Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).

  1. Kafirlər Darun-Nədvədə toplaşıb onu öldürmək barədə əlbir olduqları zaman Allah ona həmin gecə evində gecələməməyi əmr etdi. (Darun-Nədvə — Qüreyşin mühüm məsələləri müzakirə etmək və qərarlar qəbul etmək üçün toplaşdığı yer idi.)
  2. Həmin gecə o, evdən çıxarkən müşriklər onun evini mühasirəyə almışdılar. Lakin Allah onları kor etdi və Peyğəmbər Muhəmməd ﷺ onların üzlərinə torpaq ataraq gözə görünmədən oradan uzaqlaşdı.
  3. Hüneyndəki müqəddəs döyüş zamanı Peyğəmbər ﷺ bir ovuc torpaq götürüb düşmənlərin gözlərinə atdı. Onlar kor oldular və sonra dağılışdılar.
  4. Bədrdəki müqəddəs döyüşdə də eyni hadisə baş verdi.
  5. Peyğəmbər ﷺ onu təqib edən kafirlərdən Səvr mağarasında gizləndiyi zaman hörümçək mağaranın girişində tor qurdu, göyərçinlər isə yuvalarını elə qurdular ki, düşmənlər mağarada heç kimin olmadığını düşünsünlər.
  6. Suraqa Peyğəmbəri ﷺ öldürmək üçün onun arxasınca düşdüyü zaman atının ayaqları bir neçə dəfə torpağa batdı və Suraqa özü Peyğəmbərdən ﷺ çıxmasına kömək etməsini istəməyə məcbur oldu.
  7. Peyğəmbər ﷺ Ümmü Məbad adlı qadına məxsus, bala verməyən bir qoyunun yelininə əlini çəkdi və oradakı bütün insanların içməsinə kifayət edəcək qədər süd sağdılar.
  8. O, Ömər səhabə üçün dua etdi və Allah onun duasını qəbul etdi. Bunun nəticəsində Ömər müsəlman oldu və Uca Allah onun vasitəsilə İslamı ucaltdı.
  9. O, Əli səhabəni istidən və soyuqdan qoruması üçün Allaha dua etdi. Bundan sonra Əli hətta qışda yay paltarı, yayda isə qış paltarı geyinsə belə, nə istini, nə də soyuğu hiss etmirdi.
  10. Səhabələr soyuq səbəbindən məscidə gəlməyi dayandırdıqları zaman Peyğəmbər ﷺ istilik üçün dua etdi və bundan sonra səhabələr məscidi doldurdular.
  11. Əli səhabə ağır xəstələndiyi zaman Peyğəmbər ﷺ əlini onun bədəninə çəkdi və bundan sonra o, bir daha xəstələnmədi.
  12. Əhzab qazavatı günü Peyğəmbər ﷺ Hüzeyfə üçün dua etdi və hamının soyuqdan əziyyət çəkdiyi bir vaxtda onu isti hava bürüdü. Həmin gün Uca Allah kafirlərin birləşmiş ordusunun üzərinə güclü külək göndərdi. Bu külək onların çadırlarını dağıtdı, odlarını söndürdü və ət bişirdikləri ocaqlardakı qazanları aşırdı. Bundan sonra sayı on mindən çox olan kafir ordusu müsəlmanlar üzərində qələbə çalmaq və Mədinəni ələ keçirmək ümidini tamamilə itirdi. Onlar döyüşə belə girmədən və məqsədlərinə çatmadan rüsvay olmuş halda qaçdılar.
  13. Xeybər qazavatı günü o, Əli səhabənin xəstə gözünə tüpürcəyi ilə məsh etdi və ağrı dərhal keçdi.
  14. Bu qazavatdan bir gün əvvəl Peyğəmbər ﷺ belə buyurdu: «Sabah Xeybərin qalası Allahın və Peyğəmbərin ﷺ sevimlisi tərəfindən fəth ediləcək». Həmin gün uzun müddət fəth edə bilmədikləri Xeybər qalasını Əli səhabə fəth etdi.
  15. Peyğəmbər ﷺ Külsüm ibn Mühsinə dəyən ox yarasına tüpürcəyi ilə məsh etdi və yara dərhal sağaldı.
  16. Qətadə adlı səhabənin gözünə ox dəydi və göz yanağının üstündə asılı vəziyyətdə qaldı. Peyğəmbər ﷺ ona tüpürcəyi ilə məsh etdi və gözünü yerinə qaytardı. Bundan sonra gözü dərhal sağaldı və hətta digər gözündən daha yaxşı görməyə başladı.
  17. Peyğəmbər ﷺ Abdullah ibn Ənəsin yarasına tüpürcəyi ilə məsh etdi və həmin anda yara sağaldı.
  18. Peyğəmbər ﷺ Sələmə ibn Əkvanın qılıncdan aldığı bud yarasını da sağaltdı. O, yaraya üfürdü və yara dərhal sağaldı.
  19. Peyğəmbər ﷺ Zeyd ibn Müazın qılıncla yaralanmış ayağına da tüpürcəyi ilə məsh edərək onu sağaltdı.
  20. Xəndək günü Peyğəmbər ﷺ Həkəmin sınıq ayağına tüpürcəyi ilə məsh etdi və sümük dərhal bitişdi.
  21. Muhəmməd ibn Xətib — Peyğəmbərin ﷺ adı verilən ilk şəxs — qaynar su ilə əlini yandırdı. Peyğəmbər ﷺ dua edərək onun əlini sağaltdı.
  22. Bədrdəki müqəddəs döyüş zamanı Hübbeybin qolu kəsildi və asılı vəziyyətdə qaldı. Allahın sevimlisi ﷺ onu yerinə qoydu və qol dərhal bitişdi.
  23. Bir dəfə Peyğəmbərin ﷺ yanına kor bir adam gəldi. Peyğəmbər ﷺ ona namaz qıldıqdan sonra müəyyən bir dua oxumasını söylədi. O, Peyğəmbərin ﷺ əmrini yerinə yetirdi və dərhal görməyə başladı.
  24. Başqa bir insanın gözləri ağarmış və o, tamamilə kor olmuşdu. Peyğəmbərimiz ﷺ gözlərinə üfürdü və onun gözləri sağaldı. Bundan sonra həmin səksən yaşlı qoca rahatlıqla iynəyə sap keçirirdi.
  25. Sevimli Peyğəmbərimiz ﷺ Ütbə ibn Fərqadın əlinə üfürdü və bundan sonra onun əli həmişə xoş ətir saçırdı.
  26. Peyğəmbər ﷺ Abdullah ibn Abbas üçün Allahın ona Quranı təfsir etmək qabiliyyəti və dini anlamaq bacarığı bəxş etməsi üçün dua etdi. Həmin vaxtdan bu günə qədər dünyanın bütün alimləri onun elminə heyran qalmış və onun elmindən faydalanmışlar.
  27. Karvanda həmişə geridə qalan Cabirin dəvəsi Peyğəmbərin ﷺ duasından sonra digərlərini qabaqlamağa başladı.
  28. Peyğəmbər ﷺ Ənəs üçün Uca Allahın onun ömrünü uzatması və ona çoxlu övlad verməsi üçün dua etdi. Ənəs yüz ildən çox yaşadı və təxminən 120 övladını və nəvəsini gördü.
  29. Peyğəmbər ﷺ Uca Allahdan Əbu Hüreyrənin anasını müsəlman etməsini istədi və o, dərhal İslamı qəbul etdi. Həmçinin Əbu Hüreyrə Peyğəmbərə ﷺ nə qədər çalışsa da, eşitdiklərinin hamısını yadda saxlaya bilmədiyindən və unutduğundan şikayət etdi. Lakin bundan sonra Peyğəmbərin ﷺ bərəkəti sayəsində daha heç nəyi unutmadı.
  30. Peyğəmbərin ﷺ duasından sonra həmin il Cabirin bağı misli görünməmiş məhsul verdi.
  31. Bir bədəvi Peyğəmbərin ﷺ yanına gəlib uzun müddətdir yağış yağmadığından və hər şeyin quruduğundan şikayət etdikdə, Peyğəmbər ﷺ Allaha dua etdi və bir həftə boyunca yağış yağdı. Bundan sonra bir səhabə gəlib yağışın onlara zərər verdiyini söylədi. Bu dəfə Peyğəmbərin ﷺ duasından sonra yağış elə həmin saatda dayandı.
  32. Peyğəmbər ﷺ pis adam olan Üteybətə qarşı bir itin göndərilməsi üçün Allaha dua etdi. Bundan sonra Üteybət yoldaşları ilə səfər edərkən onu təkcə bir şir parçaladı.
  33. Bir ağac danışaraq Muhəmmədin ﷺ Allahın Rəsulu olduğuna şəhadət verdi.
  34. Təbii ehtiyacını ödirmək istədiyi zaman insanlardan gizlətmək üçün iki ağacdan onu örtmələrini istədi. İki ağac çayın sahilinə gəlib onun üzərinə əyilərək onu gizlətdi.
  35. Başqa bir ağac o yatarkən ona salam verdi və öz kölgəsi ilə onu örtdü.
  36. Məsciddə Peyğəmbərin ﷺ xütbə zamanı üzərinə qalxdığı xurma kötüyü, növbəti cümə günü səhabələrdən birinin hazırladığı minbərə qalxdığı zaman ondan ayrıldığı üçün uşaq kimi inlədi. Peyğəmbər ﷺ onu sığalladı və bundan sonra sakitləşib inləməyi dayandırdı.
  37. Bir dəfə o namaz qılarkən otağın divarları və qapıların çərçivələri «Amin!» deyirdilər.
  38. Peyğəmbərin ﷺ əllərində yemək və daşlar Allahı təsbih edirdilər.
  39. Zəhərlənmiş qızardılmış qoyun əti Peyğəmbərlə ﷺ danışaraq ona zəhərli olduğunu xəbər verdi.
  40. Bir dəvə ona yeməyinin yaxşı verilmədiyindən şikayət etdi.
  41. Quşlar Peyğəmbərin ﷺ yanına uçaraq insanların onların yuvalarını dağıtdığından, balalarını və yumurtalarını rahat buraxmadığından şikayət edirdilər.
  42. Bir dəvə və qoyun ona səcdə etdilər; dəvə və Yəfur adlı eşşək onunla danışdı.
  43. Vəhşi heyvan ovçudan onu buraxmasını, balalarını yedizdirməsinə imkan verməsini istədi.
  44. Vəhşi heyvanlar, o cümlədən çaqqal, onun Allahın Rəsulu olduğuna şəhadət etdilər.
  45. Bədrdəki müqəddəs döyüşdən bir gün əvvəl sevimli Peyğəmbərimiz ﷺ müşriklərin rəhbərlərindən hər birinin harada öldürüləcəyini xəbər verdi. Hər şey onun dediyi kimi baş verdi.
  46. Peyğəmbər ﷺ ümmətinin dənizdə də müqəddəs döyüş aparacağını xəbər verdi. Onun əvvəlcədən xəbər verdiyi kimi, Osman səhabənin hakimiyyəti dövründə müsəlmanlarla rumlular arasında dənizdə qanlı döyüş baş verdi. Rumluların 500-dən çox gəmisi və çoxsaylı ordusu olduğu halda, müsəlmanların cəmi 200 gəmisi var idi. Buna baxmayaraq, rumlular müsəlmanlar tərəfindən tamamilə məğlub edildilər.
  47. Peyğəmbər ﷺ Osman səhabəyə böyük bir bəlanın onu gözlədiyini və öldürüləcəyini söylədi. Elə də oldu.
  48. Peyğəmbər ﷺ onun vəfatından yüz il sonra sağ qalan heç bir səhabənin olmayacağını söyləmişdi. Düz yüz il sonra Peyğəmbərin ﷺ sonuncu səhabəsi Əbu Tüfeyl vəfat etdi.
  49. Peyğəmbər ﷺ bir uşağın başına əlini qoyaraq onun tam bir əsr yaşayacağını söylədi. O da həqiqətən 100 il yaşadı.
  50. Peyğəmbər ﷺ nəvəsi Həsən haqqında belə buyurmuşdu: «Bu mənim oğlum ağadır. Ola bilsin ki, Allah onun vasitəsilə iki böyük müsəlman dəstəsini barışdırsın». Peyğəmbərin ﷺ vəfatından otuz il sonra Həsən xilafətin rəhbərliyini Müaviyəyə verdi. Bununla İslam ümmətinin barışmasında böyük bir xeyir oldu.
  51. Yəmənin Səna şəhərində yalançı peyğəmbər Əsvəd əl-Ənsi öldürüldüyü zaman Peyğəmbər ﷺ elə həmin gecə onun öldürüldüyünü söylədi və onu öldürənin adını çəkdi.
  52. Bundan əlavə, sevimli Peyğəmbərimiz ﷺ öz ümmətindən bir insanın öldükdən sonra danışacağını xəbər verdi. Onun dediyi kimi, Zeyd ibn Haris vəfat etdikdən sonra danışdı.
  53. Peyğəmbər ﷺ Sabitə belə buyurdu: «Sən şərəfli, gözəl bir həyat yaşayacaq və şəhid olaraq öləcəksən». Elə də oldu.
  54. Müazı Yəmənə yola salarkən Peyğəmbər ﷺ ona belə dedi: «Yəqin ki, bir daha görüşməyəcəyik və ola bilsin ki, növbəti dəfə mənim qəbrimi ziyarət edəsən». Elə də oldu.
  55. Bir dəfə Peyğəmbər ﷺ üç adama baxaraq belə dedi: «Bu üç nəfərdən birinin dişi Cəhənnəmdə Uhud dağından daha böyük olacaq». Sonradan Peyğəmbərin ﷺ vəfatından sonra, Əbu Bəkrin hakimiyyəti dövründə onların biri kafir oldu, yalançı peyğəmbər Müseyləmənin tərəfinə keçdi, müsəlmanlara qarşı vuruşdu və öldürüldü. Onun adı Rical idi. Digər ikisi isə Əbu Hüreyrə və Furat idi. Sonuncular Ricalın aqibətini eşidəndə Uca Allaha şükür əlaməti olaraq səcdəyə getdilər.
  56. Başqa bir dəfə Peyğəmbər ﷺ sol əli ilə yemək yeyən bir adamı görüb ona belə dedi: «Sağ əlinlə ye». O isə: «Bacarmıram», — deyə cavab verdi. Bundan sonra onun sağ əli bir daha qalxmadı və quruyub qaldı.
  57. Peyğəmbər ﷺ bir kişinin qızını istədi. Həmin kişi qızını Peyğəmbərə ﷺ vermək istəməyərək onun cüzam xəstəliyinə tutulduğunu söylədi. Bundan sonra qız həqiqətən cüzam xəstəliyinə tutuldu.
  58. Allahın sevimlisi ﷺ yanına qızı Fatimə (Allah ondan razı olsun) aclıqdan solğun halda gəldi. Peyğəmbər ﷺ əlini onun sinəsinin üzərinə qoyub dua etdi və bundan sonra o, bir daha aclıq hiss etmədi.
  59. Peyğəmbər ﷺ Əhlus-Süffəyə gətirilən az miqdarda yeməyə dua etdi və onun duasının bərəkəti ilə həmin yemək hamının doymasına kifayət etdi. Toplananların sayı 300-dən çox idi. Əhlus-Süffə Peyğəmbərin məscidində daim qalan, dünya nemətlərindən tamamilə üz çevirərək özlərini Uca Allaha ibadətə həsr edən səhabələrə deyilirdi. Onlar İslamın bütün ehtiyaclarının yerinə yetirilməsi üçün çıxmağa daim hazır vəziyyətdə olurdular.
  60. Cabirin bir sa‘ undan bişirdiyi çörək və Peyğəmbəri ﷺ doyurmaq üçün kəsdiyi bir quzu Peyğəmbərin ﷺ duasından sonra 1500 nəfəri doyurdu və bundan sonra əvvəlki qədər yemək yenə qaldı.
  61. Xəndəkdəki müqəddəs döyüş zamanı Peyğəmbər ﷺ bir neçə xurmaya dua etdi və bundan sonra həmin xurmalar bütöv bir orduya kifayət etdi.
  62. Sevimli Peyğəmbərimiz ﷺ Əbu Hüreyrənin kisəsində olan xurmalara bərəkət və bolluq olması üçün dua etdi. Kisəyə nə vaxt əl salınsa, orada həmişə xurma tapılırdı. Osman səhabənin hakimiyyəti dövründə həmin kisə cırıldı və bundan sonra heç kim oradakı xurmalardan yemədi.
  63. Ənəsin gətirdiyi az miqdarda yemək 300 nəfərə kifayət etdi.
  64. Peyğəmbərin ﷺ duasından sonra Ənsardan olan Əbu Əyyubun evində yemək çoxaldı.
  65. Onun evindəki bir qab süd Əhlus-Süffədən olan 400 səhabəyə içməyə və doymağa kifayət etdi.
  66. Hüdeybiyyədə Peyğəmbər ﷺ səhabələrə bir ox verdi və onu içində az miqdarda su olan quyuya atmağı əmr etdi. Bundan sonra su fəvvarə kimi axmağa başladı və 1500 nəfərin və onların heyvanlarının susuzluğunu aradan qaldırmağa kifayət etdi.
  67. Peyğəmbərin ﷺ duasından sonra Əşcəinin arıq və zəif atı hamını qabaqlamağa başladı və onlar həmin atdan çoxlu fayda əldə etdilər.
  68. Peyğəmbərin ﷺ mübarək barmaqlarından axan su 1400 nəfərin içməsi və dəstəmaz alması üçün kifayət etdi.
  69. Başqa bir dəfə Peyğəmbərin ﷺ mübarək barmaqlarından 12 min nəfərlik ordunu və heyvanlarını doyurmağa kifayət edəcək qədər su axdı. Peyğəmbərin ﷺ barmaqlarından su axması möcüzəsi bir neçə dəfə təkrarlandı. Bu su ən müqəddəs su hesab edilir və Zəmzəm və Kövsərdən daha üstün sayılır.
  70. O, duzlu quyu suyunu tüpürcəyi ilə qarışdırdı və su şirinləşdi.
  71. Bir qadın başındakı bütün saçları tökülmüş xəstə uşağı ilə Peyğəmbərin ﷺ yanına gəldi. Allahın sevimlisi ﷺ əlini uşağın başına çəkdikdən sonra uşaq sağaldı və saçları çıxdı.
  72. Bir nəfər ölmüş qızının diriləcəyi təqdirdə İslamı qəbul edəcəyini söylədi. Allahın sevimlisi ﷺ qızın qəbrinin yanına gəlib belə soruşdu: «Ey filankəs, bu dünyaya qayıtmaq istəyirsənmi?» Qız qəbirdən belə cavab verdi: «Xeyr, istəmirəm, ey Allahın Rəsulu ﷺ. Mən gördüm ki, Allah mənim valideynlərimdən daha xeyirlidir və bu dünya yaşadığım əvvəlki dünyadan daha yaxşıdır».
  73. Peyğəmbər ﷺ Müaviyə ibn Əfranın həyat yoldaşının bədəninə əsası ilə toxundu və o, cüzam xəstəliyindən sağaldı.
  74. Peyğəmbərin ﷺ insanları əli, tüpürcəyi və duası ilə sağaltmasına dair çoxlu nümunələr vardır.
  75. Bədr döyüşü günü Peyğəmbər ﷺ Ükaşə ibn Mühsinə bir çubuq verdi. Çubuq qılınca çevrildi və o, bütün gün düşmənlərlə həmin qılıncla vuruşdu.
  76. Nəbihət adlı qadın üçün belə dua etdi: «Qoy dişlərin möhkəm olsun». O, 120 il yaşadıqdan sonra da bütün dişləri salamat idi.
  77. Peyğəmbərin ﷺ duasından sonra ruhi xəstə olan bir insan sağaldı.
  78. Peyğəmbər ﷺ səhabələrdən birinin xəstə dişini sağaltdı.
  79. Peyğəmbər ﷺ Ümmü Sələmənin kiçik qızı Zeynəbin üzünə su səpdi. O, 100 yaşına yaxınlaşdığı zaman belə üzü gənc bir qızın üzü kimi gözəl olaraq qaldı.

 

 

“Günəşİn yeddİ şüası” kİtabından götürülüb tərcümə olunub

Kuramuhəmməd Hacı Ramazanov

2026-09-01 (Рабиул аввал 1448 г.) №9.


Tövbə edirik və yenidən günah işləyirik…

Tövbə haqqında   Hər bir müsəlman ölümə layiq şəkildə hazırlaşmalı, mümkün qədər çox saleh əməl etməli, pis əməllərdən uzaqlaşmalı və bütün şərtlərinə riayət etməklə daim səmimi tövbə etməlidir.   Tövbənin...


Нијə aнa aтaдaн дaһa чox јaxшылығa лaјигдир?

Вaлидeјнлəрə eһтирaм, һөрмəт ифaдəси вə oнлaрa xeјирxaһ мүнaсибəт – бу, ибaдəт нөвлəриндəн биридир. Шəриəтə зидд oлмaјaн һəр шeјдə вaлидeјнлəрə итaəт eтмəк – Aллaһын өвлaдлaрa һəвaлə eтдији вəзифəлəрдəн биридир.   Aллaһ-Тəaлa вaлидeјнлəрин рaзылығыны Aллaһын рaзылығы илə...


SUALLARINIZ

Ики јaxын гoһум гaдынлa eјни вaxтдa eвлəнмəк oлaрмы? Ики јaxын гoһум гaдынлa eјни вaxтдa eвлəнмəк гaдaғaндыр. Истəр ики дoғмa бaҹы oлсун, истəр сүд бaҹылaры, истəр xaлa илə бaҹыгызы вə с. oлсун, һөкм eјнидир. Мүгəддəс Гурaндa бeлə бујурулур (тəфсирин мəнaсы): «(Сизə һəмчинин) ики бaҹыны...


Uşaqlarla yorulmadan həftəsonu keçirmək? Bu mümkündür

Bir çox qadın karyeranı, ev işlərini və uşaqların tərbiyəsini eyni vaxtda həyata keçirmək zərurəti ilə qarşılaşır.   Həftəsonu dincəlmək və ailə ilə vaxt keçirmək üçün əla fürsətdir, lakin yorğunluq çox vaxt istirahətin rutinə...


Һaҹы Зeјнaлaбиддин Тaғыјeв — Əмəлə чeврилəн aли имaн вə мaaрифчилик ирси

Ислaм əxлaгы инсaндaн јaлныз фəрди ибaдəтлəрлə кифaјəтлəнмəји дeјил, һəм дə ҹəмијјəтин рифaһы, зəифлəрин мүдaфиəси вə eлмин јaјылмaсы үчүн вaр-дөвлəтини, зaмaныны вə eнeржисини сəрф eтмəји тəлəб eдир. Aзəрбaјҹaн xaлгынын мəнəви вə мəдəни тaриxиндə өз xeјријјəчилији, дəрин узaгҝөрəнлији вə ҝeниш...