Nəfs və onun insanda olan mənəvi-əxlaqi keyfiyyətlərlə bağliliği

Tövbə
Bil ki, ruhani və mənəvi pillənin əvvəli – səmimi tövbədir. Tövbə etmədən ardınca gələn pilləyə qalxmaq qeyri mümkündür. Səmimi tövbə edərsən, Allahda ﷻ səni sevər çünki O I, deyir: “Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”. (surə Əl-Bəqərə, ayə 222). Yəni, Allah ﷻ günahlarından tövbə edənləri ucaldır və onları mükafatlandırır. O, mənəvi çirkablardan pak olanları sevir. Bəzi alimlər bu ayəni “xətalardan tövbə edənlər və qafillikdən pak olanlar” kimi təfsir edirlər.
Uca Allah ﷻ deyir: “Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir) (surə “Əl-Hucurat”, ayə11).İlahiyyatçılar: – “Onlar ona görə zalımdırlar ki, itaətin yerinə asiliyi seçirlər və özlərini əzaba düçar edirlər” deyirlər. “Ət-Təvilət ən-nəcmiyyə” adlı kitabda yazılıb: “Tövbə etməyənlər” deyildikdə iblisin etdiyinə oxşar əməl və sözlərindən tövbə etməyənlər – özü haqda yüksək fikrdə olub, başqasını həqir görmək nəzərdə tutulur”. “Onlar özlərinə zülm edənlərdir” deyildikdə bu, o deməkdir ki, onlar lənətə gəlmişlərin, Allahın ﷻ rəhmətindən mərhum olmuşların və qovulmuşların arasındadırlar, iblislə bərabərdirlər. Necə ki,Uca Allah ﷻ söyləyib: “Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər”! (surə “Hud”, ayə 18). Bu deyilənlər açıq – aydın sübut edir ki, həqiqətən insan tövbə etməyi tərk etdikcə o, zalımların cərgəsinə daxil olmuş olur. Buna görə də o, mütləq bütün qəbahət və asi əməllərdən, xüsusilə də yuxarıda adı çəkilənlərdən səmimi tövbə etməlidir”.
Qul günah etdikdə onu hər tərəfdən zülmət bürüyər. Günahın misalı odun misalıdr, zülmət də onun tüstüsünə bənzəyir. Əgər yetmiş il bir evdə ocaq qalanarsa tüstüsü o evi qaraltmazmı? Eləcə insanın qəlbi də günahların çoxluğundan zülmətə bürünər və ancaq səmimi tövbə ilə təmizlənər. Bil ki, asi əməllər insanın zahirinə, eyni zamanda batini aləminə də öz təsirini göstərir. Batini aləminə təsirləri – qəlbdə mərhəmətin olmaması, nəfsin inadkarlığı, qoynunun şəhvətlərlə dolu olması, ibadətin şirinliyini dadmaması, Mövlasına yaxınlaşmasından onu uzaqlaşdıran məşğuliyyətinin çox olması və nəfsinin istəklərinin qulu olmasıdır. Hətta əgər Allaha ﷻ qarşı asi olmaqla bərabər başqa günahı olmasa belə bunun özü də yetərli bir dəyişiklikdir. Ona görə ki, Yaradana itaət etdiyində səni, “yaxşılıq edən” adlandırırlar. Əksinə, Xaliqinə ﷻ asi olduğunda isə adın “Pislik edən və Uca Allahdan üz çevirən” olur. Bütün bunlar adın dəyişilməsi ilə bağlıdır. Bəs Allaha ﷻ tabe olmağın şirinliyini, Ona ﷻ asi olmağın “şirinliyi” ilə dəyişməyin, Uca Allaha ﷻ ibadət etməyin ləzzətini şəhvətinin “ləzzəti” ilə əvəz etməyin fəlakəti nə qədər böyükdür?!
Unutma ki, qəlb itaət suyu ilə suvarılan bir ağac misalındadır, onun meyvəsi isə qəlbin bədənin digər üzvlərinə hiss etdirdiyi xoş təəssüratdır. Gözün səmərəsi gördüklərindən ibrət dərsi götürməkdir. Qulağın bəhrəsi Qurana qulaq asmaq, ondan nəticə çıxararaq həyat tərzinə əks etdirməkdir. Əllər və ayaqların meyvəsi isə xeyrxah əməllərdə mətanətli olmaqdir. Əgər qəlb bu zaman quruyarsa (yəni Allaha itaətsizlik səbəbindən qatılaşarsa) bütün məhsul da batar. Beləliklə, bizim üçün ən mühüm məsələlərdən biri nəfsimizi səmimi tövbə ilə müalicə edərək islah etməkdir. Elə buna görə də Allah Rəsulu ﷺ deyib: “Ümmətim üçün iki şeydən daha çox qorxuram – nəfsin istədiyinin arxasınca getmək və bitməz arzular və ümidlər. Nəfsi istəklərin arxasınca getmək haqqa gedən yolu kəsər, uzun – uzadı arzular, ümidlər isə axirət aləmini unutdurar”.
Bəyənilməyən xüsusiyyətlər
Paxilliq etmək (həsəd aparmaq) və kin tutmaq
Həsəd və kinin mahiyyəti və səmərəsi
Həsədin mahiyyəti insanın Allahın ﷻ kiməsə hər hansı bir neməti bəxş etməsinə narazılıq bildirməsi və həmin kəsin o nemətdən məhrum olmasını arzulaması, kinin əsli isə onun gizli ədavət, küdurət və insanlarla münasibətinin qopmasıdır. Paxıl – zülmkar və rəhmsiz insandır – heç kimə aman və dinclik verməz. Muhəmməd Peyğəmbər Mustafa ﷺ bütün günah və xətaların mənbəyinin üç şey olduğunu vurğuladı, bunlardan həsədi də saydı və dedi: “Üç şey vardır ki, onlar bütün günahların mənbəyidir. Siz onlardan çəkinin və qorunun: Kibrdən uzaq durun, çünki, məhz kibr iblisi Allaha ﷻ itaətsizlik etməyə və Adəmə u səcdə etməməyə sövq etdi. Tamahdan çəkinin, çünki, məhz tamah Adəmi u cənnətdə qadağan olan ağacın meyvəsini yeməyə vadar etdi. Siz paxıllıqdan da uzaq durun, çünki Adəm u oğullarından Qabil, məhz paxıllığı səbəbindən qardaşı Habili öldürdü”. Uca Allah ﷻ Davud oğlu Süleyman Peyğəmbərə u vəhy edərək dedi: “Sən saleh qullarımın arxasınca heç vaxt qeybət etmə və heç vaxt Mənim ﷻ qullarımdan heç birinə paxıllıq etmə”. Əməlisaleh adamların birindən rəvayət olunur:
”Haqq – Təalə qulunun üzərinə qəddar düşmən göndərmək istəyəndə, onun qarşısına ona paxıllıq edən, mərhəməti olmayan birini çıxarır”. Həqiqətən də həsəd insanın qəlbində dini tələf etməklə qalmır, ondan əsər belə qoymur. Qəlbdə pərdə qatları və zülmət əmələ gətirir. Peyğəmbər əfəndimizin ﷺ dediyi kimi: “Sizdə əvvəlki ümmətlərdə olmuş xəstəlik zahir olub: paxıllıq və kin. Bunlar saçı yox dini qırxırlar”. Bu barədə ariflərdən biri deyib: “Üç nəfər vardır ki, onların duasına cavab verilməz: haram yeyən, qeybət edən və ürəyində həsəd yaxud nifrət olan”. Dualarının qəbul olunmamasının hikməti ola bilsin, Allahın bəndələrinə verdiyi nemətə narazılıq etmələridir.
Paxil insanla necə davranmali
Peyğəmbər əfəndimizin səhabələri bizlərə həsədin mahiyyətini başa salaraq bildirdilər ki, paxıl adamı qane etmək mümkün deyil. Səhabə Müaviyət də qeyd edir: – Hər kəsi razı sala bilərəm, paxıl insan istisna olmaqla, çünki onu sadəcə nemətin layiq olduğu şəxsdən itirilməsi razı sala bilər. Aşağıdakı misraların İmam Şəfiiyə aid olduğu söylənilir. Ümid var ki, bitər nə vaxtsa külli düşmənçilik, Bitməz yalnız paxıllıqdan gələn düşmənçilik. Hikmət sahibləri nəsihətlərində bizlərə həsədkar adamları razı salmağın qeyri – mümkün olduğuna görə narahat olmamağımızı məsləhət gördülər. Onlar deyirlər: “Sən heç vaxt paxıl insanın razılığına nail olmağa çalışma, o, sənin xoş münasibətini qəbul etməz. Əgər sən onun şərrindən əmin olmaq istəsən əhvalını ona bəlli etmə, sevincini biruzə vermə və nemətlərini ona bildirmə”.
Kibr Kibrin mənşəyi
İnsanın nəfsini sevməsi təbiidir ki, bu da onu nəfsini bəyənməsinə və ondan razı olmasına gətirib çıxarır. Özünü bəyənməkdən də məğrurluq yaranır və Allahın ﷻ digər qullarından üstün görməyə başlayır. Nəticədə insanlara xor baxar və alçaq görər. Kim başqalarını xor görərsə onlara haqq tanımaz, başqalarına hörmət qoymaz, əmanətə xəyanət edər və əhdinə sadiq qalmaz – bir sözlə onlarla həddən artıq ədalətsiz davranmış olar.
Kibr İblisi həlak etdi
Nəfsi haqda yüksək fikirdə olması İblisin həlakına səbəb oldu. Oddan yarandığını və Adəmdən u üstün olduğunu söyləyərək ona qarşı kibrini zahir etdi. İblis təkəbbürü və həddən artıq özünü bəyənməyi səbəbindən Allahın ﷻ rəhmətindən məhrum oldu. İblis oddan yaradıldığı üçün qürurlanaraq Adəmdən u özünü üstün hesab etdi. Əgər qul Alimlərə və Əməlisaleh insanlara qarşı belə fikirdə olarsa, bu onun Allahın ﷻ rəhmindən məhrum olmağının birinci əlamətidir. Belə düşüncədə olanların insanların bərəkətindən nəsibi olmaz, onlardan heç bir kömək və dəstək almaz. Özlərini hamıdan yaxşı, gözəl, üstün, görən insanlar: “Bu diyarda elminə əməl edən əməli saleh heçkim qalmayıb” deyərlər. Bu cür düşüncənin qaynağı insanlarda özünün əksini görməsidir. Aqillərimiz nə gözəl demiş: “Yalnız qüsurlu insan başqlarını qüsurlu görər”.
Kibrin müalicəsi
Təkəbbürlüyün əvvəli həddən artıq özünü bəyənmək, üstün görməkdir. Uca Allah ﷻ Qurani – Kərimdə insan qəlbinin təkəbbürlüyünü, sonra da onun müalicəsini zikr etdi. İnsanın öz zəifliyini və acizliyini xatırlaması təkəbbürlüyün təsirli dərmanıdır. Uca Allah ﷻ Quranda deyib: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”(surə “Əl-İsra”, ayə 37). Bu ayə yekəxanalığı və dikbaşlığı qadağan edir. Yaradanın ﷻ dediyi “sən nə yeri yara bilərsən” sözü o deməkdir ki, insan təkəbbürlə nə qədər ayağını yerə bərk bassa da yeri yara bilməz. “sən nə də (boyca) yüksəlib dağlara çata bilərsən” burada insanın dikbaşlığından danışılır.
DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ «SALEH INSANLARIN ÜLVI ƏXLAQI» KITABI