Ramazan: uşaqlar oruc tutmalıdırmı?

Ramazan: uşaqlar oruc tutmalıdırmı?

Ramazan: uşaqlar oruc tutmalıdırmı?

Ramazan ərəfəsində yalnız bu müqəddəs ay haqqında danışmaq istəyirsən.

 

Biz böyüklər hamımız bilirik ki, inşallah, oruc tutacağıq, əlavə namazlar qılacağıq, biliklərimizi artırmağa və daha yaxşı insan olmağa çalışacağıq. Bəs uşaqlarımız? Şübhəsiz ki, bir çox ata və analar körpələrinin də bu mübarək ayla bağlı şəxsi təcrübə qazanma vaxtının çatdığını düşünürlər. Bəs uşaqları konkret hansı yaşdan oruc tutmağa alışdırmaq lazımdır? (1)

Sözsüz ki, uşaq hələ çox kiçik olanda onda oruc tutmaq istəyini oyatmağa çalışmaq lazımdır. Güman edirəm ki, balaca uşaq sizin oruc tutduğunuzu görüb, artıq sizə qoşulmaq istəyini ifadə edib. Uşaqlar böyükləri təqlid etməyi sevirlər. Axı əksər ailələrdə iftar həmişə bayram əhval-ruhiyyəsində keçir

Əlbəttə ki, balacaların böyüklər kimi bütün günü oruc tutması düzgün deyil. Bu, böyüməkdə olan orqanizm üçün zərərlidir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Xüsusən də çöldə havaların isti keçdiyi vaxtlarda uşaq orqanizminin təbii ki, yeməyə və suya ehtiyacı var. Üstəlik, Allah tərəfindən uşaqlara belə bir hökm də buyurulmayıb. Lakin əgər uşaq sağlamdırsa, ona gündə heç olmasa üç saat oruc tutmağa icazə vermək tamamilə mümkündür. Hətta bunu hər gün deyil, müəyyən günlərdə etmək və uşağın yeməkdən imtina etməsini həvəsləndirmək olar. Bu, onun gələcəkdə dini praktikasının tədricən formalaşmasına kömək edəcək. Övladınızın neçə saat oruc tutacağına isə onun yaşına, istəyinə və ehtiyaclarına əsaslanaraq məhz siz qərar verməlisiniz.

 

Uşaqlara Ramazan haqqında danışın

Ramazan başlamazdan əvvəl bu ayın nə olduğunu, müsəlmanların niyə oruc tutduğunu uşaqlara danışmaq məsləhətdir. Ayın başlanğıcına yaxın uşaqlarla birlikdə tanışlar üçün təbrik açıqcaları hazırlaya, evi bəzəyə bilərsiniz. Şarlar, girlandalar istifadə edin, öz əlinizlə bəzəklər hazırlayın və əlbəttə ki, bu işə uşaqlarınızı da cəlb edin. Qoy müqəddəs ayın gəlişi onlar üçün bir bayrama çevrilsin.

Ramazanda hər axşam uşaqlarınıza peyğəmbərlərin həyatından müxtəlif nəsihətamiz hekayələr, islami rəvayətlər oxumağı, nəşidləri dinləməyi bir vərdiş halına gətirə bilərsiniz. Hətta uşaqlara ana dilində hansısa bir nəşidi əzbərləməyi də təklif etmək olar.

Ramazan ayında hər bir ev xanımı iftar süfrəsi üçün dadlı, bəlkə də bir qədər qeyri-adi yeməklər hazırlamağa çalışır. Uşaqlar üçün iftar isə — əgər o, böyüklərinkindən daha tez açılırsa — adi olmamalıdır. Uşaqlar üçün müxtəlif dadlı nemətlər hazırlayın, qoy onların da kiçik bir bayram süfrəsi olsun. Həmçinin uşaqlar üçün kollektiv iftar təşkil edə, menyunu və tədbir planını əvvəlcədən düşünüb uşaqlarınızın balaca müsəlman dostlarını qonaq çağıra bilərsiniz. Bu axşamın təkcə bayram deyil, həm də öyrədici olması üçün uşaqlara İslam mövzusunda hansısa səhnəcik hazırlayıb göstərə bilərsiniz. Müxtəlif viktorinalar və müsabiqələr düşünün. Mükafat olaraq uşaqlara şirniyyatlar və ya məsələn, əllə düzəldilmiş oyuncaqlar hədiyyə etmək olar – hər şey sizin təxəyyülünüzdən asılıdır.

Əlbəttə, bütün uşaqlar qonaq gəlməsini sevirlər. Çalışın bu ayda tanışlarınızı, qohumlarınızı, dostlarınızı daha tez-tez qonaq çağırasınız. Onların öz uşaqları ilə birlikdə gəlməsi isə çox gözəl olar

Lakin bəzən uşaqlar oruc tutmaq istəmirlər. Yəqin ki, bu məsələdə onlara təzyiq göstərmək lazım deyil, sadəcə vəziyyətə düşünülmüş şəkildə yanaşmaq lazımdır (2).

Bir tanış müsəlman xanım uşaqlıq illərinin Ramazan xatirələrini mənimlə bölüşdü. O, məktəbli olanda valideynləri ilə birlikdə oruc tuturmuş, lakin balaca bacısı heç cür oruc tutmaq istəmirmiş. Anaları qızını danlamır, lakin sahur və iftar üçün müxtəlif dadlı təamlar hazırlayarkən onları balaca qıza vermirmiş. Deyirmiş ki: "Sən oruc tutmursan, deməli, adi yeməklərlə — şorba, sıyıq (kaşa) ilə qidalanmalısan. Ailəmiz isə oruc tutur, ona görə də aclığa göstərdikləri səbrin qarşılığı olaraq onlara müxtəlif ləzzətli yeməklər hazırlanır". Bir müddət sonra balaca bacı özü oruc tutmaq istədiyini bildirib.

Beləliklə, əziz balaca müsəlmanların valideynləri, çox şey məhz sizdən asılıdır: övladınızın orucu sevinclə və istəklə tutacağı, yoxsa oruc ona fərz (məcburi) olduqda onu buna məcbur etməli olacağınız sizin yanaşmanızdan asılıdır. Uşaqları Ramazana alışdırmaqda və bu ayı Allahın köməyi ilə keçirməkdə sizə uğurlar arzulayıram! Uca Allahın salamı və bərəkəti üzərinizə olsun, Ramazan ayınız xoş keçsin!

Dinə görə, uşaqları yeddi yaşından oruc tutmağa təşviq etmək lazımdır. On yaşına çatdıqda isə valideynlər imtina halında bəzi cəza növlərini (əyləncədən məhrum etmək və s.) tətbiq etməklə onları oruc tutmağa borclu etməlidirlər.

Burada söhbət hələ on yaşına çatmamış uşaqlardan gedir.

(1) Dinə görə uşaqları yeddi yaşından etibarən oruc tutmağa təşviq etmək lazımdır. Uşaqlar on yaşına çatdıqda isə valideynlər, imtina etdikləri halda bəzi cəza formaları (əyləncələrdən məhrum etmə və s.) tətbiq etməklə onları oruc tutmağa məcbur etməlidirlər. (Redaktor qeydi).

(2) Burada on yaşına çatmamış uşaqlar nəzərdə tutulur. (Redaktor qeydi).

 

 

МУһәммәд Гаһибли

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


SUALLARINIZ

Бoшaнмaдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлaрaг гaлырмы? Никaһ бaғлaндыгдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлур. Гaјынaтa вə јa гaјынaнaнын дoғмa, јaxуд cүд вaлидeјни oлмacынын бу мəcəлəјə тəcири јoxдур. Һəмчинин никaһын дaвaм eдиб-eтмəмəcиндəн acылы...


Һəр ҝүн дишлəрини тəмизлə

Мəрaт дoстунун aд ҝүнүндəн гaјытды. Ҝүн чox шəн кeчмишди. Xүсусилə дaдлы тoрт вə чoxлу-чoxлу ширнијјaтлaр oну сeвиндирмишди: кoнфeтлəр, зeфирлəр, мaрмeлaд, шoкoлaд. Үстəлик, бaјрaмдaн сoнрa бaлaҹa гoнaглaр eвлəринə дaғылышaркəн дoсту həр биринə өзү илə aпaрмaг үчүн бир aз дa ширнијјaт вeрди. Мəрaт...


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...


Иблисин мүxтəлиф симaлaри

Бу мəгaлəнин јaзылмaсынa интeрнeтдə ҝeниш јaјылaн бир видeo сəбəб oлуб. Видeoдa ҝөзəл бир гызын шeјтaндaн xилaс eдилмəси сəһнəси тəсвир eдилир. Иблиси тəмсил eдəн гoрxунҹ вə eјбəҹəр бир мəxлуг гызы јaxaлaмaғa вə oну ҹəһəннəм aлoвунa сүрүклəмəјə чaлышыр.   Илк бaxышдa һəр шeј мəнтигли...


Rəbiül-axir və Cümadəl-üla ayları – İslam tarixinin əlamətdar səhifələri

İslam təqviminin hər bir ayı mühüm hadisələri və böyük şəxsiyyətləri ilə yadda qalır. Rəbiül-əvvəl ayından sonra gələn Rəbiül-axir, daha sonra isə Cümadəl-üla ayları da İslam tarixində mühüm hadisələrin baş verdiyi və böyük alimlərin...