İnsanların üzləşdikləri zərərləri səbrlə qarşılamalarının fəzılətı
İnsanların üzləşdikləri zərərləri səbrlə qarşılamalarının fəzılətı

Ey Müsəlmanlar! Bilin ki, bu zəmanədə insnaların etdiklərə zərəri bağışlamağın zəruriyyətinə diqqətlə yanaşmaq lazımdır. Onu da bilin ki, insanlara pislik etmək fikri qəlbindən keçənə və yaxud artıq bu pisliyi edənin birinin üzərinə Allah ﷻ onun qarşılıq verə bilməyəcək birilərini göndərər. Buna gərə də insan Allahdan həmişə özünü başqa insanların şərrindən və fitnəsindən qorumasını istəməlidir (dua etməlidir). Əgər insan günahsız olduğu halda da bu fitnə-şər üzərinə gələrsə, islam dininin tələb etdiyi ən əla üsul, tərz, tövr onların pis əməllərinə xeyirxahlıqla qarşılıq verməkdir.
Əgər bacarmırsa, onda fitnə alovunu söndürmək naminə onları bağışlasın, əvf eyləsin. Bunu da bacarmasa bu vaxt o Allahın ﷻ qədərinə boyun əyərək bunlara səbr etməsi və onların zərələrinə qarşılıq heçnə etməməsi gərək. Lakin ona qarşı onların şər əməlləri alovlanmağa başlayarsa, o pisliyi yaxşılıqla-yumşaqlıqla, həlimliklə və xeyirxahlıqla dəf etsin. Əgər buna da gücü yetməzsə onda o yeri tərk etsin oradan uzaqlaşsın. Əgər ki, bu səfər çətinlikləri ona oradan getməyə mane-əngəl olarsa və dediklərimizə də gücü çatmazsa, onda zahirən ən az zərər yetirərək qarşılıq versin. Və bundan sonra da onların şərrindən xilas olması üçün Allaha özündən onların şərrini dəf etməsinə yalvarıb-yaxarsın. Yuxarıda zikr olunanlara riayət etməyi İslam elmi bizdən tələb edir. Sizlərdən özlərinə qarşı başqaları tərəfindən pisliklərə düçar olanlar xasiyyətinin coşqunluğu, cahilliyinin zülməti, izzəti-nəfsi (mənlik hissi) tələb etdiyi kimi qarşılıqlı hərəkət etməyə tələməsməsin.
Edilən pisliklərə bu cür qarşılıqlı hərəkət edən məzlum olsa da dünya və axirətdə həlaka layiq olacağı pisliklər onun üzərinə başqaları tərəfindən sel kimi axar. Bu da ona görədir ki, qul bu kimi haqsızlıqlarla üzləşəndə əvvəlcədən Allaha ﷻ kömək diləyərək yönəlmədir. Ancaq qul, əgər yalvararaq halından şikayətlənərək Allaha ﷻ üz tutsaydı və öz acizliyini və zəifliyini Allaha ﷻ etiraf etsəydi, Allah qulu çətinliyə salmadan Özü insanların bu zərərini ondan dəf edərdi. Yaxud da ki, Allah ﷻ zülm, zərər edənləri ondan yayındıraraq başqa işlə məşğul etdirər. Və yaxud Allah ﷻ zərər çəkənin qəlbinə mərhəmət və gözəl səbr salar və o da Allahdan rahatlıq gələnə kimi bu haqsızlıqlara qəlbində olan səbr və mərhmətlə dözər, qatlaşar. Bununla da o, dünya və axirətin səvabına nail olar. Dunyada çatacaq mükafat desək bu- aqibətinin yaxşılıqla nəticələnməsi və insanların onun nə dərəcədə təmkinli və səbirli olmasını bilmıəsidir. Axirətdə çatası mükafat desək bu da –Allahın səbr etdikləri qullarlına vəd etmiş hədd-hüdudu olmayan əcr-səvaba nail olmasıdır.
Uca Allah ﷻ Qurani-kərimdə buyurur: “ .....səbr etdiklərinə görə Rəbbinin İsrail övladlarına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi” (surə Əraf, ayə 137). Başqa ayədə: “Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir” (surə ən-Nəhl, ayə 126). Qurani kərimdə səbr barədə bu və digər çoxlu ayələr də var. Bizim yuxarıda söylədiklərimizdən ibrət ala bilmədikləri üçün insanlar bir-birilərinin haqsızlıqlarına dözərkən daima çox əziyyət içərisində olurlar. Bu səbəbdən də onlar dünya və axirətdə çox böyük təhlükələrlə üzləşirlər yalnız Allahın ﷻ inayəti və qayğısı ilə əhatə olunmuşlar istisna olmaqla. Həqiqətən də sadə xalq (kütlə) özlərinə qarşı haqsızlıq, pislik edildikdə onlar yalnız səbəbkarı (özlərinə pisliyi edəni ) görərlər. Çünki, onlar (səbəbləri yaradan) Allahdan və onun hikmətlərindən uzaqdırlar. Bu cür insanlar dərhal nəfsinin gücü və hiyləgərliyi ilə özlərinə edilən haqsızlıga qarşılıq vermək üçün ayağa durarlar. Lakin onların bu acılara dözməyi uzun çəkər və uzun müddət (mənəvi korluq üzündən) bu əzab-əziyyətdə həbs olunarlar.
Bəsirət sahibi ağıllı insan isə başqası tərəfindən haqsızlığa tuş gələrsə o bilər ki, bu Allahın ﷻ təqdiridir hansı ki, buna Onun ﷻ köməyi olmadan heç kim qarşı gələ, dəyişdirə bilməz. Beləliklə ağıl və bilik insanı öyrədir və ondan tələb edir ki, o həmişə yalvar-yaxar edərək, özünün zəifliyini və acizliyini etiraf edərək Allaha ﷻ sığınsın və ona müraciət etsin. Heç bir şübhə yoxdur ki, bu cür davranmaq zəhmətsiz ondan bu kimi pislikləri dəf edər. Bundan sonra əgər insanlar tərəfindən ona qarşı şər alovları alışıb-yansa da ona zərər etməkdən aciz olarlar, çünki o, Allaha ﷻ sığınıb. Bununla belə kim Allaha ﷻ sığınarsa, ona güvənərsə heç kimin ona pislik etməyə gücü çatmaz. Bu zəmanədə yuxarıda söylədiyimiz kimi səbrli olmağa, səbrnən yanaşmağa, səbrnən qarşılıq verməyə hər kəs ehtiyac duyur. Dediyimiz bu yolda daima hərəkək edən dünya və axirətin səadətinə qovuşar. Kİm bu yoldan ayrılarsa Allah ﷻ onun işini özünün nəfsinə həvalə edər. Hansı ki, bundan sonra öz gücü və hiyləgərliyi ilə özünə edilən haqsızlıqa qarşılıq verməyə başlayçaq, nəticədə həm dünyada həm də axirətdə tamamilə həlak olacaq.
İşini Allaha həvalə edin nəqədər ki, insanlar bundan xəbər tutmayıb. Adətən Allah özünə əvvəlcədən kömək istəyərək müraciət edənlə bu cür davranır. Sən də bu cür et, çünki bu nadir tapıntıdır və təcili yetişən rahatlıqdır. Bunun köməkçisi də səbrdir.

Səbr etməyə kömək edən vasıtələr
Peyğəmbər ﷺ bizlərə bəzi dua və zikrləri öyrətibdir hansı ki, bunlar müsəlmana həyatda səbr etməyə kömək edəcəkdir. Peyğəmbər ﷺ deyib: ”Kim hər dəfə sübh namazından sonra bu on kəlməni söyləyərsə Allahu Taələ ona kömək edər və ondan ﷺ azı qalar; bunlardan beşi dünya, beşi də axirət üçündür”: 1. “Həsbiyəllahu lidini” (“Dinim üçüç mənə təkcə Allah yetər”); 2. “Həsbiyəllahu limə əhəmməni” (“Məni maraqlandıran hər hansı bir şey üçün mənə təkcə Allah yetər”); 3. “Həsbiyəllahu liman bəğa ələyyə” (“Mənə zülm və əziyyət verənlərə qarşı mənə təkcə Allah yetər”); 4. “Həsbiyəllahu limən həsədəni” (“Mənə paxıllıq edənlərə qarşı mənə təkcə Allah yetər”); 5. “Həsbiyəllahu limən kədəni bissui” (“Mənə pisliklə yaxınlaşmaq istəyənlərə qarşı mənə təkcə Allah yetər”); 6. “Həsbiyəllahu ində-lmavti” (“Can tapşıran zaman mənə təkcə Allah yetər”); 7. “Həsbiyəllah ində-l-məsələti fi-l-qəbr” (“Qəbirdə sorğu-sual zamanı mənə təkcə Allah yetər”); 8. “Həsbiyəllahu fi-lmizən”(“Əməllərim mizan tərəzisində çəkilən günü mənə təkcə Allah yetər”); 9. “Həsbiyəllahi ində-s-sitat” (“Sirat körpüsünü keçən vaxtı mənə təkcə Allah yetər”); 10. “ Həsbiyəllahu lə iləhə illə huva alryhi təvəkkəltu va hua ﷺ abbu-l-arşi-l-azım” (“ Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim . O, böyük Ərşin sahibidir və mən Ona qayıtacam!”)
Peyğəmbər ﷺ Allah-Təaladan ﷻ ﷺ əvayət etdiyi Qüdsi Hədisdə deyir: “İzzətim və Cəlalıma and verirəm ki, qullarımdan biri səmimi və həqiqi olaraq Məndən kömək istəyərsə və hətta ona yerin və göyün sakinləri hiylədə üstün gəlmək istəsələr də Mən ona mütləq kömək edəcəm”. Ənəs səhabənin söylədiyi hədisdə deyilir: “Peyğəmbər ən çox bu duanı oxuyardı ”Allahummə ətinə fid-dunya hasənətən və fil-əxirati hasənətən və qinə azəbən-nər” (“Ey Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”). Peyğəmbər ﷺ deyib: “Kədərli olan zaman kim “Ayətül-kürsi” ayəsini və “əl-Bəqərə” surəsinin axırıncı iki ayəsini oxuyarsa Allahu-Təala ona kömək olar». Allah ﷺ əsulu ﷺ eləcə də deyib: “Mən elə kəlmələr (sözlər) bilirəm bunları kədərlənmiş biri oxuyarsa kədəri yox olar . Bunlar qardaşım Yunus peyğəmbərin u dənizin dibində zülmət – qaranlıq yerdə dediyi kəlmələridir: “Lə iləhə illə əntə subhənkə inni kuntu minəzzaliminə” (“ Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam, (çünki, qövmümə qəzəblənərək Sənin icazən olmadan onları tərk etdim) “). Peyğəmbər ﷺ aydınlıq verərək deyir: “Zun-nun Yunus Peyğəmbər u kitin qarnında olarkən bu duanı oxumuşdur: “Lə iləhə illə əntə subhənkə inni kuntu minəz-zalimin”. Ehiyac içində olan hər hansı bir müsəlman bu sözlərlə Allaha dua edərsə Allah ﷻ onun duasına cavab verə”.
DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI