Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).

 

110. Əmmara demişdi ki, onu yolunu azmış insanlar öldürəcəklər. Bu xəbərdarlıq gerçəkləşdi.

 

  1. Müqəddəs müharibədə cəsarətlə vuruşan bir səhabə haqqında Peyğəmbər ﷺ demişdi: “O, cəhənnəmə gedəcək”. Və bu adam intihar etdi.
  2. Peyğəmbər ﷺ Sürakətə demişdi: “Sən əllərinə fars padşahının bilərziklərini taxacaqsan”. Ömər səhabə xəlifə olanda müsəlmanlar Fars krallığını məğlub etdilər və Ömər səhabə Sürakətin əllərinə fars padşahının bilərziklərini taxdı.
  3. Sevimli Peyğəmbərimiz ﷺ fars padşahı Kisraya İslamı qəbul etməyə çağıran bir məktub göndərdi. Padşah Peyğəmbərin ﷺ məktubunu cırdı. Peyğəmbər ﷺ dedi: “Səltənətin bu kağız kimi cırılsın!” Allahın istəklisinin dediyi kimi, xəlifə Ömərin dövründə dünyanın bu ən güclü dövləti çökdü.
  4. Peyğəmbər ﷺ çox hündür deyildi, amma hündür boylu insanların yanında onlardan daha hündür görünürdü.
  5. Əmir və Ərbad Peyğəmbəri qəflətən tutub onu öldürməyi planlaşdırdılar. Peyğəmbər ﷺ bir dua oxudu, bundan sonra onlardan biri ildırım vurmasından, digəri isə bədənində ət şişməsindən öldü.
  6. O ﷺ, demişdi: “Allah mənə yer üzünü sıxılmış şəkildə göstərdi. Cəmiyyətimin səltənəti şərqdən qərbə qədər genişlənəcəkdir”. Onun dediyi kimi, İslam icmasının sərhədləri İspaniyadan Çinə, yəni şimaldan cənuba nisbətən qərbdən şərqə qədər genişləndi.
  7. Qızı Fatiməyə (Allah ondan razı olsun) o, demişdi: “Məndən sonra mənim nəslimdən birinci sən öləcəksən!” Onun vəfatından altı ay sonra Fatimə də öldü.
  8. Peyğəmbər ﷺ demişdi ki, zövcələrindən birinci ən səxavətlisi öləcək. Belə də oldu – Cəhşin qızı Zeynəb vəfat etdi. O, ən səxavətli idi və kasıblara çox ianə verirdi. Onu hətta “kasıbların anası” adlandırırdılar.
  9. Əli səhabə Peyğəmbərdən ﷺ ötrü sübh namazını buraxmışdı. O zaman sevimli Peyğəmbərimiz dua oxudu və Əli namaz qılmaq üçün günəş geriyə döndü.
  10. Peyğəmbər ﷺ hələ Məkkədə olarkən daşlar onu salamlayırdılar.
  11. Bir gün Peyğəmbər ﷺ, Əbu Bəkr, Ömər və Osman Uhud dağında olarkən dağ titrəməyə başladı. Allahın sevimlisi Peyğəmbər ﷺ ayağı ilə yerə zərbə endirib dedi: “Tərpənmə! Sənin üstündə Peyğəmbər ﷺ, əs-Siddiq və iki şəhid var”. O zaman zəlzələ dayandı. Sonralar isə Peyğəmbərin ﷺ dediyi kimi, Ömər və Osman şəhid kimi həlak oldular.
  12. Efiopiya kralı Nəcaşi müsəlman idi. Onun vəfat etdiyi gecə Peyğəmbər ﷺ səhabələrinə bu barədə məlumat verdi və onlar namaz qılıb onun ruhuna rəhmət oxudular. O vaxt, bildiyimiz kimi, telefon yox idi. Allah-Təala onun vəfatı haqqında Peyğəmbərə xəbər çatdırdı və bu da həmçinin Peyğəmbərin ﷺ möcüzəsidir.
  13. Peyğəmbər ﷺ Mədinədə olarkən yanında olan səhabələrə Mutə qəzavatında (Şam ərazisində kənd) baş verən hər şeyi danışdı: “Zeyd bayrağı əlinə aldı, sonra onu öldürdülər və bayrağı Cəfər götürdü, lakin o da şəhid oldu. Sonra bayrağı Abdullah bin Rəvaha əlinə aldı və o da həmçinin öldürüldü”. Bu barədə danışan Allahın Elçisi ﷺ ağlayırdı. Bir müddət sonra o, davam etdi: “İndi bayrağı Allahın qılınclarından biri (Xalid bin Vəlid) əlinə aldı və onun sayəsində müsəlmanlar qalib gəldilər”.

Yuxarıda sadalanan möcüzələrin hamısı Allah-Təalanın Muhəmməd Peyğəmbərə verdiyi möcüzələrdir. Onların hər biri təsdiq edir ki, Muhəmməd – həqiqi Peyğəmbər və Allahın elçisidir.

  1. Əs-Seyid Muhəmməd bin Muhəmməd əz-Zübeydi “İthafu Sadət əl-Müttəqin” kitabında yazır: “Muhəmməd Peyğəmbərin ﷺ bütün möcüzələrini sadalamaq mümkün deyil, onlar göylər və yerlə bağlıdır. Onlar həm danışan, həm də susandırlar (yəni canlı və cansızdır), hərəkətsiz və hərəkətli, bərk və maye, əvvəlki və sonrakı, yaxın və uzaq, açıq və gizli, dünyəvi və o biri dünyalı, mövcud bütün dünya ilə bağlıdırlar” (cild 8, s. 356).

Allah-Təala özünün istəkli peyğəmbərinə hər şeyi tabe etdi, ona bütün sahələrdə möcüzələr verdi.

İbnu Kəsir “Əl-Bidayət və-n-Nihayət” kitabında altmış səhifədən çox sevimli Peyğəmbərimizin əvvəlcədən xəbər verdiyi hadisələri təsvir edir (cild 6, s. 575–643). Bunlar da Peyğəmbərin ﷺ möcüzələridir. Budur onlardan biri: İmam Əhmədin rəvayət etdiyi səhih hədisə görə Muhəmməd Peyğəmbər ﷺ demişdir:

“Mənim ümmətim mütləq Konstantinopolu (İstanbul) fəth edəcəkdir. Onların əmiri necə də gözəldir, onun ordusu da necə də gözəldir!” (Əhməd).

Rəsulullahdan 870 il sonra İslam sərkərdəsi Muhəmməd əl-Fatih bu paytaxtı fəth etdi. Sultanı və onun ordusunu sevimli Peyğəmbərimiz bu hadisələrdən 870 il əvvəl İstanbulun müsəlmanlar tərəfindən alınacağını proqnozlaşdıraraq tərifləmişdir.

Əziz oxucular! Peyğəmbərin ﷺ sadalanan möcüzələri haqqında oxuyanlar onlara fərqli münasibət göstərə bilərlər. Möhkəm əmin olan və Allah-Təalaya inanan, Uca Allahın yaratdığı ətrafımızdakı gözəl və ahəngdar dünya haqqında düşünənlər Peyğəmbərin ﷺ bu və digər möcüzələrinə qeyd-şərtsiz inanacaqlar. Çünki bu ecazkar və nəhəng dünyanı yaradan Ulu Allah üçün sevimli peyğəmbərinə bu cür qabiliyyət və möcüzələr bəxş etmək heç də çətin deyildir.

Allah-Təalaya inanmayan digər insanlar da var ki, gündüz işləyib axşam yeyirlər, axşam isə yeyirlər ki, gündüz işləsinlər. Ehtiraslarının qulları və daim onlara təslim olaraq düşünürlər: gün keçdi – lap yaxşı. Bu insanlar möcüzələr haqqında eşidib nağıl və əfsanə olduqlarını söyləyərək onları lağa qoyurlar. Onlara Peyğəmbərin ﷺ qeyri-adi qabiliyyətlərinə deyil, özlərinin axmaqlıqlarına və cahilliklərinə lağ etmək yaraşardı. Axı, ətrafımızdakı dünyada belə heyrətamiz və ahəngdar şəkildə əlaqələndirilmiş qarşılıqlı əlaqənin şahidi olduğumuz halda, Uca Allaha inanmayan bir insandan daha axmaq kim ola bilər?! Bizi əhatə edən hər şey, ən kiçik hissəciklərdən, atomlardan və molekullardan planetlərə və ulduzlara qədər – hər şey belə bir nizam yaradan, əbədi yaşayan, hər şeyi bilən, hər şeyə iradəli və hər şeyə qadir olan yeganə Yaradan Uca Allahın varlığına dəlalət edir. Buna görə də bu cür insanlar ilk növbədə Uca Allahın varlığına inanmalıdırlar. Yalnız bundan sonra onlar möcüzələrə inanacaqlar.

Bundan sonra Allah Rəsulunun bəzi möcüzələri haqqında bir az ətraflı danışmaq istərdim. Bu möcüzələrin hər birinin ayrıca bir hekayəsi var.

 

Peyğəmbərin ﷺ bəzi möcü-zələri haqqında daha ətraflı

Yuxarıda qeyd etdik ki, bu kitabda göstərilən möcüzələrin hər birinin ayrıca tarixçəsi var, onu ötürmüş insanlar var ki, bu da bu halların gerçəkliyini bir daha təsdiqləyir. Onlardan bəziləri haqqında daha ətraflı danışacağıq ki, oxucunun Allahın nəcib Elçisinə inam və məhəbbəti artsın.

İmam əl-Qəzali, Allah ondan razı olsun, yazır: “Sən bil ki, Allah Rəsulunun məziyyətlərini, onun gözəl fəzilətləri, təqdirəlayiq əməlləri, heyrətamiz halları, ən yüksək adətləri, saf əxlaqi keyfiyyətləri, müxtəlif insanlara verdiyi yaxşı məsləhətləri, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları birliyə necə çağırdığını dərk edən, tədricən insanların ürəklərini necə fəth etdiyini, son dərəcə mürəkkəb suallara necə fövqəladə cavablar verdiyini, xalqın rifahı üçün ən müdrik tədbirlər gördüyünü, necə gözəl, lakonik, lakin tutumlu, böyük ağıl sahiblərinin bütün həyatı boyu hətta başlanğıcını dərk edə bilmədiyi dərin düşüncələrlə belə, insanlara şəriəti izah etdiyini görən – bu şəxsdə hətta şübhə kölgəsi belə qalmaz ki, bütün bunlara sadəcə insanın gücü və çalışqanlığı sayəsində nail olmaq mümkün deyil, bunun üçün nə qədər işləyib çalışsa da.

Buna yalnız Allahın qüdrəti sayəsində nail olmaq olar. Buna görə yuxarıda göstərilən möcüzələrin hər biri Muhəmməd Peyğəmbərin ﷺ Allahın həqiqi elçisi olduğunu göstərir. Başqalarını aldadan bir insan bunlara sahib ola bilməz. Və bu, Allah -Təala tərəfindən verilən bir nemətdir. Buna görə də sevimli Peyğəmbərin ﷺ bütün keyfiyyətləri, əməlləri, davranışı və bütün həyatı onun elçiliyinin həqiqətinə şəhadət edir. Allah Elçisini ilk dəfə görən hər bir təmiz niyyətli ərəb, baxışları Peyğəmbərə düşən kimi deyirdi: “Allaha and olsun ki, bu üz aldadıcı bir insanın üzü ola bilməz”. Əlbəttə ki, kim Peyğəmbərin ﷺ məziyyətini, gündəlik həyatda davranışını, əməllərini və keyfiyyətlərini görərək əksini iddia edəcəkdir.

Biz Allah Rəsulunun ən yüksək əxlaqından, nümunəvi davranışından və gözəl qamətindən danışdıq ki, sən onun ülvi keyfiyyətlərini təsəvvür edəsən, əzəmətini dərk edəsən və Uca Allah qarşısında ən yüksək dərəcəsini görəsən. Allah-Təala bütün bunları ona, savadsız, oxumağı və yazmağı bilməyən, elm öyrənməklə məşğul olmayan, kitab oxumayan, bilik axtarışında yola çıxmayan, cahil insanlar arasında böyüyən, insanları özünə tabe olmağa çağırmaq üçün nə sərvətə, nə də onları qorxutmaq üçün gücə və qüdrətə sahib olmayan, məsləhətləşə biləcəyi köməkçiləri olmayan, bütpərəstlərin, quldurların və vəhşi barbarların əhatəsində böyüyən bir yetimə vermişdir. Əgər Uca Allah ona bu çoxsaylı gözəl keyfiyyətləri bəxş etməsəydi, o, bunları haradan əldə edə bilərdi? Bütün xalq üçün ən uyğun olan qanun haqqında necə məlumat əldə edə bilərdi, Allahın əzəməti, xüsusiyyətləri və ən gözəl adları, Onun mələkləri və müqəddəs kitabları haqqında həqiqəti və peyğəmbərliyi ilə əlaqəli digər xüsusiyyətləri haradan öyrənərdi?! Uca Allah kömək etməsə, insan bunu necə mənimsəyə bilər? Hətta heç bir möcüzə olmasaydı belə, yuxarıda göstərilənlərin hamısı Muhəmməd Peyğəmbərin ﷺ böyük Tanrının seçilmiş elçisi olduğuna dəlil olaraq kifayət edərdi (İmam əl-Qəzalinin “İhya Ülumi-d-Din” kitabına bax, cild 2, s. 548).

Allah -Təala özünün istəkli peyğəmbərini bu keyfiyyətlər və biliklərlə məhdudlaşdırmadı, ona ən yüksək və ən aşağı aləmlərin möcüzələrini bəxş etdi. Biz Peyğəmbərin ﷺ 120-dən çox möcüzəsini qısaca sadaladıq və indi bəzilərini daha müfəssəl təsvir edəcəyik.

 

Ayın parçalanması

Peyğəmbər ﷺ tərəfindən Ayın parçalanması möcüzəsini Qurani-Kərimin özü təsdiq edir. Orada deyilir:

Mənası: “Qiyamət günü yaxınlaşdı və Ay parçalandı” (Quran, 54:1).

Qurani-Kərimin bütün şərhçiləri yazırlar ki, Qurani-Kərimin bəhs etdiyi Ayın bu parçalanması Muhəmməd Peyğəmbərin ﷺ dövründə baş verən bir möcüzədir. Və “Qiyamət günü yaxınlaşdı” sözlərinin mənası ondan ibarətdir ki, əvvəlki, keçmiş vaxtla müqayisədə qalan vaxt çox qısa və Qiyamət gününə yaxındır. Bütün Əhli-sünnə vəl-cəmaə (sünnə xalqı və cəmiyyətin razılığı) alimləri Peyğəmbər ﷺ üçün Ayın parçalandığını doğru bilməkdə yekdildirlər. Bu barədə ötürücülər zənciri davamlı və doğru olan etibarlı (səhih), məlum (məşhur) hədislər də bəhs edir. Bu barədə hədislər əl-Buxari, Müslim, ət-Tirmizi, İbn Cərir, Beyhəqi, Əbu Nuaym, Hakim, Əhməd, İbn Mərdəveyh və başqaları tərəfindən nəql edilmişdir.

Bu imamlar İbn Abbas, İbn Məsud, Ənəs, Abdullah bin Ömər, Hüzeyfə bin Yəman, Əli bin Əbu Talib, Mütim bin Cübeyr və Peyğəmbərin ﷺ digər yüksək hörmətli səhabələrindən Ayın parçalanması ilə bağlı hədislərin məzmununu ötürmüşlər.

Əbu Nuaym İbn Abbasın sözlərindən nəql edib ki, bir dəfə kafirlərin rəhbərləri Valid bin Muğirə, Əbu Cəhl, Əs bin Vail, Əs bin Haşim, Əsvəd, Nəzər bin Haris Allah Rəsulunun yanına gələrək ona dedilər: “Əgər sən doğru deyirsənsə, onda Ayı iki hissəyə elə böl ki, onun bir hissəsi Əbu Qubaysın, digəri isə – Küəykınin (Məkkədəki iki dağın adı) üstündə olsun”. Peyğəmbər ﷺ onlara dedi: “Əgər mən bunu etsəm, onda iman gətirirsinizmi?” Onlar “bəli” dedilər. Sonra Allah Rəsulu Rəbbinə dua etdi və göydəki Ay parçalandı, bir hissəsi bir dağın üstündə, ikinci hissəsi isə – digərinin üstündə görünürdü. Və Allahın istəklisi dedi: “Şahid olun!”

Beyhəqi və İbn Cərir tərəfindən ötürülən hədisdə deyilir: “Peyğəmbər ﷺ bunu deyəndə bütpərəstlərin başçıları oxşamağa (ağı deməyə) başladılar: “Əbu Kəbşin oğlu sizi ovsunladı”. (Kafirlər Muhəmmədi lağa qoyaraq ona Əbu Kəbşin oğlu deyirdilər. Əbu Kəbş Peyğəmbərin ﷺ dayəsi Həlimənin ərinin adı idi.) Onlar dedilər: “Bu barədə səyahətdən qayıdan insanlardan soruşun, çünki Muhəmməd hamını sehrləyə bilməz”. Evə qayıdan səyyahlardan soruşduqda, onlar da həmçinin bu möcüzəni gördüklərini təsdiqlədilər.

“İthaf” kitabında yazılıb: “Ayın parçalanması Uca Allahın Muhəmmədə bəxş etdiyi ən böyük möcüzələrdən biridir. Digər peyğəmbərlərə buna bənzər möcüzələr verilməmişdi. Çünki bu hadisə insan əlinin çatmadığı göylərdə baş vermişdi. Oradaca deyilir: “Bəzi ateistlər Ayın parçalanması möcüzəsini inkar edirlər, onlar deyirlər ki, əgər belə bir şey baş versəydi, o, planetimizdə yaşayan insanlardan gizli qalmazdı. Ancaq bu möcüzə gecə baş vermiş və uzun sürməmişdir, buna görə də əksər insanlar üçün diqqətdən kənarda qala bilər. Belə bir zamanda bir çox insan diqqət yetirə bilməzdi, digərləri yatırdı və buna görə də belə bir zamanda baş verən hadisə əksər insanlar üçün naməlum qala bilərdi” (cild 8, s. 313).

Bundan əlavə, gecə eyni vaxtda bu dünyada bütün insanlar üçün Ayı müşahidə etmək mümkün deyil, çünki bildiyimiz kimi, bir yerdə qaranlıq gecədirsə, digərində sutkanın işıqlı vaxtı olur və gündüz onu görmək mümkün deyil. Buna əlavə olaraq, Beyhəqinin dediyi kimi, o vaxt səyahətdən qayıdan insanlar Ayın göydə parçalandığını gördüklərinə şahid oldular. Bunu yuxarıda da qeyd etdik.

Muhəmməd Riza tərəfindən “Muhəmməd Rəsulullah” adlanan və Peyğəmbərin ﷺ tərcümeyi-halına həsr olunmuş kitabda yazılmışdır: “İstanbulda nəşr olunan “Caridat əl-İnsan əl-Ərəbiyyə” qəzetində başqa bir xarici nəşrə istinadən bir məqalə verilir, orada deyilir: “Çində arxeoloqlar qədim bir ev tapmışlar, orada belə bir yazı oxunur: “Bu ev göylərdə heyrətamiz bir hadisə baş verdiyi: Ayın iki yerə parçalandığı filan ildə tikilib”. Sonradan elm adamları bu tarixi nəzərə aldıqda, Ayın Peyğəmbər ﷺ üçün parçalandığı illə üst-üstə düşdü” (s. 432).

Uzağı görməyən, həyasız və axmaq ateistlərin Ayın parçalanması möcüzəsini inkar etməsində təəccüblü heç nə yoxdur. Axı, onlar təkcə bunun bir möcüzə olduğunu deyil, hətta böyük Allahın varlığını da tanımırlar, halbuki ən kiçik atomlar, molekullar və hüceyrələr də daxil olmaqla ətrafımızdakı hər şey Onun varlığını sübut edir.

Biz müsəlmanlar, Allaha iman gətirənlər üçün belə nadir nizam-intizam quran və bütün bunları mükəmməl idarə edən Allah-Təalanın yaratdığı göylərə və yerə və digər yaratdıqlarına da baxmaq Yaradanın sevimli peyğəmbəri üçün Ayı parçaladığına heç bir şübhə yeri qoymur.

Əgər ateistlər, müsəlmanlar kimi, ağıllarına güvənib ondan faydalansaydılar, Allah Rəsulunun belə möcüzəsinə şübhə etməzdilər.

 

“GÜNƏŞİN YEDDİ ŞÜASI” KİTABINDAN GÖTÜRÜLÜB TƏRCÜMƏ OLUNUB

KURAMUHƏMMƏD HACI RAMAZANOV

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Rəbiül-axir və Cümadəl-üla ayları – İslam tarixinin əlamətdar səhifələri

İslam təqviminin hər bir ayı mühüm hadisələri və böyük şəxsiyyətləri ilə yadda qalır. Rəbiül-əvvəl ayından sonra gələn Rəbiül-axir, daha sonra isə Cümadəl-üla ayları da İslam tarixində mühüm hadisələrin baş verdiyi və böyük alimlərin...


SUALLARINIZ

Бoшaнмaдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлaрaг гaлырмы? Никaһ бaғлaндыгдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлур. Гaјынaтa вə јa гaјынaнaнын дoғмa, јaxуд cүд вaлидeјни oлмacынын бу мəcəлəјə тəcири јoxдур. Һəмчинин никaһын дaвaм eдиб-eтмəмəcиндəн acылы...


İbadətdə süstlük

Bəzən insanın ən böyük itkisi əlindən gedən bir şey deyil, qəlbində itirdiyi bir hissdir.   Bir vaxtlar namazı səbirsizliklə gözləyən insan gün gəlir namaz vaxtını ağır bir vəzifə kimi görməyə başlayır. Quran oxuyur, amma ayələr əvvəlki kimi qəlbinə toxunmur. Dua...


Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).   110. Əmmara demişdi ki, onu yolunu azmış insanlar öldürəcəklər. Bu xəbərdarlıq gerçəkləşdi.   Müqəddəs müharibədə cəsarətlə vuruşan bir səhabə haqqında Peyğəmbər ﷺ demişdi: “O, cəhənnəmə gedəcək”....


Нијə aнa aтaдaн дaһa чox јaxшылығa лaјигдир?

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   Имaм əл-Гуртуби өзүнүн “Əл-Ҹaми фи Əһкaм əл-Гурaн” китaбындa бу бaрəдə бeлə јaзыр:   “Бу һəдис ҝөстəрир ки, aнaјa гaршы сeвҝи вə мəрһəмəт aтaјa гaршы oлaн сeвҝи вə мəрһəмəтдəн үч гaт дaһa ҝүҹлү oлмaлыдыр. Чүнки Пeјғəмбəр ﷺ...