Allahın ﷻ qədərınə razı olmaq və bütövlüklə ona təslım olmaq allaha ﷻ olan ıbadət və qulluğun (übudıyyətın) son zırvəsıdır

Allahın ﷻ qədərınə razı olmaq və bütövlüklə ona təslım olmaq allaha ﷻ olan ıbadət və qulluğun (übudıyyətın) son zırvəsıdır

Həqiqətən də Allahin ﷻ qədərinə razi gəlmək (ərRiza) və bütövlüklə ona təslim olmaq (ət-Təslim) bunlar ikisi Allaha ﷻ olan ibadət və qulluğun (übudiyyətin) ən son zirvəsidir. Islamın kamilliyi hər işini Uca Allaha ﷻ həvalə etmək və muti olmaqdır.

Əgər bütövlüklə Allaha ﷻ təslim olma məqamına sahib olan birinin boynuna İblisin boynuna qoyulmuş lənət boyunluğu qoyularsa, Allahın bu qədəri və hökmüilə də razı qalar, necəki Allahın ﷻ islam və iman qədərilə razıdır. Çünki Allaha ﷻ həqiqi ibadət edən Onun qədəri – hökmü ilə daima razı qalar, özünün əməlləri ilə isə yox! Bir insanın başına arzu olunmaz iş gələrsə və bu onda narahatçılıq yaradarsa deməli o nəfsinin quludur. Əgər bu onda heç narahatçılıq yaratmazsa deməli o Rəbbinin quludur. Bu da hər bir əməlin kökü və əsasıdır. Buna görədə Allaha ﷻ gedən yolun yolçusuna yaraşanı da Ona ﷻ daima qul olmaqdır, necəki, O da onun daimi Rəbbidir. Necə də gözəl deyiblər: Sənin üçün fərq edərsə tərif ilə məzəmmət, Bütə sitayiş edənlərdən sayılarsansən əlbət.

Bu da bütün təriqətlərin şeyxlərinin etiraf edərək razılığa gəldiyi bir əsasdır. İmam əş-Şərani şeyxi Əli əl-Xəvvasdan soruşur: “Mən yoxsullarla necə davranım: onlara əl tutub kömək edərək səxavətli olum, yoxsa onları öz halı ilə baş – başa qoyub onları yoxsul edən Allahın ﷻ işinə qarışmayıb ədəb göstərim?” O, dedi: “Mənim fikrimcə ədəb göstər. Çünki əgər Allah ﷻ bir zəngini yoxsul edirsə deməli, Allahın ﷻ burada bir məqsədi var və sən bunu bilmiş ol. Həqiqətən Allah ﷻ aləmdə baş verən hər şeyi görür və eşidir. Sən Allahla ədəbli ol və Onun yaratdıqlarını da gördüyün halda tərgiyərək onlara ədəblə yanaş. Allahdan ﷻ izin olmadan onların halını dəyişməyə çalışma. Olur ki, sən ədəbsizlik edərək Allahın ﷻ yoxsul yaratdığı bir qulunun zəngin olmasını arzu edərsən, Allah da sənin halını onun halı ilə dəyişər və sənin halını sənin və özünün istədiyi haldan sənin istəmədiyin ancaq Allahın ﷻ istədiyi hala çevirər. Necə ki, sən yoxsulun Allahın ﷻ istədiyi və qulu üçün razı olduğu vəziyyətinin dəyişməsi üçün çalışmışdın. Sonra da Allah səni əfv edib sənə əzab verməsə də bu əfv də sənə qurulmuş bir tələ olar, sənin xəbərin olmadan mənəvi cəhətdən həlak olanlarla birgə həlak olarsan”. Bilin ki, Allaha ﷻ olan ədəbsizliyin ən iyrənci, ən kobudu da Allahdan ﷻ hər hansı bir şeyi israrla, təkidlə istəməkdir.

İstədiyinə çatanda isə nail olduğu bu şey onu yorur müəyyən çətinliklər yaratdığı səbəbindən təşvişə düşür narahat olur və Rəbbindən bu nemətin götürülməsini istəyir. Ancaq əgər o Allahdan həya edərək ümumiyyətlə başdanca heçnə istəməsəydi, Allah ona onun arzu etdiyindən də artığını verərdi və aqibətini də gözəl edərdi. Buna görədə istəməmək ən layiqlisidir. Bu insanın öz nəfsinə aid olan məsələlərlə bağlıdır. Amma insanlara aid olan məsələlərdə isə burada heç bir maneə yoxdur. Bəzən nemətlər sınaqlarla gəlir, bəzən də sınaqlar nemətlərlə gəlir. Bizlər əgər nemətlərin batininə nəzər salsaq özündə cürbəcür bəla – müsibətləri ehtiva etdiyini taparıq. Bu bəlaların ən azı Allahın ﷻ bu vəya digər nemətlər sahibi qulundan dili ilə yox qəlbi ilə daimi şükr edərək haqqını verməsini tələb etməsidir. Eləcədə bu nemətlərin Allaha aid etməsi və Allahın məsləhət gördüyü yerlərə işlədilməsidir. Ancaq bizlər əgər bəla – müsibətlərin batini tərəfinə yəni gizli tərəfinə nəzər salsaq bunun ən böyük nemətlərdən olduğunu görərik. Çünki bu cür bəla – müsibətlər bizlərdə peşmançılıq, itaətkarlıq və təvazökarlıq hissi oyadır. Uca Allahın ﷻ bizlərə çalışmağımızı buyurduğu ibadət və elmlərdən məqsəd bizim Ona ﷻ yönəlməyimizdir. Peyğəmbərlərin ﷺ və kamala yetmiş Övliyaların nəfsləri zəhmət çəkərək təvazökarlıqda ən son həddə çatıblar.

Və buna görə də onların nəfsləri eyblərə bulaşmayıb. İndi isə söylənəcəklər haqda dərindən düşün. Nəfsini təzkiyə etmədən ibadət edən şəxs əməllərinə heyrətləndiyi zaman əgər, Allah ﷻ ona mərhəmət etmək istəyərsə, onu böyük günaha salar. Beləliklə, qonşuları, dost – tanışları arasında hörmətdən düşürər və onu hakimin yanına cəza almaq üçün gətirəcək birini göndərər. Adı günahkarlar siyahısına yazılar. Bundan sönra o, nəfsini iyrənc bir şey qədər həqir görməyə başlayar. İmam əş-Şərani yuxuda əsrarəngiz səs eşidir: “Ey Əbdülvəhhab, bütün səmavi kitablarda deyilənlərin ölçüsü olan və bütün kəlamları özündə birləşdirən bu sözə qulaq as”. İmam yuxuda “Bəli qulaq asıram” dedi. Ardınca o səs: ”Qulun, iki nəfəs arası qədər zaman ərzində nəyisə tərgitməyin və ya etməyin seçimi ilə qəlbini məşğul etməyə ixtiyarı yoxdur. Lakin onun borcudur ki o, Mənim onda zahir etdiyim əməli edərkən bu əməlin haqqını versin. Əgər əməl itaətdirsə, Mənə həmd – şükr edər və bu əməli edərkən etdiyi səhvə görə Məndən bağışlanmasını diləyər.Yox, əgər bu əməl Mənə qarşı asilik olarsa, bu qədərə (alın yazısına) görə Mənə şükr edər və əmrimə qarşı gəlib asilik etdiyinə görə Mənə günahlarının bağışlanması üçün dua edər.

Ya da ki, bu əməl səhv, qəflət olarsa buna layiq olan yaxşı əməllə əvəz edər. Beləliklə, Mən səndə zahir etdiyim bütün əməllərlə yanaşı Mənə edəcəyin ədəb yolunu təqdim etdim”. Artıq sənə aydın oldu ki, bizim edəcəyimiz hər bir əməlin dərmanı mövcuddur. Həqiqətən insanın əsl misalı qapıda qoyulan qapıçının misalıdır – hansı ki, batini və zahiri əzalarıyla əməlini zahir edir. Sonra o, etdiyi əmələ uyğun haqq verir. Yalnız həqiqi qul hər vəziyyətində özünün qul olduğunu unutmaz. Mərifət (Allahı tanımaq) yolunda kamala çatmış kəs hər şeyin əslinə diqqətlə baxar. Amma öz əməlində nögsan görən - Allaha şirk qoşmuş olur. Uca Allah ﷻ bizdən heç vaxt əməlləri xəlq etməyi (yaratmağı) tələb etmədi. O, dedi: “Siz Mənim yaratdığım əməllərdən başqa bir şey etməyin”. Buradan aydın olur ki, qulun həddindən artıq günahlara peşman olması, onun əməllərini həddən artıq özünə aid (nisbət) etməsi ilə bağlıdır. Lakin qulun asi əməllərini həqir, kiçik görməsi yol verilməzdir. Günahları nə qədər böyük, çox görərsə bir o qədər dində istedadı, müvəffəqiyyəti güclənər və onu ihsan (qəlbin təmizlənmə) mərtəbəsinə ucaldar. Qəlbin təmizlənmə (ihsan) mərtəbəsinə ucalan zaman da Allahın əfvi (mərhəməti) qarşısında öz günahının heçnə (həqir) olduğunu görər. Çünki o, Allahdan başqa fail (yaradan, edən) görməz. Qardaşım, sən ehtiyatlı ol ki, ihsan dərəcəsinə çatmış birinə deyilən kimi sadə möminə də günahlara peşman olma deməyəsən, çünki bu söz onu həlak edər. Sən bil, Allahı ﷻ tanıyan, mərifət məqamına ucalmış arif heç bir əməlin yaranmasında özünün iştirakını görməz o, yalnız nəfsinə əməllərin zahir olduğu bir yer kimi baxar. Çünki bu, bir keyfiyyətdir, sadəcə bədən əzalarında özünü biruzə verir. İnsanın əzaları əməllərinin giriş – çıxış etdiyi qapı kimidir.

Qapıdan istifadə edən insanlar qapıdan yaranmadığı kimi əməlləri də özləri yaratmır sadəcə zahir edir. Əgər qulun özü Allahın ﷻ yaratdığı bir məxluqdursa, burada Allahın iştirakı olmadan Onun ﷻ qəbul edəcəyi əməl necə yarana bilər? Axı nəfs və ondan zahir olan bütün əməllər Allaha aiddir və Onun mülkü sayılır. Bunu yaxşı başa düşən, nə özündən zahir olan çoxlu yaxşı əməllərə sevinməz nə də ki, onların az olmasına peşman olmaz. Şeyx əş-Şazəli deyir: “Mən yuxuda özümü bir nəfərlə birgə ustadımın qarşısında oturduğumu gördüm. Ustadım mənə dedi: “Məndən dörd nəsihəti yadda saxla, biri bu adama aiddir – üçü isə şəxsən sənə aiddir: 1. Özün üçün heçnəyi seçmə, ən yaxşısı seçim etməməyi seç. Hər bir seçim etməkdən qaç və hətta bu cür qaçmadan da uzaq ol, hər şeydən Allaha qaç. Çünki O, deyib: “ Sənin Rəbbin istədiyi hər şeyi xəlq edər və seçər”. Şəriətin seçdiyi hər bir şey və etdiyi hər bir tərtib – bu elə Allahın seçimidir və sənin bura heç bir aidiyyatın yoxdur. Eyni zamanda bunlar sənə mütləq lazımdır. Qulaq as və müti ol! Əgər insanlar səninlə mübahisə etmək istəsələr, onlara de ki: “Allah sizin etdiklərininzdən xəbərdardlır”. 2. Sən dünyada zahid (tərki – dünya) olmağa çalış və işlərini Allaha ﷻ həvalə et, Ona təvəkkül et. Ona görə ki, Allaha təvəkkül həmişə hər işin köküdür. Bütün sözlərində, əməllərində xasiyyətlərində və mənəvi durumlarında Allahı özünə şahid tut və ona sığın. 3. Özünü şəkkdən, şübhə etməkdən, Allaha şirk qoşmaqdan, başqasında olana tamah etməkdən və hər hansı bir işdə Allaha etiraz etməkdən qoru.

Allaha səmimi qəlblə sidq ürəkdən ibadət et”. Ardınca da dedi: “Bu fağırın (yuxuda olan üçüncü şəxs) qəlbini xarab edən iki əməl var: o, dünya işini əvvəlcədən gördüyü tədbirinə etimad edərək görür, axirət işini isə Allahın verəcəyi mükafatına şübhə edərək yerinə yetirir. Hər hansı bir işin tədbirini görmədən əvvəl xeyir – dua istəyərək Allaha müraciət edin və Allah da sizə bu işi asanlaşdırar. Unutma ki, etdiyin hər bir pis əməl hansı ki, ardından səndə Allahdan qorxu yaradır və sən Allaha yönəlirsən, günah olaraq qeydə alınmaz. Biliyinizdən istifadə edərək, Peyğəmbərin sünnətinə əməl etməklə Allahın qismət etdiyi yerdən ruzinizi götürün. Sən məqam zirvəsinə yüksəldilmədən özün yüksəlməyə çalışma yoxsa ayağın sürüşər”.

Allahdan razi olana allahin rizasi nəsib olar

Uca Rəbbimiz deyib ki, Onun qulundan razı olmasının əlaməti, nişanəsi qulun da Ondan razı olmasıdır. Qurani – kərimdə Uca Allah söyləyir: “Allah onlardan razıdır, onlar da Allahdan” ( surə ”ƏlBəyyinə”, ayə 8). Bir mürid ustadına deyir: “Hiss edəndə ki, qəlbim Allahdan məmnundur bilirəm ki, Allah da məndən məmnundur. Bu zaman ustadı ona: “Sən necə də gözəl dedin ey oğul” – dedi. Allah Təala ﷻ Musa peyğəmbərə ﷻ vəhyində deyir:”Ey İmran oğlu, həqiqətən Mənim razılığım sənin mənim hökmümə razı olmağının içərisindədir”.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


УШAГЛAР НƏ ВAXТ ГƏДДAРЛAШЫР: ҜҮНAҺКAР КИМДИР?

Әбу Һүрејрәдән рәвајәт олунур ки, Аллаһ Рәсулу ﷺ демишдир:«Һəр бир ушaг мүсəлмaн (фитрəтəн Ислaм үзрə) дoғулур, дaһa сoнрa вaлидeјнлəри oну јəһуди, xристиaн вə јa aтəшпəрəст eдир». (Имaм Əһмəд, 7712; Буxaри, 1375; Мүслим, 2658)   Бу ҝүнләрдә мән сосиал шәбәкәдә хәбәр...


HӘQİQӘTİ MÜDAFİƏ ЕTMӘKDӘ SӘBАT. TАRİХDӘN NÜMUNӘLӘR

Müsәlmаnlаr bu gün pоlаdа bәnzәyirlәr, аmmа bu mеtаlın bir kеyfiyyәti vаr: о, tеz qızır vә еlәcә dә sоyuyur. Аncаq bunа bахmаyаrаq, bu mеtаl çох möhkәm, dаvаmlıdır. Bu gün biz dә sizinlә bеlәyik, pоlаd kimi, bәzәn dindә cаnfәşаnlıq göstәririk, bir müddәt bu...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...