malına vurulanlar gecələri səhərə kimi ibadət edirlər. Dünya malını sevib edən çox əməl belə insanı Allaha yaxınlaşdıra bilmirsə, bəs onda dünya malına düşkün olub edilən az əməl necə yaxınlaşdırsın? Allahın təkliyinə inanan mömin təkcə Allaha, bir də Allaha ﷻ səmimi itaət edənə inanar. Həqiqətən abidin (qulun ) qiyməti ibadətinin qiyməti ilə ölçülür. Arifin dəyəri onun bildiyinin dəyəri olduğu kimi.

Dua – bır ıbadətdır

Sitayişin (übudiyyətin) mahiyyəti həqiqiliyi dua zamanı zahir (aydın) olur. Çünki qul dua zamanı nəfsinin zəifliyinin, acizliyinin, ehtiyacının son həddə çatdığını zahir edir. Tanrısından son dərəcədə səxavətlik, comərdlik və bəxşiş gözləyər. Əvvəl də söylənmişdir ki, quldarlıq (sitayişlik, übudiyyət) yaxşılıq etməyə və pisliyi tərgiməyə gücün və güvvətin olmamasını və eləcə də lütfükarlıq və bəxşişin yalnız Allaha I məxsus olduğunu etiraf etməkdir. Allah Rəsulu ﷺ deyib: “Dua ibadətin beyinidir”. Başqa rəvayətdə “Dua bir ibadətdir” söylənilir. Yəni Peyğəmbərimiz ﷺ ibadətə qısa xülasə verərək duanı da onun qaymağı olduğuna işarə etdi. Çünki ibadətin əsli özünü alçaltmaq və mütilikdir, bu da ən çox duada hasil olur və ən güclü duada zahir olur.

Übudiyyətə zidd olan xüsusiyyətlər

Siz bilin ki, hətta namazda belə sahibini İzzətli və Cəlallı Allahın hüzuruna daxil olmağa mane edən xüsusiyyətlər (sifətlər) dörd qismə bölünür:

İlahi, şeytani, heyvani və yırtıcı. İlahi, Uca Haqq olan Allahın ﷻ sifətlərini təqlid etməkdir hansı ki, mütləq olaraq O, qullarına nəhy edib. Bunlar uca olmaq, yüksək məqama meyl etmək, qürurlanmaq, təkəbbürlük, şan-şöhrət, zənginlik, tabe etmək, haqqı olmadan qullar üzərində yiyəlik etmək və nəfsini müsəlmanların hansı birindən olsa da üstün görmək.

Şeytani, şeytanın sifətlərini təqlid etmək: həsəd aparmaq, əziyyət vermək, çox hiylə gəlmək, aldatmaq, fırıldaq gəlmək, ikiüzlülük, yoldan sapan və bidət əhlinə meyl kimi.

Heyvani, məhəbbətinin və qarnının şəhvətlərini yerinə yetirməkdə acgöz və həris olmaq – bunlar da zina və oğurluq etməyə gətirib çıxarır.

Yırtıcı hevanlar, bu da haqsız yerə qəzəblənmək və kin bəsləməkdir. Bundan da Allahın haram buyurduğu qətl, vurmaq və zərər yetirmək yaranır. İnsan nəfsini ələ alan sifətlərin birincisi heyvani sifətlərdir. O bir az yaşa dolduğu və dünyagörüşü artdığı zaman onun içərisinə yırtıcı heyvanların (vəhşi heyvnların) sifətləri daxil olur. Əgər Allahın yardımı olmazsa, ağlından xainlik etmək və kimisə aldatmaq üçün istifadə edəcək, şeytanı yardıma cəlb edəcək. Şeytanı yardıma cəlb etdikdə isə artıq ona ilahi sifətlər daxil olacaq. Kimsə şeytanın əxlaq və rəftarının birini mənimsəyərsə Haqq olan Allah ﷻ onu yanından qovar. O, kimisə yanından qovarsa üzərinə düşmənlərini salar. Sanki Haqq olan Allah ﷻ İblisə və onun qoşununa deyir ki: “Mənə yaxın olanlara siz təsir etmək üçün yol tapa bilməzsiniz, lakin Məndən uzaqlaşanla siz məşğul ola bilərsiniz”. Allah – Təala ﷻ deyir: “Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam – kamal bir cəza! Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (“Əl-İsra”, ayə 63-64). Əlbəttə ki, bu deyilənlərdə son dərəcə təhdid var. Allah – Təalanın ﷻ sözünün (mallarına və övladlarına ortaq ol) mənası yəni onları haram qazanc, əldə etməyə və bunu da haram sayılan yerə sərf etməyə çağır. Uşaqlarına ortaq olmaq – yəni onlara haram münasibətilə nail olmaq.

Allahu – Təalanın onlara cürbəcür vədlərinə gəlincə, yalan, batil vədlər ver mənasına gəlir.Ardınca Allahu – Təala deyir (Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!) yəni xətaları doğru əməl olduğunu sanası qədər gözəlləşdirər. Hədisdə deyilir ki: İblis yer üzünə nazil edildiyində dedi : “Ey Rəbbim sən məni yer üzünə nazil etdin və məni lənətlənmiş etdin indi mənə bir ev ver”. Allah dedi: “ayaqyolu sənin evindir”. “Mənim üçün bir məclis yeri yarat“. “Bazarlar və insanların yollarda yığıncaq etdiyi yerlər sənin məclisindir dedi”. “Dedi mənim yeməyim nə olacaq?”“Allahın adı üzərində zikr edilməyən yemək sənin yeməyin olacaq” dedi Allahu – Təala. Bu vaxt iblis dedi: “ Mənim üçün içməyə şərab ver”. Uca Allah dedi: “Sənin şərabın məstedici (spirtli ) içkilərdir”. Yenidən İblis dedi: “Mənə insanları çağırmaq üçün bir azançı ver”. Allah dedi: “Tütək də sənin azançındır” Və yenə iblis “Mənə bir oxu ver” Allah da: “Sənin oxun şeir və mahnılardır” dedi. Bu vaxt İblis yenə: “Bəs mənim yazım nə olasıdır?” deyə soruşdu. Allah da: “Tatuirovka (bədənə şəkillər döydürmə) sənin yazın olsun!” deyə cavab verdi. İblis dedi: “Mənə bir söhbət ver”. “Sənin söhbətin yalan danışmaqdır” dedi Allahu – Təala. “Mənə səfirlər ver” dedi iblis. “Kahinlər sənin səfirlərindir” deyə Allah söylədi. Sonunda İblis “Mənə tələlər ver” deyərkən Allah ona “Qadınlar sənin tələlərindir” dedi.

DR MÜFTISI ŞEYX ƏHMƏD

ƏFƏNDININ “SALEH INSANLARIN

ÜLVI ƏXLAQI” KITABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


UŞAQDAN ÜZR İSTƏMƏK LAZIMDIRMI?

Әgәr uşаq nаdinclik, dәcәllik еdibsә, özünü düzgün аpаrmаyıbsа о, mütlәq аnа vә аtаsındаn üzr istәmәlidir.   Bunu, bir qаydа оlаrаq, hеç kim şübhәyә аlmır. Аncаq vаlidеynlәrin hаqsız оlduqlаrı vәziyyәtlәr оlur. Хüsusilә uşаqlаrlа dаhа...


СИЗ БИР-БИРИНИЗӘ АРХАСЫНЫЗ

Евлилик (әрәбҹә “никаһ”) Исламда илк нөвбәдә сәдагәт вә мәсулијјәт акты, руһу вә гәлби сакитләшдирмәк васитәси кими гәбул едилир.   О, инсанын Уҹа Аллаһ, ҹәмијјәт вә өзү гаршысында өһдәлијини тәмсил едир. Ҹәмијјәтин рифаһына көмәк едир. Буна ҝөрә әр-арвадын евлиликләрини горумалары ваҹибдир. Аилә...