Səbr göstərmək və nəfsın ıstəklərındən ımtına etmək

Səbr göstərmək və nəfsın ıstəklərındən ımtına etmək

Səbrın mahıyyətı

Səbr – mətanətli və dözümlü olmaq, şikayətlənməmək, nəfsini cilovlamaq, qəzəbini boğmaq, cəsarətli və ürəyi geniş olmaqdır. Zunnun əl-Misri deyib ki: “Səbr – şəriətə zidd hərəkətlərdən uzaqlaşmaq, bəla – müsibətlə üzləşəndə belə sakitliyi qorumaq, yoxsulluq vaxtlarında Allahu – təaladan ﷻ kömək dilədikdə rifahını təzahür etməkdir”.

Səbr etməyin (səbrin) əlaməti insanın özü necə bəla – müsibətin içində olsa da, dostlarından fərqlənməməkdir. Birdə deyirlər: ”Səbrin əlaməti – insan üçün nemətin də bəla – müsibətində eyni olmasıdır”.

Səbr etməyın fəzılətı və əcrı (savabı)

Uca Allah ﷻ səbr edənləri xüsusi olaraq böyük əcr – savabla mükafatlandıraraq dedi: “Yalnız səbr edənlərə (axirətdə) saysız – hesabsız mükafat veriləcəkdir!” (surə əzZumər, ayə 10). Allah ﷻ Peyğəmbərinə də ﷺ gözəl səbr etməyi əmr etdi (buyurdu): “Sən mətanətlə səbr et!” (surə əl-Məaric, ayə 5). Bir insanın gözəl səbr göstərməsi,onun insanlar arasında bəla – müsibətlə üzləşdiyi zaman özünü normal aparması və bunu biruzə verməməsidir. Uca Allah ﷻ möminlərə də nəfslərilə mübarizədə səbr göstərmələrini və xalqla səbrli, təmkinli olmalarını buyuraraq deyir: “Ey iman gətirənlər! səbr edin, dözün və qəlblərinizi Mənə ibadət etməklə bağlı edin”. (surə Ali İmran, ayə 200). Uca Allah ﷻ onu da bəyan edib ki, Qul əgər Allahın ﷻ inayəti, köməyi olmasa, səbr edə bilməz: “Sən səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir” (surə ən-Nəhl, ayə 127). Allah Rəsulu da ﷺ səbr etməyin fəzilətini bu cür bəyan etdi: “Səbr imanın yarısıdır. Yəqin (səhihlik, inam) isə onun hamısıdır”. Başqa bir hədisində deyir: “Bəlaya səbr etmək və ona razı olmaq kölələri azad etməkdən daha fəzilətlidir”. Bir başqa hədisdə də Peyğəmbər ﷺ deyir: “Necə də gözəldir möminin silahı: səbr və dua”. Başqa hədisi – şərifdə də yazılıb: “İbadətlərin ən fəzilətlisi cətinlikdən sonra, Uca Allahdan ﷻ yüngüllüyün gəlməsinə ümid etməkdir”. Əli səhabə u deyib: “Səbrin imana nisbəti, başın bədənə nisbəti kimidi” (yəni imanın kamilliyi üçün səbr vacibdir ).

Səbr haqda deyılmış gözəl sözlər

İslam alimləri səbr etməyin fəziləti və onun mahiyyətini bəyan edən sözlər söyləyiblər. Bunlardan bir neçəsini misal gətirmək istərdim:

1. Cüneyd əl-Bağdadi deyib: ”Səbr – bəla və çətinliklərin acısını üz – gözünü turşutmadan udmaq deməkdir”.

2.İbn Ətailləh əl-Hikəm deyir: “Səbr – bəla – müsibətə düçar olan zaman da Allaha olan ədəb – ərkanını, gözəl davranışını itirməməkdir”.

3. Bir də deyirlər: “Səbr – çətinliyə düşən zaman afiyətdə (səhhətli, sağlam) olduğu kimi özünü aparmaqdır”.

4. Əli əl-Xavvas deyib: “O – Quran və Sünnət əhkamlarında bərk durmaqdır”.

5. Əli ibn Əbu Talib t söyləyib: “Səbr – büdrəməyən minik heyvanıdır”.

Səbrın növlərı

Səbrin çoxlu növləri var, onlardan sayılır:

1. Nəfsə (nəfsə qarşı) səbr etmək:Şeyx əş-Şəzəli deyib: “Əgər kimsə pis dostlarından ayrılmaq istəyirsə o, birinci öz nəfsindən başlasın, nəfsinin pis, bəd xasiyyətindən ayrılsın. Axı nəfsi ona yaxın olanların ən yaxınıdır. İnsana yaxınları yaxşılıq edilməsinə başqalarından ən layiqlisidirlər”.

2. Bəlaya səbr etmək: Allahın ﷻ yazdığı qədərə etiraz etməmək. Başına gələn bəlanı başqasına şikayət olaraq yox, xəbərdar etmək niyyətil ilə söyləmək səbrin əcrini pozmaz. Ömər səhabə t deyib: “Əgər səbr və şükr hərəsi bir dəvə olsaydı, hansına minsəm də mənim üçün heç bir fərqi olmazdı”. Peyğəmbərdən ﷺ iman haqda soruşulduqda O: ”İman – səbr etmək və bağışlamaqdır” dedi.

3. Borcunu verə bilməyənin borcu gecikdirməyinə səbr etmək: Peyğəmbər ﷺ deyib: Borcunu verə bilməyənin borcu gecikdirməyinə səbr etmək sədəqədir hansı ki, Allah ﷻ bunun əvəzində borc verəndən, onun övladlarından və malından yetmiş cür bəlanı dəf edər». İnsanlardan gələn əziyyətə səbr etmək: Bu səbrin növlərindən ən böyüyü, səbr etməyə ən çətinidir. İlahiyyatçı alimlər bu haqda çoxlu rəvayətlər söyləmiş, təsəvvüf əhli də Allahı tanımağa gedən yolda bunun çox faydalı və mühim olduğunu vurğulamışlar.

İnsanlardan gələn əzıyyətə səbr etməyın fəzılətı, dəyərı

Müridin vacib əməllərindən biri qardaşı haqqında yaxşı fikirdə olmasıdır. Pis fikirdə olması isə onun batini aləminin,murdar olmasının nişanəsidir. Nə vaxt ki, mürid nəfsinə bəraət qazandırar və müdafiə edər, siz bilin ki, Allah ﷻ onun Özünə ﷻ yaxın olmasını layiq görməz. Təbiinlər insanlar (düşmənlər) tərəfindən çoxlu zərər görmüşlər hətta onlara zülm də edilmişdir, lakin onlar mərifullah dərəcəsinə çatdıqları (Allahı daha da yaxşı tanıdıqları) üçün heç vaxtı zalimlərə qarşı bəd dua etməyə tələsməyiblər. Etmiş olsalar da Allahın izni ilə etmişlər, nəfsi qəzəbləri üçün etməyiblər.

Əş-Şəzəli deyib:«Bir dəfə mən zalim birinə bəd dua etmək istədim, lakin bunun caiz olub-olmaması barədə məndə bir şübhə yarandı. O axşam gecə yuxuda Ustadımı gördüm , o mənə bunu dedi: “Sən düşmənini həlak etmək istəyirsənsə, tələsmə! Çünki, düşmənləri həlak etməkdə, Allah dostlarına kömək etməkdə tələsmək, nəfsin gizli şəhvətidir (istəyindəndir). Allahın ﷻ iradəsinə etiraz edən və nəfsini istəyi və şəhvətinin ardınca gedən (nəfsinin istək və şəhvətlərini yerinə yetirən) birindən daha zalım kim ola bilr?”. Məlumdur ki, əgər mürid nəfsinə tərəf çıxaraq ona bətaət qazandırarsa, onunla torpaq arasında heç bir fərq qalmaz. Nəfsinə tərəf çıxan həlak olmuşlarla birgə həlak olar. Nəfsini razı (məmnun) edən isə açıq-aşkar ziyana uğramışdır.

Beləliklə zəmanəmizdə insanlar arasında müxtəliflik (ziddiyətlik, fikir ayrılıqları,ayrılıq) və ixtilaf (münaqişə,mübahisə) yaratmaq istəyən adamların həddən artıq çox olduğu üçün, ümid var ki, sizlər Allah dostlarını (övliyalarını) şəriətə zidd olan yenilikklər gətirmiş hansı ki, özlərini zəkalı insanların, ağıllıların cərgəsində olduqlarını düşünən, baş düşmədikləri hər hansı bir şeyi pisləyən, Allah qorxusu zəif olduğu üçün bilmədikləri hər hansı bir şeyə qarşı mühakimə yürütən zalımların, bədnəzərindən (mənfi mənəvi təsirlərindən) qorumaq üçün sizinlə mübarizə edən həsədçi insanları bağışlayarsınız, iltifat göstərərsiniz və etdiklərini cavabsız qoyarsız. Bu kimi insanlar nə Quran-Kərimə əməl edərlər, nə Adəm övladlarının seyyidi olan Peyğəmbərdən ﷺ söylənən hədislərin ardınca gedərlər, nədə ki, arifunların haqq qanunları ilə yürüyən təriqətin tərəfində olarlar. Yuxarıda söylənənlərdən arzu olunan məqsəd-səbrli olmaq, hər işi Allaha həvalə etmək və ona təvəkkül edərək nə olarsa olsun axırının yaxşı olacağına inanmaqdır. Və O ﷻ bizə yetər və O ﷻ nə gözəl vəkildi.

Hər Musa üçün bir firon ləbuddur, hökmən olmalıdır. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir).

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-04-01 (Шаввал 1447 г.) №4.


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


ТƏЈƏММҮМҮН РҮКУНЛAРЫ (ФƏРЗЛƏРИ)

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   Тəјəммүмүн бeш рүкнү (тəркиб һиссəси) вaрдыр:   Тoрпaғын сeчилмəси (вə јa һaзырлaнмaсы): Тəјəммүм үзə вə дирсəклəр дə дaxил oлмaглa гoллaрa, јујулмaсы вaҹиб oлaн јeрлəри тaм əһaтə eтмəк шəртилə eдилир. Гүсл aлмaг зəрурəти јaрaндыгдa дa...


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...