Əllə görüşmək

Əllə görüşmək

Əllə görüşmək

Əmin ol ki, səhabələr görüşəndə və ayrılanda adətən bir – birilərinin əllərini sıxardılar, yəni əllə görüşərdilər. Peyğəmbər ﷺ demişdir: “Görüşəndə bir – birinizin əlini sıxın, bu nifrəti aradan götürər”. Eləcə də Peyğəmbər ﷺ demişdir: “Bir – birinin əlini sıxmaq görüşü daha da kamilləşdirir, görüşərkən sağ əil sıxmaq lazımdır”.

Peyğəmbər ﷺ bir də demişdir: “Görüşərkən birinci qucaqlayan İbrahim peyğəmbər u olmuşdur. Ondan əvvəl görüşərkən bir – birilərinə səcdə edərdilər. İslam isə əllə görüşməyi buyurur”. Hədisdə deyilir: “Əgər iki müsəlman görüşərkən bir – birilərinin əlini sıxıb Uca Allaha I həmd edib günahlarının bağışlanmağını diləsələr, Allahu Təala onları bağışlayar. Peyğəmbər ﷺ demişdir: “İki müsəlman görüşüb, salam verdikdə onlardan görüşə kim çox sevinərsə, Uca Allah da onu çox sevər. Onlar bir – birilərinin əlini sıxarkən Uca Allah ﷺ onlara yüz rəhmət yağdırar, birinci salam verən döxsan, cavab verən isə on rəhmət alar.

Valıdeynlərə gözəl münasıbət

Sevimli Peyğəmbərimiz ﷺ bildirmişdir ki, ən yaxşı əməl valideynlərin sevdikləri ilə yaxşı münasibəti davam etdirməkdir. Ancaq valideynlərə qulaq asmamaq və onları incitmək böyük günahlardan sayılır. Peyğəmbər ﷺ demişdir: “Ən ağır günahlardan biri də insanın öz valideynlərini qarğımasıdır”. Səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “İnsan valideynini necə lənətləyər?” Peyğəmbər ﷺ dedi: “Biri onun atasını, o da bunun atasını qarğıyır, biri onun anasını, o da bunun anasını təhqir edir”.

Uca Allah Qurani – Kərimdə vəsiyyət edərək bildirmişdi ki, valideynlərə xeyirxahlıq edin. Qurani – Kərimdə deyilir (İsra surəsi 23 – 24 cü ayələr – mənası): “Uca Allah bizə əmr etmişdir ki, özündən başqasına ibadət etməyin və valideynlərinizə xeyirxahlıq göstərin. Əgər onlardan biri və yaxud ikisi də sənin yanında yaşlaşıb (qocalıb) zəifləyiblərsə, onların qəlbini qıracaq sözlər, hətta “Uff” belə demə. Onları işlərindən çəkindirmə, mane olma, mülayim münasibət göstər, gözəl sözlər de. Onlara mərhəmətlə yanaş və onlar üçün Uca Allaha ﷻ dua et: “Ey Uca Rəbbim onlara rəhm et, necə ki, onlar körpə ikən mənə mərhəmət göstərmişlər”. Uca Allah ﷻ hər bir mükəlləfə tək Allaha ibadət etməyi əmr etdi və valideynlərə xeyirxah münasibəti də ona birləşdirdi ki, bu münasibətlər arasında bağlılıq olsun. Əslində bizi yaradan Uca Allahdır.

Ancaq zahirdə bizi dünyaya gətirməyə tərbiyə etməyə səbəbkarlar valideynlərdirlər. Uca Allahın ﷻ bəzi sifətləri hökmranlıq etmək, yaratmaq, insana qarşı olan mərhəmət əvvəlcə valideynlərimiz tərəfindən zahir olmuşdur. Bu səbəbdən də Peyğəmbərimiz s.ə.v. demişdir: “Valideynlərə xeyirxah münasibət göstərmək sünət namazlardan, oruc tutmaqdan, həcc və ümrə etməkdən və qəzavatdən də üstündür. “Valideynlərə gözəl münasibət onlar yaşlaşanda daha çox vacib sayılır. Çünki onlar yaşlaşanda buna, xeyirxah münasibətə daha çox ehtiyac duyurlar. Buna görə də Uca Allah ﷻ bizə valideynlərimizi “uff” sözüylə belə onların qəlbinə toxunmamağımızı həvalə etmişdir. İbn Abbas demişdir: ”Əgər “uff” sözündən də balaca narazılıq bildirən söz olsaydı, Uca Allah ﷻ onu da söyləməyi qadağan edərdi”.

Kədər (qəm) Peşmanlıq

Məlumunuz olsun ki, peşimanlıq təriqət əhlinin sifətlərindəndir və Uca Allah ﷻ peşman qəlbi sevir. Uca Allah bir bəndəni sevdiyi zaman onun qəlbinə onu ağladan, kədərləndirən bir şey təlqin edər, qəzəbləndiyində isə onun qəlbinə əylənmək və xoşlanmaq hisslərini salar.

Peyğəmbər ﷺ çox vaxtı peşman və fikirli olardı. Yaşayış olmayan ev xarabalığa çevrildiyi kimi, peşmançılıq hissi olmayan ürək də xarab olur. İnsanın çox ah çəkməsi onun peşman olduğuna işarədir. Peşmançılıq hissi insanı yeməkdən də çəkindirir. Qiyamət günü mömin insanın yaxşı əməllərinin çoxu onun çəkdiyi peşmançılıq hisslərindən olacaqdır. Hər şeyin zəkatı olduğu kimi ağılın da zəkatı uzun müddət peşman olmasıdır. Sufyan binu Uyaynat demişdir: “Ümmətin içindən bir peşiman kəs ağlayarsa, onun göz yaşına görə Uca Allah həmən ümmətə rəhm edər”.

Aclıq

Aclıq – bu sufilərin (təriqət əhlinin) əməllərindən və nəfslə mübarizə aparmaq üçün vacib vasitədir. Aclığın etikası (ədəbi) ondan ibarətdir ki, insan yediyinin miqdarını azaldıb, pişiyin qulağı ölçüsünə salsın. Aclıq nurdur, toxluq isə oddur. Bu od da yiyəsini yandırmadan sönməz. Toxluq dünya əməllərinin açarı, aclıq isə axirət əməllərinin açarıdır. Kitablardan birində yazılana görə bir günü Fatimə Peyğəmbər ﷺ üçün (Atası üçün) bir tikə çörək gətirdi.

Atası – Peyğəmbər ﷺ ondan soruşdu: “Fatimə bu nə çörəkdir?” Fatimə cavab verdi: “Bu mənim bişirdiyim fətirin bir hissəsidir, sənə bu tikəni gətirməyincə ürəyim rahatlamadı”. Peyğəmbər ﷺ dedi: “Bu sənin atanın üç gün ərzində yediyi ilk tikəsidir”. Aclığın şiddətindən ağlayan bir şeyxin nədən ağladığını soruşduqda cavabında dedi: “Sən bilmirsənmi Uca Allahın məni aclığa düçar etməsində muradı, mənim göz yaşımdır?!” Bir şeyxdən gündə bir dəfə yeyən haqqında soruşanda o dedi: ”Siddiqunlar (Allaha çox yaxınlar) belə yeyirlər”.

İki dəfə yeyən haqqında soruşanda: “Belə möminlər yeyirlər” dedi. Üç dəfə gün ərzində yeyənlər haqqında soruşanda o dedi: “Evdəkilərə de ki, sənə axur hazırlasınlar”. Abu Abdillah bin Həfifin şagirdlərindən biri dedi: “Müəllim oruc açmaq üçün hər axşam mənə 10 kişmiş gətirməyi tapşırmışdı. Bir axşam ona ürəyim yandı və 15 kişmiş apardım. O mənə baxdı və soruşdu: “Kim sənə dedi ki, bu qədər gətir?” O ancaq 10 kişmiş yedi – qalanını isə tərgidi.

DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ

“SALEH INSANLARIN ÜLVI ƏXLAQI” KITABI

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Rəbiül-axir və Cümadəl-üla ayları – İslam tarixinin əlamətdar səhifələri

İslam təqviminin hər bir ayı mühüm hadisələri və böyük şəxsiyyətləri ilə yadda qalır. Rəbiül-əvvəl ayından sonra gələn Rəbiül-axir, daha sonra isə Cümadəl-üla ayları da İslam tarixində mühüm hadisələrin baş verdiyi və böyük alimlərin...


Atalar, övladlar və daha çoxu: eyni evdə necə yola getmək olar?

Əsrlər boyu ənənəvi cəmiyyətdə bir neçə nəsil eyni dam altında yaşayır və bir-biri ilə yola gedirdi.   Oğul evləndikdən sonra həyat yoldaşını ata evinə gətirir, gəlin də böyük ailənin bir üzvünə çevrilirdi. Ərin valideynləri, nənə-babaları, kiçik...


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...


Иcлaмдa вaлјутa мүбaдилəcи

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   3. Мүгaвилəнин бaғлaндығы јeрдə гaршылыглы һecaблaшмa   Тəрəфлəр бир-бириндəн aјрылмaздaн əввəл мүгaвилə јeриндə (мəҹлиcдə) əллəриндəки гaршылығы (eквивaлeнти) тəһвил вeрмəлидирлəр. Мүбaдилə oлунaн əшјaлaрын eјни нөв (гызылын гызыллa, дoллaрын...


Иблисин мүxтəлиф симaлaри

Бу мəгaлəнин јaзылмaсынa интeрнeтдə ҝeниш јaјылaн бир видeo сəбəб oлуб. Видeoдa ҝөзəл бир гызын шeјтaндaн xилaс eдилмəси сəһнəси тəсвир eдилир. Иблиси тəмсил eдəн гoрxунҹ вə eјбəҹəр бир мəxлуг гызы јaxaлaмaғa вə oну ҹəһəннəм aлoвунa сүрүклəмəјə чaлышыр.   Илк бaxышдa һəр шeј мəнтигли...