Həya – utancaqliq

Həyanin mənasi, mahiyyəti, tərifi, həqiqəti
Sən bil, ərəb lüğətində həya – utancaqlıq və nəfsi pis hərəkətlərdən qorumaqdır. Təsəvvüf əhlinin istilahına əsasən isə həya qəlbi çəkindirmək deməkdir. Sufilərin imamı olan Cüneyd əl-Bağdadi həyaya bu cür tərif verir: bu Allahın nemətlərini anlamaq, görmək, eləcə də özünün nöqsanlarını görmək və sonra da bu ikisindən ortaya çıxan hala həya deyilir. Eləcə də Allah qarşısında haqqların yerinə yetirilməsinin iddiasında olmamaqdır.
Həya bir neçə cür olur:
1. İtaətsizliyin həyası. Söyləyirlər ki, Adəm peyğəmbər ﷻ cənnətdə qadağan olunmuş meyvədən yeyən zaman Cənnətdə qaçmağa başlayır. Bu zaman Uca Allah ﷻ ondan soruşur: ”Sən Məndənmi qaçırsan?”. Adəm ﷻ dedi: ”Yox, utandığımdan qaçlram”.
2. Səhlənkarlığın həyası. Mələklərdəki kimi. Onlar Allaha ﷻ deyirlər: ”Biz Sənə layiqincə ibadət etmədik”.
3. Dərin ehtiramın həyası. İsrafil mələyin u etdiyi kimi: Allahdan həya edərək qanadları ilə özünü örtmüşdü.
4. Xoşxasiyyətliyin həyası. Peyğəmbərimizin ﷺ həyası. Zeynəb validəmizlə izdivac gecəsi müsəlmanlar peyğəmbərin ətrafında gec vaxta kimi oturdular. Peyğəmbərimiz ﷺ isə onlara “gedin” deməyə utanırdı. Bu zaman bu ayə nazil oldu: ”Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir – birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz” (surə “ƏlƏhzab”, ayə 53). Bu ayə Peyğəmbərin ﷺ yanına daxil olmağın ədəblərinin qorunmasının, daxil olmaq üçün Peyğəmbərə ﷺ münasib vaxtın seçilməsinin və Ona hörmət etməyin vacib olmasına işarədir. Bu ayədə açıq – aydın deyilir ki, yeməyə icazə verilmək deyildikdə murad – məqsəd yeməyə dəvət edilməkdir, yəni sizə Peyğəmbərin ﷺ evinə daxil olmağa icazə verildikdə və yeməyə süfrə arxasına dəvət edildikdə siz evə ədəb – ərkanla və Peyğəmbərin ﷺ yaxınlığında edilməsi tələb olunan ehkamları qoruyun.
“Ət-Təvilət ən-nəcmiyyə” adlı kitabda yazılıb: “İşiniz tamam olan zaman siz Peyğəmbərin ﷺ yanından çıxın, diqqətsiz olmayın. Qoy Peyğəmbərimizin ﷺ gözəl əxlaqı Onunla gözəl ədəblə davranmağa mane olmasın. Onun həddindən artıq utancaqlığı sizi onu bezdirməsinə itələməsin. Yəgin ki, Peyğəmbərimizin gözəl əxlaqı onları Peyğəmbərlə sıxılmadan rəftar etməyə cürətləndirmişdir. Ayənin nazil olmasının səbəbi də budur”. Möhtərəm insanları ziyarət edən ağıllı insan az danışar və tez yanından ayrılar. Ağılsız insanların əlaməti isə vaxtından artıq oturmaq və münasib olmayan vaxt ziyarət etməkdir. Xoşxasiyyətliyin həyasına Quranikərimdə Uca Allahın ﷺ soylədiyi bu həya da daxildir: “Sonra (o iki qadından, qızdan) biri utana – utana (Musanın) yanına gəldi” (surə “ƏlQisas”, ayə 25). Deyilir ki, Şuayb peyğəmbərin u qızı Musa peyğəmbəri u qonaq dəvət edirdi və O, dəvəti birdən qəbul etməz düşüncəsi onu utandırırdı. Bu da xoşxasiyyətliyin həyası, utancaqlığıdır.
5. Ədəb – ərkan həyası. Əli sahabənin t həyası kimi özü Peyğəmbərin ﷺ qızı Fatimənin həyat yoldaşı olduğu üçün Peyğəmbərə ﷺ ehtiras vaxtı gələn maye (məzyu) haqda sual verməkdən utanaraq ƏlƏsvad oğlu Miqdaddan t bu sualı Peyğəmbərə ﷺ verməsini xahiş etmişdir.
6. Az görməyin həyası. Musa peyğəmbərin u həyası kimi. O dedi: “Bəzən dünya malından bəzi şeylərə ehtiyac duyuram lakin səndən istəməyə həya edirəm”. Bu zaman Allah ﷺ ona deyir: ”Sən məndən xəmir üçün duz və hətta qoyunun üçün yem belə istə”.
7. Şəfqət, mərhəmət həyası. Bu Rəbbimizin həyasıdır. Sirat körpüsünü qul keçdikdən sonra ona möhürlənmiş məktub veriləcək və bu məktubun içində də: “Sən filan filan əməl etdin. Mən isə bu əməlini zahir edərək səni biabır etməyə utandım. İndi isə Cənnətə daxil ol həqiqətən Mən səni bağışladım” kəlmələri yazılmışdır. Peyğəmbərimiz ﷺ həyanın mənasını belə bəyan edir: “Ey İnsanlar! Siz Allahdan gerçəkdən utanın (həya edin!)” Onlar dedilər: “Ey Allahın nəbisi Allaha şükürlər olsun ki, biz Ondan utanırıq, həya edirik”.
Peyğəmbər ﷺ dedi:”Bu sözlər həya üçün kifayət deyil. Allahdan həqiqi həya edən, qoy baş və onu əhatə edən (gözlər, qulaqlar, dil və ağız kimi) üzvlərini, qarın və onun ətrafında olan ( ürək, ayaqlar, əllər, cinsiyyət orqanlarını v.s.) üzvlərini haramlardan qorusun. Ölümü və ondan sonra bədənin nə hala düşəcəyini xatırlasın. Kim axirəti seçərsə, şübhəsiz dünya gözəlliklərinə meyl etməz. Bu yuxarıda sadaladıqlarımıza əməl edən artıq Allahdan həqiqi həya edən sayılar”. Hikmət sahiblərindən biri deyib: “Siz həyanızı, özündən başqalarının utandığı biri ilə oturaraq ihya (diri) edin (canlandırın)”.

Həya ımandandır
Sən bil ki, Mürid olmanın ən başlıca şərtlərindən biri, Allah r qarşısında buraxdığı səhvlərin utancı səbəbindən qəlbin yanmasıdır. Fuzayl ibn İyaz deyib: “Bədbəxtliyin əlaməti beş şeydir; daşürəkli olmaq, gözlərin donuqluğu (Allah qorxusu olmadığından insanın gözləri yaşarmır), həyasızlıq, dünyaya rəğbət və bitib – tükənməyən arzular”. Deyiblər ki, qul nə vaxt hörmət və həyasını itirər, artıq ondan xeyr gəlməz. Qulun Allahına qarşı olan həyası, onun imanının və zahidliyinin (tərkidünya) çəkisi qədərində olur. Allah dostlarından biri deyib: “Həya və təskinlik qəlbin qapısını döyərlər. Əgər orada möminliyi və zahidliyi taparlarsa yerləşərlər, əks təqdirdə isə qalmazlar – gedərlər”.
Allahu – təala deyir: “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi” (surə “Yusuf”, ayə 24). Dəlilin nə olduğunu belə bəyan edirlər: Züleyxa otağın küncündə yerləşən bütün üzərinə paltar atır. Bunu görən Yusuf soruşur: “Nə edirsən?”. Züleyxa cavab verir: “Mən onun qarşısında günah etməkdən utanıram”. Bu zaman Yusuf söyləyir: “Mən Allahdan sənin büttən utandığından da çox utanmağa layiqəm”.
Təsəvvüf əhlının yanında həyanın növlərı
Əvvəlki saleh insanların (sələfu – salehlərin) tərcümeyi – hallarından bizlərə çox sayda həya nümunələri məlum oldu. Bunların hamısı baş vermiş əhvalatlardır. Onlardan bəziləri günah edən zaman utandığından Allahın evi sayılan məscidə daxil olmazdı. Rəvayət olunur ki, bir nəfər məscidin çölündə namaz qılırmış. Ondan soruşdular: “Sən niyə namazı məsciddə qılmırsan?”. O dedi: “Mən utandım Onun evinə daxil olmağa, çünki günah işlətmişdim”.
Onlardan bəziləri də Allahdan qeyrisindən qorxmağa utanırlar. Onlardan biri deyir: “Günlərin birində biz gecə sıx meşənin içərisi ilə yol gedirdik. Yolda yatan birisinə rast gəldik, atı da başının yanında durmuşdu. Biz onu oyatdıq və soruşduq: “Məyər sən bu qoxulu və vəhşi heyvanların olduğu yerdə yatmağa qorxmursanmı?”. Bu zaman o başını qaldırıb: “Mən Allahdan qeyrisindən qorxmağa Ondan utanıram” dedi və sonra da yuxusuna davam etdi”. Əbu Bəkr əl-Varraq adlı bir övliya deyib ki: “Bəzən mən iki rəkəətli nafilə namazı qıldıqdan sonra bir oğru kimi Allahdan utanaraq dərhal yerimdən uzaqlaşıram”.
Allahın ﷻ qulundan həya etməsı
Siz bilin ki, həqiqətən Allah öz qullarından həya edir. Tövratda yazılıb: “Sən üsyan etməkdən, itaətsizlik göstərməkdən utan, çünki Mən sənə əzab verməkdən utanıram”. Eləcə də İlahi kitabların birində yazılıb ki: “Qulum Mənimlə ədalətli hərəkət etmədi: Məndən bir şey dilədikdə onu cavabsız qoymaqdan Mən utanıram, amma o, Mənə itaətsizlik etdikdə heç də utanmır”. Hədislərin birində Peyğəmbərimiz ﷺ deyir: “Həqiqətən Allah Utancaqdır və Kərimdir, qulu Ondan hər hansı bir şey istəmək üçün əllərini qaldırdığı zaman bu əlləri boş geri qaytarmaqdan utanar”.
DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN “SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI