Təkəbbürlü insanlara nəsihət
Təkəbbürlü insanlara nəsihət

Əziz müsəlmalar! Əgər siz hər şeyə qəlblə yanaşsanız, qəlb gözü ilə baxsanız, (bəsirət ) hər şeydə Haqq olan Allahı ﷻ görəcəksiniz və hər şeyin Allah tərəfindən idarə olduğunun şahidi olacaqsınız. Uca Allahın yaratdıqlarını necə həqir, zəlil görürsüz? Allahu Təalənin ﷻ xəlq etdiklərini həmişə gözünüzlə də qəlbinizlə də uca edin. Sən bil, başqalarının eyiblərini görən mürid heç vaxt mənəvi kamilliyə çatmaz. Mürid nə qədər ki başqalarının eyiblərini görür deməli onu tərbiyə edəcək, mənəvi cəhətlərini təkmilləşdirəcək birinə ehtiyacı var hansı ki, onu mələklərin, peyğəmbərlərin və əməli saleh insanların məqamına çatdırsın.
Şeyx Mühyiddin bin Əl-Ərəbinin başına belə bir əhvalat gəldi. Günlərin bir günü o səfərə yola düşmək üçün gəmiyə minir. Yolda külək yüksəlir və dənizdə fırtına baş verir. Bu zaman o dənizə: “Göl sakin ol, sənin üstündə dəniz qədər elm var!”. Onun bu sözlərindən sonra dalğalar sakitləşdi və ordan böyük bir heyvan çıxaraq Muhyiddinə dedi: “Ey Mühyiddin, mən sənə bir sual verəcəm əgər sən bu suala cavab versən onda sən alimsən, yox cavab verməsən onda sən cahilsən”. O, soruşdu: “Bu nə sualdır ki?” Heyvan da dedi: “Allah əgər bir qadının ərini hər hansı bir şeyə döndərərsə (insana yox), o başqasına ərə getmək üçün hansı iddəyə əməl getməlidir: əri ölmüş qadının, yoxsa boşanmış qadının?”. Mühyiddin necə cavab verəcəyini bilməyənədə heyvan ona dedi: “Əgər sən məni özünə mürşid etsən onda mən bu sualın cavabını sənə deyərəm”.
Mühyiddin razı olur və heyvan bu suala belə cavab verir: “Əgər əri hansısa bir heyvana döndəriblərsə onda həmin qadın boşanmış qadın kimi iddə müddətini tamamlayır. Yox əgər əri hər hansı bir cansız əşyaya döndəriblərsə, onda həmin qadın əri ölmüş kimi iddə müddətini tamamlayar”. Bu hadisədən sonra Mühyiddin heç vaxt özündə elm olduğuna nəyin ki iddi emək hətta işarə belə etmədi. Aşağıdakı sənin söyləyə biləcəyin kəlmələrə bir diqqət yetir: “Əgər qarşımdakı adamın mənim ona qarşı təvazökar olmağımdan, onun yanında özümü ondan alçaq olduğumu göstərməkdən kibirli və təkəbbürlü olacağından qorxmasaydım, mən onun qarşısında özümü təvazökar və alçaq aparardım”. Sənin bu sözlərində kibrin son dərəcəsi yerləşir. Çünki sən özünü ondan üstün tutursan sonra da onun səviyyəsinə enirsən. Amma Allahı tanımış arifunların təvazökarlığı, özləri haqda alçaq fikrdə olmaları tamamilə kibirsizdir, çünki onlar fikirləşmirlər ki, özlərinin mənəvi səviyyələri hansısa bir müsəlmanın mənəvi səviyyəsindən üstündür. Peyğəmbərlər belə məsum (günahdan qorunmuş) olduqları halda Allaha dua edərdilər ki, onları şeytandan və dəccalın fitnəsindən qorusun. Seyyid Əli Əl-Xəavvas deyib: “Dəccalın fitnəsi – bu elə bir qorxudur ki, hansıki bunu insanlar o Allaha aid xüsusuyyətlərin özündə olduğuna iddi etməyə başlayanda təsdiq edəcəklər”. Qüdsi hədislərin birində Uca Allah deyir: “İzzət və kibriya Mənim libasımdır (Yəni bunlar ancaq Uca Allaha xas xüsusiyyətlərdir). Kim bu ikisindən birini Məndən almaq istəsə onu yox edərəm”.
Əziz müsəlmanlar, kimlərisə mühakimə etməkdən çəkinin, ehtiyatlı olun. Doğrudan da Uca Allahın qul surətində olan padişahları və eləcə də padişah şəklində surətində olan qulları var. Uca Allah qulunun üzərinə übudiyyət libasını geyindirərək onu öz gözünə qul, ətrafdakılarının gözünə isə seyyid kimi göstərər. Bilin ki, nəfsini fironun nəfsindən yaxşı görmək də kibirdən sayılır. Borcunu nəfsdən də gec verən, uzadan borclu yoxdur. Şeytandan böyük düşmən yoxdur. İstək, arzu, şəhvətdən də güclü rəqib yoxdur. Kibr qədər Allahın inayəsini, köməyini uzaqlaşdıran başqa bir şey yoxdur, çünki yağış suyu aran torpaqlarda yığılır, dağlıq zirvələrdə yığılmır. Mütəkəbbir, kibirli insanların qəlblərinin misalı da eynən bu cürdür: Allahın rəhməti onların qəlblərini tərk edərək təvazökar insanların qəlblərində məskünlaşır. Burada kibirli insanlar dedikdə söhbət haqqı qəbul etməyən, onu inkar edənlərdən gedir, gəşəng və gözəl geyinməyi xoşlayanlardan getmir.
Allah Rəsulu ﷺ deyir: “Kibr haqqı qəbul etməməkdir” yəni onu rədd etmək və insanlara xor baxmaqdır. Lakin sən elə fikirləşmə ki, kibr, təşəxxüs sadəcə yüksəkrütbəli və zəngin insanlara aid, xas bir keyfiyyətdir. Kibr bəzən şam yeməyinə əzüqəsi olmayan birində də özünü bildirə bilər. Kibr, lovğalıq, təşəxxüs ancaq fəsad edər islah etməz. Çünki bu Allahın ﷻ yaratdıqlarına dikbaşlıq etməkdir. Unutma ki, günah əməllər edərək özlərinə zülm edən insanlar necə iyrənc əməllərlə məşğul olsalar da sən özünü onlardan üstün görməli deyilsən. Mürid əgər özünü itdən və çibindən belə üstün görərsə mənən böyük insanların kamilliklərindən məhrum qalar. Bəli, sən onlara haqqı qoyaraq nahaqqın, yalanın arxasınca gedərək Allahın yolundan uzaqlaşdırıldıqları üçün qəzəblənə bilərsən.
Bu qəzəb Allah ﷻ üçün edilmiş sayılar . Çünki ola bilər ki, onlar tövbə edərlər və Allaha dönərlər və onların vəziyyəti (halı) bizim vəziyyətimizdən də (halımızdan da ) yaxşı ola bilər. Əş-Şərani ustadı, mürşidi Əli Əl-Xavvasdan soruşur: “Mən bir elmə əməl edən alim olaola özümü cahildən və fasiqdən aşağı səviyyədə necə görüm?”. Mürşidi cavab verir: “İnsanların birbirilərindən üstünlüyü bədənləri ilə yox, onlarda olan sifətlərlə, xüsusiyyətlərlə olur. Uca Allahın ﷻ Qurani-Kərimdə dediklərinə bir fikir ver: “De (Ey Peyğəmbər) Mən də sizin kimi bir insanam, mənə vəhy olunur” (surə “əl-Kəhf”, ayə 110). Uca Allah ﷻ Peyğəmbər və başqa insanlar arasında fərq qoymadı, lakin fərq ancaq onlara endirilən vəhy və onların Uca Allah qarşısında olan itaətdir, hansı ki, bütün insanlar da bunun üçün yaradılıblar. Beləcə məlum olur ki, üstünlük dəyişilməyən (sabit) şeylərlə olur, lakin insanın elmi, mənəvi əhvalı sabit deyil və hər an dəyişilə bilər». Elə buna görə də səni əgər bir anlığa elmdən məhrum etsələr səni cahildən üstün göstərən fəzilətin səni tərk edər. Müsa peyğəmbərin u yanında iki nəfər tanınmış nəsli ilə öyünməyə başladılar.
Onlardan bir: “Mən filankəsin oğlu filankəsəm” dedi və doqquzuncu arxaya kimi babalarının adlarını çəkməyə başladı. Bu zaman Allah ﷻ Musa peyğəmbərə u vəhy nazil edərək deyir: “Ona de: “Səndən öncəkilərin hamısı cəhənnəmdə yanırlar, sən də onuncu olaraq onların arxasınca gedəcəksən”. Sən bil, üç əməl vardır hansı ki, onlar sadəcə alicənab, kərəm sahibi insanlarda olur: birincisi - malını, varını ehtiyacı olanlara xərcləmək. İkincisi – Zəif müsəlmanlara kömək etmək. Üçüncüsü – Təvazökar olmaq və insanlardan gələn çətinliklərə və əziyyətə səbr etmək. Əbu Səidin rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ belə deyir: Rəhman olan Allahın alimləri təvazökarlıq və xüşu sahibidirlər. Hökmdarların alimləri isə kibr və dikbaşlıq sahibidirlər.
Deyilir ki: “Təvazökarlıq heç kimin həsəd aparılmadığı bir nemətdi. Kİbr elə bir müsibətdir ki, heç kimə rəhm etmir, acımır. İzzət təvazökarlıqdadır, kibrdə izzət axtaran, heç vaxt tapmaz”. Peyğəmbər ﷺ deyib: “İnsanların onu ayaq üstə qarşılamasını istəyən şəxs Cəhənnəmdə özünə yer hazrlasın”. Sələfu salehlərlərdən insanlara onların təvazökarlığına uyğun hörmət, ehtiram etməyi barədə söz alıblar. Ona görə də hörmətə, ehtirama ən çox Allaha və insanlara qarşı təvazökar olanlar layiqdir. Seyyid Abdulqadir Geylanı deyir: “Mən Allahı tanımaq dərəcəsinə gecələri ibadət edib, gündüzləri oruc tutaraq deyil, səxavətli, təvazökar, səmimi olaraq, Allaha ondan asılı, ona ehtiycım olduğmu göstərərək, bütün nemət və bərəkətin Ondan olduğunu bilərək, təsdiq edərək və hər hansı bir əməl etməyə güc və qüvvətin özümdən olduğunu inkar edərək nail olmuşam”. Təvazökar insana Allah Özünə yaxınlaşmaq imkanı verir. Peyğəmbər ﷺ deyib: “Uca Allaha yaxınlaşan hər kim mütlək təvazökar olar”. İnsanın başqasına zülm etməsi, onunla mübahisə etməsi, onun Uca Allahdan uzaq olmasını biruzə edir.
Nəsıhət
Ey qardaşım sən bil ki, din nəsihətdir. Peyğəmbərin ﷺ hədisində deyildiyi kimi “Din nəsihətdir”. Səhabələr – “Ya Peyğəmbər ﷺ bu kimlər üçün nəsihətdir?” soruşdular. Peyğəmbər ﷺ cavabında: – “Uca Allaha, Qurani – Kərimə, Allahın Peyğəmbərinə r, imamlara və bütün insanlara münasibət üçün nəsihətdir” dedi. Nəsihət edən şəxs bu ədəblərdən hökmən istifadə etməlidir. Nəsihət edərkən:
1. Niyyət təmiz, Uca Allahın razılığını qazanmaq üçün edilməlidir. Ad – san qazanmaq yaxud qəzəbi söndürmək üçün nəsihət etmək olmaz.
2. Nəsihət təklikdə edilməlidir, ümumilikdə şəxsin ayıblarının açılmasına gətirib çıxarar.
3. Nəsihət edərkən yumşaq və həlim danışılmalıdır ki, nəsihət alanın qəlbi qırılmasın.
4. Nəsihət edən etdiyi nəsihətə əməl edən olmalıdır ki, Uca Allahın qəzəbinə tuş gəlməsin. Uca Allah ﷻ demişdir: (Əs-Saf surəsi 2 – 3 – cü ayələr) “Ey iman gətirən insanlar, niyə dediklərinizə əməl etmirsiniz? Əməl etmədiyiniz işlər haqqında danışmağınız Uca Allahın qəzəbini gücləndirir”. Ən böyük nəsihətlərdən biri insanın öz nəfsinə nəsihət etməsidir ki, nəfsiniz pisliklərə və Uca Allahın vəlilərinin inkarına sürükləməsin. Əgər o, vəliləri öz cahilliyinə (savadsızlığına) görə inkar edirsə, əvvəlcə bu sahədə elmini artırmalıdır. Vəlilərin həyat tərzini, onların insanları düzgün yola çağırmaları haqqında yazılan haqq – düzgün alimlərin kitablarını oxumalıdır.
Çünki ona bilmədiyini inkar etmək haramdır. Uca Allah ﷻ demişdir: (İsra surəsi 36 – cı ayə mənası) “Bilmədiyinin ardınca getmə. (Yəni bilmədiyini, görmədiyini demə) Çünki həqiqətən gözlər, qulaqlar və ürək sorğu – sual ediləcəklər”. Beləliklə, insan üç əməldə cəmləşməlidir: – düzgünlüyünü ifadə etdiyinə əməl et, həqiqət olmadığını bəyan etdiyindən uzaq ol, sənə qaranlıq olanı, şübhə etdiyini isə bilənlərdən soruş
DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ
“SALEH INSANLARIN ÜLVI ƏXLAQI” KITABI