Təvəkkül haqqında deyilmiş qızıl sözlər
Təvəkkül haqqında deyilmiş qızıl sözlər

Təvəkkülün mahiyyətini bəyan edən kəalmlar
13. Deyilir: “Allaha boyun əymiş, təslim olmuş insan Allahın onun halını bilməsi ilə kifayətlənər, hər şeydə Allaha güvənən insan da Allahın qədəri-hökmü ilə razı olar”.
14. Əbu Darda deyir: “İmanın zirvəsi İxlasdır, təvəkkül etməkdir və Uca olan Allaha tamamilə təslim olmaq, boyun əyməkdir”.
15. Alimlərdən biri deyib: “Əgər Allah sənə bir şeydə seçim ixtiyarı verərsə, sən seçim etməkdən çəkin. Özün üstən seçəcəyindən Allahın üstən seçdiyinə qaç. Çünki sən seçdiyinin aqəbəti, sonu, nəticəsi necə olacağını bilmirsən”.
16. Tövratda yazılıb: “Allaha yox, özü kimi bir insana güvənən biri Allahın rəhmətindən məhrumdur”.
17. Alimlər deyir: “Kim Allaha sığınar və kömək üçün Ona ﷻ müraciət edərsə, Allah insanları ona möhtac edər və onun dilindən hikmət yağdırar”.
18. Əbu Yəzid əl-Bəstamidən soruşurlar: “Təvəkkül etmək nəyə deyilir?” O deyir: “Bəs sənin fikrin nədir? Sən bu barədə nə deyə bilərsən?”. Sual edən deyir: “Bizim dostlarımız deyirlər ki, təvəkkül –sağında və solunda vəhşi heyvanlar və böyük ilanlar olsa da heç bir narahatçılıq hiss etməməkdir”. Əbu Yəzid deyir: “Bəli, bu tərif həqiqi tərifə yaxındır. Lakin Cənnnət əhli Cənnət nemətlrərindən yararlananda, dadanda, Cəhənnəm əhli də Cəhənnəm odu ilə cəza görəndə və bu zaman əgər sənin içində bu iki vəziyyət arasında bir fərq yaranarsa sən artıq təvəkkül edənlərdən sayılmırsan”.
19. Əbu Bəkr əl-Vərraq deyir: “Tamahdan əgər soruşsalar ki, sənin atan kimdir?” O deyər ki: “Qədərdə yazılmış ruziyə şübhə etmək”. Əgər soruşsalar ki, ondan: “Sənin sənətin nədir?” O da cavab verər ki: “Alçaqlıq, qazanmaq, əldə etmək”. Bəs soruşsalar ki: “Sənin məqsədin nədir?” Deyər ki: “Məhrum etmək”.
20. Şeyx Əş-Şəzəli deyir: “Bu beş şeydən biri əgər insanda olmazsa, onda həqiqi iman olmaz: Allahın əmrinə boyun əymək, təslim olmaq. Onun qədəri ilə razı olmaq. Hər şeyi Onun ixtiyarına buraxmaq, Ona güvənmək. Ona təvəkkül etmək və müsibətin ilk anında səbr göstərmək”.
21. Deyiblərki: “Şəhərlərdən (yəni orada əldə edəcəyin qazancdan) ümidini kəs və Allaha təvəkkül et”.
Təvəkkülün fəzılətı
Bilin ki, Uca Allah ﷻ üçün təvəkkəldən böyük dərəcə yoxdur. Kim ki, Uca Allaha təvəkkül edir, Onun seçimi ilə razılaşır, bütün hər işin, hadisənin Uca Allahdan ﷻ olduğunu bilib qəbul edirsə, o kəs dinini möhkəmləndirmiş olur. Kim ki, təvəkkülü pisləyir, o dini pisləyir. Kim ki, təvəkkül edənləri sevir, demək o Uca Allahı sevir.
Təvəkkül etməyin ən əsası odur ki, vəkil edilən Uca Allaın olması və Onun hər işində hikmətin möcud olmasını bilməkdir. Aciz qul anlayanda ki, ədalətli hökm edən Uca Allah ﷻ var, hansı ki, yerin, göyün hərəkətini müəyyənləşdirir, təyin edir. Həmin aciz qul Qüvvətli Rəbbinə baxır və Uca Allahın sayəsində qüvvətlənir. Uca Allaha yaxınlaşmağı ona hər şeydən üstün gəlir. Belə olduqda onun ibadəti kamilləşir, tövhidi saflaşır.
Mömin şəxs, insanları tanıyır. Onları yaradan Uca Allahı ﷻ tanımaqla və ruzini də onu yaradan Rəbbindən istəyir. İnsanları isə nə isə verdiklərində yaxud vermədiklərində nə tərifləməz, nə də pisləməz. Hamıya ruzini verən Qüdrət sahibi Uca Allahın ﷻ olduğu bilən mömin şəxs Uca Allahın ﷻ əmri olduğundan insanlara minnətdarlıq edər. Bunlara Uca Allahın sifətlərini bilməklə və Peyğəmbərin ﷺ sünnətini yerinə yetirməklə nail olmaq olar.
Uca Allaha təvəkkül etməyə və qəlbinlə dünyanı tərk etməyə çalış. Tərkidünya – yaxşı əməllərin bünövrəsi, təvəkkül etmək isə ruhi əhvalın yaxşı olmasının əsasıdır. Sən Allaha inan və hər halında, işində, sözündə qorunmaq üçün Ondan kömək istə. Uca Allahdan qorunması üçün dua edən düz yola düşmüş olar. Şübhələrdən, şirkdən, cüzi də olsa Uca Allahı inkar edici sözdən uzaq ol. Rəbbinə, Ona yaxınlaşacaq halda ibadət et, bu halda sən, Uca Allahın sevimli, xüsusən seçilən qullarından olub, Onun himayəsində olduğunu hiss edərsən. Uca Allah qorxusu olanlara kömək edəndir.
İmam-əş-Şərani öz ustadından Əli-Əl-Xəvvasdan soruşdu: “Dolanışığın qayğısına qalmamaq üçün ehtiyatda pul saxlamaq, tərifli bir əməldirmi?” O dedi: “Mürid, bunun onun ruzisi olduğunu və başqalarının payı olmadığını bildiyi halda deyilsə, ehtiyatda heç bir şeyi kənara qoymamalıdır. Əks halda ona ehtiyat yığmağa icazə verilmir. Çünki xəsislik onu buna sövq edir. Şərani yenə soruşdu: “Əgər mürid bilirsə ki, bu, ailəsinin ruzisi budur və yalnız onun əli ilə alacaqlar, onda ruzi tədarük edə (görə) bilərmi?”.Ustar dedi: “Bilər”. Şərani yenə soruşdu: “Əgər mürid ailəsinin ruzisinin onun vasitəsilə gələcəyini bilmirsə, Allah Təalə ona ilham verməyibsə, bu halda o tədarük saxlaya bilərmi?” O dedi: “Bilməz”. Şərani yenə soruşdu: “Əgər Allahu Təala ona ilham vermişsə ruzinin ondan gələcəyinə, bu vaxt olarmı?” O, dedi: “Bu zaman müridin ixtiyarı var, istəsə saxlayar, istəməsə işlədər. O, ailəsinin ruzisini qoruyandır”.
Şərani bir də soruşdu: “Yemək – içmək götürmədən hər il həccə gedənlər haqda nə deyərdiz”. Ustar dedi: “Belə səfər təriflənməz. Çünki Uca Allah maddi cəhəti olanlara həcci yerinə yetirməyi fərz edib ki, onlar başqaları qarşısında yoxluqdan utanc hissi keçirib sıxılmasınlar. Onlara yemək –işməkdə, minikdə kömək etməyənlər haqqında pis fkirə düşməsinlər. Bu halların mövcudluğu şübhəsiz olduğunu ağsaqqallar söyləmişlər. Lakin dili ilə özgəsinə zərər yetirənə səfərə çıxmaq haramdır”.
Şərani bir də soruşdu: “Özümü saxlamaq üçün hər hansı bir ticarətlə məşğul olummu? “ O dedi: “Hər şeyi Allah-Təalaya tapşırın və Ondan icazə istəmədən və O izn verənə qədər özünüz heç nə seçməyin. Ruzi onun üçün nəzərdə tutulan qulun axtarışında çevrilir. Öz nəsibini axtaran qul isə hara gedəcəyini bilmir. Onlardan biri (nəsib və ya bəndə) dayansa, digəri onu axtaracaq. Belə ki, deyilənə görə bütövlükdə ruzi ardınca qaçmaq da ondan imtina etmək də xeyirli sayılmz. Insanın ruzisi 2 yerə bölünür:
1) Heç bir çalışqanlığın olmadan sənə nəsib olan ruzi, məsələn irs kimi, onun ardınca qaçmaq yaxşı sayilmaz
2) Sənin çalışqanlığın olmadan əldə edilməyən ruzi, beləsinin ardınca düşməmək də yaxşı sayılmaz . Bunu başa düşün.
Uca Allah haqqında gözəl fıkırdə olmaq
Məlumun olsun ki qardaşım, Uca Allah haqqında yaxşı fikirdə olmaq əvvəlki nəsillərin və sonra gələcəklərin də məskənidir. Uca Allah Qüdsi hədislərin birində demişdi : “Quluma de ki, Mən (mömin) bəndəmin Mənə olan gümanı üzrəyəm. Məni istədiyi kimi zənn etsin””. Başqa bir rəvayətdə deyilir: “Qoy qul Məni istədiyi kimi düşünsün”. “Hər nəfəsdə almada Rəbbi haqqında fikrini yaxşılaşdıran hikmət sahibidir “.
Əgər düşünürsən ki, Allah səni bu həyatda məhv etməyəcək və səni bir an belə öz ixtiyarına buraxmayacaq, Yaradan da bunu edəcək. Əgər sən fikirləşsən ki, sənin üzərində olan özgə haqqlarını Uca Allah ödəyər və bu səbəbdən də səni cəzalandırmaz, O, elə də edər. Əgər güman edirsən ki, Uca Allah sənə tövhiddə (imanla) ölmək bəxş edəcək, onda Rəbb sənə bunu bəxş edər. Əgər Allahın səni qiyamət gününün dəhşətindən xilas edəcəyini düşünürsənsə, Yaradan da bunu edəcək. Əgər düşünürsən ki, Yaradan səni sorğu-sual etməyəcək və səndən bir şey soruşmayacaq, o zaman bunu da edəcək. Əgər güman edirsən ki, Uca Allah sənin ayaqlarını Sirat körpüsündə qüvvətləndirəcək, o zaman bunu edər. Əgər fikirləşsən ki, Rəbbin sənə Cənnət bəxş edər, O elə də edər.
Həyat yoldaşına qarşı səbırlı olmaq
Ey müsəlmanlar, məlumunuz olsun ki, mömin şəxslərin adəti arvadlarına qarşı səbirli olmaq idi. Bu haqda bir çox rəvayətlər də vardır. Bunlardan birisini söyləyək. Əhməd Rifan adlı şeyxin həyat yoldaşı çoxdanışan idi və dili ilə şeyxə çox zərər yetirərdi. Bir günü şeyxini yüksək məqamda yuxusunda görən bir şəxs, onu ziyarət etək üçün gəlir. İçəri girdikdə şeyxin arvadı maşa ilə şeyxin çiyinlərini vurduğunu gördü. Şeyxin köynəyi qaralmışdı, amma şeyx səsini çıxarmırdı. Həmin şəxs çox narahat halda çölə çıxdı. Şeyxin müridlərinə: “Ey müridlər, siz bu qadının şeyxə etdiyi zərərə necə susursunuz?” – dedi. Onlardan biri dedi: “onun maharı beş yüz dinardı, şeyx də kasıb adamdı” Həmən şəxs gedib 500 dinar yiğib, pulları siniyə qoyaraq şeyxə təqdim etdi. Şeyx soruşdu: “Bu nədir?” O dedi: “Bu sənə zərər yetirən bu talehsiz qadının maharının qiymətidi”. Şeyx təbəssümlə dedi: “Əgər mən onun dilinə də əlinə də səbr etməsəydim , sən məni Rəbbimin razı olduğu yüksək məqamda görməzdin”.
Mömin şəxslərdən biri boşanmaq istədikdə ondan soruşdular : – “Arvadının sənə nə kimi zərəri toxunmuşdu?” O dedi: “Ağıllı adam arvadının eyibini söyləməz“. Boşandıqdan sonra nə üçün ayrıldığını soruşduqda o dedi: “Mənim üçün yad olan qadın haqqında danışmaq mənə nəyə lazımdır?” Bunun üçün də mənim övladlarlm, sizə vəsiyyət edirəm ki, arvadlarınıza yaxşı münasibət göstərin. Onlarla mülayim davranın, şən – firavan ömür sürün. Bizim kimi təriqət əhlinə kənardan ən cüzi şey üçün də ayıb edirlər. Nə qədər kiçik çatışmazlığı da böyüdürlər. Buna görə də çox ehtiyatlı olmağa çalışın – sözdə də əməldə də insanların qınağından qorunun. Həyat yoldaşınızdan razı, məmnun yaşayın. Uca Allah birgə həyatınızı uğurlu etsin.
Əgər biz arvadlarımızla çox davalaşıb nalayiq sözlər desək, şübhəsiz ki, onlar bizə hörmət etməzlər. Onların işləri çox olduğundan bizə qulluq etməyə də vaxtları olmur. Onun üçün də onları bağışlayın, onlarla gözəl, mülayim danışıb, öyüd – nəsihətlər verin. Onlar bizim üçün çox iş görürlər. Vəlhəmdu lillahi Rabbil aləmin.
Kitab hicri tarixlə1436 – cı ildə məhərrəm ayında yazılıb sona çatdı. Uca Allahın salətü və səlamı seyyidimiz Muhəmməd Peyğəmbərə s.ə.v. onun əhli beytinə və səhabələrinə olsun.