Ramazanda sahura (sübh qabağı yeməyə) yuxuda qalıb gecikmək (onu ötürmək) olmaz

Ramazanda sahura (sübh qabağı yeməyə) yuxuda qalıb gecikmək (onu ötürmək) olmaz

Ramazanda sahura (sübh qabağı yeməyə) yuxuda qalıb gecikmək (onu ötürmək) olmaz

Sahur – Ramazan ayında gündüz orucuna başlamazdan əvvəl, sübh vaxtından öncə müsəlmanların yediyi yeməkdir. Bir çoxları, xüsusən də gecələrin qısa olduğu yay vaxtlarında sahura qalxmağı vacib hesab etmir və gecə vaxtı doyunca yeyib yatırlar. Belə etmək lazımdırmı? Sahurda nə yemək daha yaxşıdır? Onu necə daha düzgün yerinə yetirmək olar?

 

Sahur, əlbəttə ki, orucun səhih olmasının (qəbulunun) şərti deyil, lakin o, Peyğəmbərin ﷺ Sünnəsidir, ona görə də buna laqeyd yanaşmaq olmaz.

Peyğəmbər Məhəmməd ﷺ buyurmuşdur: «Sahur edin (yəni dan yeri sökülməzdən əvvəl yeyin), həqiqətən, sahurda bərəkət vardır» (əl-Buxari, 1923; Müslim, 1095).

Həmçinin Allahın Rəsulu ﷺ buyurmuşdur: «Həqiqətən, Allah və Onun mələkləri sahur edənlərə xeyir-dua (salat) edirlər» («Səhih İbn Hibban», № 3467).

Uca Allah belə asan bir işə görə bizə xeyir-dua verdiyi halda, məgər tənbəlliyimizə qalib gəlməyə, yuxumuzu bölməyə və sahur etməyə dəyməzmi?!

Hətta ac olmasaq belə, iştahımız olmasa və heç nə yemək istəməsək belə, yenə də oyanmaq və ən azı bir qurtum su içmək müstəhəbdir (bəyəniləndir). Bununla biz həm Allahın xeyir-duasını qazanmış, həm də Peyğəmbərin Sünnəsinə tabe olduğumuz üçün savab qazanmış olarıq.

Sahur bizə aclığa dözməkdə kömək edir.

Allahın Rəsulu ﷺ buyurmuşdur: «Gündüz orucu üçün sahurdan, gecə ibadəti (təhəccüd) üçün isə günorta yuxusundan (qaylulə) kömək alın» (İbn Macə, «Sünən», № 1693).

Sahuru gecikdirmək müstəhəbdir.

Peyğəmbər ﷺ bildirmişdir ki, sahur ilə sübh namazı (fəcr) arasındakı vaxt əlli ayə oxunacaq qədər müddət olmalıdır. İmam ət-Təbərani rəvayət edir ki, Allahın Rəsulu ﷺ belə buyurmuşdur: «Uca Allah üç şeyi sevir: iftarı tezləşdirməyi, sahuru gecikdirməyi və namazda əlləri bir-birinin üzərinə qoymağı» («əl-Övsat», № 7470).

Sahurda nə yemək daha yaxşıdır?

Sahurda həm yüngül, həm də doyurucu qidalar yemək olar. Hətta bir qurtum su içmək belə Sünnənin yerinə yetirilməsi sayılır. Lakin ən yaxşısı xurma yeməkdir. Peyğəmbər ﷺ buyurmuşdur: «Sahur üçün ən gözəl yemək xurmadır» (ət-Təbərani, «əl-Kəbir», № 6549).

Sahura qalxanlar üçün dua

Və sonda, Allah Rəsulunun ﷺ sahur edənlər üçün etdiyi duanı təqdim edirik: «Yərhəmu-llahul-mutəsəhhirin» Mənası: «Allah sahur edənlərə rəhm etsin» (ət-Təbərani, «əl-Kəbir», № 6550).

 

Muhəmməd Müslimov

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Günah edirik və yenidən günaha qayıdırıq…

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   Tövbə haqqında   İnsan hansısa evdə günah işlədikdə, həmin evin damının Yaradanından onu uçurub həmin insanın üzərinə düşməsinə icazə verməsini istədiyi bildirilir. Əgər insan açıq səma altında...


İbadətdə süstlük

Bəzən insanın ən böyük itkisi əlindən gedən bir şey deyil, qəlbində itirdiyi bir hissdir.   Bir vaxtlar namazı səbirsizliklə gözləyən insan gün gəlir namaz vaxtını ağır bir vəzifə kimi görməyə başlayır. Quran oxuyur, amma ayələr əvvəlki kimi qəlbinə toxunmur. Dua...


Нијə aнa aтaдaн дaһa чox јaxшылығa лaјигдир?

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   Имaм əл-Гуртуби өзүнүн “Əл-Ҹaми фи Əһкaм əл-Гурaн” китaбындa бу бaрəдə бeлə јaзыр:   “Бу һəдис ҝөстəрир ки, aнaјa гaршы сeвҝи вə мəрһəмəт aтaјa гaршы oлaн сeвҝи вə мəрһəмəтдəн үч гaт дaһa ҝүҹлү oлмaлыдыр. Чүнки Пeјғəмбəр ﷺ...


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...


Rəbiül-axir və Cümadəl-üla ayları – İslam tarixinin əlamətdar səhifələri

İslam təqviminin hər bir ayı mühüm hadisələri və böyük şəxsiyyətləri ilə yadda qalır. Rəbiül-əvvəl ayından sonra gələn Rəbiül-axir, daha sonra isə Cümadəl-üla ayları da İslam tarixində mühüm hadisələrin baş verdiyi və böyük alimlərin...