Bəyənilməyən xüsusiyyətlər

DÜNYA HƏYATININ FITNƏSINDƏN QORUMA, ÇƏKINDIRMƏ
Allah Rəsulu ﷺ həmişə möminlərə unudulmasına yol verilməyən bir həqiqəti xatırladardı. Bu həqiqət də onların bu dünya həyatında sadəcə müsafir olmalarıdır. Bu xatırlama onları dünya sevgisinin tələsinə düşməkdən qoruyurdu. O ﷺ deyərdi : “Bu dünyada qərib adam və ya yol keçən müsafir kimi ol, özünü qəbirdə yatanlardan biri kimi hiss et, səhər duranda nəfsinə axşama kimi qalacağına, axşam olanda da nəfsinə səhərə kimi qalacağına ümid vermə, xəstələnməmiş sağlamlığından, qocalmamış cavanlığından faydalan, məşğul olmamışboş vaxtından faydalan vəfat etməmiş, həyatından faydalan. Həqiqətən sən bilmirsən ki, sabah sənin adın nə olacaq”. İmam əl-Cüneyddən soruşulanda ki, hansı elm daha fəzilətlidir? O dedi: “Səni nəfsindən uzaqlaşdırıb Allahı tanımağa yönəldən (yaxınlaşdıran) elmdir. Mənfəətli (xeyirli) elm sahibini təvazökarlığa aparan, nəfsi ilə davamlı mübarizə etdirən, qəlbi qoruyan, zahirinə nəzarət etdirən, Allahdan qorxmağa vadar edən elmdir. Eləcə də bu elm insanı dünyadan və dünyanın arxasınca gedənlərdən uzaqlaşdıran, dünyanın az miqdarı ilə razı olmağa, dünya əhlindən uzaqlaşmağa, dünya malını dünya əhlinə tərgiməyə aparan, insanlara səmimi nəsihət verməyə dəvət edən, onlarla gözəl rəftar etməyi tövsiyə edən, kasıblarla olmağı, Allah dostlarını (övliyaları) təzim etməyi və sənə mühim olan şeyə çağıran elmdir”.
Əli ibn Əbu Talib möminləri uzun ümüdlü olmalаrından və nəfsin həva – istəklərinin arxasınca getmələrindən çəkindirərdi. Ona görəki, bunlar dünya sevgisinin səmərəsidir. Və deyərdi: “Sizlər üçün ən qorxduğum iki şey var: “Ümüd, arzuların uzun olması və nəfsin həva – istəklərinin arxasınca getməkdir. Siz axirət övladlarından olun, dünya övladlarından olmayın”.

FANI DÜNYA HAQDA DEYILƏNLƏR
Artiq Alimlər və Əməlisaleh insanlar dünyanın mahiyyətini, onun fitnəsindən necə çəkinməyimizi açıq – aydın bəyan ediblər. İndi sizin üçün özündə bütün yaxşılıqları cəm etmiş onların dediklərindən bəzilərini zikr edəcəyik (söyləyəcəyik) :
1.İmam Cüneyd həzrətləri deyib: Kim səhər dünya həyatının çətinliklərinə şikayətlənərək qalxarsa o, Allahından şikayət etmiş olur. Kİm dünya işlərindən ötəri hüzn edərsə o, Allaha qəzəbləınmiş sayılır. Əgər kimsə bir zənginə onun var – dövlətinə görə alçaqlıq göstərərsə onun dininin artıq üçdə ikisi getmiş (silinmiş) olur.
2. Alimlərdən biri deyib: Əgər Allahu Təala birini özünə dost seçmək istəyərsə ona dünyanı iyrənc göstərər.
3. Bir başqasi deyib: Ey mürid, sən dünya malından, insanlara əl açmayacaq qədər mal saxla, dünyanı tərk etməkdə həddi aşma.
4. Şeyxlərdən biri deyib: İki xislət var hansı ki, qul əgər bunlara əməl edərsə gecikmədən onu imam – öndər seçərlər: biri – dünyaya arxa çevirmək, ikincisi –din qardaşlarını üstün tutaraq onların etdikləri çətinliklərə tab gətirmək.
5. İmam əş-Şazəli deyir ki: Qul dünyaya və dünya malının arxasınca gedənlərə nifrət etməyincə, dünya və axirətin nemətlərindən qəlbən imtina etmədikcə Allah ﷻ onu sevməz.
6. Eləcə də o deyir ki, Dünyanı sevən bir kimsəni Allah ﷻ sevməz. Mürid dünyadan əl üzməli, qəlbindən dünya sevgisini silməlidir. Ey müsəlman bilki, həqiqətən dünya yox olan bir kölgə, Allahla qulu arasında olan bir pərdədir. Qəlbində zərrə qədər dünya sevgisi olan həqiqi qul sayıla bilməz. Üstəlik, bütövlüklə dünyadan imtina etməzsə Allah ﷻ tərəfindən qəbul olunmaz.
TƏRIFƏLAYIQ XASIYYƏTLƏR ÜBUDIYYƏT ÜBUDIYYƏTIN MAHIYYƏTI
Sən bil, əslində übudiyyət sahib olduğun (pislikdən çəkindirən) gücün və (yaxşılıq etməyə kömək edən) qüvvətin sənə məxsus olmayıb yalnız Allaha ﷻ aid olmasını qəbul etməkdir. Bu eləcə də sənə əmr olunanı yerinə yetirmək, sənə nəhy (qadağan) olunandan isə uzaq durmaqdır.
Bununla birgə übudiyyətin həqiqətini bəyan edərkən alimlər müxtəlif fikirlər söyləyiblər. Lakin buna baxmayaraq hamısı bir fikirdə ittifaq ediblər ki, bu da: Übudiyyət (Allahın həqiqi qulu olmaq) Rübubiyyəti (Allahın hökmranlığını – hakimiyyətini) başa düşmək, anlamaqdır. Çünki übudiyyət – qulluğun sifətləri rübubiyyət sifətlərinin açıq, aydın tam əksidir. Yəni qul Allaha aid olan sifətlərin tam əkisni özündə kəsb edir. Qüdrət sifəti (yəni hər şeyə gücü yetmək) Allaha aid olduqda qulun sufəti isə onun tam əksi olan acizlikdir. Böyüklük, Əzəmətli olmaq Allahın sifətidir. Qul sifəti isə bunun əksi olan həqirlik və özünü alçaq görməkdir və s. İndi biz sənə Dahilərin Allaha ﷻ həqiqi qulluq haqda söylədikləri təriflərdən bir neçəsini deyəcəyik.
1. İsa peyğəmbər u deyib: “Allah qarşısında qul olmaq hər hansı iddia və mübahisəni tərgimək, bəla – müsibətlərə tab gətirmək və eləcə də Allahı ﷻ sevməkdir”.
2. Zünnun əl-Misri deyib: “Qulluq hər vaxtı Allahın ﷻ qulu olmaqdır, necəki O, həmişə sənin Rəbbindir. Peyğəmbərin ﷺ dediyi kimi: “Allahu Təala üçün Ona həmişə, hər halda qulluq edən quldan hörmətlisi yoxdur”.
3. Və yenə deyiblər ki: “Qul olmaq bəsirət qözü ilə ibadətə layiq olan Allahı ﷻ görməklə etdiyi ibadəti görməməkdir”. 4. Eləcədə deyirlər ki: “Übudiyyət (həqiqi qul olmaq) dörd xislətdə bilinər: əhdin (verilən sözün) yerinə yetirilməsində, Şəriətin hüdüdlarını aşmamaqda, olana razı olmaqda və olmayana səbr etməkdə”.
ÜBUDIYYƏTIN (ALLAHA HƏQIQI QUL OLMAĞIN) ƏLAMƏTLƏRI
Hər şeyin özünə xas əlaməti, nişanəsi olduğu kimi übudiyyətin də özünə məxsus əlamətləri var. Bunlardan işin tədbirini görməyi, planlaşdırmağı tərgiyib hər işdə Allahın ﷻ təqdirini yəni qədər yazısını görmək və Allahın ﷻ seçimi qul üçün ən yaxşı seçim olduğunu anlamaqdır. Rəvayətə görə İbrahim ibn Ədhəm qul alanda ondan soruşur:
– Sən nə yeyirsən?
– Qul da cavabında – sən nə versən onu.
– Bəs nə iş görürsən? – Sənin dediyin işi.
– Sən nə istəyirsən?
– Sahibinin iradəsi qarşısında qulun nə istəməyə ixtiyarı olar – deyə cavab verib. Bu vaxt İbrahim nəfsinə çönüb deyir:
“Ey fağır, onun sənə etdiyi itaətkarlığı sən Allaha ﷻ bir saat belə etməmisən”. İmam Əli əl-Xəvvas şagirdi əşŞəraniyə bu cür nəsihət edərdi: “Allahın sənə verdiyi təamlardan ehtiyacın olan qədər ye, artıq yemə, dala qalanı isə Allahın ﷻ buyurduğu kəslərə ver. Gücünü nəfsinin işlərini tədbirə salmağa sərf etmə, Allaha dua et ki, Özü sənin işlərinin tədbirini gözəl görsün”. Bu zaman əş-Şərani soruşur: “Mən Allahdan mənə halal ruzi verməsini istəyimmi?” Ustadı deyərki, istə və bu duanı oxu:
“Ey Allahım halal ruzimə bərəkət ver və dünya və axirətdə mənim eyiblərimi gizlət, Ey Səxavətli və Kərim olan Allah”. Ardınca dedi: “Sən nə olursa olsun bir müsibət gələrsə əgər şikayət etmə, işlərini Allaha həvalə edənə Allah elm də verər, ona uyğun əməl də hətta insanlar onu imam (başçı) da seçərlər. Həqiqətən Allah hər şeyə qadirdir”. Übudiyyətin əlamətlərindən biri də qulda nə varlığın nə də yoxluğun nişanəsinin bilinməməsidir. Hər ikisi onun üçün eyni bərabərdə olmalıdır. İbadətin çətinlərini öz nəfsinə etdirməli, başqaları üçün isə imkana baxıb genişləndirməlidir. Rahatlıq və ləzzətlərə meyl etməməlidir. Alimlər deyirlər:
“Özünə qulluqçu tutmadıqca qul qul olur. Nə vaxt ki, özünə qulluqçu tutar artıq übudiyyət məqamından düşər ədəbi tərgimiş olar”. Übudiyyətin ədəblərindən sayılır ki, qul dörd şeydən narahat olmasın və qorxmasın: aclıqdan, paltarsız qalmaqdan, yoxsulluqdan və alçaqlıqdan. Allahın ﷻ hökmlərindən heç birini rədd etməməlidir. Ehtiyat üçün heç nəyi saxlamamalıdır. Allahdan qeyrisindən kömək istəməməlidir. Rübubiyyət Haqq olan Allahın ayrılmaz sifəti olduğu kimi, Übudiyyət də qulun ayrılmaz sifətidir. Elmi və əməli vasitəsi ilə Allaha ﷻ ehtiyacı, insanlara isə təvazökarlığı artmayan hər bir kəs mənən həlak olmuşdur. Var – dövlətinə güvənən yoxsul, ad – sanına güvənən həqir, qohum – əqrabasına güvənən – zəlil, etdiyi xeyirxah əməllərinə güvənən müflis, Allaha güvənən isə həqiqi zəngindir.
DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI