Qadın qısqanclığı

Qadın qısqanclığı

Qadın qısqanclığı

Bu gün qadın qısqanclığından danışmaq istəyirəm. O, nəyin nəticəsidir və nəyə gətirib çıxarır.

 

Biz qadınlar, emosional (tez təsirlənən, özünü saxlaya bilməyən) məxluğuq və çox vaxt öz emosiyalarımızı saxlaya bilmirik. Ərini hər hansı bir hadisədə tutaraq, qadınların çoxu yaxşı bir çıxış yolu tapmayıb öz hisslərinə güc verirlər – yəni müvazinətini itirir, isteriya yaradır, qab-qacağı, mebeli sındırır.

 

Sözün düzünü deyirəm – bu, ər-arvad arasında qarşılıqlı anlaşmanın dağılması və bir-birindən uzaqlaşmaq yoludur. Belə hərəkət problemin həll olunmasına zərrə qədər kömək etmir, əksinə, problemi ağırlaşdırır və yenilərini yaradır.

Lakin qadınlar nə üçünsə ciddi-cəhdlə məhz belə senaridən istifadə edirlər, biləndə ki, onların ərləri, misal üçün, kiminləsə ünsiyyət edir. Təbii ki, qadının belə rəftarının səbəbi qısqanclıqdır. Və əksər hallarda – qısqanclıq dağıdıcıdır.

Mənə müraciət edən qadınlar tez-tez soruşurlar ki, bu qısqanclıqla necə mübarizə aparmaq lazımdır. Bu suala cavab vermək üçün mən əvvəlcə qısqanclığın mahiyyətini açıram, yəni – o, hansı problemin nəticəidir.

Bu barədə sizə də danışmaq istəyirəm, əziz oxuyucular.

Qısqanclıq praktiki olaraq bütün adamlara xasdır. Normalda o, öz sərhədlərini müdafiə etməyə imkan verir, xüsusilə kişilərə.

Qeyri- normal, qeyri- adekvat qısqanclığın əsası şəxsiyyət daxili problemlərdən başqa heç nə deyil, hansı ki, bu qadınların böyük əksəriyyətində var (kişilərdə də var lakin bu, ayrıca söhbətdir).

Bu problemlər özünü qəbul etməməkdə (özünü tanımaq istəməməkdə), özünə sevginin olmamasında və öz şəxsiyyətinə hörmətin olmamasındandır.

Nəticədə qadın belə hesab edir ki, o, kifayət qədər yaxşı deyil və mütləq ondan yaxşı, maraqlı və cazibədar qadınlar var. Ən dəhşətlisi də odur ki, hər bir belə qadın əmindir ki, bu gözəl naməlum qadınlar mütləq onun ərinə rast gəlməlidirlər, sadəcə olaraq onun həyatı bu tanış olmadığı qadınlarsız mümkün deyil. Bununla əlaqədar qadında daimi, sözün həqiqi mənasında – ayıq-sayıq nəzarət baş qaldırır, - telefon, sosial şəbəkələrə, ərinin gedişinə, gəlişinə, söhbətlərinə və hətta susmağına da.

Özünə arxayın olmayan qadın ərinə aid olan hər şeyə nəzarət etməyə çalışır ki, öz ərazisinə qəsd edilməsinə yol verməsin. O, daima ərinin xəyanətinə, onun həmən gözəl naməlum qadınla görüşlərinə sübutlat axtarışındadır.

Və bilirinizmi ki, burada paradoks (inanılmaz şey) nədədir? Ondadır ki, «kim axtarırsa, o həmişə tapır».

Öz şübhələri və nəzarəti ilə arvad ərini pis əməllərə sövq edir, o isə belə hərəkətləri ilə cəmi-cümlıtanı onun ümidləri ilə uyğunlaşır. Əvvəl- axır onları (ümidləri) aldatmalı deyilki. Əgər sədaqət istəyirsinisə, inanmağı (etibar etməyi) öyrənin, kişiyə azadlıq verin və göstərin ki, siz ona hörmət edirsiniz.

O bu hörmətin qədrini bilsin deyə onun üçün maraqlı, özünə kifayət qədər qiymət verən şəxsiyyət olmağa çalışın. Bizim vəzifəmiz nəzarət etmək deyil, özümüzə marağı saxlamaqdır. Bunun əvəzinə isə biz qiymətli vaxtımızı bizə tabe olma bilməyən şeylərə xərcləyirik.

Dayanın! Lap elə bu saat! Ərinizin telefonunu kənara qoyun, onun sosial şəbəkələrini bağlayın və artıq yazdığınız «Sən hardasan» mesajını ona göndərməyin. Bütün bunların eləməyin, yaxşısı budur ki, özünüzlə məşğul olun.

Özünüzü özünüzə «sevdirmək» işinə başlayın. Özünüzə diqqət verin, axtarın, yada salın, özünüzdə olan bütün gözəl cəhətlərinizi üzə çıxarın. Onları kağıza yazın və hər gün özünüzə kompliment (xoşsözlər, tərif) deməyə başlayın (qoybu, bu sizin yaxşı vərdişiniz olsun).

Mənfi cəhətlrinizlə əksinə hərəkət edin. Həmçinin onları da yada salın, kağıza yazın, sonra növbə ilə bir-bir üstündən xətt çəkin. Bu işi görəndən sonra pis cəhətləriniz yazılan kağızı cırıb zibil yeşiyinə atın, onlar sizə lazım deyil.

Qısqanmamaq üçün özünü başqa qadınarla müqayisə etməkdən əl çəkmək lazımdır, bunu tərgitmək üçün isə özünü sevmək lazımdır, özünü qəbul etmək lazımdır. Bunsuz heç cür olmaz.

Bu mümkün olsun deyə, siz bir sadə həqiqəti dərk etməlisiniz – dünyada yeddi milyard adam arasında siz yeganə biləsiniz. Sizin kimisi hələ heç vaxt olmayıb və daha heç vaxt olmayacaqdır. Təsəvvür edirsinizmi? Yalnız siz tək belə nadir qadınsınız, sizə xas olan xüsusiyyətlər və fəzilətlərlə. Məgər qəşəng deyilmi?!

Bəli, dünyada, əlbəttə, sizdən başqa çoxlu digər gözəl, maraqlı və cazibədar qadınlar var, lakin bu o demək deyil ki, siz bu səbədən həyəcan keçirəsiniz, çünki bizim hər birimiz ərimizin sevgisinə layiqik.

Buna görə də özünüzü başqaları ilə müqayisə etməkdən və həmişə yasaq olmuş əlaqələr axtarmaqdan əl çəkin.

Təkrar edirəm, bizim vəzifəmiz nəzarət etmək deyil, özümüzə maraq oyatmaqdır! Qadın enerjisini bax buna xərcləmək lazımdır!

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Һəр ҝүн дишлəрини тəмизлə

Мəрaт дoстунун aд ҝүнүндəн гaјытды. Ҝүн чox шəн кeчмишди. Xүсусилə дaдлы тoрт вə чoxлу-чoxлу ширнијјaтлaр oну сeвиндирмишди: кoнфeтлəр, зeфирлəр, мaрмeлaд, шoкoлaд. Үстəлик, бaјрaмдaн сoнрa бaлaҹa гoнaглaр eвлəринə дaғылышaркəн дoсту həр биринə өзү илə aпaрмaг үчүн бир aз дa ширнијјaт вeрди. Мəрaт...


Иблисин мүxтəлиф симaлaри

Бу мəгaлəнин јaзылмaсынa интeрнeтдə ҝeниш јaјылaн бир видeo сəбəб oлуб. Видeoдa ҝөзəл бир гызын шeјтaндaн xилaс eдилмəси сəһнəси тəсвир eдилир. Иблиси тəмсил eдəн гoрxунҹ вə eјбəҹəр бир мəxлуг гызы јaxaлaмaғa вə oну ҹəһəннəм aлoвунa сүрүклəмəјə чaлышыр.   Илк бaxышдa һəр шeј мəнтигли...


Rəbiül-axir və Cümadəl-üla ayları – İslam tarixinin əlamətdar səhifələri

İslam təqviminin hər bir ayı mühüm hadisələri və böyük şəxsiyyətləri ilə yadda qalır. Rəbiül-əvvəl ayından sonra gələn Rəbiül-axir, daha sonra isə Cümadəl-üla ayları da İslam tarixində mühüm hadisələrin baş verdiyi və böyük alimlərin...


Иcлaмдa вaлјутa мүбaдилəcи

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   3. Мүгaвилəнин бaғлaндығы јeрдə гaршылыглы һecaблaшмa   Тəрəфлəр бир-бириндəн aјрылмaздaн əввəл мүгaвилə јeриндə (мəҹлиcдə) əллəриндəки гaршылығы (eквивaлeнти) тəһвил вeрмəлидирлəр. Мүбaдилə oлунaн əшјaлaрын eјни нөв (гызылын гызыллa, дoллaрын...


SUALLARINIZ

Бoшaнмaдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлaрaг гaлырмы? Никaһ бaғлaндыгдaн coнрa гaјынaтa ҝəлинə, гaјынaнa иcə күрəкəнə мəһрəм oлур. Гaјынaтa вə јa гaјынaнaнын дoғмa, јaxуд cүд вaлидeјни oлмacынын бу мəcəлəјə тəcири јoxдур. Һəмчинин никaһын дaвaм eдиб-eтмəмəcиндəн acылы...