Allah ﷻ qarşisinda qul olmağin səmərələri

Zəifliyini etiraf et, Allah ﷻ öz güc və qüvvəti ilə sənə kömək etsin, yoxsulluğunu və çarəsizliyini boynuna al, Allah ﷻ öz zənginliyi ilə sənə əl tutsun. Kim ki, özünün Allaha ﷻ daimi ehtiyacı olduğunu səmimi olaraq hiss edər və biruzə verərsə daha çox zənginliyə malik olar. Qul üçün Allahdan başqa sığınacaq və qurtuluş yoxdur. Allah ﷻ qarşısında übüdiyyət (köləlik) sifətinə malik olana Allah özünün rübubiyyət sifətilə kömək edər, xüsusən də əgər qul daima Allahı zikr edərsə. Zikr bir maqnit kimi Allah qarşısında edilən həqiqi köləliyin, qulluğun sifətini özünə çəkir.
İnsan səmimi – qəlbdən özünü Allahın köləsi adlandırmaq istədiyi an Allah şübhəsiz ona qüdrəti ilə dəstək verər. Allahın ﷻ verdiyi köməyin şahidi olmaq hələ Yaradanın dəstəyinin azacıq miqdarıdır. Özündə daima Allaha ﷻ olan köləliyin, kasıblığın və möhtaclığın simasını əks etdirən kimsənin Uca Allah tezliklə nemətlərini önünə sərir. Allahın nemətlərinə nail olmaq istəyən qoy Allaha ﷻ möhtac olduğunu zahir etsin. Uca Allah Qurani – Kərimdə deyib ki: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara məxsusdur” (surə “Ət-Təvbə”, ayə 60). Yəni mənəvi kamilliyə yetişən insanlara Allah nə qədər nemət verərsə, onlarda Allaha olan köləlik, qulluq hissi bir o qədər güclənər, və onlarda iman nə qədər artarsa, bir o qədər onlar Allaha ﷻ yaxın olarlar. Bu insanlarda böyüklük və avtoritetlə birgə onları müsəlmanlar qarşısında təvazökar göstərən sadəlik və kafirlər üzərində üstünlükləri də artar.
Mənəvi kamilliyə çatmış insanlar nəfsləri istədikləri nəyinsə dadına baxarlarsa şükr edərlər. Bəzən əməlisaleh insanlar da nəfsləri istədiklərinə qulaq asarlar. Bu cür insanların nəfsi körpəyə bənzərdir, bəzən hədiyyə alaraq rəhm, mülayimlik göstərərək bəsləmək lazım gəlir.Bəzən bu kimi insanlar peyğəmbərlərin tövsiyələrinə əməl edərək və özlərindən dünya nemətlərini uzaq tutaraq nəfslərinin istədiklərindən imtina edərlər.

Allahdan ﷻ razi qalmaq, bütövlüklə ona təslim olmaq və işlərin bütün ixtiyarini ona buraxmaq Allahın ﷻ bəxş etdıyınə razi olmaq, bütünlüklə ona tabe olmaq və işlərin bütün ixtiyarini ona buraxmağın mahıyyətı
Sən bil ki, Allahdan razı olmaq Onun hökm və qədərinə qarşı çıxmamaqdır, bəla müsibəti hiss etməmək deyil. Qula vacib olan Allahın ﷻ yazdığı alın yazısı ilə razı olmasıdır, Allahın ﷻ ümumilikdə yazdığı müqəddəratın bütövünü razılıqla qarşılamaq vacib deyil– asi əməllər kimi.
Razılıq göstərmək, nəyi isə istəməməyi qəlbdən çıxarmaqdır hətta qəlbdə fərəh və sevincdən başqa bir hissin olmamasıdır. Bu, qəlbin Allah ﷻ hökümləri qarşıında dinc, rahat olması və Allahın ﷻ onun üçün seçdiyinə və razı olduğuna razı və müvafiq olduğunu bildirməsidir. Allahın ﷻ yazdığı alın yazısı baş verincə əvvəl insanın hər hansı bir ixtiyar sahibi olmadığına etimad etməsi, Allahın ﷻ hökmü, qədəri, bizlərin alın yazısı həyata keçdikdən sonra narazılığımızın olmamasıdır. Bəla, müsibət baş verməklə yanaşı Allaha qarşı olan məhəbbətin coşması bunun əlamətlərindən sayılır. İmanın şirinliyi həqiqətən Rəbb olaraq Allaha ﷻ inanana, razı olana nəsib olar – qəlbində dünyaya azacıq meyl, istək olan bundan nəsiblənməz. Razılıq iki qismə ayrılır – Allahla razı olmaq və Allahdan razı olmaq. Allahla razı olmaq – hər şeyin gözəl tədbirini görən rəhbər olması ilə razı olan, Allahdan razı olmaq isə – Onun hökm və qərarlarından razı olmaqdır. Allahdan həqiqi razı olan Onun qədərinə qarşı gəlməyəndir. Allahu – Təalanın seçdiyi hər şeyin gözəl olduğuna həqiqi etimad edən, Uca Allahın seçdiyindən başqasını arzulamaz.
İşlərinin bütün ixtiyarını Ona buraxmaq və bütövlüklə Ona təslim olmaq öz seçimindən imtina etməkdir. “Təslim”,”İslam” və “İstislam”bir məna daşıyan sözlərdir, bu köləliyi (übudiyyəti, Allahın qarşısında qul olduğunu) zahir etmək və təslimiyyət göstərməkdir. “Təfviz” yəni işlərinin bütün ixtiyarını Allaha ﷻ buraxmaq, dünya işlərində qul öz seçimini etməyərək bu seçimi Allahına ﷻ tapşırmasıdır. Sonra da Onun seçiminə qarşı gələn seçim etməməsidir. Deyilənlərə görə Allaha təvəkkül, hökm nazil olunmamışdan əvvəl, Ona ﷻ təslim olmaq isə sonra olur. Təslim və təfviz Allahı tanıyan mərifət əhlinin xas sifətlərdəndir.
Allahın hökmü ılə razı olmağın fəzılətı
Razılıq – acı qədərlə də ürəyin sevinc tapmasıdır. Bu səbəbdən Allahın bütün qədər və hökmü ilə razı olana verilən savab çöx üstün olur. Rəvayət edilir ki, qiyamət günü Allahın təyin etdiyi bir carçı insanlara bu sözlərlə müraciət edəcəkdir: ”Mənim qullarımın ən yaxşıları haradadır?”
Bu zaman mələklər soruşarlar: “Sənin qullarının ən yaxşıları kimlərdir?” Allah ﷻ cavab verər: “Mənim bəxşişlərimlə kifayətlənən və Mənim hökmümlə razı olanlar”. Peyğəmbərimiz ﷺ deyib: ”Uca Allah Musa peyğəmbərə u xitabən dedi ki: “Sən Mənim qədərimə razı gəlməkdən çox xoşladığım başqa bir əməllə mənə yaxınlaşmadın”. İmam Əbül həsən əş-Şazəli vəsiyyətində deyib: “Sən öz seçimlərindən Allahın seçimlərinə qaç, həqiqətən özü seçim etmiş birinin seçdiyinə çatıb çatmaması özünə belə məlum deyil. Sonra əgər çatsa da daima özündə qalıb qalmayacağını da bilmir. Əgər ömrünün axırınacan qalsa da yenə də bu bilməz bunun onda qalmasında onun üçün xeyri varmı yoxmu? Xeyr bərəkət Allahın etdiyi seçimdə olur”.
Əli səhabənin oğlu Hüseynə dedilər ki, Əbu Zərr səhabə deyir ki: ”Mənimçün kasıblıq zənginlikdən, xəstəlik də sağlamlıqdan daha xoşdur”. Bu zaman Hüseyn dedi: “Əbu Zərrəyə Allahın rəhmi gəlsin, amma mən isə belə deyirəm: “Allahın ən yaxşısını seçdiyindən əmin olan, Onun seçiminə üstünlük verər”. Ömər ibn Xattab Əbu Musa əlƏşariyə yazdığı məktubunda deyir: “Bütün yaxşılıqlar Allahın qədərinə razı gəlməkdədir, əgər razı gələ bilsən – ən yaxşısı elə budur əks təqdirdə təmkinli ol”. Allahın ﷻ hökmü ilə məmnun olmaq Allıahla olan hüsn – zənnin, yaxşı fikrin səmərəsidir. Buna görə də İbn Məşiş deyib: “Sən Allahın hər hansısa qərarının sənin haqda yaxşı olacağına şübhə etmə. Hər işdə Allahla hüsn – zənn – yəni yaxşı fikirdə olmağa çalış. Nəfsinin seçimini Allahın seçimindən üstün tutma”. İslam alimləri qədərlə razı olmağı özü ilə birlikdə pis əməllərin zərər verməyəcəyi yaxşı, xeyrxah əməllərdən hesab edirlər. Deyilir: “İki pis əməl vardır ki, yaxşı əməllərin çoxluğu belə bu iki əməllə birgə çox az fayda verər. Allahın qədərindən narazı qalmaq və Onun qullarına zülm etmək. İki xeyrxah əməl də vardır ki, pis əməllərin çoxluğu belə bu iki əməllə birgə çox az zərər verər: Allahın qədəri, hökmü ilə razı olmaq və Onun qullarının səhvlərini bağışlamaq”.
Allahın ﷻ qədəri ilə razı olmaq əməlini ən fəzilətli əməllərdən saydılar və deyilir: Ən fəzilətli əməllər dörddür: Allaha olan məhəbbət,
Allahın qədərinə razılıq bildirmək, qəlbilə dünyadan imtina etmək (zühd), hər işdə Ona ﷻ təvəkkül etmək . Həqiqətən Allahın qədərindən məmnun olan qəlb şad həyat sürər. Öz işlərini özü seçib tədbirini də özü görən isə ömrünü kədərli narahat yaşayar. Səhl ət-Tusturi deyib: “İşlərini özün planlaşdırmaqdan (tədbirini görmək) və seçməkdən qaçın. Bu iki şey insanların həyatını çətinləşdirir!” İmam ibn Ətailləh əl-İskəndəri deyir: “Nəfsini əvvəlcədən planlar qurmaqdan işlərinin tədbirini görməkdən azad et”. Artıq adlı – sanlı əməlisaleh adamlar bu məsələni dəqiqliklə araşdırıblar. Qulun halına edilən etirazı ona bu halı verən və bu qədəri yazan Xaliqinə edilən etiraz kimi hesab edirlər. İmam əş-Şərani deyir: ”Bizdən söz aldılar ki, dara düşən birini gördüyümüz zaman ona miskin, fağır deməyə tələsməyək. Çünki bu cür hərəkətdən də Allahın yazısına etiraz qoxusu gəlir. Əksinə, biz Allahdan ona yüngüllük və onu bağışlamasını istəməliyik».
DR MÜFTISI ŞEYX ƏHMƏD
ƏFƏNDININ “SALEH INSANLARIN
ÜLVI ƏXLAQI” KITABI