İnsanlardan uzaqlaşmaq
İnsanlardan uzaqlaşmaq

İnsanlarla həddindən artıq ünsiyyətdə olmağın zərəri
Siz bilin ki, xəlvət (təklikdə olmaq) - insanlar arasında olsan da, qəlbən onlarla qaynayıb-qarışmamaqdır. İnsanlardan çəkinmək (uzlət) dövlət adamlarının malik olduqları maddi dəyərləri əldə etmək həvəsindən əl çəkərək onlardan uzaqlaşmaq, eləcə də təqvaya davamlı riayət etmək şərti ilə nəfsin arzu və ehtiraslarından uzaqlaşmaqdır.
Peyğəmbərdən ﷺ çatdırılan hədisdə deyilir: “Salamatlıq, əminamanlıq – təklikdə, tənhalıqda, bəla isə - iki nəfər arasında olur. Vücudunuz insanlarla, qəlbləriniz Allahla olsun”. O r, həmçinin dedi: “Mənim Allahla olmaq üçün xüsusi bir vaxtım var ki, orada nə Allaha yaxın bir mələyə, nə də göndərilmiş peyğəmbərə yer yoxdur”. Deyirlər ki, bu tənhalıq vaxtıdır. Bilin ki, insanlarla qəlblə bağlı olaraq onlarla vaxtının çoxunu keçirən insan ibadətin şirinliyini dada bilməz. Əgər kim dünyanı həddindən artıq çox sevərsə təhlükə, qorxu var ki, onun sonu (ruh çıxan anı) pis nəticələnsin.
Zalimlə dost olanın dində doğru yolda olması inanıllmazdır. İnsanların razılığını qazanmağa çalışan biri Allahın ﷻ razılığına çox az nail olar. İnsan üçün ən faydalı olan əməllərdən sayılır: daim susmaq, evdən ayrılmamaq, insanlardan kənar gəzmək hesab edərək ki, o insanlar arasında olmağa layiq deyil və düşünərək ki, o qudurmuş itin verdiyi zərəri verə bilər, dikbaşlıq edərək, özündən razı olduğu üçün yox. Şübhəsiz ki, insanlarla ünsiyyətdə olan zaman heç kim özünü günahdan qoruya bilmir. Hətta insan dilini günahdan qoruya bilsə də, labüddür ki, qulağını günahdan qoruya bilməz. Qulaq asan isə söyləyənin şəriki sayılır. Rəvayətə görə Cüneyd əl-Bağdadi deyib: “Kim istəyirsə ki, dini salamat, bədəni də rahat qalsın, çalışsın insanlardan uzaq gəzsin. İndiki zaman ağıllı insanı qorxu bürüyən, narahat edən vaxtdır, təkliyə üstünlük verən istisna olmaqla”.
Təvazökarlıq və xüşu
Təvazökarlığın və xüşuun mahiyyəti Təvazökarlıq – Haqq olan Allaha ﷻ bütövlüklə təslim olmaq, mütilik göstərməkdir. Onun hökmünə razı olmaq və etiraz etməmək. Xüşu – qəlbin bütün diqqətini Allaha ﷻ yönəltməkdir. Xüşua başqa tərif verənlər deyirlər ki: Xüşu – Özünün Allah ﷻ qarşısında nə qədər zəlil, alçaq olduğunu anlamaqdır. Bir başqaları da bu tərifi verirlər: Xüşu – Allahın ﷻ onu gördüyünü, müşahidə etdiyini xatırlayanda, anlayanda, insanın gəlbindən keçən mütilik halıdır. Uca Allah ﷻ Qurani-Kərimdə deyir: “Rəhman olan Allahın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman günaha düşməmək üçün ehmalca cavablarını verərlər” (“Furqan” surəsi, ayə 63).Yəni bu təvazökar insanlar özlərini təmkinli səbirli aparar, və əgər cahillər onlara sual etdikdə isə gözəl şəkildə onlara cavab verərlər.
Allah Rəsulu ﷺ deyir: “Uca Allah mənə vəhy edərək sizlərin başqaları üzərində qürrələnməyərək və başqalarını incitməyərək təvazökar olmanızı buyurdu, əmr etdi”. Başqa bir hədisdə: “Allah tərəfindən qorunan şəxsdən başqa, dininə və dünyasına görə xalq arasında barmaqla göstərilməsi kifayət edəcək şərdir”. Allahn Rəsulu ﷺ söyləyib: “Üç şey insanı həlak edər: tamahın əsiri olmaq, arzu və həvəsə uymaq, insanın özünü bəyənməsi”. Bir başqa hədisdə Allah Rəsulu ﷺ belə deyir: “Qəlbində zərrə qədər kibr (lovğalıq, təşəxxüs) olan adam Cənnətə girə bilməz, Qəlbində zərrə qədər imanı olan kəs də, Cəhənnəmdə əbədi qalmaz”. Əbu Yəzid əl-Bəstami bir gizli səsin ona: “Ya Əbə Yəzid! Allahın xəzinələri ibadətlərlə doludur, əgər sən həqiqətən də Mərifətullah dərəcəsinə çatmaq istəyirsənsə özünü hər kəsdən zəlil, həqir və Allaha möhtac gör”.
Təvazökarlığın əlamətləri
Kibr haqqı qəbul etməmək, insanlara qarşı laqeyid olmaq və onları həqir, alçaq görməkdir. Təvazökarlığın əlamətləri isə haqqın dalınca getmək, insanlara qarşı kibirli olmamaq, əksinə yumşaq, həlim olmaq və eləcə də haqq sözü kim desə də qəbul etməkdir. Təvazökarlığa eləcə də aiddir; insanlara qulluq etdikdə aralarında fərq qoymamaq, dünya və axirət işlərində onların sənə möhtac olduqlarını düşünməmək, üstün mənəvi məqam, hal düşgünü olmamaq və fikirləşməmək ki, insanlar arasında özündən də pis kimsə var. Sələfu salehinlərin təvazökarlıqlarından misallar Bizdən əvvəlki sələfu salehinlər Peyğəmbərdən nümunə götürərək bir-birilərinə qarşı təvəzökarlıq göstərərdilər.
Deyilir ki, Allah Rəsulu ﷻ xəstələri ziyarət edərdi, cənazəni qəbirə kimi müşayət edərdi, uzunqulağa minərdi, kölənin dəvətinə cavab verərdi, evi süpürərdi, ayaqqabılarını təmir edər, paltarını yamayardı, qoyun sağardı, xidmətçisi ilə birlikdə yemək yeyər və ona buğda üyütməkdə kömək edərdi. Ehtiyacı olan malı bazardan alıb evinə apararmaqdan utanmazdı. O həm kasıb, həm də varlı ilə də əllə görüşərdi. Təbiəti gözəl xasiyyəti yumşaq idi. İnsanlarla gözəl rəftar edərdi. Xoşüzlü bir insan idi, tez-tez gülümsəyərdi, lakin heç vaxt ucadan, bərkdən gülməzdi. Kədərlənsə də üz-gözünün turşutmazdı. Təvazökar idi lakin özünü alçaltmazdı. Səxavətli olsa da israfa yol verməzdi. Ürəyiyumşaq və bütün müsəlmanlara qarşı rəhimli idi. Allah Rəsulu ﷻ tam doyana kimi yeməzdi, heç nəyə tamah salmazdı. Ömər əl-Xəttab yeriyəndə tələsərdi və deyərdi ki: “Bu yeriş insanı məqsədinə tez çatdırır və kibrli yerişdən çox uzaqdır”.
Bir günü Ömər bir növ ehtiyacı üçün yola çıxdıqda ona dedilər: “Bizə əmr etsəydin biz onu sənə gətirərdik”. O cavabında dedi: “Mən Ömər olaraq getdim və Ömər olaraq da qayıtdım (yəni, mən dəyərdən düşmədim, mən alçalmadım)”. Zeyd ibn Sabit adlı səhabə dəvəyə minmək istəyəndə İbn Abbas kömək etmək üçün yanına gəlir. Bundan narahat olan Zeyd deyir: “Ey, Allah Rəsulunun əmisi oğlu dəyməz!” İbn Abbas deyir: “Bizə buyurulub ki, Alimlərə bu cür hörmət edək”. Bu zaman Zeyd də İbn Abbasın əlindən öpür və deyir ki: “Allah Rəsulunun ev əhlinə bu cür ehtiram göstərmək də bizlərə əmr olunub”. Urba inb Zübeyr söyləyir: “Mən Ömər əl-Xəttabı çiynində su dolu ağır tulutu daşıdığını görəndə ona dedim:”Ey möminlərin əmiri sənə bu yaraşmır!”
Bu vaxt Ömər cavab verdi ki: “Mənim yanıma öz tabeliklərini və itaətkarlıqlarını ifadə etmək üçün cürbə-cür nümayəndə heyətləri gəlməyə başladı və bu zaman içimə bir qürur, kibr hissi yaranmağa başladı. Və mən də o hissi yox etməyə istədim”. Sonra da o bu tulutu da götürərək ənsarlardan olan olan bir qoca qarının evinə getdi və onun boş su qablarının doldurdu”. Bir günü Mədinənin əmiri Əbu Hüreyrəni belində odun bağlaması ilə görürlər. O da yolboyu: “Əmirə yol verin!” deyirdi. İbn Abbas deyir: “Din qardaşının qalığını içmək də təvazökarlıqdan sayılır”. Ömər ibn Abduləziz oğluna yazır ki: “Mən eşitdim ki, sən üzüyün üçün min dirhəm dəyərində bahalı daş almısan. Mənim bu məktübümü aldıqda dərhal o üzüyü sat və əldə etdiyin gəlirlə min adamı yedizdir. Özünə isə iki dirhəmlik üzük al və onun üçün də sadə çin daşı al. Üzərində də bu sözləri yaz: “Nəfsinin dəyərini bilən hər kəsə Allahın mərhəməti olsun”. Ömər ibn Əbdüləziz müsəlmanlara cümə namazında xütbə (nəsihət) edərkən üzərində on iki dirhəmlik paltar var idi. Bunlar: kaftan (xalat), əmmamə (baş sarğısı, çalma), köynək, şarval, dəri ayaqqabılar və papaq. İbrahim ibn Ədhəm deyir: “Müsəlman olandan sonra mən iki dəfə sevindim, şad oldum.
Birinci dəfə mən məzhəkəçi, yumorist biri ilə gəmidə olarkən baş verdi. O mənim saçlarımdan tutub sirkələyək hansısa bir şəhərdə İslama qarşı gələn birinin başına gətirdiyi hadisəni danışırdı. Mən çox sevindim çünki o vaxtı gəmidə məndən başqa onun gözündə alçaq, həqir görünəcək biri yox idi. İkinci dəfə də mən məsciddə xəstə olan zaman baş verdi. Müəzzin gəldi və mənə: “Məsciddən çıx!” dedi. Mən isə yerimdən qalxa bilmirdim. Bu vaxt o məni ayağımdan tutdu və məsciddən çölə atdı”.
DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDINI
“SALEH INSANLARIN ÜLVI ƏXLAQI” KITABI