SUALLARINIZ

SUALLARINIZ

Ramazan ayında oruc tutmağın şəriət hökmü nədir?

Şəriətə görə, Ramazan ayında oruc tutmaq fərzdir (vacibdir). Bunun dəlili Quran, hədis və icmadır (İslam alimlərinin yekdil rəyi). Kim Ramazan orucunun vacib olmadığını deyərsə və ya “niyə oruc tutmaq lazımdır?” deyə lağ, istehza və ya etinasızlıqla bunu inkar edərsə, küfrə düşmüş olar.Əgər o, yenidən şəhadət gətirməsə, İslamı qəbul etməsə və tövbə etməsə, əbədi Cəhənnəmə atılar.

 

 

 

Ramazan ayında orucun vacib (fərz) olması üçün hansı şərtlər lazımdır?

Ramazan ayında orucun vacib olması üçün insanın müsəlman, yetkinlik yaşına çatmış və ağıl sahibi olması lazımdır. Uşaqlara oruc vacib deyil, lakin əgər oruc tutmağa gücləri çatırsa, valideynlər onları yeddi yaşından etibarən oruca öyrətməli və təşviq etməlidirlər. Aybaşı (heyz) və doğuşdan sonrakı qanaxma (nifas) halında olan qadının oruc tutması haramdır (günahdır). Təmizləndikdən sonra isə buraxdığı oruc günlərini qəza etməlidir. Uzun səfərdə olan şəxs və aclıq sağlamlığına zərər verə biləcək insan oruc tutmaya bilər. Lakin bu zərərin mövcudluğu orucun vacibliyini və əhəmiyyətini bilən, təqvalı və təcrübəli həkimlər tərəfindən təsdiqlənməlidir. Bununla belə, əgər bu insanlar oruc tutmağa qadir olurlarsa, oruc tutmaları daha fəzilətlidir, çünki bu səbəblərlə buraxılan oruclar sonradan mütləq qəza edilməlidir.

 

 

 

Orucun vacib (fərz) tərkib hissələri (rüknləri) hansılardır?

Orucun iki vacib tərkib hissəsi vardır. Onlardan biri belə olmadıqda oruc pozulmuş sayılır(keçərsiz olar).

  1. Niyyət. Niyyət qəlblə edilir. Onun vaxtı axşamdan başlayır və oruc tutulacaq günün sübh vaxtınadək davam edir. Əgər niyyət edilməyibsə, onda ertəsi gün yemək-içməkdən mütləq çəkinmək lazımdır, lakin həmin günün orucu sonradan qəza edilməlidir. Oruc üçün tam niyyətin forması belədir: “Bu ilin Ramazan ayında sabahkı günü Allah rizası üçün oruc tutmağa niyyət etdim.” Nafilə (könüllü) orucda isə, əgər gecə niyyət etməyi unutmusunuzsa, oruc tutulan günün günortasınadək niyyət etmək olar.
  2. İkinci tərkib hissə – sübh vaxtından gün batana qədər orucu pozan bütün əməllərdən çəkinməkdir.

 

 

 

Orucu nələr pozur?

Qəsdən yemək yemək və su içmək orucu pozur (əgər unudaraq bir şey yeyilərsə, oruc pozulmaz). Həmçinin, bədəndəki təbii dəliklərdən (məsələn: burun, ağız, qulaqlar, cinsiyyət üzvləri, arxa çıxış) daxilə hər hansı bir cismin daxil olması orucu pozur. Əgər qulağa nəsə damızdırılarsa və ya kibrit çöpü soxularsa, oruc pozulur. İmalə (klizma) də orucu pozur. Ağızda şəkər əridikdən sonra tüpürcəyi udmaq və ya siqaret çəkmək orucu pozur. Təmiz tüpürcəyi udmaqla, yaxud ağız və ya burun vasitəsilə daxilə toz və ya həşərat qaçması ilə oruc pozulmaz.

Nəcasəti (murdar şeyi) udmaqla, məsələn, diş əti qanamasından dolayı qana qarışmış tüpürcəyi udmaqla oruc pozulur, lakin hər hansı bir səbəbdən bundan qaçınmaq çətindirsə, bu halda "əfvu" (bağışlanma) edilir. Oruc tutan şəxs ağız və burun yaxalayarkən ehtiyatlı olmalıdır. Əgər ağız-burnunu həddindən artıq (mübaləğə ilə) yaxalayarkən su daxilə gedərsə, oruc pozulur. Əgər bilmədən və ya unudaraq daxilə nəsə gedərsə, oruc pozulmaz.

Həmçinin, qəsdən qusmaq və ya cinsi yaxınlıq orucu pozur. Əgər bir şəxs cinsi əlaqə vasitəsilə orucunu qəsdən pozarsa, ona kəffarə düşür – bu, fasilə vermədən iki ay ardıcıl oruc tutmaqdır. Əgər bircə gün belə buraxılarsa, iki aylıq hesab yenidən başlanır.

Oruc da namaz kimi, əgər insan ağlını itirərsə (dəlillik) və ya küfrə düşərsə (dili və ya qəlbi ilə imandan çıxaran əməl edərsə) pozulur. Qadınlarda heyz (aybaşı) və nifas (doğuşdan sonrakı qanaxma) orucu pozur.

Əgər bir kimsə günəşin artıq batdığını zənn edib iftar edərsə, sonra isə hələ batmadığı məlum olarsa, həmin oruc pozulmuş sayılır və qəzası tutulmalıdır. Eynilə, hələ sübhün açılmadığını zənn edib nəsə yeyərsə və sonra sübhün artıq açıldığı məlum olarsa, oruc pozulur.

 

 

 

Şəriət tərəfindən qəbul edilən (üzrlü) bir səbəb olmadan oruc tutmayan şəxs nələri itirir?

Əgər bir şəxs şəriətə uyğun bir səbəbi olmadan bircə gün oruc tutmazsa, bütün ömrü boyu oruc tutsa belə, özünə vurduğu bu zərərin yerini doldura bilməz (həmin günün fəzilətini qaytara bilməz). Allahın Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: "Mən (meracda) oruc tutmayan insanları gördüm; onlar ayaqlarından asılmış və başı aşağı vəziyyətdə əzab çəkirdilər, ağızları parçalanmışdı və ağızlarından qan axırdı".

 

 

 

ORUCU POZMUR

  1. Unutqanlıqdan cinsi əlaqə, su və ya yemək qəbul etmək - orucu pozmur!
  2. Çimmək və ya üzmək (buruna, boğaza, qulağa su keçməyibsə) - orucu pozmur!
  3. Xoş qoxular (ətir) - orucu pozmur!
  4. İhtiləm – yuxuda məninin gəlməsi (yuxuda sperma ifrazı) - orucu pozmur!
  5. Öpüş (dodaqları, yanaqları və s.) - orucu pozmur!
  6. Dializ proseduru - orucu pozmur!
  7. Qidalandırıcı iynə - orucu pozmur!
  8. İnsulinin vurulması - orucu pozmur!
  9. İynə (vena və ya əzələdaxili) - orucu pozmur!
  10. Qusmaq (qeyri-iradi) - orucu pozmur!
  11. Kremlər (nəmləndiricilər və s.) - orucu pozmur!
  12. Dodaq üçün balzam - orucu pozmur!
  13. Makiyaj - orucu pozmur!
  14. Gözə tökən dərman damcısı - orucu pozmur!
  15. Qan vermək - orucu pozmur!
  16. Hicamət (qan çıxarmaq) - orucu pozmur!
  17. Təmiz tüpürcəyi udmaq - orucu pozmur!
  18. Dilin altındakı tabletlər (tüpürcəyi udmadıqda) – orucu pozmur!
  19. Yeməyi udmadan dadmaq - orucu pozmur!
  20. Yuxu (hətta oruc bitənə qədər) - orucu pozmur!
  21. Dişlərin müalicəsi və ya çıxarılması - orucu pozmur!
  22. Diş pastası (dişləri fırçalamaq) - orucu pozmur!
  23. Narkoz - orucu pozmur!
  24. Qulaqcıqlar (vakuumlu olsa belə, kəllə sümüyünün sərhəddini keçməsələr) - orucunu pozmur!
  25. Müxtəlif qoxuları qəsdən qoxulamaq - orucu pozmur!
  26. Sivakdan istifadə - orucu pozmur!
  27. Namaz qılmamaq - orucu pozmur!
  28. Gözü boyamaq (surma və s. ilə) orucu pozmur!
  29. Burun və ağzı yüngülcə yaxalamaq - orucu pozmur!
  30. Məzi (şəhvət hissi başlayarkən mənidən (spermadan) əvvəl ifraz olunan, yapışqan şəffaf maddə) və vədi (sidikdən sonra çıxan ağ, bulanıq, tünd, yapışqan bir maye) - orucu pozmur!
  31. Qüsülsüz (tam dəstəmazsız) halda oruc tutmaq - orucu pozmaz!

 

 

 

ORUCU POZUR

  1. Siqaret çəkmək- orucu pozur!
  2. İnhalyator, spreylər (dərman əlavə etməklə) - orucu pozur!
  3. Tibbi şamlar (rektal və vaginal) - orucu pozur!
  4. Aybaşı və doğuşdan sonrakı ifrazat - orucu pozur
  5. Dəli olmaq, ağlını itirmək- orucu pozur!
  6. Küfrə düşmək (mürtəd olmaq) - orucu pozur!
  7. Qastroskopiya ( qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinə)- orucu pozur!
  8. İmalə (klizma) - orucu pozur!
  9. Ağızdan(qırtlağın ortasından keçərsə) və ya burundan (burun sümüyünün əsasını keçərsə) yaxma götürmək- orucu pozur!
  10. Cinsi yaxınlıq (gündüz vaxtı) - orucu pozur!
  11. Qulağa tökən dərman damcıları (kəllə sümüyünün sərhəddini keçərsə) – orucu pozur!
  12. Buruna tökəndərman damcıları (burun sümüyünün dibinin sərhədini keçərsə) - orucu pozur!
  13. Dərman (həb) qəbul etmək - orucu pozur!
  14. Öz istəyi ilə qusmaq- orucu pozur!
  15. Bəlğəmi (qəsdən) udmaq- orucu pozur!
  16. Vaginal ultrasəs müayinəsi - orucu pozur!
  17. Məni axıtma - orucu pozur!
  18. Cinsiyyət orqanlarından yaxma götürmək – orucu pozur!

 

2026-04-01 (Шаввал 1447 г.) №4.


SUALLARINIZ

Qürbətdə vəfat etmiş şəxsin cənazəsini başqa yerə aparmaq icazəlidirmi və onun vətəninə daşınması (nəqli) üçün vəsait toplayıb yardım etmək olarımı? İbn Həcər əl-Heytəmi özünün "Tuhfət əl-Muhtac" kitabında buyurmuşdur: "Cənazəni (vəfat etdiyi yerdən) başqa bir...


SEVİMLİ PEYĞƏMBƏRİMİZİN ﷺ XARAKTERİNİN BƏZİ CİZGİLƏRİ

1. Peyğəmbərin təmizkarlığı, yeməkdə və yuxuda mötədilliyi (bu barədə yuxarıda artıq bəhs edilmişdir).   2. Mərhəmət və şəfqət. Quranda buyurulduğu kimi, o, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. Uca Allah Öz adlarından ikisini — Rauf və Rəhim (şəfqətli...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...


ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   16. Peyğəmbərin ﷺ yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).   Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...