Saleh insanların ülvi əxlaqı

Saleh insanların ülvi əxlaqı

Əziz oxucular, qəzetimizin bu nömrəsindən etibarən Dağıstan Respublikasının müftisi Şeyx Əhməd əfəndinin “Saleh insanlarin ülvi əxlaqi” adlı kitabının tərcüməsini sizlərə təqdim etmək niyyyətindəyik. Bu qiymətli monoqrafiyanın tərcümə edilərək oxucuların ixtiyarına verilməsində başlıca məqsəd yetişməkdə olan gənc nəslin, gənclərimizin mənəvi – əxlaqi keyfiyyətlərini oyatmaq, dini dəyərlərimizlə yaxından tanış olmasında yardımçı olmaqdır. Təqdim etdiyimiz bu tərcümənin mükəmməl olduğu qənaətində deyilik. Məhz bu səbəbdən də siz dəyərli oxucularımızın bu kitabın tərcüməsi barədəki fikirləri bizim üçün çox dəyərlidir. Əminəm ki, bu kitabın hər birimizin mənəvi dünyamızın daha da zənginləşməsində xüsusi rolu olacaqdır.

Nəfs və onun insanda olan mənəvi-əxlaqi keyfiyyətlərlə bağliliği Nəfsin mahiyyəti

Həqiqətən insanın nəfsi – ilahi bir sirrdir (lətifətun rəbbaniyətun), hansı ki, onu bütövlüklə anlamaq qeyri mümkündür. Nəfsə insanın bədəninə sızmadan öncə ruh adı verilir. Elə ki, Uca Allahın əmri ilə ruh bədənlə birləşir, o, Allahdan qeyrisini tanımağa başlayır və bununla da rəbbini unudur.

Elə bu vaxt Allahla nəfs arasında pərdə yaranır, bu da nəfsin Xaliqinə yaxınlaşmasına mane olur. Məlumdur ki, insanın ruhu təbiətinə görə nəcib olub, mələyin nəfəsindən yaranmışdır. Bu haqda bizə Peyğəmbərimiz ﷺ Özü bildirib: “həqiqətən sizin hər birinizin yaradılışıananızın bətnində formalaşır: qırx gün ərzində – maye formasında, sonra yenə bu qədər vaxt – laxta qan və sonra yenə o qədər vaxt – ət parçası formasında olur. Bundan sonra isə Allah bir mələk göndərər və mələk ona ruh üfürər. Bununla birgə mələyə dörd şeyi – ana bətnindəki canlının ruzisi, ömrünün müddəti, əməli, dünyadan imanlı və ya imansız köçəcəyini yazmasını əmr edər”.

Ruh bədənlə birləşdikdən sonra insan adlı heyrətamiz bir varlıq yaranır. Allah I onu yer üzündə yaradıcıhəyat tərzi sürməsi üçün xəlifəsi olaraq təyin edir. Yaratdığı bəşər övladını qoruyub, ona qayğı göstərmək üçün isə Uca Allahşəriəti – dini qanunları nazil etdi. Çünki, elm və xasiyyət elə iki təməldir ki, insan nəfsinin kamilliyi onun özündən asılıdır. Uca AllahI tərəfindən şəxsən özünə xitab olunan insanın əməli salehliyi və pisliyi məhz nəfsin zəifliyindən olduğu nəzərə alınarsa, ilahi kitabların nazil edilməsindən, peyğəmbərlərin göndərilməsindən, şəriətin qurulmasından ən başlıca məqsəd insan nəfsinin kamilləşməsi olduğu məlum olar. Həqiqətən də insan nəfsi şəhvəti ehtiraslarla dolu olub, Allahdan qafil olduğundan, onu həyatda cürbəcür situasiyalara məruz qoyduğundan şeytana oxşar pis yoldaşların təsirindən daima günah işlədir. Bu səbəbdən də günahdan əmələ gələn qüsuru və zərəri aradan götürmək üçün nəfsin üzərində çalışmaq vacib sayılır. Buna da ancaq tövbə etmək və Allaha qayıtmaqla nail olmaq mümkündür.

Nəfs insanın başlıca düşmənidir

Yaradılışına görə nəfs ədəbsizliyə meyillidir. İnsan isə ədəbli olmaq əmrini aldığı Uca Allahın quludur. İnsan davranışının yaxşılaşmasına mane olan nəfs onun ayrılmaz dusmənidir. Peyğəmbərimiz r: “sənin ən böyük düşmənin- nəfsindir” – demişdir. Kim ki, nəfsinin şəhvət və ləzzətlərin arxasınca getməsini təmin edər, həlak olmasında nəfsinə şərik çıxmış olar. Allah dostları bu həqiqəti başa düşdükdə asiliyin, qəflətin, şəhvətin və şirkin əslinin nəfsin əməli ilə razılaşmaq və hər bir Allaha itaətin, ayıqlığın və iffətin təməlinin isə nəfsi ilə razılaşmamaq olduğunu Allah bəndələrinə başa saldılar. Öz nəfsini bilən, zəifliyini, acizliyini, məhv olacağını dərk edən ağıllı insan rəbbini – xaliqini əziz, daimi, qudrətli, əzəmətli və kibriya sahibi kimi tanıyar. Çünki,odur nəfsi xəlq edən və heç nədən yaradan. Uca Allah ﷻ öz övliyalarına xitab edib hüzuruna dəvət edərkən onlara ən rahat və ən yaxın yolu da göstərdi.

Bu da nəfsin istəyinə qarşı gəlməyin yoludur. Uca Allah ﷻ övliyalarından birinə yuxusunda deyib ki: “nəfsinə qarşı gəl, çünki mənim səltənətimdə ondan qeyri mənə qarşı iddiada olan yoxdur”. Nəfs həmişə Allahın qürur, əzəmət, insanlar üzərində hakim olmaq kimi sifətlərini özündə əks etdirmək istəyir. Bu sifətlər isə ancaq xaliq olan, ulu olan və hər bir nöqsandan münəzzəh olan Allaha aiddir. İnsan nəfsinin dərəcələri İnsan nəfsi dəyişə bilir. Allaha yaxın və yaxud uzaq olma baxımından nəfs beş pilləyə bölünür. Birinci pillə – ən-nəfs əl-əmmarə (pisliklə əmr edən).

Bu nəfs sahibinə asilik etməyi və laqeyd (Allahdan qafil) olmağı əmr edər. Bu növ nəfs haqqında sufilərin seyyidi və imamı olan Cüneyd əl-Bağdadi belə deyir: “ən-nəfs əl-əmmarə mənəvi ölümə sürükləyir və düşməninə kömək edir. Düşmən deyərkən Cüneyd əlBağdadi dünyanı və adəm oğluna asi əməlləri gözəl göstərən şeytanı nəzərdə tutur. İkinci pillə – ən-nəfs əl-ləvvamə (tənbeh edən nəfs). Bu nəfs sahibini günah etdiyi üçün tənbeh edər. Üçüncü pillə – ən-nəfs əl-mulhimə (ilham verən nəfs). Bu pillədəki nəfs sahibinə yaxşılıqları ilham edər və onu yaxşılığa çağırar. Dördüncü pillə – ən-nəfs ər-raziyə (razı nəfs). Nəfsin bu növü Allahın hökmü və hakimiyyəti ilə razı olandır. O, Allahın ﷻ iradəsinə və ixtiyarına bütöv şəkildə təslim olur. Beşinci pillə – ən-nəfs əl-mərziyyə (Allahın razı qaldığı nəfs). Bu nəfs uca və hər bir nöqsandan münəzzəh olan Allahın razılığına nail olan nəfsdir. Nəfsin bu pilləsinə çatan mürid artıq Allahı həqiqi tanımağın yoluna birinci addımını atır.

Nəfsin təzkiyəsi (təmizlənməsi)

Nəfsin ətrafında həm nurlu həm də qaranlıq pərdələr olur. Bu pərdələrdən xilas olmağın başlıca yolu, müridin nəfsə müxalif çıxıb, onunla mübarizə aparmasıdır. Mübarizənin kökü də, nəfsi pis vərdişlərdən ayrı tutmaq və daim istədiyinin əksinə yönəltməkdir. Düşünmə ki, nəfsi təzkiyə etmək asandır. Fəlsəfə alimlərinin dedikləri kimi ona ağlın gücü ilə qarşı gəlmək olar. Nəfsi təmizləmək bədəni müalicə etmək kimidir. Necə ki, həkim göstərişi olmadan xəstə dərman qəbul edə bilməz, təzkiyə məsələsində də təcrübə sahibi olan Peyğəmbərin ya da vəli – mürşidin nəzarəti olmadan nəfsi təzkiyə etmək mümkün deyildir. İnsanın qəlbi islah olmamış, nəfsinin islah olunması inanılmazdır. Qəlb xan kimidir, aqil və adil olmazsa, rəiyyət də islah olunmaz . Həqiqətən nəfsin müalicəsi çətindir, bir dəfəyə mümkün deyil. Əksinə, davamlı təkrar tələb edir. Nəfsi ram olmayan inadkar heyvanla müqayisə etmək olar.

Nəfs üç yolla təzkiyə edilir

Nəfsi üç üsulla tabe etmək olar. Birinci üsul – nəfsi bütün istək və şəhvətlərdən məhrum etmək. İnadcıl heyvan yemi azaldıqda necə mülayimləşirsə, nəfs də istəklərindən məhrum edildikdə sahibinə itaətkar olur. İkninci üsul – ibadətin ağırlığı ilə yükləmək. Həqiqətdə inadkar heyvan da yemi azaldıqda və ağır yük altına düşdükdə gücünü itirir və mülayimləşir. Nəfs də eynən buna oxşayır.

Üçüncü üsul – nəfsə qarşı Uca Allaha dua etmək və yalvararaq kömək istəmək. Çünki nəfsi yaradan odur və nəfsi ən yaxşı o tanıyır. Bil ki, bizə nəfslə mübarizə etməyin vacibliyini və nəfsi necə təzkiyə etməyin yollarını Uca Allah bəyan etdi. Əgər həkim hər hansı bir ləziz yeməyin bədən sağlamlığı üçün zərərli olduğunu söyləyərsə insan həmin yeməkdən imtina edər və nəfsinə qarşı gələrək ondan uzaq durar. Məgər möcüzələrlə gələn Peyğəmbərlər və nazil olunmuş ilahi kitablardakı Allah sözləri elmi və əqli məhdud olan həkimlərin məsləhətlərindən azmı əhəmiyyət kəsb edir?! Gərək insan biləydi hansı daha pisdir: pis vərdişlərdən imtina etməyin ağırlığı, yoxsa cəhənnəm odunun əzabı?!

davamı var

2026-04-01 (Шаввал 1447 г.) №4.


СИЗ БИР-БИРИНИЗӘ АРХАСЫНЫЗ

Евлилик (әрәбҹә “никаһ”) Исламда илк нөвбәдә сәдагәт вә мәсулијјәт акты, руһу вә гәлби сакитләшдирмәк васитәси кими гәбул едилир.   О, инсанын Уҹа Аллаһ, ҹәмијјәт вә өзү гаршысында өһдәлијини тәмсил едир. Ҹәмијјәтин рифаһына көмәк едир. Буна ҝөрә әр-арвадын евлиликләрини горумалары ваҹибдир. Аилә...


МАЈАК

Бу ҝүн Мараты ушаг бағчасындан бабасы ҝөтүрдү. Демәли, евә тәләсмәјә еһтијаҹ јох иди: ҝөлҹүк бојунҹа ҝәзмәк вә чичәк кәрдиләри (ләкләри) илә бәзәдилмиш узун бир јолла ҝетмәк олар.   Ҝөлҹүјүн јанында бабанын севимли скамјасы вар. О, тез-тез тарихи китабларыны өзү илә ҝөтүрәр вә узун мүддәт...


UŞAQDAN ÜZR İSTƏMƏK LAZIMDIRMI?

Әgәr uşаq nаdinclik, dәcәllik еdibsә, özünü düzgün аpаrmаyıbsа о, mütlәq аnа vә аtаsındаn üzr istәmәlidir.   Bunu, bir qаydа оlаrаq, hеç kim şübhәyә аlmır. Аncаq vаlidеynlәrin hаqsız оlduqlаrı vәziyyәtlәr оlur. Хüsusilә uşаqlаrlа dаhа...


İMAM, HAFİZ, GÖRKƏMLİ ALİM CƏLALƏDDİN ƏS-SÜYUTİ

İmam, hafiz, mühəddis, fəqih və görkəmli alim Cəlaləddin əs-Süyuti — tam adı ilə Cəlaləddin Əbu əl-Fəzl Əbdürrəhman ibn Kamaləddin ibn Əbu Bəkr ibn Muhəmməd əl-Xuzeyri əs-Süyuti əl-Misri əş-Şafii (Allah ona rəhmət etsin) hicrətin 849-cu ilində, Rəcəb ayının bazar...


УШАГЛАРА НАМАЗЫ СЕВДИРМӘЈИН 10 ҮСУЛУ

(Давамы. Башланғыҹы әввәлки нөмрәмиздә).   4. Визуaллaшдырын Ушaглaр визуaл (ҝөрмə илə бaғлы) мəлумaтлaры чox јaxшы мəнимсəјирлəр вə бу, oнлaры нaмaзa aлышдырмaгдa сизə көмəк eдə билəр. Нaмaз вaxтлaрынын гeјд oлундуғу рəнҝaрəнҝ бир пoстeр һaзырлaјын вə oну ҝөрүнəн бир јeрдəн aсын. Диҝəр...